Eko Aləm ictimai birliyi növbəti tədbirini keçirdi

balaxani-1Eko Aləm ictimai birliyi 15 aprel 2022-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsinində növbəti tədbirini “Təmiz Şəhər” ASC–nin istehsal sahəsinə daxil olan müəssisələrdə həyata keçirtmişdir.  “Təmiz Şəhər” ASC qarşısında Eko Aləm ictimai birliyinin monitorinq qrup üzvlərini “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov qarşıladı. Orxan müəllim dəyərli vaxtını ayıraraq bizi müəssisənin bütün sahələri ilə o cümlədən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu Tullantıların zərərsizləşdirilməsi sahəsi, Balaxanı Bakı bərk məişət tullantılarının yandırılması zavodu sahəsi və Balaxanı Sənaye Parkı  ərazisini gəzdirərək, dəyərli məlumatlar verərək, istehsal sahəsi ilə tanış etdi və bizi maraqlandıran suallara da cavab verdi. Tullantıların içərisindən tapılan dəyərli əşyalar nümayiş etdirilən muzey ilə də tanış edərək məlumatlar verdi. Sonra o bizi Balaxanı Bakı bərk məişət tullantılarının yandırılması zavoduna apardı. Zavodda bizi  “Təmiz Şəhər” ASC-nin utilizasiya şöbəsinin müdir müavini Arif Kərimov qarşıladı və bizi görülən işlərlə tanış etdi. “Təmiz Şəhər” ASC-nin bütün fəaliyyətini idarə etmə mərkəzində izlədik. Q bildirdiki Balaxanı Bakı bərk məişət tullantılarının yandırılması zavodu layihəsi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilmişdir. Zavod 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın “Cnim” şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa edilmişdir. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. “Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavodu” 19 dekabr 2012-cı il tarixində istifadəyə verilmişdir. Zavod 20 hektar ərazidə inşa edilmişdir. İllik emal gücü 200 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edir. 20 illik istismarı “Cnim” tərəfindən həyata keçiriləcəkdir. Zavodda tullantıların yandırılmasa nəticəsində Bərpa Olan Enerji Mənbəyi alınır. Zavod iki xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. İstismar zamanı tullantıların həcmi 10 dəfə, kütləsi isə 3 dəfədən çox azalır. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə edilən elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saatdır. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət edilir. Əldə edilən elektrik enerjisi zavod rəsmisinin dediyinə görə Gəncə kimi bir şəhəri tam elektrik enerjisi ilə ödəyə bilər.

Balaxanı Bakı bərk məişət tullantılarının yandırılması zavodu layihəsi Bakının və Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılması xidmət edir. Zavodda 37 meqavat gücündə elektrik stansiyası da fəaliyyət göstərir. Alınan enerjinin 15% istehsal müəssisənin fəaliyyəti üçün sərf olunur, qalan enerji isə şəhər şəbəkəsinə verilir.

Zavod rəsmlərinin verdiyi məlumata görə tullantı hədlərinin monitorinqinin gündəlik aparılır, zavod ətraf mühitin idarə edilməsi üzrə ISO 14001 standartlarına tam cavab verir. İllik 100 min tona yaxın karbon dioksin-CO2 qazı ekvivalentində istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısının alınır. Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir.

Dördüncü nəsil 4G texnologiyasının tətbiqi ilə qurulan zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma zamanı əmələ gələn tüstü külü xüsusi süzgəclərlə tutulur. Daha ağır və zərərsiz olan dib külündən isə yol tikintisində istifadə edilir.

Apardığımız monitorinqlərin nəticəsi olaraq qeyd etmək istəyirəm ki, həyata keçirilən bu layihə həm BOEM sahəsində həm də ətraf mühitə münasibətdə əvəzolunmazdır. Buna baxmayaraq bu layihə Bakı şəhərinin tullantılarının emalı ilə məşğuldur. Bütün ölkəmizin ərazisində isə tullantı problemi olduqca ciddi problem olaraq qalır və ildən ilə hətda idarə olunmaz dərəcəd böyüyr .

Ekoloji problemlərin həll edilməsi üçün biz insanların, ölkə vətəndaçlarının tullantıların idarə olunması prosesində aktiv surətdə iştirakı vacibdir.

Ekoloji  problemlər o zaman həllini tapar ki, bu işə hər kəs oz töhvəsini versin.

Onu da qeyd etmək istəyirəm ki, layihə işi çərçivəsində müraciət etdiyim dövlət qurumları içərisində ictimaiyyət nümüyəndələrinin, QHT-rin müraciətinə dərhal cavab verən və bütün şəraiti yaradan nazirliklərdən biri də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Təmiz Şəhər” ASC oldu.

Eko Aləm ictimai birliyi adından layihə işində əməkdaşlıq etdikləri və yaratdıqları bütün şərait  üçün hər kəsə təşəkkür edirəm.

balaxani-3 balaxani-4 balaxani-5 balaxani-6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevil Yüzbaşeva,

Eko Aləm ictimai birliyinin sədri