Su-bataqlıq ərazilər

        Azərbaycan Respublikasında ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur.
Respublikamızda sahəsi 1000 hektardan böyük olan su-bataqlıq sahələrinin sayı 17-yə yaxındır (Böyük və Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı, Xəzər sahili boyu ərazilər və s.). Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif növ quş toplanır.
“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası 1971-ci il 02 fevral tarixində İranın Ramsar şəhərində imzalanıb. Konvensiya Azərbaycan Respublikası tərəfindən 2001-ci il 18 iyul tarixində ratifikasiya edilib.
Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il 25 may tarixindən Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilib və hazırda digər böyük su-bataqlıq ərazilərinin də bu siyahıya daxil edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilərək ona Milli Park statusu verilib. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin də genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, su-bataqlıq quşlarının mühafizəsi məqsədilə hər il 2 fevral “Ümumdünya Su-bataqlıq Əraziləri Günü” kimi qeyd olunur. BMT tərəfindən 2011-ci il “Beynəlxalq Meşələr İli” elan edildiyindən, cari ildə “Ümumdünya Su-bataqlıq Əraziləri Günü”nün “Bataqlıqlar və Meşələr” mövzusu altında qeyd edilməsi nəzərdə tutulub. Eyni zamanda bu il Ramsar Konvensiyasının imzalanmasının 40 ili tamam olur.

Daxili suları

           Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.
Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.
Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları – Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.
Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir. Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür. Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.
Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.
Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.

Elan

“Eko – Aləm” İctimai Birliyi, “Sağlam həyata doğru” İctimai Birliyi  ilə birlikdə gənclərin ətraf mühitin qorunmasında iştirakının artırılmasına həsr olunmuş “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsini   Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirir. Layihə çərçivəsində “Ağacın ürək Döyüntüləri” adlı ekoloji oyunlardan ibarət çap olunmuş kitabın 28.02. 2009 tarixində  saat 1000 təqdimat mərasimi keçiriləcək.

Ünvan:  C. Cabbarlı küçəsi Caspian Plaza 3, 9 mərtəbə

“Eko – Aləm” İctimai Birliyi                Yüzbaşeva Sevil

“Sağlam həyata doğru” İctimai Birliyi    Həsənov Sadiq

Press Peliz

                                                     “26” avqust  2011-ci il

     1.        Tədbirin keçirildiyi tarix və yer: 

      Tədbir 26 avqust 2011-ci il tarixində Xaşmaz şəhərində Mədəniyyət və Turizm Mərkəzində Xaçmaz şəhərində Xaçmaz-Xudat Turizm istiqaməti üzrə  fəaliyyət göstərən istirahət mərkəzlərində çalışan mütəxəssislər, rayon ziyalıları, təhsil müəssisəsi işçiləri və gənclərin  iştirakı ilə tədbir keçirilmişdir.

     2.    Layihənin adı: “Mədəni Turizmin Inkişafi Məqsədi Ilə Ekoloji Maarifləndirici Ustad  Dərslərinin Təşkili”.

     3.     Donor: Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına   Dövlət  Dəstəyi Şurası

     4.    Tədbirin forması: Ekoloji maarifləndirici dərslərin təşkil edilməsi və keçirilməsi üzrə təlim.

     5.    Tədbirin mövzusu:

  • “QHT, Vətəndaş Cəmiyyəti nədir, məqsəd və fəaliyyəti”  mövzusunda    məlumatların verilməsi.
  • Ekoloji maaarifləndirici dərs: Müasir dünyada  ətraf mühitin vəziyyəti barədə məlumatların verilməsi;
  • İstirahətə gələn əhali qrupları ilə işləyərkən ekoloji maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi üçün ekoloji oyunları tədbiq etmək;
  •  Qruplara bölmək və ətraf mühit ünsürləri ilə bağlı tapşırıqların verilməsi və mövzu ilə bağlı ekoloji məlumatlandırıcı oyunların tədbiq edilməsi.

   6.   Məruzəçi, təlimçi və ya aparıcı:

  • “QHT, Vətəndaş Cəmiyyəti nədir, məqsəd və fəaliyyəti” mövzusunda  məlumatlar məruzəçi – Rafiq Təmrazov.
  • Ekoloji maaarifləndirici dərs: məruzəçi – “Eko – Aləm” İctimai Birliyinin Sevil  Yüzbaşeva.

    7.   İştirakçılar:  Xaçmaz-Xudat Turizm istiqaməti üzrə  fəaliyyət göstərən istirahət  mərkəzlərində çalışan mütəxəssislər, rayon ziyalıları, təhsil müəssisəsi işçiləri və gənclər  olmaqla 20 nəfər iştirak etmişdir.

    8.  Tədbirin məqsədi:  Ətraf Mühitin Qorunması sahəsində əhali arasında ekoloji mədəniyyətin yüksəldilməsinə və Azərbaycan Respublikası meşələrini çirklənmədən və yangınlardan qorumaq üçün maarifləndirici tədbirləri həyata keçirtməkdir. Bu məqsədlə layihə  çərçivəsində “Meşədə  Davraniş Qaydalari” adlı plakat və “Ekoloji Mədəniyyət və Turizm”  adlı ekoloji maarifləndirici məlumat kitabı nəşr edilmişdir. Tədbirdə iştirakçılar ekoloji   oyunlarda oynayaraq, belə dərslərin keçirilməsi ilə bağlı təlim keçdilər.

   9.    Müzakirələrdə çıxış edənlərin adı, soyadı, təmsil etdiyi qurum:

         Tədbirdən sonra iştirakçılar bu səmərəli və faydalı fəaliyyətə görə öz təşəkürlərini bildirdilər. Tədbirdə çıxış edən  Xaşmaz Mədəniyyət və Turizm Mərkəzində   çalışan Natavan Əhmədova tədbiri cox faydali və əhəmiyyətli hesab etdi və öz çıxışında bildirdi ki, müəyyən səbəblərdən   bəzi dəvət olunmuş istirahət mərkəzləri nümayəndələri  tədbirdə iştirak etməyirlər və xahiş etdiki onlara çatdırmaq üçün çap olunmuş “Meşədə  Davraniş Qaydalari” adlı plakatdan onlara  versinlər ki, Xaçmaz rayon Mədəniyyət və Turizm Mərkəzi onlarla mütəmadi olaraq onlarla birgə çalışdıqlarından bu müəssisələrə özləri paylasınlar. Natavan xanımın xahişi yerinə  yetirildi. Tədbirdə iştirak edən Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Tağıyev Emil “Eko – Aləm” İctimai Birliyinin Sevil Yüzbaşevaya belə faydalı fəaliyyətə görə öz təşəkkürünü  bildirdi və onları belə gözəl layihələrlə tez-tez Xaçmaz rayonuna işləməyə dəvət etdi və  “Eko – Aləm” İctimai Birliyin öz gələcək fəaliyyətində uğurlar arzuladı.

10.  Tədbirin gedişini əks etdirən 2 ədəd keyfiyyətli fotoşəkil (elektron variantı ən azı

 0,5-1 mb həcmində).

Foto şəkil əlavə edilmişdir.

 11.  Tədbir haqqında zəruri saydığınız əlavə

     “Eko –  Aləm” İctimai Birliyi tədbirdən sonra “Atlant” və “Dənizçi” İstirahət Mərkəzinə getmiş “Meşədə  Davraniş Qaydalari” adlı plakatın haradan asildığının monitorinqini aparmışlar.

