Xəzər dənizinin ekoloji promlemlərinin həll edilməsinə və ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam edir

pirshagi-1Eko Aləm ictimai birliyi 8 aprel 2022-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsinində növbəti tədbirini “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” stansiyasında həyata keçirib.

Qeyd etmək istəyirəm ki, layihə işində keçiriləcək monitorinqlər siyahısına “Hövsan Aerasiya Stansiyası” daxil idi. Bu tədbirlərin keçiriləcəyi barədə aidiyyatı bütün dövlət qurunlarına 23 fevral 2022-ci il tarixində müraciətlər edilmişdir. Maraqlı qurumlar bizimlə əlaqə yaradaraq, dəstək vermək üçün münasibətlərini bildirdilər.

“Azərsu” Açıq Səhimdar Cəmiyyəti ilə əlaqə qurmaq mümkün olmadı. İş cədvəlinə uyğun 11 mart 2022-cı il tarixində Eko Aləm ictimai birliyinin MQ-pu “Hövsan Aerasiya Stansiyası”na səfər etdi və monitorinq keçirtməyə cəhd etdi. Lakin Stansiyaya ərazisinə xüsusi icazə lazım olduğunu bildirdilər və müşahidə aparmaq, foto-video çəkməyə də icazə vermədilər. Problem barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini məlumatlandırdıq. Kuratorumuz Fuad Rzazadənin məsləhəti ilə yenidən uzun sürən danışıqlar apardıq və bu gün 8 aprel 2022-ci il tarixinə “Hövsan Aerasiya Stansiyası”da vizual monitorinq keçirtmək üçün razılıq əldə etdik.

Stansiyaya səfərə getmək istəyərkən “Azərsu” Açıq Səhimdar Cəmiyyətindən əlaqə yaradaraq bizə ərazidə qəza baş verdiyini bildirdilər və yeni tikilən, hələ istifadəyə verilməyən “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” stansiyasına getməyimizi istədilər. Məcburiyyət qarşısında qalıb razılaşdıq və əraziyə səfər etdik. Stansiyada bizi “Azərsu” Açıq Səhimdar Cəmiyyətinnin əməkdaşları o cümlədən Tullantı sularının İstismarı şöbəsinin rəisi Xalid Abbasov, müəssisədə çalışan mühəndislər qarşıladılar. Azərbaycan hökuməti ilə Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun tikintisinə 2016-cı ildə başlanılmış 2022-ci ildə artıq “Azərsu” Açıq Səhimdar Cəmiyyətinə təhvil verilmişdir. “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” 4,2 ha ərazini əhatə edir və burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılıb. Bu stansiya işə düşdüyü zaman Abşeron və Sabunçu rayonları ərazisində olan 11 kəndinin tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaqdır. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayi və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək Xəzərə axıdılacaq. Bu stansiyada ilk dəfə olaraq, Azərbaycanda yeni, müasir texnaligiyalara əsaslanan tullantı sutəmizləyici qurğuları quraşdırılıb. Pirşağı tullantı sutəmizləyici qurğular komplesinin çıxış xəttinin uzunluğu 1700 metrdir ki, bunun 400 metrlik hissəsi quru, 1300 metrlik hissəsi isə dənizdə quraşdırılıb. Qurğuda tullantı suları 3 mərhələdə təmizlənəcək. Əvvəlcə tullantı sularının tərkibində olan bərk tullantılar, iri cismlər barmaqlıqlarda tutulacaq, sonra isə  ikinci mərhələdə xırda hissəciklər və yağlar isə incə barmaqlıq və qumtutucuda təmizlənəcək. Mexaniki təmizləmə prosesini keçdikdən sonra tullantı suları bioloji təmizlənməsi üçün ərazidə quraşdırılan biosfor qurğusuna ötürüləcəkdir ki, bunun üçün ərazidə lazımı avadanlıqlar da quraşdırılıb. Ərazidə bioloji təmizləmədən keçən suların çökdürülməsi və susuzlaşdırılması məqsədilə durulducu çənlər və lil susuzlaşdırma binası da mövcuddur. Sonuncu mərhələdə tullantı sularının diskfiltr vasitəsilə təmizlənməsi və ultrabənövşəyi şüalar vasitəsilə zərərsizləşdirilməsi də nəzərdə tutulub. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyacaqdır.

Onu da qeyd edim ki, layihə işində göstərildiyi kimi monitorinqlər enerji istehsal edən və fəaliyyətdə olan alternativ enerji stansiyaları üzrə aparılır. Məlumatlar da qeyd edilirdi ki, 2009-cu ildə yenidən qurulan “Hövsan Aerasiya Stansiyası”nda gələcəkdə biloji qurğularda enerji istehsal ediləcək, Hövsan və Türkan kəndləri elektrik enerjisi ilə təchiz edəcəkdir. Layihə işində aparılan araşdırmalar, sorğular və monitorinqlər zamanı müəyyən edildiki  nə “Hövsan Aerasiya Stansiyası”da nə də “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu”nun ərazisində enerji istehsal edən bioqurğular mövcud deyildir.

pirshagi-2 pirshagi-3 pirshagi-6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eko Aləm ictimai birliyi

Sevil Yüzbaşeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *