Azərbaycanın Florastik Abidələri təhlükə qarşısındadır

Eko Aləm ictimai birliyi 17 oktyabr 2022-cı il tarixindən Azərbaycan Respublikasının Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə həyata keçirdiyi “Təbiət
abidələrinin qorunması və davamlı inkişafının təmin edilməsi ”

layihəsi çərçivəsində layihə
işində nəzərdə tutulan bölgələrdə “Təbiət Abidə”si hesab edilən qədim ağacların
monitorinqlərini həyata keçirttmişdir. Monitorinqlər, Göyçay, Oğuz, İsmayıllı, Qəbələ
royonlarının abidələr yaşayan bir sıra şəhər və kəndlərində, eləcədə Vəndam və Basqal
qəsəbələrində olmaqla 14 məkanda həyata keçirilmişdir.
Monitorinqləri həyata keçirtmək üçün abidələr, AMEA-nın alimlərinin 2004-cü ildə çap
etdirdikləri “Azərbaycan Bioloji Təbiət Abidələri” (Müəlliflər: B.H. Təhməzov, E.F. Yusifov,
K,S, Əsədov) kitabında verilən siyahıdan Şahdağ Milli Parkının, İsmayıllı və Qəbələ
yasaqlıqlarına aid ərazilərdə yaşayan, eləcədə indiyə qədər elmi cəhətdən öyrənilməmiş digər bir
neçə ərazidə yaşayan ağacların hazırkı vəziyyəti, yaşaması və muhafizə edilməsi məsələləri
araşdırılmışdır. Tədbirlər zamanı foto-video çəkilişlər də aparılmışdır.
Monitorinqlər zamanı məlum olmuşdur ki, artıq təəsüflər olsun ki, bir neçə təbiət abidəsi
həyatını itirmişdir. Yerlərdə aldığımız məlumatlara əsasən, artıq bir neçə ildir ki, bu Abidə
Ağaclar qurumuş, ətraf mühitə təhlükə yaratdığı üşün ETSN əməkdaşları tərəfindən qanuna
uyğun şəkildə aktlaşdırılaraq, ləğv edilmişdir. Bu ləğv edilən abidələrdən biri Göyçay rayonunun
Bığır kəndindəki 500 yaşlı Palıd ağacı, digəri isə Oğuz şəhərində yaşı 500 il olan abidə kimi
qeydiyyatdan keçən Şabalıd ağacıdır.
Bunlardan başqa İsmayıllı rayonunun Topçu kəndində fiziki şəxsin həyətində yaşayan ölkənin ən
qocaman 750 yaşlı “Topçu Palıdı”da artıq həyatını itirmişdir. İsmayıllı rayonunun Buynuz
kəndinin sakinlərinin dediklərinə görə köçəri çobanların oyuğunu özünə ev kimi istifadə etdikləri
ən qədim Şərq Çinar da hələ uzun illər öncə məhv edilmiş yerində bulaq tikilmişdir.
Monitorinqlər onu da göstərdiki, baxış keçirilən ağacların demək olar ki, (bir-ikisindən başqa)
heç birinin üzərində abidə olması, yaşı və tarixi barədə məlumatlar əks olunan nişanlar yoxdur.
Sovet vaxtı Pusiyadan gələn alimlərin bir həftə ərzində üzərində elmi tədqiqat işləri apararaq
abidə kimi qeydiyyata alınan Oğuz rayonunun Xaşmaz kəndindəki 5 Şərq Çinarının ən qədimi,
təqribən 1000-ə yaxın yaşı olan Abidənin ətrafdakı insanların etirazına baxmayaraq, yaxınlıqda
yaşayan hərbiçi məmur tərəfindən qazıntı və betonlama işləri aparılmış, ağacın kökləri çıxarılmış
və abidəyə ciddi ziyan vurulmuşdur. Çinarın abidə olması barədə sovet vaxtı üstünə vurulan
nişan pas atsa da, oxunmaz halda olsa da belə ağac üzərində hələ də müşahidə edilir.

Qəbələ rayonunun Həmzəli kəndinin ortasında yaşayan 950-dən çox yaşı olan möhtəşəm Şərq
Çinarına da yerli sakinlər tərəfindən ciddi müdaxilə edilmişdir. Ağacın çətiri onların sevimli
istirahət yeri olduğundan gövdə boyu ağaca paz vurulmuş və naves inşa edilmişdir. Abidənin
təhlükəsizliyi pozulmuşdur. Həmzəli kəndində aldığımız məlumatlara görə yaşı 500 yüz ildən
artıq olan abidə hesab edilən şabalıd ağaclarının da əksəriyyəti artıq qurumuşdur.
Vəndam qəsəbəsində yaşayan üç Şərq Çinarı da siyahıya alınmamasına baxmayaraq, qəsəbə icra
nümayəndəliyi tərəfindən xüsusi qayğı ilə mühafizə edilir.
Araşdırmalar göstərdiki digər bölgələrdə də yaşayan Abidələrində ekoloji vəziyyətinin
araşdırılmasına ehtiyac vardır.

Eko Aləm İctimai Birliyinin

sədri: Sevil xanım Yüzbaşeva