12 aprel 1961-ci ildə Sovet İtifaqının vətəndaşı böyük leytinant Yuri Alekseyeviç Qaqarin dünyada ilk dəfə olaraq “Vostok” Kosmik gəmisində Yerin Orbiti ətrafında 1 saat 48 dəqiqə ərzində bir dəfə fırlanaraq dövr etmişdir.
Category Archives: Uncategorized
11 aprel Faşist konslagerlərində olan əsrlərin beynəlxalq azadlıq günü
11 aprel 1945 – ci ildən Faşist konslagerlərində olan əsrlərin beynəlxalq azadlıq günü kimi qeyd edilir. 11 aprel 1945 – ci ildə Buhenvald konslagerində əsirlər üsyan edərək, azadlığa çıxmışlar. Bu zaman həmin konslagerdə Avropanın 18 ölkəsində insanlar olduğu üçün bu internosional bir mübarizə idi. Üsyan işti rakçıları konslagerlərdə meydançanı ələ keçirtmiş və “SOS” siqnalı vermişlər. Bir neçə gündən sonra yaxınlıqda olan Amerika əsgərlərionların harayına yetişmişlər.
Ümümdünya sağlamlıq günü.
7 aprel Ümumdünya sağlamlıq günü
1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) haqqında
Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. O, 7 aprel 1948-ci ildə yaradılmışdır. ÜST-ün Nizamnaməsində müəyyən olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.
Plakat
MEŞƏDƏ DAVRANIŞ QAYDALARI
Plakat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəni turizmin inkişafı məqsədi ilə ekoloji maarifləndirici ustad dərslərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb
Plakat “Eko –Aləm” İctimai Birliyinə məxsusdur
Kitab 4
EKOLOJİ MƏDƏNİYYƏT VƏ TURİZM
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəni turizmin inkişafı məqsədi ilə ekoloji maarifləndirici ustad dərslərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb
Layihənin və Kitabın müəllifi Yüzbaşeva Sevil İsmayıl qızı
AĞACIN YAŞINI NECƏ TƏYİN ETMƏLİ
ekoloji oyun
Əgər ağac kəsilibsə, onda onun yaşını təyin etmək üçün heç bir çətinlik yoxdur. Kötükdəki halqaları saysaq onun yaşını təyin edə bilərik.
Əgər ağac kəsilməyibsə, bəs onda onun yaşını necə təyin edə bilərik?
Bu halda yerdən 1,5 m hündürlükdə ağacın diametrini ölçmək lazımdır. Gəldiyimiz nəticə təqribi olacaqdır. Onun dəqiqiliyi bir neçə faktordan ağacın cinsindən və xüsusiyyətindən asılıdır. Ümumiyyətlə bu üç factordan asılıdır:
- Sürətlə böyüyən ağaclar üçün diametrinin hər 20 sm 10 il – bunlar qovaq, şabalıd və cökə;
- Orta sürətlə böyüyən ağaclar üçün diametrinin hər 15 sm 10 il – yalançıçinar Platanus orientalis;
- Yavaş böyüyən ağaclar üçün diametrinin hər 10 sm 10 il – bunlar palıd, fistıq, vələs.
Bir metr diametri olan palıd ağacının yaşi 100 il ola bilər.