Category Archives: Hesabatlar

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə YEKUN HESABAT

                         Eko – Aləm  İctimai Birliyi

Layihənin icra müddəti 3 aydır

 Layihə üzrə fəaliyyətlərin  2 mərhələ üzrə reallaşdırılması nəzərdə tutulmuşdur.

Layihənin icrasına təşkilati dəstək  MSŞT QHT Koalisiyası tərəfindən həyata keçirilir.

 1-ci mərhələdə aşağıdakı fəaliyyətlərin icrası   planlaşdırılmış və həyata keşirilmişdir:

a) Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin həyata keçiriləcək təlimlərlə əlaqədar ehtiyaclarının öyrınilməsi.

  Bu məqsədlə ilk öncə MSŞT üzrə QHT koalisiyası Şurasının 3 iclasında xüsusi müzakirələr keçirilmişdir. Bu iclaslarda Şura üzvləri ilə yanaşı Monitorinq Qrupunun üzvləri, habelə, koalisya üzvü olan ekspertlər iştirak etmiş, MSŞT Kolalisiyasının professional imkanlarını, peşəkarlıq  səviyyəsini, eləcə də, üzvlərin məlumatlılıq dərəcəsini artirmaq üçün öz təklif və tövsiyyələrini vermişlər. Müzakirələrdə Koalisiyanın potensialını gücləndirmək məqsədilə zəruri hesab edilən təlim movzularının təqribi siyahısı müəyyənləşdirilmişdir. Daha sonra isə seçim üçün koalisiya üzvləri ilə həm fərdi, həm də qrup müzakirələrinin aparılması və onlar tərəfindən səsləndirilən təkliflərinin ümumiləşdirilməsi aparıldıqdan sonra ilk 3 təlimin mövzusunun dəqiqləşdirilməsi tövsiyyə olunmuşdur.

 Beləliklə, Koalisiya Şurası tərəfindən irəli sürülən ilk 3 təlim müvzularının  təqribi siyahısı əsasında 50-yə yaxın koalisiya üzvü ilə ayrı-ayrılıqda  fərdi olaraq,  hərəsində 10 nəfər olmaqla isə 2 dəfə qrup müzakirələri aprılmış, əlavə təkliflər də daxil olmaqla bütün təkliflər ümumiləşdirilmiş və təlimlərdə aşağıdakı mövzular üzrə dərslərin keçirilməsi qərarlaşdırılmışdır:

1-ci təlim-“MSŞT hesabatlığı: anlaşma səviyyəsi, təhlil və ictimailəşmə imkanları”

2-ci təlim-“MSŞT idarəetməsi:beynəlxalq təcrübə, yerli səviyyədə müxtəlif ölkələrin mütərəqqi təcrübələri və Azərbaycanda MSŞT idarəetmə təcrübəsi

3-cü təlim-

b) Koalisiya üzvlərinin ehtiyaclarına uyğun olaraq müəyyənləşdirilmiş mövzular üzrə təlimçilərin seçilməsi.

 Bu məqsədlə, ilk öncə, MSŞT prosesləri və MSŞT idarəetməsi  sahəsində bilik və məlumatlılıq səviyyəsi cox olan( 11 nəfərlik koalisiya şurası üzvləri də  daxil olmaqla) bütün Koalisiya    ekspertlərinin və bir necə koalisiya üzvü olmayan kənar ekspertin tam siyahısı  müəyyənləşdirilmışdir.    Sonra isə keciriləcək ilk 3 təlimin vaxtı  dəqiqləşdirilmiş və  mövzulara uyğun  seçim etmək üçün bütün ekspertlərə həm yazılı, həm də şifahi müraciətlər edilmış və seçim meyarlarına uyğun    olaraq onlarla fərdi müzakirələr həyata keçirilmişdir.  Təlimçi qismində çıxış emək istəyən hər bir ekspert əvvəlcə mövzulara uyğun olaraq özlərinin təlim modullarını və təqdimatlarının ilkin varianlarını hazırlayır və bu sənədlər üzərində xüsusi qiymətləndirmə apardıqdan sonra seçim edilir.   Ekspertlərin könüllü seçimini və qiymətləndirmələrin nəticələrini  də nəzərə almaqla hər bir mövzua  uyğun  aşağıdakı ardıcıllıqla  təlimçilərin siyahısı müəyyənləşdirilmişdir:

1-ci təlim- Qubad İbadoğlu, Azər Mehdiyev

2-ci təlim- Sabit Bağırov, İnqilab Əhmədov

3- cü təlim- Mehriban Vəzir, Oqtay Gülalıyev

v) Təlim iştirakçılarının  müəyyənləşdirilməsi

Təlimlərdə iştirak edəcək koalisiya üzvlərinin müəyyənləşdirilməsi onların istəyinə uygun olaraq könüllülük prinsipi əsasında həyata keçirilmşdir. Belə ki, öncədən koalisiyanın internet  şəbəkəsində üzvlərə təlimlərin vaxtı, yeri, mövzusu və təlimləri aparacaq ekspertlər barədə məlumatlar verilmiş və onların istəkləri,müraciətləri əsasında qeydiyyat aparılməş və hər bir təlim üçün iştirakçı siyahisi tərtib edilmişdir.

    Hər bir təlim üçün zəruri olan təlim materialları, iştirakçılar üçün isə lazım olan xüsusi sənədlər toplusu öncədən planlaşdırılaraq hazırlanmışdır.

 q) Təlimlərin keçirilməsi

 Layihə çərçivəsində planlaşdırılan 1-ci təlim sentyabrın 23-24-də Novxanıdakı AF Oteldə  keçirilmişdir. Koalisiya  Şurası  və Monitorinq Qrupu üzvləri üçün nəzərdə tutulan bu təlimin  movzusu “MSŞT hesabatlığı: anlaşma səviyyəsi, təhlil və ictimailəşmə imkanları” idi.

   Təlimi giriş sozü ilə   MSŞT Koalisiyasının Şura üzvü İlham Hüseynli(layihə əlaqələndiricisi) acaraq, layihənin əhəmiyyəti, mövzunun aktuallığı barədə danışdı və  layihəni dəstəklədiyinə görə ATƏT-in Bakı Ofisinə təşəkkürünü bildirdi.

Sonra isə  ATƏT-in Bakı Ofisinin iqtisadiyyat və ətraf mühit üzrə məsul işçisi Benyamin Mişel Viland çıxış etdi. O, MSŞT Koalisiyası ilə əməkdaşlıqdan məmnun olduğunu  və bu təlimlərin Koalisiya üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi.  Layihınin əhatə etdiyi mövzulara diqqət yönəldən ATƏT rəsmisi  təlimlərin Koalisiya təmsilçilərinə fayda verəcəyinə əminliyini  ifadə etdi.

Daha sonra MSŞT Koalisiyası Şurasının əlaqələndiricisi, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun gündəliyə uyğun olaraq “MSŞT hesabatlığı və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda təqdimatı dinlənildi. Təqdimatdan sonra təlim iştirakçıları bu təqdimatdan dolayı bir sıra suallarla çıxış etdilər.   Ümumi müzakirələrin ardınca növbəti təlimçi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev “MSŞT çərçivəsində şirkətlərin fərdi hesabatlığı: xarici təcrübə və Azərbaycan”  mövzusunda təqdimatla çıxış etdi. Koalisiya təmsilçiləri bu təqdimatdakı ayrı-ayrı məqamlar ətrafında da müzakirələr açaraq ekspertə onları düşündürən suallar ünvanladılar.Təlimlərin ikinci günü isə MSŞT Kolaisiyasının stateji planlaşdırmasına  həsr olunmuşdur. Müxtəlif qruplara bölünən təlim iştirakçıları strateji planlaşdırmanın aparılması qayda və meyarları, habelə, Koalisiyanın fəaliyyəti, hazırkı vəziyyət və perspektivləri barədə fikirmübadiləsi apararaq, koalisiyanın güclü, zəisf tərəflərini, imkan və risklırini müəyyənləşdirmişlər.  Təlimin sonunda isə iştirakçılar tərəfindən qiymətləndirmə həyata keçirilmiş, ekspertlərin təqdimatları və bütövlükdə, təlim prosesinin gedişi dəyərləndirilmişdir.

 Bu sıradan  2- ci təlim isə Sentyabrın 30-u və oktyabrın 1-də  MSŞT Koalisiyasının ofisində  baş tutdu. Bu təlimin mövzusu  isə  “MSŞT idarəetməsi: beynəlxalq təcrübə, yerli səviyyədə müxtəlif ölkələrin mütərəqqi təcrübələri və Azərbaycanda MSŞT idarəetmə təcrübəsi”  olub.

ATƏT-in Bakı Ofisinin iqtisadiyyat və ətraf mühit üzrə məsul işçisi Benyamin Mişel Viland əvvəlki təlimdə olduğu kimi bu dəfə də bütövlükdə layihınin əhəmiyyətindən, ATƏT-in  Koalisiyanın potensialının güclənməsində maraqlı olduğundan danışmış, təlim mövzuları, habelə, təşkilatçılıq məsələlərinə diqqət yönəldərək, bu  təlimlərin Koalisiya təmsilçilərinə fayda verəcəyinə bir daha əminliyini  ifadə etmişdir.

Daha sonra MSŞT Koalisiyası Şurasının üzvü, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov  MSŞT-nin yaranma tarrixindən, ilkin təşəbbüslərdən və  Azərbaycanın bu prosesdəki iştirakçılıq səviyyəsindən danışmış və  bunun ardınca da  “MSŞT-nin Azərbaycanda idarə edilməsi” mövzusunda öz  təqdimatını etmişdir.  Sonra ümumi müzakirələrin ardınca  S.Bağırov  “Digər ölkələrdə MSŞT-nin idarə edilməsi” və “MSŞT-nin maliyyələşməsi(beynəlxalq və milli səviyyələrdə). Çoxdonorlu Etibar Fondu(Multi-Donor Trust Fond)” adlı daha iki təqdimatla çıxış etdi.

 Təlimin ikinci günü isə İctimai Vəsaitin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov  “MSŞT-nin beynəlxalq səviyyədə idarə edilməsi. Beynəlxalq İdarə Heyəti”, “MSŞT-nin beynəlxalq katibliyi” və “Yeni qaydalar” kimi mövzuları əhatə edən təqdimatla çıxış etdi.

Təlimlərdə hər iki ekspert koalisiya üzvlərini maraqlandıran suallara  ətraflı cavab vermiş və edilmiş təqdimatlar ətrafında geniş  müzakirələr keçirilmişdir.

Təlimin sonunda layihə əlaqələndiricisi İlham Hüseynli  çıxış edərək təlimin gedişi, edilən təqdimatlar və  təlimçi-içtirakçı  komunikasiyası barədə oz fikirlərini bildirmiş və yekunda təlim iştirakçıları tərəfindən  ümumi qiymətləndirmə aparılmışdır.

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə planlaşdırılan novbəti-3-cü, ikigünluk təlim 0ktyabrın 14 və 15-də, Koalisiya ofisində keçirildi.Təlimin mövzusu “Vətəndaş Cəmiyyətinin MSŞT-də iştirakçılılığı və rolu, ÇQ və Anlaşma Memorandumu: VC-nin töhvələri”, təimçi- ekspertlər isə Koalisiya şurasının üzvləri  Mehriban Vəzir və Oqtay Gülalıyev idi.

 Təlimin 1-ci günü  ilk olaraq “Təbii sərvətlərin dünya ölkələrinin iqtisadi həyatında rolu və yaratdığı problemlər- ümumi baxış” adlı təqdimatla Mehriban Vəzir çıxış etdi. Müzakirələrdən sonra isə Oqtay Gülalıyev “Mədən sənayesi gəlirlərinin idarə olunmasında mövcud risk amilləri”,  M.Vəzir isə “Mədən sənayesi gəlirlərinin idarə olunmasında ictimai nəzarətin təşkili- ictimai iştirakçılıq problemi” adlı özünün ikinci təqdimatını etdi. Hər iki təqdimatçı müzakirələr zamanı onlara ünvanlanmış suallara geniş və əhatəli izahatlar verdilər. Təlimin ikinci gününün əsas mövzusu isə Mədən sənayesində şəffaflığın artırılmasında vətəndaş cəmiyyətinin rolu və qarşıda duran vəzifələrə həsr olunmuşdur. Daha çox ineraktiv qaydada keçirilən bu təlim iştirakçıların xüsusi fəallığı ilə fərqlənmişdir.  Sonda iştirakçılar tərəfindən onlara paylanmış qiymətləndirmə testləri cavablandırıldı.  Bu Təlimdə 18 nəfər koalisiya üzvü iştirak edirdi.

“ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə planlaşdırılan növbəti,  4-cü təlim  oktyabr ayının 28 və 29-da koalisiya ofisində keçirildi.  Bu təlimin baş mövzusu “MSŞT-də tətbiq edilən model və alətlər, Strateji şəbəkələşmə”,təlimçiləri isə   Koalisiyanın ekspertləri Əli Quliyev və Məhəmməd Talıblı idi. Təlimçilərin birlikdə apardığı iki günlük təlimin əsas təqdimatları “MSŞT-də tətbiq edilən model və alətlər”,MSŞT-da qeyri-şəffaflıq probleminə ünvanlanan yanaşmalar”,MŞST üzrə vətəndaş cəmiyyəti strategiyasının şəbəkələşməsi,MŞST-də strateji inkişafın mərhələləri”, “ MSŞT-nin inkişafında informasiya və kommunikasiyanın rolu və yeri” kimi vacib mövzulara həsr edilmişdir. Təlim iştirakçıları ilə birbaşa dialoq və interaktiv əsasda aparılan bu tədbirdə ekspertlər onlara ünvanlanmış sualları  əhatəli cavablandırdılar. Təlim iştirakçıların yekun qiymətləndirmə blanklarını doldurmaqla öz işini yekunlaşdırdı.

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə  sonuncu təlim 4-5 noyabr 2011-ci il tarixlərdə Koalisiya ofisində reallaşdırıldı.Təlimin gedişində ATƏT-in Bakı Ofisinin iqtisadiyyat və ətraf mühit üzrə məsul işçisi Benyamin Mişel Viland iştirak edərək bütövlükdə layihənin və keçirilən təlimlərin əhəmiyyətindən, ATƏT-inKoalisiya ilə əməkdaşlıqda maraqlı olduğundan danışdı və  təlim iştirakçılarına uğurlar arzuladı.

 Bu təlim MSŞT üçün olduqca vacib olan bir məsələyə, MSŞT-nin idarə edilməsinin qanunvericilik məsələlərinə  həsr edilmişdir. Bu təlimin əsas mövzusu “MHŞT və Neft Fondlarının idarəedilməsinin hüquqi aspektləri: beynəlxalq və yerli təcrübə”,  təlimçiləri isə Kolaisiyanın şura üzvləri, ictimaiyyətin cox tanıdığı ekspertlər Əliməmməd Nuriyev və Sahib Məmmədov idi. Təlimin ilk iş günündə ekspert qismində Ə.Nuriyev, ikinci günündə isə S.Məmmədov çıxış etdilər.

  Ə. Nuriyevin əsas təqdimatları “ Suveren fondların idarəedilməsi”, “ Dövlət Neft Fondunun idarə olunmasının hüquqi əsasları” və “Neft Fondu haqqında qanun və onun qəbulunun zəruriliyi” mövzularına, S.Məmmədovun təqdimatları isə “ MHŞT-nin Azərbaycanda fəaliyyətinin hüquqi əsasları MHŞT-nin tətbiqinin hüquqi tənzimlənməsində beynəlxalq praktika”, “ MHŞT-nin iarə olunması: Milli praktika və beynəlxalq təcrübə”, eləcə də,  “ Təbii sərvətlərin mənimsənilməsində ətraf sosial və ekoloji mühitə təsirlərin qiymətləndirilməsi” kimi Koalisiya həyatı üçün vacib olan mövzulara həsr edilmişdir. Hər iki ekspertin təqdimatları təlim iştirakçıları tərəfindən olduqca maraqla qarşılanmış, onlara ünvanlanmış coxsaylı suallar isə təlimin gedişi və sual-cavab üçün ayrılmış vaxtlarda cavablandırılmışdır. Təlimin hər iki gününün sonunda isə iştirakçılar tərəfindən yekun qiymətləndirmə həyata keçirildi.

       İştirakçılıq

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə reallaşdırılan təlimlərində Koalisiya üzvlərinin iştirakçılıq səviyyəsi aşağıdakı cədvəldə öz əksini tapmışdır.( Təlimlərin hər günü üçün iştirakçların qeydiyyat siyahısı hesabata əlavə edilir)

Sıra nömrəsi Təlimlərin keçirilmə tarixləri  Təlimdə iştirak edən koalisiya üzvlərinin sayı
Ümumi say Qadınların sayı Kişilərin sayı
1. 23 sentyabr 2011-ci il 17 7 10
2. 24 sentyabr 2011-ci il 15 6 9
3. 30 sentyabr 2011-ci il 19 8 11
4. 01 oktyabr 2011-ci il 16 7 9
5. 14 oktyabr 2011-ci il 22 8 14
6. 15 oktyabr 2011-ci il 18 10 8
7. 28 oktyabr 2011-ci il 20 9 11
8. 29 oktyabr 2011-ci il 19 7 12
9. 04 noyabr 2011-ci il 21 10 11
10. 05 noyabr 2011-ci il 18 10 8
  Yekun: 186 83 103

 Cədvəldən məlum olur ki, layihənin icrası dövründə həyata keçirilmiş 5 ( iki günlük) təlimdə üst-üstə 185 nəfər Koalisiya üzvü qeydiyyatdan keçmiş və onlardan da 103 nəfəri kişi, 83 nəfər isə qadın  olmuşdur.

Aparılmış təhlillər “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə reallaşdırılan bu təlimlərə marağın və təlabatın böyük oldugunu göstərmişdir.Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, bir cox hallarda bir kolalisiya üzvü bir yox, bir neçə təlimdə iştirak etmək üçün layihə təşkilatçılarına müraciət etmiş və bu istək təşkilatçılar tərəfindən nəzərə alınaraq onların iştirakı təmin edilmişdir. Kolalisiya iştirakçılarının ayrı-ayrı təlimlərdə iştirak intensivliyi aşagıdakı kimi olmuşdur:

  1. Təlimlərdə1 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –  36 nəfər
  2. 2 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –  28 nəfər
  3.  3 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –  11 nəfər
  4.  4 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –    7 nəfər
  5.  5 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –     2 nəfər
  6.  6 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –     2 nəfər
  7. 10gün iştirak edən Koalisiya üzvlərinin  sayı –      2 nəfər

                     ( bura layihə koordinatoru və asissenti aiddir)

Qiymətləndirmə

Keçirilmiş bütün təlimlərin sonunda iştirakçılara yekun qiymətləndirmə blankları paylanmış və onlar tərəfindən müstəqil şəkildə doldurulmuşdur. Qiymətləndirmə zamanı iştirakçılar  aşağıdakı sualları 5 ballıq(1-çox pis, 2-pis, 3-kafi, 4-yaxşı, 5-əla)sistem üzrə cavablandırmışdır. Ayrı-ayrılıqda keçirilmiş hər bir təlim kursu üzrə onların verdikləri qiymətlər İşçi qrupu (bura  layihə koordinatoru və asissenti, eləcə də, layihə nəticələrini dəyərləndirmək üçün cəlb edilmiş koalisiya üzvü olan ekspertlər  V.  Bayramov, İ. Hüseynli, R. Hüseynova aiddir) tərəfindən ümumiləşdirilərək suallara uyğun yekun orta qiymətlər hesablanmışdır. Suallar üzrə nəticələr aşağıdakı kimi olmuşdur:

1. Təlim kursunun məqsədləri aydın izah edilib.       4.5

2. Metodlar məqsədlərə uyğun  seçilib.         4.3

3. Təlim kursu mənə yeni biliklər verdi.        4.7

4. Biliklərimi möhkəmləndirmək üçün geniş

 imkanım oldu.        4.8

5. Mən daha çox öyrənmək üçün motivasiya aldım.                4.7

6. Kursun məzmunu məqsədlərə cavab veriridi.                       4.6

7. Praktik vasitələrdən istifadə edildi və öyrənməyimə

 yardım etdi.                3.9

8. Təqdimatların səviyyəsi yüksək idi.          4.4

9. Paylama materialları ilə təmin olundum.   4.9

10. Qrup halında işləmək üçün şərait  əlverişli idi.    3.8

11. Təqdim olunmuş tapşırıqlar münasib idi. 4.4

12. Mənim suallarım həmişə tam cavablandırılırdı. 4.7

13. Mənim təcrübəmi bölüşmək imkanım vardı.       4.7

14. Təşkilati məsələlər yaxşı həll edilmişdi    4.8

15. Təlimin keçirilmə şəraiti əla idi.   4.6

16. Öyrəndiklərimi fəaliyyətimdə tətbiq edə bilərəm      4.3

Qiymətləndirmə blankında təlim  iştirakçıların fikir və rəylərini, təklif və töfsiyyələrini öyrənmək üçün onlara aşağıdakı formatda daha 2 sual  ünvanlanmışdır:

17. Təlimin ən maraqlı hissələri aşağıdakılar idi:————————————————————————————————————————————————————————-

18. Gələcəkdə təlim prosesini təkmilləşdirmək üçün aşağıdakıları təklif edərdim:—————————————————————————————————————————————-

    “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə həyata keçirilən təlimlərin gedişi zamanı  Koalisiya üzvləri tərəfindən irəli sürülmüş həm şifahi, həm də yazılı (qiymətləndirmə blanklarının yuxarıda qeyd edilmiş 17 və 18-ci suallarına verilmiş cavablar)  fikir və mülahizələr, eləcə də, ayrı-ayrı koalisiya üzvləri ilə aparılmış müsahibələr, keçirilmiş sorğularİşçi Qrupu tərəfindən təhlil olunaraq ümumiləşdirilmiş və bunun əsasında hesabatın “Rəy və Təkliflər” bölümü hazırlanmışdır.

 Rəy və  Təkliflər

– ATƏT-in Bakı ofisinin  “ Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT  Koalisiyası ilə  Koalisiya üzvlərinin bilik bacarıqlarının artırılması istiqamətindəki əməkdaşlığı yüksək qiymətləndirilsin.

-ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə  Koalisiya üzvlərinin bilik bacarıqlarının artırılması məqsədilə həyata keçirilən təlimlərin effektliyi və təsirliliyi nəzərə alınsın və bu səbəbdən mövcud əməkdaşlığın və həyata keçirilən layihənin davamlılığının təmin edilməsi məqsədəuyğun hesab edilsin.

– “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası  üzvlərinin bilik bacarıqlarının artırılması” layihəsi üzrə fəaliyyətlərin( təlimlərin)icrası zamanı Koalisiya üzvlərinin göstərdikləri  istək və maraqlar nəzərə alınsın və bu təlimlərin digər Koalisiya üzvləri, ocümlədən, koalisiya üzvü olan  Region QHT-ləri(  Bakı, Gəncə, Şirvan, İmişli, Yevlax,Göyçay, Şəki, Mingəçevir və Quba) üçün də  keçirilməsi  zəruri hesab edilsin.

-Həm Bakıda, həm də regionlarda koalisiya üzvləri üçün  keçiriləcək təlimlərdə vacibliyi baxımdan sıralanmış aşağıdakı mövzuların seçilməsi məqsədəuyğun bilinsin:

1. “MSŞT nədir: prinsiplər, meyarlar, tələblər”;

2.“MSŞT idarəetməsi: beynəlxalq təcrübə, yerli səviyyədə müxtəlif ölkələrin mütərəqqi təcrübələri və Azərbaycanda MSŞT idarəetmə təcrübəsi”

3.  “Vətəndaş Cəmiyyətinin MSŞT-də iştirakçılılığı və rolu, ÇQ və Anlaşma Memorandumu: VC-nin töhvələri”

 4. “MSŞT və Neft Fondlarının idarəedilməsinin hüquqi aspektləri: beynəlxalq və yerli təcrübə”

– Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün dünyada və Azərbaycanda daha da populyarlaşmasını, inkişaf etmiş ölkələrin( ABŞ, Kanada və s.)bu təşəbbüsü dəstəkləməsi və təşəbbüsə qoşulma ilə bağlı niyyətlərini ifadə etmələrini, eləcə də, ölkədə neft və qaz satışından əldə edilən gəlrlər üzərində ictimai nəzarətin yaradılmasının vacibliyini nəzərə alaraq Region mərkəzlərində(  Bakı, Gəncə, Şirvan, İmişli, Yevlax,Göyçay, Şəki, Mingəçevir və Quba)MSŞT prosesləri barədə əhalinin( bələdiyyə və icma üzvləri, məktəb müəllimləri icma və digər təbəqələr) məlumatlandırılması məqsədi ilə aşağıdakı mövzularda seminar və dəyirmi masaların keçirilməsi məqsədəuyğun bilinsin:

  1. “ MSŞT nədir: prinsiplər, meyarlar, tələblər”

  2. “Neft gəlirlərinin idarə edilməsində  Dövlət Neft Fondunun yeri və rolu”

3. “MSŞT idarəetməsində  beynəlxalq və yerli təcrübələr”

4. “Vətəndaş Cəmiyyətinin MSŞT-də iştirakçılılığı”

   İlham Hüseynli

 “Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası  üzvlərinin bilik bacarıqlarının artırılması” layihəsinin koordinatoru

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Yekun Hesabat

Təşkilatın adı:  Eko Aləm İctimai Birliyi

 Layihəni maliyyələşdirən təşkilatın adı: Azərbaycan Respublikasının Prezidenti

yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 Layihənin adı: “Uşaqlara təhsil müəssisələrərində gender məsələləri və ekoloji təhsil

haqqında biliklərin verilməsinə yardım

 Layihənin müddəti: 3 ay  

 Layihənin ümumi məbləği:  3000 (üç min) AZN

 Layihənin rəhbəri: Yüzbaşeva Sevil İsmayıl qızı

Ümumi məlumat

1. Layihənin əsas məqsədi: Ümumtəhsil müəssisələrində təhsilin və təbiət elmlərindən bəhs edən dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə, gender məsələləri və ekoloji təhsil haqqında biliklərin verilməsinə həsr olunmuş təbliğat tədbirlərin həyata keçirilməsi.

 

Layihənin adı Təhsil  müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı  biliklərin verilməsinə yardım
Layihənin müddəti (başlangıc və son tarixlər) 20 sentyabr 2010-cu il 20  декабр 2010-cu il
Şura tərəfindən ayrılmış maliyyə yardımının ümumi məbləği 3000
Bu günədək ayrılmış maliyyə vəsaitinin miqdarı 3000
Hesabatın əhatə etdiyi dövr 20 sentyabr 20 dekabr 2010-cu il

    2. Hesabat dövründə öhdəliyə götürülmüş işlər

Bu bölməyə aid məlumatlar aşağıdakı cədvəl şəklində verilməlidir.

 

 

Fəaliyyətin adı

Həyata keçirilmə tarixi

Həyata keçiriləcək yer

Məsul şəxs

1

Layihənin anonsu                                                                                                                                                                                                  Hazırlıq mərhələsi-rəhbər

20.09.- 03.10. 2010

Bакı

Layihə rəhbəri

2

Kitabın texniki tərtibatı və çapı

03.10.- 10.10. 2010

Bакı

Layihə rəhbəri

3

Tədbirə hazırlıq 10.10.-17.10.

2010

Bакı

Layihə rəhbəri

4

Təcrübəçilik Mərkəzində tədbir

22.10.2010

Bакı

Layihə rəhbəri

5

Aralıq hesabat

28.10.2010

Bакı

Layihə rəhbəri

6

46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi

13.11. 2010

Bакı

Layihə rəhbəri

7

Bakı şəhəri 132-134 saylı birləşmiş Məktəbin Treninq Mərkəzi

3. 12. 2010

Bакı

Layihə rəhbəri

8

Yekun hesabat

20.12.2010

Bакı

Layihə rəhbəri

 

  3. Hesabat dövründə görülmüş işlər

 (Hesabat dövründə həyata keçirilən hər bir fəaliyyət növü 2-ci bölmədə verilmiş ardıcıllığa uyğun olaraq aşağıdakı formada təsvir edilməlidir)

1-ci fəaliyyət

 

Fəaliyyətin adı Hazırlıq mərhələsi-rəhbər Kitaabın hazırlanması və çapı
Keçirilmə tarixi 20.09 – 03.10. 2010
Keçirildiyi yer Bакı şəhəri
İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

Hazırlıq mərhələsində əsasən layihənin işçi heyətindən layihə rəhbəri təşkilat üzvlərindən ibarət 5 nəfərlik tərkib iştirak etmişlər. Tərcümə olan materiallar təşkilat üzvləri tərəfində texniki tərtibatı həyata keçirilmiş, korrektə olunmuş, kitab formatına salınmışdır.
Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)

Layihənin hazırlıq mərhələsi çərçivəsində tərcümə və çap olunmaq üçün toplanmış gender və ekoloji tərbiyəyə aid  materiallardan seçilərək tərcümə olunmuşdur. Tərcümə olan materiallar təşkilat üzvləri tərəfində texniki tərtibatı həyata keçirilmiş, korrektə olunmuş, kitab formatına salınmışdır. Tərcümə ingilis dilindən təşkilat üzvi vərus dilindən layihə rəhbəri tərəfindən həyata keçirilmişdir. Kitabın üz qabığın dizayner tərəfindən hazırlanmış və Şura tərəfindən təyin olunan məsləhətçi ilə razılaşdırılmışdır. Kitabın Elmi redaktoru AMEA-da şalışan Könül Yüzbaşeva həyata keçirtmişdir. Texniki redaktoru təşkilat üzvü Həmidə Abbasova və internetdən və bədii ədəbiyyatdan materialları toplayan Çinarə Kərimova və Kompyuter tərtibatı sahə üzrə mütəxəssis Xalid Məmmədovtərəfindən həyata keçirilmişdir. 28 sentyabr tarixində çapa imzalanmış, nəşr olunmaq üçün “APASTROF” çap evinə təhvil verilmişdir. Sifariş olunan kitab 9 oktyabr 2010 – cu il tarixində mətbədən təşkilat tərəfindən, hazır məhsul şəkilində qəbul edilmişdir.

 

 

 

2-ci fəaliyyət

Fəaliyyətin adı Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində təlimin keçirilməsi
Keçirilmə tarixi 22.10. 2010
Keçirildiyi yer

Bакı şəhəri Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində təlimin keçirilməsi (Ünvan: Bakı şəhəri Nobel prospekti, Nizami parkının arxası)

İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə fəaliyyət göstərdiyi məktəblərdən və uşaq müəssisələrindən dəvət olunmuş 24 nəfər təhsil müəssisənin işçisi iştirak etmişdir. Tədbirdə “Eko – Aləm” İctimai Birliyinin üç nəfər üzvü, iki nəfər gender sahəsi üzrə mütəxəssis təlimçi“Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova və araşdırıcı jurnalist Qafqaz Media Tədqiqat Mərkəzinin  və Kanal13 Internet TV- direktoru  Orucov Anar Qaraş oğlu və Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə fəaliyyət göstərdiyi məktəblərdən və uşaq müəssisələrindən dəvət olunmuş 24 nəfər təhsil müəssisənin işçisi və həmin mərkəzin rəhbərliyi Şükurov Əli müəllim daxil olmaqla 28 nəfər iştirak etmişdir. Şükurov Əli müəllimtədbirə uöurlar dilədikdən sonra seminarı tərk etmişdir.

Cəmi 28 nəfər iştirak etmişdir.

Siyahы  hesabata  əlavə olunmuşdur.

Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)

22 oktyabr 2010 – cu il tarixində Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində layihə işi qrafikində nəzərdə tutulduğu kimi birinci tədbir həyata keçirilmişdir. Tədbirdə gender məsələlərinə həsr olunmuş təlim həyata keçirilmişdir. Təlimin işində 24 nəfər müəllimlər, kitabxana işçıləri və “Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları iştirak etmişlər. Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. Şagirdlərin gender və ekoloji təsəvvürlərinin formalaşmasında məktəbin rolu kifayət qədər genişdir. Mütəxəssislərin qənaətincə, bu, şagirdlərin vaxtlarının çox hissəsini məhz təhsil ocağında keçirmələri ilə bağlıdır. Onlar hesab edirlər ki, tədris prosesindən kənarda, məsələn, valideyndən və ya kütləvi informasiya vasitələrindən, xüsusilə də televiziyadan alınan informasiyalar şagirdin şüurunda möhkəmlənə və ya qısa müddətdən sonra unudula bilər. Buna görə də mütəxəssislər hesab edirlər ki, şagirdlərə tədris prosesində gender və ekologiya  mövzusuna dair nümunələrin təlimi olduqca mühüm əhəmiyyət kəsb edir. Təlim “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova tərəfindən aparılmışdır. Təlimin proqramı və modulu layihə işinə əlavə edilmişdir. Ülviyyə Vaqif qızı Məmmədova tərəfindən hazırlanmış bir günlük təlim modulu gender və inkişafın nəzəri əsaslarını əhatə edirdi. Tədbirdə Qafqaz Media Tədqiqat Mərkezinin  və   Kanal13 Internet TV- direktoru  Orucov Anar Qaraş oğlu da iştirak edirdi. Burada “cins” və “gender” arasında fərqlər, qadın və kişilər arasında fərqlərin qarışdırılması nəzərdə tutulur. Bu modul həmçinin gender bərabərsizliyi və kasıblığının bir-birilə necə əlaqəli olduğunu və qarşılıqlı şəkildə kasıblığı necə gücləndirdiklərini və kasıbllğın aradan qaldırılması üçün gender bərabərsizliyinin aradan qaldırlımasının çox vacib olduğunu və gender bərabərsizliyinin aradan qaldırılması üçünsə kasıblığın aradan qaldırılmasının vacib olduğunu iddia edir. Ümumiyyətlə “Gender” anlayışı yeni məna daşıyan qədim sözdür. Yenicə istifadəyə başlandığındın və termin xarakteri daşıdığından,  bu sözü tərcümə etmək çətindir. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. Gender və cins fərqli anlayışlardır. Cins və gender arasında fərq əsasən ona görə qoyulmuşdur ki, kişilər və qadınlar nə iş görsələr belə, onların cinsi funksional müxtəlifliyi istisna olmaqla, onlardan nə gözlənilsə də, hər şeyin dəyişə bildiyini və zaman keçdikcə dəyişdiyini, və bu dəyişikliklərə uyğun olaraq sosial və mədəni faktorların da dəyişdiyini xüsusi qeyd etmiş olsunlar. Cins və gender arasındakı konseptual fərq, cins bioloji olaraq irəlicədən müəyyən olunub, gender isə kişiləri və qadınları istənilən icmada xarakterizə etdiyindən, qabaqcadan sosial və fizioloji hal kimi müəyyən edilib. Tədbirdə ekoloji maarifləndirmə sahəsində də işi aparılmışdır. Bu maarifləndirmə işi Eko – Aləm İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı  tərəfindən aparılmışdır. Tədbirdə Eko – Aləm İctimai Birliyinin “Təhsil  müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı  biliklərin verilməsinə yardım” layihəsi   çərçivəsi hazırladığı “Gender və Ekoloji Təhsilə Yardım” kitabının təqdimatı da həyata keçirilmiş və tedbir iştirakçılarına həmin kitab da paylanmışdır.

Tədbir yüksək səviyyədə həyata kemişdir.

3-cü fəaliyyət

Fəaliyyətin adı

Bakı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində təlimin keçirilməsi

Keçirilmə tarixi 13 noyabr 2010 – cu il
Keçirildiyi yer

Bакı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi Ünvan:  Bakı ş. S. Vurğun küçəsi 94

( Türkiyə səfirliyinin və 21 – ci Polis bölməsinin yanı)

İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

Bakı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində 53 nəfər müəllim və yuxarı sinif şagirdləri və 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi təhsil müəssisəsinin işçisi iştirak etmişdir. Tədbirdə “Eko – Aləm” İctimai Birliyinin üç nəfər üzvü, iki nəfər gender sahəsi üzrə mütəxəssis təlimçi “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova və Regional Gender Mərkəzi İB sədri Şərqiyə xanım Dadaşova iştirak etmişdir.

Siyahы  hesabata  əlavə olunmuşdur.

Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)

13 noyabr 2010 – cu il  tarixində Bakı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində layihə işi qrafikində nəzərdə tutulduğu kimi ikinci tədbir həyata keçirilmişdir. Tədbirdə gender və eloloji tərbiyəyə həsr olunmuş təlim həyata keçirilmişdir. Təlimin işində 53 nəfər müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbirdə 100, 54, 45, 202, 158, 242, 272, 210, 72, 49, 5, 44,sayli məktəblərdən, Zəngin Liseyinden və 46 sayli Mətəbdən kənar Tərbiyə İşi Mərkəzinin işçiləri olmaqla 53 nəfər müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. Şagirdlərin gender və ekoloji təsəvvürlərinin formalaşmasında məktəbin rolu kifayət qədər genişdir. Mütəxəssislərin qənaətincə, bu, şagirdlərin vaxtlarının çox hissəsini məhz təhsil ocağında keçirmələri ilə bağlıdır. Onlar hesab edirlər ki, tədris prosesindən kənarda, məsələn, valideyndən və ya kütləvi informasiya vasitələrindən, xüsusilə də televiziyadan alınan informasiyalar şagirdin şüurunda möhkəmlənə və ya qısa müddətdən sonra unudula bilər. Buna görə də mütəxəssislər hesab edirlər ki, şagirdlərə tədris prosesində gender və ekologiya  mövzusuna dair nümunələrin təlimi olduqca mühüm əhəmiyyət kəsb edir. Təlim “Regional gender Mərkəzi” İctimai Birliyinin sədri Dadaşova Şərqiyə tərəfindən tərəfindən aparılmışdır. Təlimin proqramı və modulu layihə işinə əlavə edilmişdir. Dadaşova Şərqiyə tərəfindən hazırlanmış bir günlük təlim modulu gender və inkişafın nəzəri əsaslarını əhatə edirdi. Təhsil sistemi cəmiyyətləri formalaşdırır və onlara xidmət edən cəmiyyətlər tərəfindən formalaşır. Bu, təhsilin bütün səviyyələrinə münasibətdə baş verir, məktəbəqədər proqramlardan başlamış, ali məktəbi qurtardıqdan sonra ən inkişaf etmiş təkmilləşmə səviyyələrinə qədər. Gender və cins fərqli anlayışlardır. Cins və gender arasında fərq əsasən ona görə qoyulmuşdur ki, kişilər və qadınlar nə iş görsələr belə, onların cinsi funksional müxtəlifliyi istisna olmaqla, onlardan nə gözlənilsə də, hər şeyin dəyişə bildiyini və zaman keçdikcə dəyişdiyini, və bu dəyişikliklərə uyğun olaraq sosial və mədəni faktorların da dəyişdiyini xüsusi qeyd etmiş olsunlar. Cins və gender arasındakı konseptual fərq, cins bioloji olaraq irəlicədən müəyyən olunub, gender isə kişiləri və qadınları istənilən icmada xarakterizə etdiyindən, qabaqcadan sosial və fizioloji hal kimi müəyyən edilib. Bioloji və fiziki quruluş (xromosomlar, daxili və xarici orqanlar, hormonal struktur, ikinci dərəcə cinsiyyət əlamətləri) kişi və qadın cinsinin müəyyən edilməsinə əsas verir. Lakin genderi təyin etdikdə kişi və qadın xüsusiyyətlərinin və rollarının sosial və mədəni qavranışına fikir vermək vacibdir. Gender insana sosiallaşma prosesində onun məxsus olduğu cəmiyyətin mədəniyyəti vasitəsilə aşılanır. Bir çox mədəniyyətlərdə oğlanları kişilərə xas keyfiyyətli davranışa həvəsləndirir, qızlara isə özlərini qadın kimi aparmalarını öyrədirlər. Məsələn, uşaqlara bağışlanan oyuncaqlar vasitəsilə – oğlanlara silah, qızlara kukla bağışlanılır – və ya müxtəlif intizam tələbləri ilə, yaxud onların çalışıb nail olmaq istədikləri iş və karyera ilə, ya da mətbuatda yaradılan kişi və qadın obrazları ilə öyrədirlər. Uşaqlar doğulduğu məqamdan özlərinin bu və ya digər genderə mənsub olduqlarını öyrənirlər. Onlar dərk etməyə çalışırlar ki, özlərini necə aparsınlar ki, ətrafdakılar tərəfindən kişi və ya qadın kimi qəbul olunsunlar. Onların bütün həyatı boyu bu hal valideynlər, müəllimlər, həmyaşıdlar, mənsub olduqları mədəniyyət və cəmiyyət tərəfindən stimullaşdırılır. Bütün cəmiyyətlər müəyyən cinsə bioloji mənsubluğu gender təsvirinin əsas meyarlarından biri kimi istifadə edirlər, lakin bu sadə başlanğıç, əlamətdən başqa elə iki mədəniyyət tapılmaz ki, onlar bir gender digərindən fərqləndirən başqa əlamətlər üzrə tam razılığa gəlmiş olsunlar. Buna görə də gender rollarına baxışda mədəniyyətlər arasında xeyli fərqlər mövcuddur.

Tədbirdə ekoloji maarifləndirmə sahəsində də işi aparılmışdır. Bu maarifləndirmə işi Eko – Aləm İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı  tərəfindən aparılmışdır. Tədbirdə Eko – Aləm İctimai Birliyinin “Təhsil  müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı  biliklərin verilməsinə yardım” layihəsi   çərçivəsi hazırladığı “Gender və Ekoloji Təhsilə Yardım” kitabının təqdimatı da həyata keçirilmiş və tədbir iştirakçılarına həmin kitab da paylanmışdır.Tədbirdə ishtirak edən uşaqlara Eko-Aləm İB məktəb ləvazimatları və bədii kitablar hədiyyə olaraq təqdim etmişdir

Tədbir yüksək səviyyədə həyata kemişdir.


4-cü fəaliyyət

 

 

Fəaliyyətin adı 132-134 saylı birləşmiş Məktəbin Treninq Mərkəzində  təlimin keçirilməsi
Keçirilmə tarixi 3 dekabr  2010 – cu il
Keçirildiyi yer 132-134 saylı birləşmiş Məktəbin Treninq Mərkəzində 

Ünvan:  Bakı ş. İstiqlaliyyət küç. 13/15

 

İştirakçılar

(burda sayını qeyd edin və siyahы  hesabata  əlavə olunmalıdır)

Bakı şəhəri 132 – 134 saylı birləşmiş Məktəbin Treninq Mərkəzində  33 nəfər müəllim və şagirdlərin iştirakı ilə həyata keçirilmişdir. Tədbirdə “Eko – Aləm” İctimai Birliyinin üç nəfər üzvü və gender sahəsi üzrə mütəxəssis təlimçi “Regional gender Mərkəzi” İctimai Birliyinin sədri Dadaşova Şərqiyə iştirak etmişdir.

Siyahы  hesabata  əlavə olunmuşdur.

Fəaliyyətin qısa təsviri

(bu fəaliyyət çərçivəsində gördüyünüz işləri təsvir edin)

3 dekabr 2010 – cu il tarixində layihə işi qrafikində nəzərdə tutulduğu kimi sonuncui tədbir həyata keçirilmişdir. Tədbirdə gender və ekoloji tərbiyəyə həsr olunmuş təlim həyata keçirilmişdir. “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova və Regional Gender Mərkəzi İB sədri Şərqiyə xanım Dadaşova iştirak etmişdir.

 Təlimin işində 132-134 saylı birləşmiş məktəbin müəllimləri və şagirdlərindən  33 nəfər iştirak etmişdir.

Müasir azərbaycan cəmiyyətində bərabər hüquqlu gender münasibətlərinin formalaşması üçün şəraitin yaradılması meyli nəzərdə tutulur. Azərbaycan Respublikasının Konstitusiyasında cinslərin bərabər hüquqa malik olduğu qeyd edilir. Bu hüquqlar, cinslər arasında münasibətlərin gender cəhətdən həssaslı olmasını təmin etməlidir. Lakin, şüurumuzda dominantlıq edən stereotiplər kişi və qadın bərabərliyinə əsaslanan cəmiyyətin formalaşmasına mane olur. Hazırki durumu dəyişmək üçün təhsildə bəzi dəyişikliklərin edilməsi vacibdir. Gender kompanenti bütün təhsil sisteminin ayrılmaz hissəsi olmalıdır. Gender tərbiyəsi şəxsiyyətin inkişafında insan şüuruna, təfəkkürünə təsir edir və bu da mənəvi-etik və tolerant cəmiyyətin formalaşmasına şərait yaradır.

Şəxsiyyətin formalaşması prosesi uşaq yaşlarından başladığı uçün gender və ekoloji mədəniyyətni tərbiyəsi məqsədyönlü olaraq, kiçik yaşdan başlanılmalıdır. Lakin, qarşıda duran məqsədin əldə edilməsinə mane olan cəmiyyətimizdə yayılmış gender stereotipləridir. Mühafizəkar gender stereotipləri (mütləq hesab olunan qadın və kişi davranış modelləri barədə standartlaşdırılmış təsəvvürlər) yetişməkdə olan nəslin təlim və tərbiyəsinə neqativ təsir göstərə bilər. Patriarxal – mühafizəkar təsəvvürlər və davranış nümunələri fərdiliyin inkişafını ləngidir, təşəbbüskarlığın formalaşmasına mane olur. Bu nümunələrlə bağlı informasiya və bilikləri, yetişməkdə olan gənc nəsil, orta ümumtəhsil müəssisələrindəki təhsil çərçivəsində, gender sosiallaşması prosesində mənimsəyir.

Məktəbdə gender sosiallaşması – bu təhsil sisteminin oğlan və qızlara elə təsir prosesidir ki, onlar Hazırki sosial – mədəni mühitdə qəbul olunmuş gender normaları və dəyərlərini, “qadın və kişi davranışı” modellərini mənimsəsinlər.

Gender həssaslı sosiallaşma – oğlan və qızların əks cinslərə aid edilən fərdi təbii imkanlarının, qabiliyyətlərinin inkişafını nəzərdə tutur. Şagirdlərin gendervə ekoloji təsəvvürlərinin formalaşmasına məktəbin təsiri kifayət qədər güclüdür. Bu onunla izah olunur ki, uşaq və yeniyetmələr öz vaxtlarının böyük hissəsini məhz, məktəbdə keçirirlər. Tədbirdə ishtirak edən uşaqlara Eko-Aləm İB məktəb ləvazimatları və bədii kitablar hədiyyə olaraq təqdim etmişdir. Tədbirdə ekoloji maarifləndirmə sahəsində də işi aparılmışdır. Bu maarifləndirmə işi Eko – Aləm İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı  tərəfindən aparılmışdır. Tədbir iştirakçılarına həmçinin layihə çərçivəsində nəşr edilən “Gender və ekoloji təhsilə yardım” adlı kitab da paylanmışdır.

Tədbir yüksək səviyyədə həyata kemişdir.

Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadəsinin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi Yekun Hesbat


“Eko – Aləm” İctimai Birliyi ilə “Sağlam həyata doğru” ekoloji ictimai birliyinin Acıq Cəmiyyət İnstitutunun maliyyə yardımı ilə “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadəsinin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsini həyata keçirirlər.

Ekoloji mədəniyyət – yeni formalaşan şəxsiyyətin ümumi mədəniyyətinin
ayrılmaz bir hissəsidir 

Ətraf mühitin ekoloji vəziyyətinin gərginləşməsi, insan – təbiət münasibətlərinə yeni baxışlar tələb edir. Təbiətə qarşı düzgün münasibət lap kiçik yaşlarından insanlara tərbiyə edilməlidir.

İndiki zamanda ekoloji tərbiyə metodikası özünün  aktiv fəaliyyətini, təlim tərbiyədə öz yerini tutaraq mövqeyini  möhkəmlətmək dövrünü yaşayır. Uşaqlarla iş zamanı yeni metodların axtarıb tapılması və  tətbiq edilməsi onlarda ekoloji mədəniyyətin bünövrəsinin qoyulmasına gətirib çıxarır. Bu metodlara ekoloji oyunlarla fəaliyyəti aid etmək olar ki, bunu psixoloqlar məktəbə qədər yaşlarda həyata keçirməyi məsləhət görürlər. Ekoloji məzmunlu oyunlar məktəbə qədər və ibtidai sinif şagirdlərinin ekoloji tərbiyəsinin formalaşmasına kömək edir. Pedaqogikanın təlim üsullarından olan  didaktik, yəni nəsihət verməklə aparılan ekoloji təlim tərbiyə işinin erkən yaşlarda həyata keçirilməsi, uşaqların ekoloji mədəniyyətinin  formalaşmasında önəmli əhəmiyyət daşıyır. Burada əsas diqqət bitkilər haqqında biliklərə yönəldilməlidir.

Son illərdə bir cıra məktəb və əlavə təhsil müəssisələrinin müəllimləri və həmçinin ekoloji maarifləndirmə işi ilə məşğul olan ictimai təşkilatların nümayəndələri təhsildə qeyri ənənəvi üsullardan istifadə etməklə məktəblərdə tədris olunan təbiət elmlərinin tədrisində, təbiət aləminin dərk edilməsində yüksək nəaliyyətlər əldə edilməsinə inanırlar.  Belə tədris elementlərindən biri kimi ekoloji oyunları göstərmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, belə tip vəsaitlərə respublikamızda çox az təsadüf olunur. Buna baxmayaraq,  bir sıra təhsil müəssisələrinin müəllimləri öz şəxsi oyunlarını fikirləşib tapır və yaxud köhnə oyunlardan istifadə edirlər.

Maarifləndirmə işində əsas məsələlərdən biri də təbiətin bizə verdiyi qiyməti ölçüyə gəlməyən sərvətlərə qarşı  qayğı ilə yanaşmaq, ona mədəni münasibət göstərmək bacarığını inkişaf etdirməkdir. Ekoloji oyunların tədris zamanı təbiət qoynuna ekskursiyalar təşkil edilməsinin  tətbiq olunması, gənclərdə, uşaqlarda, şagirdlərdə güclü təəssürat yaratmaqla ətraf mühitin dərk edilməsində gənc nəslin tərbiyəsi işində yaxşı effekt yaradır.

“ Oyun” sözü altında şərti situasiyalarda ictimai təcrübənin mənimsənilməsinə yönəldilmiş fəaliyyət forması başa düşülür. Oyunlarda insanın normaya salınmış həyat fəaliyyətinin yenidən göz qabağına gətirilərək, canlandırılması hadisəsi baş verir. Oyunların xarakterik xüsusiyyəti onların iki planlı olmasıdır. Bir tərəfdən oyunçular çox vaxt qeyri standart məsələlərin həllində həyata keçirilməsi vacib olan real fəaliyyəti icra edirlər, o biri tərəfdən isə bəzi hallarda bu fəaliyyətin şərti xarakter daşımasıdır.

Bu tip Ekoloji oyunları 7 şərti bölümə ayırmaq olar.

   –    kommunikativ ekoloji oyunlar,

–          maarifləndirici ekoloji oyunlar,

–          hissiyyatlı ekoloji oyunlar,

–          emosional mühiti inkişaf etdirən oyunlar,

–          əyani vəsaitlərdən istifadə etməklə keçirilən ekoloji oyunlar,

–          psixoloji mətnlərdən istifadə etməklə keçirilən,

–          senarili oyunlardan istifadə etməklə, nümunəvi məşğələlərdən ibarət olan oyunlar olacaqdır.

Bu kitabda bizim təklif etdiyimiz oyunları başqa oyunlardan fərqləndirən əsas xüsusiyyət oyunları təbiət guşəsində, təbiət ünsürlərini təsvir etməklə , onlarla sıx təmasda olmaqla oynamaqdır ki, bu da uşaqlarda təbiətə qarşı maraqlarının artmasına, onun bir canlı orqanizm olmasını yaxından və öz həyati təcrübələrindən keçirtməklə dərk etmələrinə səbəb olur.       

Şagirdlərin ekoloji mədəniyyətinin formalaşdırılması sistemi

Ekoloji maarifləndirmədə əsas məqsəd təbiətlə ünsiyyət zamanı ona münasibətdə olan hərəkətlərində ekoloji mədəniyyət və ekoloji məqsədəuyğunluğun göstərilməsidir. Məktəbdə və təhsil müəssisələrində ekoloji maarifləndirmənin təşkilinin təlim təhsildə və sinifdənkənar tədrisdə aparılan iş zamanı qarşıya qoyulan vəzifəs aşağıda göstərilən məqsədlərə cavab verməlidir:

–          müəllim və şagirdlərin üçün optimal şəraitin yaradılması,

–          tədqiqat işlərinə marağın formalaşdırılması,

–          əhalinin ekoloji maarifləndirilməsi işini təmin etmək,

–          müstəqil fəaliyyət göstərmək bacarığını formalaşdırmaq,

–          həyatda ətraf mühitə və özünə kömək göstərmək qabiliyyətinə yiyələnmək.

Əhalinin və məktəblilərin ekoloji maarifləndirməsi işinin əsas istiqamətləri aşağıda göstərilənləri əhatə etməlidir:

–          tədrisdə tədqiqat işlərinin aparılması;

–          yerlərdə və məktəb proqramı çərçivəsində ətraf mühitin ekoloji durumu barədə məlumatın toplanması və analizi “Məktəblilərin ekoloji monitorinqi”;

–          təşviqat və təbliğat işlərinin aparılması;

–          təbiətin mühafizəsi;

–          təcrübədə  yerli ekoloji problemlərin həllində iştirak.

Maarifləndirmə işində əsas məsələlərdən biri də təbiətin bizə verdiyi sərvətlərə qarşı  qayğı ilə yanaşmaq, ona mədəni münasibət göstərmək bacarığını inkişaf etdirməkdir.  Beləki meşələr ekosistemin əsas elementi olmaqla yanaşı, təbiətin bizə bəxş etdiyi ən vacib sərvətidir.  Bu işdə bütün şagirdlərin fəal iştirakı vacibdir.  Bu məqsədlə uşaqlar bütün dərs ili boyu  müxtəlif oyunlarda iştirak etməli və layihələr həyata keçirtməlidirlər. İbtidai siniflərdə onların yaşına uyğun tədbirlərdə , yuxarı siniflər isə  başqa senarili layihələrdə iştirak etməlidirlər. Təbiət qoynuna səyahətlərin təşkil olunması və bu ekskursiyalar zamanı təbiətdə topladıqları dərman bitkilərindən, güllərdən herbarilər düzəltmək, heyvanları və quşları müşahidə etmək sonra uşaqların təbiət ünsürlərinə həsr etdikləri yaradıcılıq işinə həsr olunmuş sərgilərin təşkil olunması onların ətraf mühit elementləri haqqında müxtəlif biliklər formalaşmasına səbəb olacaqdır.

Ekoloji oyunların tədrisi zamanı müəllimlərin qarşısında duran əsas vəzifələr aşağıda verilənləri əhatə etməlidir:

–          şagirdlərdə təbiət haqqındakı bilikləri formalaşdırmalı;

–          təbiət elmləri haqqında bilikləri genişləndirmək, təbiətə qarşı anlayışlı fəaliyyətləri aktivləşdirmək, bu fəaliyyətləri başqa fənlərə  tətbiq etmək bacarığına yiyələnməli;

–          oyunlarda qaydalara, logikaya əsaslanaraq, düşünmək, dərk etmək, yadda saxlamaq, diqqət, maraq göstərmək,  düzgün konstruktiv çıxışa riayət etmək bacarıqlarını formalaşdırmalı;

–          uşaqlarda ekoloji mədəniyyəti, doğma təbiəti sevmək, mühafizə etmək, qorumaq kimi hissləri tərbiyə etmək;

–          onlarda təbiətlə qarşılıqlı kömək və yardım etmək kimi hissləri tərbiyə etmək;

–          tələbatların və vərdişlərin ekoloji əsaslarının formalaşmasına çalışmaq

–          təbiətə qarşı məqsədyönlü hərəkətlər etmək

–          kommunikativ bilik və bacarıqların formalaşdırılması

Ətraf mühitin ekoloji vəziyyətinin gərginləşməsi, insan – təbiət münasibətlərinə yeni baxışlar tələb edir. Bununla əlaqədar olaraq belə bir məsələ ortaya çıxır: bu həlli vacib olan  bir işdir, bunun həyata keçirilməsi nəinki ekoloqlar tərəfindən həyata keçirilməli həmçinin müəllimlər, ümumiyyətlə ictimaiyyətin böyük bir kütləsi, xüsusən də sadə adamlar tərəfindən  həyata keçirilməlidir. Ən əsası isə odur ki, təbiətə qarşı düzgün münasibət lap kiçik yaşlarından insanlara tərbiyə edilməlidir.

              Ağıl – düşüncə – bilik və fəaliyyət

Kiçik yaşlı  məktəblilərdə oxumaq, öyrənmək arzusunun və bununla yanaşı uşağın fərdi xüsusiyyətlərinin qorunub saxlanılması – ibtidai təhsil sistemin moderniləşdirilməsinin strategiyasıdır. Şagirdlərin bilik səviyyələrinin keyfiyyətini yüksəltmək üçün, onlara elə şərait yaratmaq lazımdır ki, uşaqlar  dərsdə verilən materialı mənimsəsinlər –  yəni işə yaradıcılıqla yanaşma tələb olunur!

Pedaqogika təsdiq edir ki, istedadsıs insan yoxdur. İstedadı isə yarımçıq qoymaq, inkişaf etdirmək və yaxud söndürmək olar.

Yaradıcılıq öyrətmək nə deməkdir?

Yaradıcılıq fəaliyyətinin istiqamətləri  öz mahiyyətinə uyğun, sözün tam mənasında elə fəaliyyət istiqaməti adlanır ki, o, böyük ictimai dəyərləri olan yeni bir orijinal məhsul versin. Əlbəttə, ibtidai sinif şagirdləri üçün  bu istiqamətlər qəbul edilə bilməz, beləki, onların fəaliyyəti ictimai yeniliklər gətirmir. Kiçik yaşlı məktəblinin yaradıcılığı – bu onun tərəfindən müstəqil iş gördüyü  zamanı, yəni dərslərini hazırladığı zaman, məsələlərin həllində, yazdığı inşalar və s,  nəticəsində yaranan  orijinal məhsul olan, yəni onun   müstəqil əldə etdiyi bilik və  bacarığın mənimsənilməsi və yaxud məlum fəaliyyət növlərinin kombinə edilməsi, məsələnin həllinə yeni tərzdə yanaşmadan və s. ibarətdir.

Yaradıcılıq fəaliyyəti öyrətmək nə ilə qiymətlidir?

Müxtəlif fənlərdə yaradıcılıq fəaliyyəti öyrətmək keyfiyyətə necə təsir edir?

Hər şeydən əvvəl, yaradıcılıq fəaliyyətinə elə fəaliyyət növü  kimi baxılır ki, o, kompleks şəkildə yaradıcı şəxsiyyətlərin inkişafına şərait yaratsın:

–          biliklərin fəallığı;

–          tez öyrənmək;

–          məntiq və tez dərketmə;

–          konkret təcrübi  işin həlli zamanı çalışıb, yeni biliklər əldə etmək;

–          məsələlərin seçilməsi və  həllində müstəqillik;

–          zəhməti sevmək;

Təbiətşünaslıq  və ekologiya fakultətiv dərslərində müstəqil olaraq, yaranan məhsul, model, maket, şer, oyuncaq, tapmaca, inşa və s. geniş şəkildə kompleks keyfiyyətin  nəticəsidir. Ekoloji təlim  tərbiyəni o, biri fənlər kimi qiymət verməklə qiymətləndirmək olmaz. Uşağın ətraf mühit obyektlərinə marağını, onun vəziyyətinin yaxşı – pis olması ilə qiymətləndirməli. Bitkilərin və heyvanların köməyə ehtiyaclarının  olmasını görüb, onlara yardıma hazır olmalarıdır. Bu fəaliyyəti göstərən böyüklərə yardım etmələridir. Müasir ekoloji təhsil özündə iki komponenti birləşdirir bu fənn üzrə peşəkarlıq və dünyəvilik. Burada birinci halda fənn üzrə peşəkarlıq məlumdursa, dünyəvilik komponenti isə gələcək naminə ardıcıl iş görməyi tələb edir.

            Ekoloji oyunların keçirtməsi texnologiyası isə aşağıdakılardan ibarətdir:

–          Müəllim, proqram bölümündən hansı mövzu ilə bağlı ekoloji oyunların keçirtmək üçün seçim edir.

–          Ekoloji mədəniyyətin tərbiyə və təliminə dair seçilmiş mövzu ilə bağlı əsas ideyanı, qarşılıqlı münasibətlərin formalaşdırılması üçün yerin  seçilməsi.

–          Ekoloji oyunun strukturunu və gedişini tərtib edir.

–          Pedaqoji sistemin şərtlərinin, seçilmiş mövzu üzrə ekoloji biliklərin effektiv formalaşmasının oyun metoduna əsaslanaraq müəyyən edilməsi.

–          Tapşırıqların başlama səviyyəsinin yoxlanması üçün bilik və münasibətlərin formalaşması
sisteminin diaqnostikası.

–          Kiçik yaşlı məktəblilərin tərbiyəsində ekoloji mədəniyyət  oyun metodlarından istifadə etməklə effektivliyinin yoxlanması üçün  kompleks tapşırıqlarının tərtib edilməsi.

–          Oyunların strukturunun pedaqoji – psixoloji əhəmiyyətini ayırd etmək üçün aşağıdakı sxemdən istifadə etmək olar.

Bu kitabda 16 adda oyun və bir də təhlükəli ağaclar haqqında məlumatlar  toplanıb.       Kitabda 3-16 yaşlı uşaqlar üçün maraqlı oyunlar təsvir edilmişdir.

Hər bir oyunun əvvəlində onun məqsədi, uşaqlara nə verdiyi, oynanılan məkan, əyani vəsaitlərdən istifadə etməklə keçirilən ekoloji oyunlarda lazım olan əşyalar, oyundan əvvəl isə aparıcı və müəllimlər tərəfindən uşaqlara oyuna aid təbiət ünsürləri haqqında sadə dillə məlumatlar və biliklər verilməsi əsas şərt kimi göstərilmişdir.

1. “BIR YERDƏ BÖYÜYƏK” ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan ekoloji oyunu 13 adda silsilə oyunlardan ibarətdir. 2. Mən və Ağac, 3. Ağaclar müxtəlifdirlər, 4. Ağaclarla tanışlıq, 5. Mən ağac olsaydım, 6. Ağaclar mənə kömək edir, 7. Sənin yarpaqlar haqqında bildiklərin, 8. Toxumlar, irəli!  9. Təbiəti yamsılayaq, 10. Bizim üçün nəfəs alan.

11. Bizim ağacımız var, 12. Nə üçün meşələr məhv olur, 13. Meşə qatları

Bu oyunda məqsəd: şagirdlər dərs ili boyu seçdikləri ağaclar üzərində mütəmadi olaraq, həm yazılı, həm də şəkillər çəkməklə müşahidələr, tədqiqatların apa­rmasıdır, onlara ağacların əhəmiyyətini başa salmaq, ağacın quruluşu haqqında biliklərin verilməsi, şagirdlər ağacların yaşaması və inkişafı üçün hansı amillərin vacib olduğunu və hansıların onun inkişafına mane olduğunu aydınlaşdırmalı, şagirdlərə yarpaqların müxtəlif olması barədə biliklərin verilməsi, uşaqlar bitki toxumunun təbiətdə təbii yolla  yayılmasını aydınlaşdıracaqlar. Nə üçün meşələr məhv olur, turşulu yağışlar, atmosfer tullantıları, çirklənmiş torpaq, torpaqdan faydalı maddələrin yuyulması haqqında biliklər əldə edirlər. Apardıqları müşahidə on­la­rın dərs ili boyu öz ağıl­larının fiziki inkişaflarının nəticəsinin göstəricisi ola­caqdır. Ən önəmlisi isə bu oyunlarda uşaqların təbiəti müşahidə etmək qabiliyyətlərinin inkişafına kömək edəcək, gələcəkdə uşaqlarda – ətraf mühitin qorunması kimi böyük məsuliyyət tələb edən hisslərin yaranmasına səbəb olacaqdır.

2. YARPAQLARDAN SUYUN SÜZÜLMƏSİ ekoloji oyunu 15 adda silsilə oyunlardan ibarət olmaqla ibtidai siniflər üçün nəzərdə tutulmuşdur.  2. Böyük yaşıl maşın, 3. Bitkilərin izi, 4. Yarpaq trafaretlər, 5. Təbii tozlandırıcı, 6. Ağac şəkili, 7. Ağac qabığının izi, 8. Ayaqqabı mazı ilə çəkilən yarpaqlar, 9. Otlar üzərində naxışlar, 10. Köklər hara gedir, 11. Az və çox, 12. Köklərin ehtiyatları, 13. Meşə – mühafizəçi və loğmandır, 14. Bitkilər köklərsiz yaşaya bilərlərmi, 15. Ağacın hündürlüyünü necə təyin etməli.

 Bitkilərə yaşamaq üçün su lazımdır. Amma yarpaqlar, onların üzərinə göydən düşən suyun ağırlığından xarab olmamalıdırlar. Bu layihədə uşaqlar görəcəklər ki, yarpaqlar elə formaya malikdirlər ki, onların üzərindən su rahatlıqla süzülüb axır. Bu oyunlarda bitkilərin günəşdən , havadan sudan istifadə edərək qidalanması barədə biliklər verilir.

Meşənin təbii – klimatik meşəlik zonalarda mühafizəçi rolunun uşaqlara başa salmaq məqsədini daşıyır. Ağacların hündürlüyünü necə təyin etməyi təcrübə keçməklə öyrədir.

3. AĞACIN ÜRƏK DÖYÜNTÜLƏRİ ekoloji oyunu 5 adda silsilə oyunlardan ibarətdir. Məktəbəqədər və ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. 2. Ağacla tanış olaq, 3. Meşə üçün qaydalar (reseptlər), 4. Ağac siluetləri, 5. Ağac təsvir etmək.

Bu oyunlarda məqsəd ağaclara toxunaraq, təmasda olmaq, ağacın fiziologiyasını öyrənmək.

Ağac – canlı orqanizmdir. O qidalanır, nəfəs alır, onda bizim kimi “qan” dövranı baş verir. Ağacın ürək döyüntüləri – bu xırçıldayaraq, özünə məxsus səs çıxardan gözəl həyat axını olmasını təcrübə aparmaqla uşaqlara sübut edir.

4. GƏLİN TƏBİƏTLƏ DOSTLUQ  EDƏK ekoloji oyunu 7 müsabiqədən ibarətdir. V-VIII siniflər üçün ekoloji oyundur. Şagirdlərin təbiət haqqında biliklərini artırmaq, onları düşündürmək, yaddaşlarını inkişaf etdirmək və ekoloji mədəniyyəti tərbiyə etmək məqsədini daşıyır.

Bu oyunda Yer kürəsi haqqında danışılır, onun ekoloji durumu, bir canlı fərd olmasından , insanların onunla nələr etdiyi barədə məlumatlar verilir. Beynəlxalq Təbiəti Mühafizə təşkilatı tərəfindən nəsli kəsilməkdə olan heyvan və itən bitki növlərinin adlarını qeyd etmək üçün xüsusi kitab tərtib edilməsinə qərar vermişdir. Bu kitabı “QIRMIZI KİTAB” adlandırmışlar.

Nə üçün qırmızı? Qırmızı rəng — həyəcan siqnalıdır, xəbərdarlıq və yaxud yaxınlaşan təhlükədən xəbər verir. Beynəlxalq Qırmızı kitab qeyri adidir. Onun vərəqlərini götürüb, bir yerdən başqa yerə qoymaq olar. Vərəqlər müxtəlif rəngli qırmızı, ağ, yaşıl, sarı. Bu nadir və ya itməkdə olan növlərdən asılıdır. Qorunmağa ehtiyacı olan heyvanların adlarının siyahısından başqa, Qırmızı kitabda onların hər biri haqqında qısa, lakin dəqiq məlumatlar vardır. Bu kitabın ilk tomu 1971- ci ildə çapdan çıxmışdır. Meşədə özünü  necə aparmaq qaydalar haqqında məlumatlarda yerləşdirilmişdir.

 5. 1. KÖLGƏ CIĞIR ekoloji oyunu 12 adda silsilə oyunlardan ibarətdir. Məktəbəqədər və ibtidai siniflər üçün nəzərdə tutulmuşdur.   2. Meşəni təşkil edən qatların tərkibi, 3. Özündən böyük üç cisim tapmaq, 4. Sakitliyi dinlə (Təbiətlə təklikdə),  5. Öz ağacını tap, 6. Üç yaşıl çaları tapmaq, 7. Beş təbiət cismini iyinə və ya toxunmaqla tapmaq, 8. Şəkilçəkən, 9. Kim daha uzağa gedəcək, 10. Quş, balıq, heyvan, 11. Mal – qara və canavarlar, 12. Gecə meşədə.

Bu oyunlar da şagirdlərdə güclü maraq doğurur, təbiəti hiss etmək, onu müşahidə etmək, onun bütün komponentlərinin yaxından mənimsəmək mümkündür. Oyunları meşədə, bağlarda, parklarda və məktəbyanı yaşıl ərazilərdə oynamaq olar.

6. MEŞƏ CIĞIRINDA OYUNLAR. ekoloji oyunu 5 adda silsilə oyunlardan ibarətdir.  1. Gecə xəyalı, 2. Şam ilə oyun, 3. Meşə ilə təklikdə (əyləş dinlə), 4. Yarasa və ağcaqanad, 5. Hindu oyunu  “Odu qoruyan”. Məktəbəqədər və ibtidai siniflər üçün nəzərdə tutulmuşdur.

Bu oyunların əksəriyyətini uşaqlar gözü bağlı oynamalıdırlar.

 7. MEŞƏYƏ GƏZINTI ZAMANI OYUNLAR1. ekoloji oyunu 3 adda silsilə oyunlardan ibarətdir.  1. Tülkü Ovu oyunu, 2. Yamsılayan, 3. Meşədəki cəhətlər. Məktəbəqədər və ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. İlin bütün fəsillərində meşə insanı cəlb edir.

8. TƏHLÜKƏLİ AĞACLAR. Hamı ağacların ətraf mühitə ver­diyi xeyiri, onun gözəlliyini görür və faydasını bilir, öz hə­yət­yanı sahə­lərində onu becərirlər. Amma xəstə ağacların necə böyük təhlükə yaratdığı barədə çoxlarının məlumatı yoxdur. Ətraf mühit üçün ciddi təhlükə yaradan ağacları müəyyənləşdirən əlamətlər haqqında məlumatlar verilib.

   9. MÖCÜZƏLİ TƏBİƏT SİRLİ TAPMACALARLA DOLUDUR ekoloji oyunu V-VIII  sinif şagirdləri üçün nəzərdə tutulmaqla 2 turdan və 8  adda silsilə oyunlardan ibarətdir.  I tur. Heyvanların adlarını tapmaq. II tur “ Yanıltmaclar ” 3. Tutuquşu haqqında zarafat, 4. Hörümçək toru, 5. Tapmaca düzəlt, 6. Sözlə verilən təsvirə görə söylə, bu nədir?, 8. Dünyanın səkkizinci möcüzəsi, 10. Rəssamların müsabiqəsi.

    10. NEPTUNUN SƏLTƏNƏTİNDƏ. ekoloji oyunu 1 turdan ibarət olmaqla 8  adda silsilə oyunlardan ibarətdir. V-VIII  sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Oyunun məqsədi: dənizdə yaşayan canlılara qarşı marağın artırılmasıdır. 2. Rekordçu heyvanlar, 3. Dənizdə yaşayan eyni soylu heyvanlar, 4. Təbiətin pıçıltısı, İxtira! 5. Səkkizayaqlı ilbizlərlə tanış olaq, 6. Sürətli tur, 7. Aktyorluq turu, 8. Rəssamların müsabiqəsi

11. İBTİDAİ SİNİFLƏRDƏ MÜRƏKKƏB DƏRS. İbtidai siniflərdə keçirilən bu dərslərin mürəkkəbliyi, həmin dərslərdə Ekologiya elminin əsasları haqqında məsələnin qoyulmasındadır. Uşaqlar bu dərslərdə canlı orqanizmlərlə ətraf mühit arasındakı əlaqəni öyrənməklə yanaşı müqayisə, analiz etmək və nəticə çıxartmaq kimi bacarıqlara da yiyələnirlər. Oyun adından bəlli olduğu kimi ibtidai sinif şagirdləri üçündür.

12. KRASVORDLAR. V-X   sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.

13. GÜLLƏR YERİN GÖZƏLLİYİDİR. bu oyun təbiətin möcüzələrindən biri olan çiçəklərə həsr olunmuşdur. Oyun VIII –X sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Yerin gözəlliyinin daha da çiçəklənməsi üçün, təkcə çiçəkləri sevmək, onların adlarını bilmək, qorumaq kifayət deyil. Həm də onları becərmək , onlara qulluq etməyi bacarmaq lazımdır. Oyun            yerin bu ilahi gözəlliyini artırmağa, qorumağa kömək edəcək. Bu oyunun özəl xüsusiyyəti ondan ibarətdir ki, onu Bakı şəhəri Səbayel Rayonunun  49 saylı intellekt məktəbinin biologiya müəllimi Tamilla Araz qızı tərəfindən senarisi hazırlanaraq həyata keçirilmişdir.

Bu oyundan sonra kitabda xalq yaradıcılığı nümunələri antologiyasından bir necə təbiət ünsürləri ilə bağlı oyunlar toplanmışdır.

14. XORUZ DÖYÜŞÜ bu ekoloji oyunu 6 – 10 yaş arasında olan uşaqlar üçün nəzərdə tutulmuşdur. Əsasən oğlan uşaqları üçün nəzərdə tutulmuşdur. Onlarda xoruzlar kimi igidlik, döyüşgənlik, qəhrəmanlıq ruhunun formalaşmasına kömək edəcəkdir.

15. OYUN TAPMACA bu ekoloji oyunu 8-10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur. Aparıcı bir quşu müəyyən edib, əl hərəkəti ilə onu təsvir edir və uşaqlara müraciət edərək şer nəzm şəklidə hansı heyvanı təsvir etdiyini sual cavab şəklində tapmaca kimi soruşur. Bu emosional oyundur. Bu oyunun özəl xüsusiyyəti onun həm heyvanlara və həm də quşları təsvir etməklə oynanıla bilməsindədir.

16. SİÇAN VƏ PİŞİK bu ekoloji oyunu 3 yaş və ondan böyük uşaqlar üçün nəzərdə tutulmuşdur. Siçan və pişik arasındakı antaqonist münasibətləri kiçik yaşlı uşaqlara izah etməklə təcrübədə başa salmaqdır.

17. HEYVANLARIN BƏHSİ bu ekoloji oyunu 7 yaş və ondan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur. Ev heyvanlarının faydası onların insanların həyatındakı danılmaz xeyrindən uşaqlara biliklər verir.

Tədbir iştirakçıları çıxış edərək layihənin əhəmiyyətindən geniş danışaraq müzakirələr də etdərək, layihə iştirakçılarına işlərində uğurlar dilədilər. Qərara alındı ki, həmin kitabın məhdud tirajı nəzərə alınmaqla elektron versiyası  İnternetdə yerləşdirilsin. Tədbir iştirakçılar olan Fikrət Cəfərov və Samir İsayev bu işi öz boyunlarına götürdülər. Artıq bu Samir İsayev tərəfindən həyata keçirilmişdir. Kitabla aşağıdakı linkdə tanış olmaq olar.

Tədbirdən sonra onun keçirilməsi barədə geniş məlumat 68 QHT – nin üzv olduğu  Ekoforumun  arasında yayımlanan elektron şəbəkə vasitəsi ilə üzvlərə informasiya yayılmışdır. Bundan başqa bu məlumat 130 – dan artıq QHT – ni öz ətrafında birləşdirən “MƏDƏN SƏNАYЕSİNDƏ ŞƏFFАFLIĞIN АRTIRILMАSI” koalisiyasının elektron şəbəkəsi vasitəsi ilə üzvləri arasında informasiya yayılmışdır.

Keçirilən tədbirdə gənclərin ətraf mühitin qorunmasında iştirakının artırılmasına nail olmaq üçün onların lap kiçik yaşlarından bu ekoloji oyunlardan istifadə edərək tərbiyə olunmalarının nəticəsində yüksək ekoloji şüura, ekoloji mədəniyyətə malik yeni gənc nəslin yetişməsinə nail olunması barədə seminar iştirakçıları ilə maraqlı iş aparılmışdır.

Yer planetini gələcək nəsillərə saxlamaq üçün biz bu gün böyüməkdə olan gənc nəsli özülü dünya mədəniyyətinin əsasları ilə qoyulan , bir-birinə münasibətdə həm cəmiyyət və həm də təbiətlə qarşılıqlı hörmət və tarixi ekoloji əhəmiyyət kəsb edən həqiqi tərbiyəsi və savadlanması ilə məşğul olmalıyıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Qızıl hasilat sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinin ilkin mərhələsinin monitorinqi və digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkilli” tədqiqat istiqaməti üzrə

Yekun Hesabat

Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşən layihə işinə 01.07.2010 tarixindən başlanılmışdır. Bu müddət ərzində Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsünün icrası çərçivəsində Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə may ayında açıqlanan və 2009-cu ili əhatə edən dövr üzrə illik  hesabat (sayca 12 – ci ) üzrə tədqiqat aparılmışdır. İlk dəfə olaraq bu hesabatlarda Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin məlumatlarından əlavə qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən yeganə şirkətin Azerbaijan International Mining Company də məlumatları öz əksini tapmışdır. Hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxil olmuşdur. Məlum olmuşdur ki, Azərbaycanın qızıl yataqlarının işlənməsi ilə məşğul olan Azerbaijan International Mining Company “Gədəbəy” yatağının işləndiyi 1 il ərzində 1,05 min kq qızıl istehsal etmişdir. Ötən 2010-cu ildə “Gədəbəy” qızıl yatağından 67267 unsiya qızıl istehsal olunub ki, bu, proqnozlaşdırıldığından 7267 unsiya çox olmuşdur. Bu yataqdan çıxarılan qızıl dünya bazarlarında “Ayrım” markası ilə satılır. Layihə işinin 6 ayı ərzində Azerbaijan International Mining Company şirkətinin 2010-cu ilin hər kvartal üzrə fəaliyyəti tədqiq edilmişdir. 2011-ci ilin 10 yanvar tarixində isə yekun olaraq, 2010-cu il üçün Şirkətin fəaliyyətinə dair yekun məlumatlar toplanaraq tədqiq edilmişdir. Tədqiqatın nəticınin icmalı aşağıda verilmişdir:

Anglo Asian Şirkətinin  Gədəbəy filiz yatağının istismarı edilməsi barədə 10 yanvar 2011 tarixinə açıqladığı məlumatlar.

  • Gədəbəy şaxtasında son kvartalda Qızıl (‘Au’) istehsal həcmi 19,555 unsiya olmaqla, bu fəaliyyətə başladığı müddət ərzində  istehsalının rekord hədd göstəricisi olmuşdur.
  • 31 dekabr 2010 – cu ilin yekunu olaraq Gədəbəy filiz yatağında Au – istehsalı 67,267 unsiya olmuşdur ki, bu da proqnozlaşdırılan 60,000 unsiyadan yüksək olmuşdur.
  • Qızılın dəyişən qiymətinə görə – qızıl satışı 57,398 unsiya olmuşdur. Orta hesabla il üçün hər unsiyaya görə $1,241 olmuşdur.
  • Gədəbəy şaxtasında fəaliyyətlər;

–          2010-cu ilin sonuncu Q4 kvartalı ərzində qələviləşmə “leach” meydançasına tərkibində orta hesabla 4.32 g/t qızıl olan 240,208 ton quru filiz göndərmişdir.

–          Bütövlükdə 2010-cu il ərzində qələviləşmə “leach” meydançasına tərkibində orta hesabla 4.33 g/t qızıl olan 821,176 ton quru filiz göndərmişdir.

  • 2010-cu il üçün hasil olan mis Cu 182.5 tonn, Ag gümüş 1,460 kq və 25.9 kq Au qızıl hasil edilmişdir.
  • Şirkətin 31 dekabr 2009-cu il olan $42.2 milyon təmiz borc olduğu halda 31 dekabr 2011-ci il tarixinə $25.6  milyona qədər azalmışdır.

       Layihə işi çərçivəsində dünyada ən böyük qızıl istehsal edən və qızıl ehtiyatlarının yarısına malik olan ölkələr haqqında məlumatlar toplanaraq tədqiq edilmişdir. Bundan başqa bəzi MDB ölkələrində Qazaxstan və Qırğızstan Respublikalarında qızıl hasilatına dair məlumatlar toplanmış və tədqiq edilmişdir. Bu ölkələrin MHŞT qoşulduqdan sonra açıqladıqları hesabatlar və internet səhivələrindən bu ölkələrin qızıl sənayesi haqqında yerləşdirdikləri məlumatlar əsas götürülmüşdür.

       Qazaxstan Respublikası qızıl ehtiyatlarının kəşfiyyat məlumatlarına görə,  dünyada 10 – cu  yeri MDB dövlətləri arasında  isə 3-cü yeri tutur. Qazaxstan Respublikasıda demək olar ki, çıxarılan qızılın 2/3 hissəsi  orta və kiçik həcmli yataqlardan çıxarlır. Kiçik həcmli yataqlara qızıl ehtiyatı 25 ton, orta həcmli yataqlara qızıl ehtiyatı  25 – 100 ton miqdarında olan yataqlar  aid edilir. Qazaxstan Respublikası 5 oktyabr 2005 – ci ildə yaranan “Qazaxstan Respublikasi  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”nə qoşulmuşdur.  Tədqiqat nəticəsində məlum olmuşdur ki, 2008 –ci il hesabatlarına daxil olan neft/qaz siyahılarına mininq kompaniyalar daxil olmayıb, ona görə ki, mininq kompaniyalar EİTİ Anlaşma Memorandumuna (MOU) 2009 –cu ildə imzalamışlar.

Mineral – xammal resursları Qırğızstan Respublikasının ən qiymətli dövləti hesab olunmaqla yanaşı iqtisadiyyatında mühüm rol oynayır. Bu sahənin payı bütövlükdə son illərdə sənaye istehsalının  40 – 48 %  təşkil edir. Qırğızstan Respublikası EİTİ sənaye sahələrində şəffafliq təşəbbüsünə 14 may 2004 – cü ildə qoşulmuşdur. 2008 – ci hesabat ili üçün dövlət büdcəsinə mining kompaniyalar tərəfindən edilən ödənişlər barədə məlumatlar 2008 – ci il üçün EİTİ hesabatlarında öz əksini tapmışdır.

Layihə işi zamanı qızıl sənayesi sahəsindı yeni texnologiyalar barədə məlumatlar toplanmış və tədqiq edilmişdir. Demək olar ki, bütün köklü qızıl yataqlardan çıxarılan qızılın, emal olunması texnologiyalarında  iqtisadi və ekoloji cəhətdən olduqca ciddi  çatışmamazdıqlar mövcuddur. Bu gün problemin həlli üçün mühüm olan əsas məsələ mərkəzdənqaçma konsentratlarla işləyən avadanlığın və texnalogiyanın işlənib hazırlanmasıdır. Qapalı Aksioner Birliyi İTOMAK şirkəti bu sahədə ciddi fəaliyyət göstərir və qızılçıxartma sənayesində yeni avadanlıqlar və texnalogiyalar təklif edir. Qapalı Aksioner Birliyi İTOMAK Rusiya Fedrasiyasında və dünyanın qabaqcıl ölkələri sırasında mərkəzdənqaçma konsentratların istehsalında aparıcı yeri tutur. Qızılın, almazın və başqa mineralların istehsal və istismar edilməsi üçün,  mərkəzdənqaçma seperatorlarının, maqnit seperatorlarının və kiçik qızıl hissəciklərinin tam yuyularaq tutulması üçün maqnitqətranlı seperatorların (MQS) hazırlanması onların təklif etdiyi yeni texnologiyalardandır. Bundan başqa, İrqiredmet İctimaiı Aksioner Birliyinin yeni texnologiyalar kimi (İАB İrqiremet) Sionid qarışıqlı məhlullardan qızılı ayırmaq üçün yeni – “ЭПС” tipli Elektrolizlərin və o,  cümlədən qızılın bakterialoji üsulla yuylması təcrübəsini də təqdim edilir.

Bundan başqqa layihədə nəzərdə başqa digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkillik istiqaməti üzrə fəaliyyət həyata keçirilmiş və Azərsu Səhimdar Cəmiyyətində qeydiyyatdan keçmiş su istifadəçiləri (mineral və təbii su ehtiyatları) olan şirkətlər haqqında məlumatlar verilməsi üçün məktubla müraciət olunmuş, telefon bağlantısı qurulmuş onların MHŞT-yə qoşulması istiqamətində fəaliyyət göstərilmişdir. Şirkət söz vermişdir ki, yazılı cavab verəcəkdir.

Layihə işi qrafikində nəzərdə tutulan televiziya verilişi sonrakı ay ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Eko –Aləm ictimai birliyi 2011

Uçot siyasəti və Maliyyə Hesabatına Qeydlər

31      dekabr 2011-cu il tarixinə tamamlanan il üçün

1)        Eko –Aləm ictimai birliyi haqqında

Eko –Aləm ictimai birliyi 16.may 2006-cu il tarixində Yüzbaşeva Sevil İsmayıl qızı, Cəbrayılov Eldar Kamal oğlu, Kərimova İradə İsmayıl qızı tərəfindən təsis edilmişdir. Qeydiyyat № 1106-Q11-2111.

Təşkilatın hüquqi ünvanı:Binəqədi ray,9 –cu mikrorayon,Mir Cəlal küç 15, mən.4.

Təşkilatın əsas fəaliyyət növü: Digər qruplara daxil edilməyən sair ictimai təşkilatların fəaliyyəti

Təşkilatın mülkiyyət növü: Xüsusi mülkiyyət

2)    Əhəmiyyətli uçot siyasətləri

    (a) Hesabatın hazırlanmasının əsasları

Eko –Aləm ictimai birliyinun maliyyə hesabatları Qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun hazırlanıb.

Maliyyə hesabatları Azərbaycan manatı ilə hazırlanmışdır.

    (b)  Qiymətləndirmə metodu

Maliyyə fəaliyyətinin nəticələri, maliyyə vəziyyəti hesabatları hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsiplərinə əsaslanaraq hazırlanmışdır.

   (c) Maliyyə fəaliyyətinin nəticələrinın və maliyyə vəziyyətinin ölçülməsinə maddi təsir göstərən spesifik uçot siyasətləri  aşağıdakılardır:

(i)                 Gəlirin tanınması

Qrant gəliri

 

  Eko –Aləm  ictimai birliyi 2011-cu ildə daxil olmuş qrantların donorlar tərəfindən hesabatı qəbul edilmiş hissəsini qeyri-birja gəliri kimi tanımışdır.

4)  Pul vəsaitləri və onların ekvivalentləri

(İlin sonuna)

 

 

2011

2010

Bankda olan hesablaşma hesabı

00

0.00

 

8) Qeyri-birja əməliyyatlarından gəlir

 

Gəlir

Məbləğ

Qrantlar

  15089

Üzvlük haqları

İanələr

Cəmi xərclər

15089

 

10)  Əmək haqqı xərcləri

Xərc

Məbləğ

Əmək haqqı xərci

  2945

Sosial müdafiə xərci (22%)

  107.52

Cəmi xərclər

3052.52.

 

11) Sair əməliyyat xərcləri

Bu xərclərin tərkibi aşağıdakı kimidir

 

Xərc

Məbləğ

Bank xidməti

18.70

Dəftərxana ləvazimatı

1514.74

Elektrik enerjisi  
Mətbəə xətcləri

1185

Ezamiyyə xərcləri

1815

İnternet

Muhasibat xidməti  
Rabitə xərci

40

Təlim xidməti

Kofe-breyk

Tədbir xərcləri

3895.13

Digər xərclər

3569

Cəmi xərclər

12037.57

 

14) Qrantlar  və  üçüncü  tərəflərdən  ianələr nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar

Qrantlar

Layihənin adı

Maliyyələşdirən təşkilat (Donor)

Layihəninməbləği (AZN)

Layihənin müddəti

Mədəni turizmin inkişafı məqsədilə ekoloji maarifləndirici master klasın təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

3900

15.07.2011 – 06.09.2011
Mədən Sənayesində Şəffaflıqın artırılması Koalisiyasında  üzvlərin bacarıqlarının artırılması

ATƏT

11189.13

16.08.2011-30.11.2011