19 iyun 2013-cü ildə Eko-Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “İqlim dəyişikliyinin uşaq sağlamlığına zərərli təsir risklərinin azaldılması” layihəsi çərçivəsində İsmayıllı rayonunda 1 nömrəli Uşaq bağçasında tədbir keçirmişdir. Qeyd etmək lazımdır ki, layihənin birinci mərhələsində təşkilat azərbaycan və ingilis dillərində “İqlim dəyişikliyi nədir” adlı kitabça nəşr etdirmişdir. Uşaq bağçasında keçirilən tədbirdə də həmin kitabça uşaqlara və bağça müəllimlərinə və tərbiyəçilərinə paylanmışdır. Continue reading Eko-Aləm İctimai Birliyi uşaq bağçasında