“Qızıl hasilat sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinin ilkin mərhələsinin monitorinqi və digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkilli” tədqiqat istiqaməti üzrə

Yekun Hesabat

Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşən layihə işinə 01.07.2010 tarixindən başlanılmışdır. Bu müddət ərzində Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsünün icrası çərçivəsində Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə may ayında açıqlanan və 2009-cu ili əhatə edən dövr üzrə illik  hesabat (sayca 12 – ci ) üzrə tədqiqat aparılmışdır. İlk dəfə olaraq bu hesabatlarda Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin məlumatlarından əlavə qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən yeganə şirkətin Azerbaijan International Mining Company də məlumatları öz əksini tapmışdır. Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxil olmuşdur. Məlum olmuşdur ki, Azərbaycanın qızıl yataqlarının işlənməsi ilə məşğul olan Azerbaijan International Mining Company “Gədəbəy” yatağının işləndiyi 1 il ərzində 1,05 min kq qızıl istehsal etmişdir. Ötən 2010-cu ildə “Gədəbəy” qızıl yatağından 67267 unsiya qızıl istehsal olunub ki, bu, proqnozlaşdırıldığından 7267 unsiya çox olmuşdur. Bu yataqdan çıxarılan qızıl dünya bazarlarında “Ayrım” markası ilə satılır. Layihə işinin 6 ayı ərzində Azerbaijan International Mining Company şirkətinin 2010-cu ilin hər kvartal üzrə fəaliyyəti tədqiq edilmişdir. 2011-ci ilin 10 yanvar tarixində isə yekun olaraq, 2010-cu il üçün Şirkətin fəaliyyətinə dair yekun məlumatlar toplanaraq tədqiq edilmişdir. Tədqiqatın nəticınin icmalı aşağıda verilmişdir:

Anglo Asian Şirkətinin  Gədəbəy filiz yatağının istismarı edilməsi barədə 10 yanvar 2011 tarixinə açıqladığı məlumatlar.

  • Gədəbəy şaxtasında son kvartalda Qızıl (‘Au’) istehsal həcmi 19,555 unsiya olmaqla, bu fəaliyyətə başladığı müddət ərzində  istehsalının rekord hədd göstəricisi olmuşdur.
  • 31 dekabr 2010 – cu ilin yekunu olaraq Gədəbəy filiz yatağında Au – istehsalı 67,267 unsiya olmuşdur ki, bu da proqnozlaşdırılan 60,000 unsiyadan yüksək olmuşdur.
  • Qızılın dəyişən qiymətinə görə – qızıl satışı 57,398 unsiya olmuşdur. Orta hesabla il üçün hər unsiyaya görə $1,241 olmuşdur.
  • Gədəbəy şaxtasında fəaliyyətlər;

–          2010-cu ilin sonuncu Q4 kvartalı ərzində qələviləşmə “leach” meydançasına tərkibində orta hesabla 4.32 g/t qızıl olan 240,208 ton quru filiz göndərmişdir.

–          Bütövlükdə 2010-cu il ərzində qələviləşmə “leach” meydançasına tərkibində orta hesabla 4.33 g/t qızıl olan 821,176 ton quru filiz göndərmişdir.

  • 2010-cu il üçün hasil olan mis Cu 182.5 tonn, Ag gümüş 1,460 kq və 25.9 kq Au qızıl hasil edilmişdir.
  • Şirkətin 31 dekabr 2009-cu il olan $42.2 milyon təmiz borc olduğu halda 31 dekabr 2011-ci il tarixinə $25.6  milyona qədər azalmışdır.

       Layihə işi çərçivəsində dünyada ən böyük qızıl istehsal edən və qızıl ehtiyatlarının yarısına malik olan ölkələr haqqında məlumatlar toplanaraq tədqiq edilmişdir. Bundan başqa bəzi MDB ölkələrində Qazaxstan və Qırğızstan Respublikalarında qızıl hasilatına dair məlumatlar toplanmış və tədqiq edilmişdir. Bu ölkələrin MHŞT qoşulduqdan sonra açıqladıqları hesabatlar və internet səhivələrindən bu ölkələrin qızıl sənayesi haqqında yerləşdirdikləri məlumatlar əsas götürülmüşdür.

