“Yeni Yaşma” Külək Elektrik Parkı tədbiri

DSC05989“Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsinində növbəti tədbirini “Yeni Yaşma” Külək Elektrik Parkında həyata keçirib. Parkın ərazisində bizi “Yeni Yaşma” Külək Stansiyasının baş mühəndisi Rasim müəllim qarşılayaraq park barədə məlumatlar verdi.

“Yeni Yaşma” Külək Elektrik Parkı — Azərbaycan Respublikasının Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində fəaliyyət göstərən külək elektrik stansiyasıdır. Stansiyanın tikintisi 2014-cü ildə başa çatmışdır. Yeni Yaşma külək elektrik stansiyasının gücü 50 MVt-dır. “Yeni Yaşma” Külək Stansiyası “Azərenerji” ASC-nin şəbəkəsinə qoşulmuşdur .

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Azərbaycanın  istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Energetika Nazirliyinin məlumatlarına görə Azərbaycanda 5 külək elektrik stansiyası fəaliyyət göstərir və onların ümumi gücü 66 MVt təşkil edir. Gücü 50 MVt olan və “Yeni Yaşma” Külək Elektrik Stansiyasında 20 turbin fəaliyyət göstərir. “Yeni Yaşma” KES Qafqazda ən böyük gücə malik külək elektrik stansiyasıdır. Energetika Nazirliyinin məlumatlarında ötən il KES-da 91,5 mln kvt saat elektrik enerjisi istehsal edilib. “Azərişıq” ASC külək elektrik stansiyasılarında isə 66,1 mln kvt saat elektrik enerjisi istehsal edilib.

“Yeni Yaşma” Külək Elektrik Parkı ərazisində yenidənqurma işlərini Almaniyanın “Berlin Wind” şirkəti aparıb. Ərazidə 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt-saata yaxındır. Bundan başqa Parkın ərazisində inzibati bina inşa edilib və Təlim-Tədris Mərkəzi yaradılıb. Stansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb. Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 1,8%-ə qədər artacaq. Stansiya xarici şirkət tərəfindən qurulsada hazırda stansiyanın idarə edilməsi, servis və istismar işləri tamamilə yerli mütəxəssislər tərəfindən icra olunur.

“Yeni Yaşma” Külək Parkının ərazisində ətraf mühitin sağlamlaşdırılması məqsədi ilə zeytun və badam bağları da salınıb.

Hər il iyunun 15-i Dünya Külək Günü kimi qeyd edilir və dünya miqyasında European Wind Energy Association (EWEA) və Global Wind Energy Council (GWEC) tərəfindən təşkil edilir. Külək günü, külək enerjisinin gücü haqqında insanların məlumatlanması üçün keçirilən bir gündür. EWEA və GWEC ilə birlikdə külək enerjisi istehsalında iştirak edən milli külək energetika birlikləri və şirkətləri dünyanın bir çox ölkələrində bununla bağlı tədbirlər təşkil edir. 2019-cu ildə dünyada külək enerjisi üzrə 60 QVt yeni güc istifadəyə verilib. Külək enerjisi üzrə qoyuluş gücü 2019-cu ilin sonuna 623 QVt olub ki, bu da bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 24,6%-ni təşkil edir. Külək enerjisi bərpa olunan enerji mənbələrində hidroenerjidən sonra ikinci əsas paya malikdir.

Aparılan araşdırmalar və monitorinqlər nəticəsində Azərbaycanın 2030-cu ilə qədər BOEM istifadənin 35%-ə çatdırılması barədə hədəflədiyi öhdəliyin yerinə yetirəcəyi qənaətinə gəldik.

DSC05973 DSC05997 DSC05998

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eko Aləm

ictimai birliyinin sədri                                Sevil Yüzbaşeva