1. Təsisçi: Sevil İsmayıl qızı Yüzbaşeva
2. Təsisçi: Eldar Kamal oğlu Cəbrayılov
3. Təsisçi: İradə İsmayıl qızı Kərimova
1. Təsisçi: Sevil İsmayıl qızı Yüzbaşeva
2. Təsisçi: Eldar Kamal oğlu Cəbrayılov
3. Təsisçi: İradə İsmayıl qızı Kərimova
Təşkilatın adı: “Eko- Aləm” İctimai Birliyi
Təşkilatının sədri: Yüzbaşeva Sevil İsmayıl qızı
Məqsədi: Birliyin əsas məqsədi təbiətin mühafizəsi, ekologiyanın qorunmasına dair əhali arasında maarifləndirmə işi aparmaqdır.
Birlik məqsədinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
– mütəmadi olaraq Xəzərin ekoloji problemləri və onların həlli yollarının araşdılınması;
– Azərbaycanın təbiət komplekslərinin, nadir və etalon təbiət ərazilərinin, tarix-mədəniyyət
obyektlərinin qorunub saxlanmasına kömək etmək;
– eko-turizm proqramlarını həyata keçirilməsi;
– zədələnmiş təbiət, tarixi-mədəniyyət komplekslərinin və obyektlərinin bərpası üçün kömək
etmək;
– ekologiyanın qorunması üçün müxtəlif profilaktik tədbirlərin həyata keçirilməsinə kömək
etmək;
– ekoloji maarifləndirmə işini gücləndirməklə təbiətin mühafizəsinə əhalinin maraq hissini
gücləndirmək;
– ekologiya sahəsində çaləışangənc mütəxəssislərin bilik və bacarığının artırılmasına yardım
etmək.
“Eko- Aləm” İctimai Birliyi üzv olduğu yerli və beynəlxalq qurumlar.
“Eko- Aləm” İctimai Birliyi “ 163 – QHT – ni özündə birləşdirən “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının üzvüdür.
29 – 30 oktyabr 2010 – cu ildə Qırğızstan Respublikası Bişkek şəhərində keçirilən Mədən Sənayesində Şəffaflığın Artırılması sahəsində səylərin gücləndirilməsi və genişləndirilməsinə həsr olunmuş MSŞT Koalisiyalarının 6-cı Regiolnal konfransının iştirakçısı.
“Eko- Aləm” İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı 2012-ci ildə üzv olduğu “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Kordinatoru seçilmişdir.
Avropa Şurasında qeydiyyatdan keçən “Tarix Mədəni Təbii və İrsi Qorumaq” şəbəkəsinin üzvü.
Avropa Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti forumun üzvü və 2011-ci il Polşanın Pazdnan şəhərində keçirilən Üçüncü görüşündə iştirak etmişdir.
№ |
Layihənin adı |
Həyata keçirilmə müddəti |
Donoru |
1. | İctimai birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının institutsional inkişafı, üzvlərinin bilik və bacarıqlarının artırılması ilə bağlı Konsepsiyası
|
19.08.2011 19.11.2011
|
ATƏT – in Bakı ofisinin maliyyə dəstəyi ilə
|
2. | Mədəni turizmin inkişafı məqsədi ilə ekoloji maarifləndirici ustad dərslərinin təşkili. |
15.07.2011 15.11.2011 |
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası |
3. | Xəzər rayonu Şağan qəsəbəsi 124 ssaylı məktəb “Vətəndaş cəmiyyəti və ekoloji tərbiyə” mövzusunda 7 sinif şagirdləri ilə maarifləndirici seminar.
|
03.02 2011 |
“Eko- Aləm” İctimai Birliyi və “Bərabər İmkanlar” İctimai Birliklərinin təşkilatçılıqları ilə |
4. |
Təhsil müəssisələrində uşaqlara gender məsələləri və ekoloji təhsil haqqında biliklərin verilməsi yardım.
|
01.10.2010 01.01.2011 |
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası |
5. | ETSN-nin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası ilə birgə təşkil etdiyi “Göy-göl” meşələrinin monotorinqinin keçirilməsi layihəsi |
17.06.2010 27.06.2010 |
ETSN-nin təşkilatçılığı ilə |
6. | “Qızıl hasilat sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinin ilkin mərhələsinin monitorinqi və digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkillik”.
|
01. 07.2010 30.06.2011 |
Açıq Cəmiyyət İnstitutu – Azərbaycan Fondu və RWI dəstəyi ilə
|
7. | Uşaqların ekoloji təlim tərbiyəsində “Ekoloji oyunlar” – dan istifadə.
|
01.05.2009 01.09.2009 |
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
|
8. | Səbayel rayonu 134 saylı məktəb müəllimləri üçün ekoloji oyunlarin təhsil sistemində tətbiq olunmasına həsr olunmuş treninqin təşkili.
|
15.06.2006 |
“Eko- Aləm” İctimai Birliyinin təşkilatçılığı ilə |
9. | Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi.
|
10.01.2009 10.04.2009 |
Açıq Cəmiyyət institutunun maliyyə yardımı |
Ekoloji maarifləndirmə.
Nəşrlər:
1. Kitab: “Ağaçın ürək döyüntüləri”– Açıq Cəmiyyət İnstitutuunn maliyyə yardımı:
2. Kitab: “Ağacla tanışlıq”- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası:
3. Kitab: “Gender və Ekoloji təhsilə yardım”- Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası:
4. Kitab: “Ekoloji Mədəniyyət və Turizm”– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası:
5. “Meşədə Davraniş Qaydalari” adlı plakat – Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası:
Mühafizə olunan ərazilərin statusu, yerləşməsi və əhatə edilməsi.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri Azərbaycan Respublikasının Milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin statusu «Ətraf mühitin mühafizəsi haqqında» və «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir.
Azərbaycan Respublikasında mühafizə məqsədləri və istifadənin xüsusiyyətlərinə görə fərqlənən xüsusi mühafizə olunan təbiət ərazilərinə aşağıdaki status verilir:
• dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;
• milli parklar və təbiət parkları;
• ekoloji parklar;
• təbiət abidələri;
• dövlət təbiət yasaqlıqları;
• zooloji parklar;
• nəbatat və dendroloji parklar;
• müalicə-sağlamlıq yerləri və kurortlar.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi mühafizə olunan başqa təbiət ərazilərinin növləri də nəzərdə tutula bilər.
Təbiətin etalon ərazilərinin, bitki və heyvanlar aləminin genetik rəngərənliyinin qorunmasında qoruqlar sistemi ən ciddi və əhəmiyyətlisidir.
Respublika ərazisində qoruqların qeyri-bərabər şəkildə yerləşməsinə baxmayaraq,onlar əsas landşaftları əhatə edir və təbiət komrlekslərinin qorunmasında mühüm əhəmiyyət kəsb edir.
Hazırda respublikamızın ərazisində 13 Dövlət Təbiət Qoruğu , 6 Milli Park, 21 Dövalət Təbiət Yasaqlığı fəaliyyət göstərir.