Təbiətin dostu Eko – KSES-lər

oguz-4“Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsinində sonuncu üç tədbirini İsmayıllı, Oğuz və Göyçay rayonları ərazisində yerləşən 4 KSES-də həyata keçirtmişdir.

Kiçik Su Elektrik Stansiyalarını təbiətin, ekologiyanın dostu  adlandırırlar. Bu stansiyalar çayın və ya digər su hövzəsinin təbii gedişatının dəyişdirilərək yaradılan bəndlərdən gələn və ya axar suyun hidravlik enerjisindən  istifadə etmək üçün tikilərək,  elektrik enerjisi istehsal edilir. Bu isə bərpa olunan enerji mənbəyidir. Kiçik Su Elektrik Stansiyaları (KSES-lər) Bərpa Olunan Enerji Mənbələrindən (BOEM) biri hesab edilsədə həm də sərfəli hesab olunan kiçik hidroenergetika  müəssisələridir. Kiçik Su Elektrik Stansiyalarında alınan elektrik enerji ucuz başa gəlir, hava şəraitindən asılı olmadan dayanıqlı olur. Təbii yanacağa qənaət etməklə yanaşı, bu stansiyalarin tikintisinə  qoyulan vəsait 3,5-5 il müddətinə geri qaytarılmasını təmin edə bilir. Azərbaycan ərazisində Qarabağda işğaldan azad ediləndən sonra bərpa edilərək istismara verilən “Kəlbəcər-1 KSES” daxil olmaqla 14 KSES fəaliyyət göstərir.

Bir məsələni xüsusi ilə qeyd etmək istəyirəm ki, Eko Aləm ictimai birliyi 2006-ci ildən aktiv fəaliyyət göstərir. Hələ bu illər ərrzində heç bir dövlət və qeyri dövlət qurumu bizə AzərEnerji ASC-i kimi münasibət göstərməmişdi. Həyata keçirdiyimiz “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsinində aidiyyatı olan bütün qurumlara məktubla müraciət etmişdim. Bəzi qurumlar dəfələrlə müraciət, zəng vurmağıma baxmayaraq, heç əks əlaqə qurmadılar. İlk reaksiya verən qurumlardan biri, hətda deyərdim ki, birincisi elə AzərEnerji ASC-i oldu.  Kiçik Su Elektrik Stansiyaları (KSES-lər) AzərEnerji ASC-nə aiddir. Bu müəssisələrdə keçiriləcək monitoronqlər layihənin iş cədvəlinə görə axırıncı ayda nəzərdə tutulmuşdu. Buna baxmayaraq məktubumuzu aldıqdan sonra layihə boyu hər zaman əlaqəmiz oldu və bizə dəstəklərini heç əsirgəmədilər. Monitorinq qurupumuzu rayonlarda müşaət etmək üçün işçilərini və xidməti maşınlarını ayırdılar. Bu səbəddən AzərEnerji ASC-nin rəhbəri Baba Rzayev başda olmaqla, Hidrotexniki xidmətin rəisi Rüstəm Rəcəbova, həmin şöbənin rəis müavini bizi monitorinqlər zamanı rayonlarda hər zaman  müşaət edən Eldar Efendiyevə, İsmayıllı – 1 və İsmayıllı – 2 KSES-in rəisi Tofiq İsmayıllova, Oğuz -1, 2 və 3 KSES Aparıcı mühənisi Camal Əliyevə və eləcədə Göyçay  KSES   aparıcı mühəndisi Elbrus Eminova Eko Aləm ictimai birliyi və eləcədə şəxsən öz adımdan təşəkkür edirəm.

İlk tədbirimizi İsmayıllı-1 KSES-də başladıq. ərazidə bizi stansiyanın rəisi Tofiq İsmayov qarşıladı stansiya barədə məlumat verdi və ərazi ilə tanış edərək bizim suallarımızı cavablandırdı. Monitorinqlər zamanı əldə etdiyimiz nəticələr aşağıda verilmişdir.

İsmayıllı – 1 KSES işləkdir. Stansiya  Göyçay çayı üzərində tikilmişdir. Tikintisinə 2010-cu ildə başlanmış və 2013-cü ildə istismara verilmişdir. Stansiyanın qoyuluş gücü 1,581 MVt, Su sərfi – 3,6  m3/san, Su təzyiqi – 57,93 m-dir. Basqılı derivasiyalı plastik borular diam 80 0mm uzunluğu 2,1 km, illik elektrik enerjisi istehsalı – 7,905 mln.kVtsaat təşkil edir. Turbinlərin sayı 3 ədəd, Turbinlərin gücü, 3×0,527 MVt. İstehsalçı ölkə isə Çin Xalq Respublikasıdır.

Tədbirdən sonra digər İsmayıllı – 2 KSES-ə gəldik və stansiyanın işi ilə tanış olduq. digər İsmayıllı – 2 KSES İsmayıllı rayonunda Göyçay çayının Buynuz kəndinə yaxın hissəsində tikilmişdir. “İsmayıllı-1” su elektrik stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” su elektrik stansiyasına daxil olur.

İsmayıllı – 2 KSES işləkdir. Tikintisinə 2013-cu ildə başlanmış və 2016-cı ildə isə istismara verilmişdir. Stansiyanın qoyuluş gücü 1,581MVt, Su sərfi – 3,6  m3/san, Su təzyiqi – 57,93, m, Su təzyiqi – 57,93 m-dir. Basqılı derivasiyalı plastik borular diam 1220 mm uzunluğu 2 km, illik elektrik enerjisi istehsalı – 7,905 mln.kVt saat təşkil edir. Turbinlərin sayı, ədəd – 3, Turbinlərin gücü, MVt – 3×0,527. İstehsalçı ölkə isə Çin Xalq Respublikasıdır. Bu stansiyalarda 11 nəfər işçi çalışır. Hər İki Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Üçüncü tədbirimizi Oğuz KSES-də keçirdik. ərazidə bizi Oğuz KSES-in Aparıcı mühənisi Camal Əliyev qarşıladı. O, astansiyalar barədə məlumat verməklə yanaşı bizi ərazi ilə tanış etdi, suallarımızı cavablandırdı. Oğuz KSES kaskad tipli üç stansiyadır. Ərazidə şiddətli, intensiv yağış yağdığından ancaq  Oğuz-3 KSES-də manitorinq keçirə bildik. Digər 2 stansiya barədə məlumatları AzərEnerjinin mütəxəssisləri təqdim etdi.

Oğuz – 1  KSES işləkdir. Daşağılçay çayı üzərində tikilmişdir. Tikintisinə 2011-ci ildə başlanmış 2021-ci ildə istismara verilmişdir. Qoyuluş gücü –  1,341 MVt-dır. Su sərfi – 2,4  m3/san, Su təzyiqi – 70,0 m-dir. Basqılı derivasiyalı plastik borular diam 1220 mm uzunluğu 1700 m illik elektrik enerjisi istehsalı – 6,71 mln.kVtsaat təşkil edir. Turbinlərin sayı 3 ədəd, Turbinlərin gücü, MVt – 3×0,447. İstehsalçı ölkə isə Çin Xalq Respublikasıdır.

Oğuz – 2  KSES işləkdir. Daşağılçay çayı üzərində tikilmişdir. Tikintisinə 2011-ci ildə başlanmış 2021-ci ildə istismara verilmişdir. Qoyuluş gücü –  1,341 MVt-dır. Su sərfi – 2,4  m3/san, Su təzyiqi – 68,5 m-dir. Basqılı derivasiyalı plastik borular diam 1220 mm uzunluğu 1,7  km, İillik elektrik enerjisi istehsalı – 6,71 mln.kVt saat təşkil edir. Turbinlərin sayı 3 ədəd, Turbinlərin gücü, MVt – 3×0,447. İstehsalçı ölkə isə Çin Xalq Respublikasıdır.