       Qazaxstan Respublikası qızıl ehtiyatlarının kəşfiyyat məlumatlarına görə,  dünyada 10 – cu  yeri MDB dövlətləri arasında  isə 3-cü yeri tutur. Qazaxstan Respublikasıda demək olar ki, çıxarılan qızılın 2/3 hissəsi  orta və kiçik həcmli yataqlardan çıxarlır. Kiçik həcmli yataqlara qızıl ehtiyatı 25 ton, orta həcmli yataqlara qızıl ehtiyatı  25 – 100 ton miqdarında olan yataqlar  aid edilir. Qazaxstan Respublikası 5 oktyabr 2005 – ci ildə yaranan “Qazaxstan Respublikasi  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”nə qoşulmuşdur.  Tədqiqat nəticəsində məlum olmuşdur ki, 2008 –ci il hesabatlarına daxil olan neft/qaz siyahılarına mininq kompaniyalar daxil olmayıb, ona görə ki, mininq kompaniyalar EİTİ Anlaşma Memorandumuna (MOU) 2009 –cu ildə imzalamışlar.

Mineral – xammal resursları Qırğızstan Respublikasının ən qiymətli dövləti hesab olunmaqla yanaşı iqtisadiyyatında mühüm rol oynayır. Bu sahənin payı bütövlükdə son illərdə sənaye istehsalının  40 – 48 %  təşkil edir. Qırğızstan Respublikası EİTİ sənaye sahələrində şəffafliq təşəbbüsünə 14 may 2004 – cü ildə qoşulmuşdur. 2008 – ci hesabat ili üçün dövlət büdcəsinə mining kompaniyalar tərəfindən edilən ödənişlər barədə məlumatlar 2008 – ci il üçün EİTİ hesabatlarında öz əksini tapmışdır.

Layihə işi zamanı qızıl sənayesi sahəsindı yeni texnologiyalar barədə məlumatlar toplanmış və tədqiq edilmişdir. Demək olar ki, bütün köklü qızıl yataqlardan çıxarılan qızılın, emal olunması texnologiyalarında  iqtisadi və ekoloji cəhətdən olduqca ciddi  çatışmamazdıqlar mövcuddur. Bu gün problemin həlli üçün mühüm olan əsas məsələ mərkəzdənqaçma konsentratlarla işləyən avadanlığın və texnalogiyanın işlənib hazırlanmasıdır. Qapalı Aksioner Birliyi İTOMAK şirkəti bu sahədə ciddi fəaliyyət göstərir və qızılçıxartma sənayesində yeni avadanlıqlar və texnalogiyalar təklif edir. Qapalı Aksioner Birliyi İTOMAK Rusiya Fedrasiyasında və dünyanın qabaqcıl ölkələri sırasında mərkəzdənqaçma konsentratların istehsalında aparıcı yeri tutur. Qızılın, almazın və başqa mineralların istehsal və istismar edilməsi üçün,  mərkəzdənqaçma seperatorlarının, maqnit seperatorlarının və kiçik qızıl hissəciklərinin tam yuyularaq tutulması üçün maqnitqətranlı seperatorların (MQS) hazırlanması onların təklif etdiyi yeni texnologiyalardandır. Bundan başqa, İrqiredmet İctimaiı Aksioner Birliyinin yeni texnologiyalar kimi (İАB İrqiremet) Sionid qarışıqlı məhlullardan qızılı ayırmaq üçün yeni – “ЭПС” tipli Elektrolizlərin və o,  cümlədən qızılın bakterialoji üsulla yuylması təcrübəsini də təqdim edilir.

Bundan başqqa layihədə nəzərdə başqa digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkillik istiqaməti üzrə fəaliyyət həyata keçirilmiş və Azərsu Səhimdar Cəmiyyətində qeydiyyatdan keçmiş su istifadəçiləri (mineral və təbii su ehtiyatları) olan şirkətlər haqqında məlumatlar verilməsi üçün məktubla müraciət olunmuş, telefon bağlantısı qurulmuş onların MHŞT-yə qoşulması istiqamətində fəaliyyət göstərilmişdir. Şirkət söz vermişdir ki, yazılı cavab verəcəkdir.

Layihə işi qrafikində nəzərdə tutulan televiziya verilişi sonrakı ay ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur.