Samux Günəş Stansiyasında monitorinq keçirildi

aeyk-1Eko Aləm ictimai birliyi 13 aprel 2022-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsinində növbəti tədbirini Samux rayonu  Samux Günəş Stansiyası ərazisində həyata keçirtmişdir.

Azərbaycan Respublikasının Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İstismar və idarə etmə Şöbəsinin müdir müavini Cahid Şirinovun verdiyi məlumata görə stansiyanın sahəsi 115,5 ha olan Samux Günəş Elektrik Stansiyası 11 yanvar 2015-ci il tarixində istismara verilmişdir.

Samux  Günəş Stansiyası Samux  Rayonu Sarıqamış kəndinin yaxınlığındadüzəngah ərazidə inşa edilmişdir. Stansiyanın layihə gücü 2,8 MVt, faktiki gücü isə 1,5 MVt təşkil edir. Layihənin məqsədi günəş enerjisindən elektrik enerjisi istehsalı hesabına təbii yanacağa qənaət edilməsi, təchizatının etibarlılığının artırılması, itkilərin və atmosferə atılan karbon emissiyasının (CO2) azaldılmasıdır.

Samux Günəş Stansiyası hər birinin gücü 60 kvt olan Kaco Powador 60,0TL3 tyipli 25 ədəd invertor, hər birinin gücü 250 vt olan Azgüntex tipli 11212 ədəd günəş paneli (PV) və 1 ədəd 1600 tipli yağ transformatoru quraşdırılmışdır. Quraşdırılan günəş panellərindən 6000 ədədi şəbəkəyə qoşulmuşdur. Stansiya ərazisində yüngül konstruksiyalı 1 ədəd 10/0,4kv QPQ-də (Qapalı Paylayıcı Quruluş) ATEFşirkətinin istehsalı olan 3 dəst 10 kv kommutasiya avadanlığı quraşdırılmışdır. Stansiyada istehsal olunana elektrik enerjisi “Azərişıq” ASC-nin 10 kv-lıq Seyidlər hava xətti vasitəsi ilə enerji sisteminə ötürülür. Stansiyada illik elektrik enerjisinin istehsalı 1,1 milyon kvt saatdır.

Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kub metr qaza qənaət olunacaq. Həmçinin atmosferə atılan karbon emisiyasının 20 min ton karbon emisiyasının (CO2) azaldılmasına səbəb olacaq.

Eko Aləm ictimai birliyinin monitorinq qrupu ərazidə müşahidələr apardı. Samux Günəş Stansiyası işlək vəziyyətdədir. Stansiyanın ərazisində çalışanlar ciddi şəkildə quruculuq işi ilə məşğul idilər. Samux AEYK-nin dispetçeri stansiya ilə bizi tanış etdi, dispetçer otağından ərazini vəziyyətinin müşahidə edilməsi barədə məlumatlar verdi, panellərin texniki vəziyyətinin necə nəzarətdə saxlanılması, nasazlıqlar olması və onların aradan qaldırılması ilə bağlı bizə məlumatlar verməklə yanaşı  suallarımızı da cavablandırdı. Panellərin quraşdırıldığı ərazilər əkinə yaralı olmayan hesab edilsədə BOEM mütəxəssisləri panellərin altında olan torpaqlarda bitki örtüyü yetişdirilməsi üçün təcrübələr də həyata keçirirlər ki, alınan günəş enerjisindən gələcəkdə torpaq örtüyünü bərpa edə bilsinlər.

Ətraf mühitin bərpası və mühafizə edilməsi üçün görülən bütün tədbirlər təqdirə layiqdir.

aeyk-2 aeyk-3 aeyk-4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevil Yüzbaşeva

Eko Aləm İB-nin sədri.