Turbinin birinin suyu ətraf ərazilərdə  kənd təsərrüfatı üçün istifadəyə verilir.

Oğuz – 3  KSES işləkdir. Daşağılçay çayı üzərində tikilmişdir. Tikintisinə 2011-ci ildə başlanmış 2021-ci ildə istismara verilmişdir. Qoyuluş gücü –  0,894 MVt-dır. Su sərfi – 1,6  m3/san, Su təzyiqi – 71,0 m-dir. Basqılı derivasiyalı plastik borular diam 1220 mm uzunluğu 1,7  km, İillik elektrik enerjisi istehsalı – 4,47 mln.kVt saat təşkil edir. Turbinlərin sayı 2 ədəd, Turbinlərin gücü, MVt – 3×0,447. İstehsalçı ölkə isə Çin Xalq Respublikasıdır.

Növbəti monitorinqi Göyçay rayonu Şirvan kanalı üzərində yerləşən Göyçay  KSES – də keçirtdik.  Ərazidə bizi Göyçay  KSES-in aparıcı mühəndisi Elbrus Eminov qarşıladı. Stansiyanı gəzdirərək fəaliyyətləri və gələcək planları ilə tanış edərək suallarımızı cavablandırdı.

Göyçay  KSES işləkdir. Şirvan kanalı üzərində tikilmişdir. Tikintisinə 2010-cu ildə başlanmış 2013-ci ildə istismara verilmişdir. Qoyuluş gücü –  3,1 MVt-dır. Su sərfi – 32,64  m3/san, Su təzyiqi – 11,5 m-dir. Basqılı derivasiyalı plastik borular diam 1220 mm uzunluğu 1,7  km, İillik elektrik enerjisi istehsalı – 14,3  mln.kVt saat təşkil edir. Turbinlərin sayı 3 ədəd, Turbinlərin gücü, MVt – 3×1,033. İstehsalçı ölkə isə Çin Xalq Respublikasıdır.

Bütün KSES-lər möhtəşəm təbiət ərazisində yerləşməsinə baxmayaraq, stansiyanın daxili ərazisində, hər tərəfdə səliqə səhman, abadlıq  hökm sürür.

Azərbaycanda BOEM sahəsində görülən işlərin vəziyyəti ilə araşdırma aparmağa başlayanda  açıq mənbələrdə olan məlumatlara əsasən düşünürdüm ki, Paris Sazişinə əsasən götürdüyümüz öhdəliyi yerinə yetirə bilməyəcəyik. Azərbaycan höküməti “2016-cı ildə Paris Sazişini imzalamaqla qlobal temperatur artımının Selsi şkalası ilə iki dərəcə səviyyəsində saxlanması üzrə götürdüyü öhdəliyə və öhdəlikdən irəli gələn Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35% azaldılmasına hədəflənmişdir”.  Aparılan araşdırmalar və yerlərdə görülən işlərin, həyata keçirilən layihələrin monitorinqi göstərdi ki, görülən möhtəşəm işlərə baxmayaraq qüsurlar da mövcuddur, bəzi layihələr hələ də icra edilməmişdir, bütün ölkədə tullantıların emal edilməsi problemi hələ də ciddi olaraq qalmaqdadır. Lakin bütün bunlara baxmayaraq, BOEM sahəsində istər BMTY zavodunda tullantıların yandırılması və enerjinin əldə edilməsi sahəsində görülən işlər,  istər Günəş Stansiyalarında, istər Külək Stansiyalarında, istərsə də ” Təbiətin dostu Eko KSES” – lərdəki mövcud vəziyyət götürülən öhdəliyi yerinə yeticəyimiz inamını yaratdı.

Təbiətin mühafizəsi sahəsində çalışan hər kəsə uöurlar arzu edirəm!

oguz-1 oguz-3 oguz-5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eko Aləm

ictimai birliyinin sədri                                Sevil Yüzbaşeva