Suqovuşan su anbarında ekoloji monitorinqlər keçirilib

DSC05755Eko Aləm ictimai birliyi 11 aprel 2022-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsinində növbəti tədbirini Tərtər rayonu  Suqovuşan su anbarı ərazisində və orada  yerləşən Suqovuşan Kiçik Su Elektrik Stansiyasında həyata keçirtmişdir.

Azərbaycanda olan  çayların ümumi hidroenerji potensialının 40 mvt/saat, kiçik SES-lərin nəzəri enerji potensialının isə 28 nlrd.kvt./saat olduğu müəyyən edilmişdir. Hesablamalara görə, çayların üzərində tikilməsi mümkün olan 280-ə yaxın kiçik SES-in ümumi istehsal gücü 700 MVT, illik enerji istehsalı isə 3,2-3,5 mlrd.kvt/saat təşkil edir.

Məlumatlarda həm də deyilir ki, 1976-cı ildən Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilmiş Sərsəng su anbarının ümumi su tutumu isə 565 mln m³-dir. Onun istifadəyə yararlı olan tutumu 495 mln m3, bəndinin hündürlüyü 126 m, uzunluğu 600 m-dir.  Bənd Sərsəng su anbarını əmələ gətirmişdir. Sərsəng su anbarından şərqə doğru Tərtərlə müqayisədə aşağı axın istiqamətində Suqovuşan (Madagiz) su anbarı yerləşir.

Suqovuşan su anbarı Vətən Müharibəsindən əvvəl Tərtər rayonunun erməni işğalında olan hissəsinə aid idi. 3 oktyabr 2020-ci iltarixində Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.

Bərpa və quruculuq işləri həyata keçirildikdən sonra 3 oktyabr 2021-ci il tarixində “Suqovuşan 1” və “Suqovuşan 2” stansiyalarının açılışı həyata keçirilib. Hər iki “Suqovuşan 1” və “Suqovuşan 2” kiçik stansiyanın ümumi gücü 7,8 meqavatdır. “Suqovuşan 1” stansiyasında ildə 13,8 milyon kvt gücündə elektrik enerjisi istehsal olunması nəzərdə tutulmuşdur. “Suqovuşan-1” KSES-də ümumi gücü 3MVt olan 3 aqreqat quraşdırılmışdır ki, bunları da hər birinin ayrılıqda gücü 1,6 MVt-dır. “Suqovuşan-2” KSES-də olan 3 aqreqatın isə hər birinin gücü 1 MVt, ümumi gücü isə 3 MVt-dır. Hazırda bu stansiyalar normal rejimdə fəaliyyət göstərir. Suqovuşanda istehsal edilən elektrik enerjisi Talış və Suqovuşan kəndlərinin elektrik enerjisi ilə təchiz etmək üçün istifadə edilir.

Müharibə vaxtı işğalçı düşmən geri çəkilməyə məcbuq edildikləri zaman bu stansiyaya ciddi ziyan vurmuşdular. Söküb apara bildikləri hissələri aparmış, apara bilmədiklərini isə sındırıb dağıdıblarmış. Azadlığa çıxdıqdan sonra bu stansiyalar əsaslı şəkildə yenidən qurulmuş, istehsal olunan elektrik enerjisini ötürmək üçün yeni  paylayıcı xətləri də çəkilmişdir. Hazırda stansiya işləkdir.

Apardığımız monitorinqlər zamanı həm Suqovuşan su anbarında suyun səviyyəsi çox aşağı düşdüyünü həm də Tərtər çayın suyunun isə tam olaraq quruması müşahidə edildi. Hazırda həm  Tərtər SES həm də Sərsəng su anbarı erməniləri mühafizə edən rus ordusunun yerləşdiyi ərazidə olduğundan orada monitorinqlərin keçirilməsi mümkün olmadı.

Həm yağıntının az olması həm də ermənilərin nəzarətində olan Sərsəng su anbarından su buraxılmamaması səbəbindən Suqovuşan su anbarında suyun səviyyəsi həddən artıq aşağı düşmüşdür ki, bu da Tərtər çayın qurumasına səbəb olmuşdur. Monitorinqlər zamanı məlum oldu ki, məlumatlarda deyilən Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının təxminən 60 min hektar ərazini su ilə təmin edilməsi məsələsi hələ də öz həllini tapmamışdır.

KSES 1 KSES 2

 

 

 

 

 

 

 

 

Sevil Yüzbaşeva

Eko Aləm ictimai birliyi