Category Archives: Layihələrimiz

Plakat

MEŞƏDƏ DAVRANIŞ QAYDALARI

Plakat Azərbaycan Respublikasının Pre­zi­denti yanında Qeyri-Hökumət Təşkilat­larına Dövlət Dəstəyi Şurasının maliyyə yar­dımı ilə “Mədəni turizmin inkişafı məqsədi ilə ekoloji maarifləndirici ustad dərslərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb

Plakat “Eko –Aləm” İctimai Birliyinə məxsusdur

Kitab 4

EKOLOJİ MƏDƏNİYYƏT VƏ TURİZM

 

Kitab Azərbaycan Respublikasının Pre­zi­denti yanında Qeyri-Hökumət Təşkilat­larına Dövlət Dəstəyi Şurasının maliyyə yar­dımı ilə “Mədəni turizmin inkişafı məqsədi ilə ekoloji maarifləndirici ustad dərslərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb

Layihənin və Kitabın müəllifi    Yüzbaşeva Sevil İsmayıl qızı

 

AĞACIN YAŞINI NECƏ TƏYİN ETMƏLİ

ekoloji oyun

Əgər ağac kəsilibsə, onda onun yaşını təyin etmək üçün heç bir çətinlik yoxdur. Kötükdəki halqaları saysaq onun yaşını təyin edə bilərik.

Əgər ağac kəsilməyibsə, bəs onda onun yaşını necə təyin edə bilərik?

Bu halda yerdən 1,5 m hündürlükdə ağacın diametrini ölçmək lazımdır. Gəldiyimiz nəticə təqribi olacaqdır. Onun dəqiqiliyi bir neçə faktordan ağacın cinsindən və xüsusiyyətindən asılıdır. Ümumiyyətlə bu  üç factordan asılıdır:

  • Sürətlə böyüyən ağaclar üçün diametrinin hər 20 sm 10 il – bunlar qovaq, şabalıd və cökə;
  • Orta sürətlə böyüyən ağaclar üçün diametrinin hər 15 sm 10 il – yalançıçinar Platanus orientalis;
  • Yavaş böyüyən ağaclar üçün diametrinin hər 10 sm 10 il – bunlar palıd, fistıq, vələs.

Bir metr diametri olan palıd ağacının yaşi 100 il ola bilər.