Düzənlikdə salınmış “Cənnət”

Eko Aləm ictimai birliyi 1 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf
etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin araşdırılması” layihəsinin
icra edir.

Layihənin iş cədvəlinə uyğun olaraq ilk tədbiri 9 avqust 2023-cü il tarixində Salyan
rayonu Xıdırlı kəndində Ekologiya Təbii sərvətlər Nazirliyinin “Xəzər Dəniz Suyunun
Duzsuzlaşdırılması Kompleksi Müəssisəsində” həyata keçirtmişdir.
Xıdırlı kəndi Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidinə aid olmaqla,
düzənlik ərazidə yerləşir. Bu ərazi yaşayış məntəqəsi kimi XIX əsrin ortalarında Cavad
qəzasından, Mışovdağın ətəyində qışlayan 46 ailədən ibarət maldar xıdırlı tayfasını köçürülərək,
burada məskunlaşması nəticəsində yaranmışdır.
Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Ərazidə
əsasən boz-qonur, boz-çəmən, çəmən- bataqlıq, şoran torpaqlar yayılmışdır.
Azərbaycan Respublikası, Cənubi Qafqazın ən az içməli su ehtiyatlarına malik ərazisində
yerləşdiyindən, içməli suya olan tələbatını ödəmək üçün daima alternativ mənbələrin
axtarılmasına məcburdur. Bu səbəbdən də ölkəmizdə, müasir təcrübə olan dəniz suyunun
duzsuslaşdırılaraq istifadə edilməsinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə pilot layihə kimi Xəzər
dənizinin suyunun duzsuzlaşdırılaraq, istifadəsinə 2013-cü ildə Salyan rayonu Xıdırlı kəndində
Ekologiya Təbii sərvətlər Nazirliyi tərəfindən “Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması
Kompleksi Müəssisəsi” istifadəyə verilməsi ilə başlanılmışdır. Artıq on ildən çoxdur ki, bu
müəssisə fəaliyyət göstərir. Bu illər ərzində hətda bəzi mütəxəssislərin bu müəssisənin
fəaliyyətinin ətraf mühitə ziyanı olması barədə məlumatlar da yayılmışdı. Bu layihənin həyata
keçirilməsində də əsas məqsəd ötən illər ərzində müəssisənin fəaliyyətini araşdıraraq
ictimaiyyəti məlumatlandırmaq omuşdır.
Bu ötən illər ərzində kompleksin fəaliyyəti nəticəsində bir sıra ərazilərdə, eləcədə yol kənarında
yaşılıqlar salınmış və inkişaf etdirilmişdir. Əvvəllər düzənlik olan ərazilərdə xüsusən də yol
kənarlarında salınmış yaşıllıqlar göz oxşayır.
Kompleksin fəaliyyəti ilə yaxından tanış olmaq və duzlu suyun içməli su səviyyəsinə çatdırılma
prosesini araşdırılması üçün zavoda ezamiyyətə getdik. “Xəzər Dəniz Suyunun
Duzsuzlaşdırılması Kompleksi Müəssisəsi”ndə bizi zavodun müdiri İsmayılov Fərman
qarşılayaraq, zavodun fəaliyyəti ilə yaxından tanış etdi. O, dənizin içərilərinə doğru 15 km
(əvvəllər 12 km idi, dənizin çəkilməsi nəticəsində artırılıb) məsafədən götürülən duzlu suyun
zavodda təmizlənmə proesi barədə geniş məlumat verdi. İlk mərhələdə zavodda dəniz suyundan sutkada 1000 m3 şirin su istehsal etmək üçün avadanlıq quraşdırılması və sonra 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 m3 çatdırılması və gələcəkdə isə zavodda az məsrəfli əlavə işlər görməklə alınan təmiz suyun həcmini 20 000 m3-dək çatdırılmasına imkan verəcək müvafiq infrastruktur yaradılmasımümkün olması məlumatını da verdi. Zavodda istifadə edilən yüksək texnologiyaya əsaslanan və öncə çökdürülərək və dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranlarında içməli su səviyyəsinə çatdırılan sexin fəaliyyəti ilə geniş məlumat verərək tanış etdi.
Bundan başqa, 2012-ci ildə Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün sutkada 2500 m3 gücündə qurğu inşa edilmişdir. 2016-cı ildə 2-ci qurğu inşa edilərək istehsal gücü 2 dəfə artırılaraq 5000 m3 çatdırılmışdır.
Zavodun ərazisini gəzərək, əyani olaraq görülən işlərlə yaxından tanış olduq.
Sonra Fərman müəllim bizim monitorinq qrupunu ərazidə olan “Azərbaycan Yaşıllaşdırma və
Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsi tərəfindən
salınmış, digər ərazilərdə əkilməsi üçün yetişdirilən, tinglik sexinin fəaliyyəti ilə tanış olmaq
üçün adı çəkilən idarənin müdiri Məmmədov Turalla tanış etdi. Hər iki mütəxəssis bizi sexləri
gəzdirərək tinglərin yetişdirilməsi mərhələləri və görülən işlərlə tanış etdilər.
Bu fədakar insanların suzuz bir düzənlik ərazidə Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması
nəticəsində alınan içməli su səviyyəsinə çatdırılmış sudan istifadə edərək, saldıqları “Cənnət”
bağı kimi məkanla da tanış etdilər.
Qeyd etmək istəyirəm ki, zavod daxilində istifadə edilən içməli su, duzsuzlaşdırılma nəticəsində
alınan sudur. Tədbirin sonunda Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması nəticəsində alınan
içməli sudan istifadə edilən çay süfrəsinə dəvət etdilər.
Bura sözün əsl mənasında “ Düzənlikdə salınmış Cənnət” məkandır.
Monitorinqin işi zamanı ərazidə foto, vidio çəkilişlər aparıldı.

Eko Aləm İctimai Birliyinin
sədri: Sevil xanım Yüzbaşeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *