Category Archives: Xəbərlər

PRESS RELIZ

Eko – Aləm” İctimai Birliyi öz fəaliyyətini Azərbaycan Respublikasının ərazisində ətraf mühitin mühafizəsinə, ondan səmərəli istifadə edilməsinə və nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin Xəzər dənizi daxil olmaqla qorunub saxlanmasına, milli dəyərlərimizin, tariximizin, folklorumuzun, abidələrimizin, adət ənənələrimizin dayanıqlı inkişaf konsepsiyası çərçivəsində qorunub saxlanması istiqamətində fəaliyyət göstərməsini öz qarşısına məqsəd kimi qoymuşdur. Bütün bunları həyata keçirtmək, əhali arasında maarifləndirmə işinin təşkil edilməsi, xüsusi ilə də gənclərin ekoloji maarifləndirməsi və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində işin aparılmasını öz qarşısına əsas məqsəd kimi qoymuş və bu istiqamətdə də fəaliyyət göstərməkdədir

“Eko – Aləm” İctimai Birliyi 2011 – cu il iyul ayının 15-dən başlayaraq dörd ay müddətində olmaqla Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Mədəni Turizmin İnkişafi Məqsədi Ilə Ekoloji Maarifləndirici Ustad Dərslərinin təşkili”  layihəsini həyata keçirir. Layihə çərçivəsində iştirakçılara ekoloji maarifləndirici dərslərin təşkil edilməsi və keçirilməsi üzrə təlim keçirilmişdir. Layihənin birinci mərhələsində Quba, Qusar Turizm İstiqamətləri üzrə və birinci mərhələnin sonuncu tədbiri 26 avqust 2011-ci il tarixində Xaçmaz şəhərlərində Xaçmaz və Xudat Turizm İstiqaməti üzrə fəaliyyət göstərən turizm mərkəzlərində çalışan mütəxəssislərlə, Meşə Mühafizəsi və Bərpasi müəssisələri işçiləri, rayon mədəni-maarif işçiləri, təhsil müəssisələrində çalışan müəllimlərlə, kitabxana işçiləri, QHT nümayəndələri və gənclərlə Ekoloji Maarifləndirici Ustad Dərslərinin təşkil edilmişdir. Layihə   çərçivəsində “Meşədə  Davraniş Qaydalari” adlı plakat və “Ekoloji Mədəniyyət və Turizm” adlı ekoloji maarifləndirici məlumat kitabı nəşr edilmiş və tədbirlərdə iştirakçılara paylanmışdır. Tədbirlər barədə yerli mətbuatda, internet səhivələrində və Qubada fəaliyyət göstərən “Xəyal” TV-nin Xəbərlər proqramında geniş məlumat verilmiş və təşkilatın sədri Eko – Aləm” İctimai Birliyinin Sevil Yüzbaşevanın müsahibəsi efirə getmişdir

Tədbirlər yüksək səviyyədə həyata keçmişdir..

RESS RELIZ

“Eko – Aləm” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil  müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı  biliklərin verilməsinə yardım”  layihəsini həyata keçirir. Layihə çərçivəsində ilk tədbir 22 oktyabr 2010 – cu il tarixində Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində həyata keçirilmişdir. Tədbirdə gender məsələlərinə həsr olunmuş təlim həyata keçirilmişdir. Təlimin işində müəllimlər, kitabxana işçıləri və “Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları iştirak etmişlər. Təlim “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova tərəfindən aparılmışdır. Ülviyyə xanım tərəfindən hazırlanmış bir günlük təlim modulu gender və inkişafın nəzəri əsaslarını əhatə edirdi. Tədbirə qatılan Qafqaz Media Tədqiqat Mərkəzinin  və   Kanal 13 Internet TV – direktoru  Orucov Anar Qaraş oğlu təlimin işinini daha da maraqlı etmişdir. O, özünün gender sahəsində apardığı olduqca dəyərli araşdırmaları və tədqiqatları barədə tədbir iştirakçılarına qiymətli məlumatlar vermişdir. Tədbirdə ekoloji maarifləndirmə işi də aparılmışdır. Müasir dünyada ekoloji vəziyyətin gərginləşməsi insan-təbiət qarşılıqlı münasibətlərinə yeni baxışlar tələb edir. Elə bu səbəbdən ekoloji tərbiyənin – zəruri olması nəinki ekoloqlar, müəllimlər, sadə əhalinin əksər hissəsi tərəfindən vacib iş olması qəbul edilmişdir. Təbiətə qarşı düzgün münasibət, ekoloji özünüdərketmə lap kiçik yaşlarından tərbiyə olunmalıdır. Ekoloji tərbiyə metodikası müasir zamanda özünün aktiv fəaliyyətini, təlim tərbiyədə öz yerini tutaraq, mövqeyini  möhkəmlətmək dövrünü yaşayır. Uşaqlarla iş zamanı yeni metodların axtarıb tapılması imkan yaradır ki, onların tərbiyəsində ekoloji mədəniyyətin əsası qoyulsun. Bu metodlar sırasında ekoloji oyunların rolu çox böyükdür ki,   bunu da lap erkən yaşlarda, məktəbəqədər yaşda həyata keçirtmək lazımdır. Mütəxəssislərin qənaətincə, gender və ekoloji tərbiyə insanlara lap kiçik yaşlarından tərbiyə edilməlidir. Onlar hesab edirlər ki, tədris prosesindən kənarda, məsələn, valideyndən və ya kütləvi informasiya vasitələrindən, xüsusilə də televiziyadan alınan informasiyalar şagirdin şüurunda qalsa da qısa müddətdən sonra unudula bilər. Buna görə də şagirdlərə tədris prosesində gender və ekoloji tərbiyə mövzusuna dair nümunələrin təlimi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə layihə işi çərçivəsində “Gender və Ekoloji Təhsilə Yardım” adlı gender və ekoloji tərbiyəyə həsr olunmuş kitab nəşr olunmuşdur. Tədbirin işinə məktəblilər də qatılmışdır. Uşaqlar bu tədbirdə “Meşəyə insan gəlir” adlı ekoloji oyundan ibarət səgnəcik nümayiş etdirmişlər. Tamaşada iştirak edən uşaqlara “Eko – Aləm” İctimai Birliyi tərəfindən hədiyyə  olaraq kitablar təqdim olunmuşdur.

Tədbir haqqında məlumat yüz otuzdan artıq üzvü olan Mədən Sənayesində Şəffavlıq Koalisiyasının eiti-az-ngo-coalition@googlegroups.com     və  yüzə yaxın üzvü olan Ekoforum şəbəkəsi olan ecoforum@yahoogroups.com saytlarında şəkillər və keçirilən tədbir barədə məlumatlar yerləşdirilmişdir. Məlumatlar mətbuatda nəşr olunmaq üçün bir sıra agentliklərə göndərilmişdir. Həminnəşr olunan  məlumatlar hesabata əlavə ediləcəkdir.

Tədbir yüksək səviyyədə həyata keçirilmişdir.

PRESS RELIZ 2009-cu il

“Eko – Aləm” İctimai Birliyi 2006 – cı ilin aprel ayında təsis edilmiş və may ayında isə Azərbaycan Respublikasının Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təşkilat nizamnaməsində göstərildiyi kimi öz fəaliyyətini Azərbaycan Respublikasının ərazisində ətraf mühitin mühafizəsinə, ondan səmərəli istifadə edilməsinə və nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin Xəzər dənizi daxil olmaqla qorunub saxlanmasına, milli dəyərlərimizin, tariximizin, folklorumuzun, abidələrimizin, adət ənənələrimizin dayanıqlı inkişaf konsepsiyası çərçivəsində qorunub saxlanması istiqamətində fəaliyyət göstərməsini öz qarşısına məqsəd kimi qoymuşdur. Bütün bunları həyata keçirtmək üçün, əhali arasında maarifləndirmə işinin təşkil edilməsi, xüsusi ilə də gənclərin ekoloji maarifləndirməsi və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində işin aparılmasını öz  qarşısına əsas məqsəd və vəzifə kimi  qoymuş və bu istiqamətdə də fəaliyyət göstərməkdədir.

Ətraf mühitin ekoloji vəziyyətinin gərginləşməsi, insan – təbiət münasibətlərinə yeni baxışlar tələb etməsi insanların Təbiətə qarşı düzgün münasibət qurması və ondan istifadə etməsi işi insanlara lap kiçik yaşlarından tərbiyə edilməlidir. Son illərdə bir cıra məktəb və əlavə təhsil müəssisələrinin müəllimləri və həmçinin ekoloji maarifləndirmə işi ilə məşğul olan ictimai təşkilatların nümayəndələri təhsildə qeyri ənənəvi üsullardan istifadə etməklə, yəni ekoloji oyunları tətbiq etməklə məktəblərdə tədris olunan təbiət elmlərinin, təbiət aləminin dərk edilməsində yüksək nəaliyyətlər əldə edilməsinə nail olmaq qənaətinə gəlmişlər. Bu məqsədlə bir sıra inkişaf etmiş ölkələrin təlim tərbiyə müəssisələrində ekoloji maarifləndirmə istiqamətində apardıqları iş təşkilatımız tərəfindən öyrənilmiş və bu gözəl təcrübəni ölkəmizdə tətbiq etməyi məqsəd kimi öz qarşısına qoyulmuşdur.

2009 – cu ildə təşkilatımız bu sahədə iki uğurlu layihə həyata keçirmişdir. İlin əvvəlində Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi ” layihəsini və ikinci yarısında isə may ayından başlayaraq dörd ay ərzində Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “ Uşaqların ekoloji təlim tərbiyəsində Ekoloji  oyunlar ” – dan istifadə”  layihələrini həyata keçirmişdir. Birinci layihə çərçivəsində “ Ağacın ürək döyüntüləri ” adlı, ikinci layihə çərçivəsində isə  “Ağacla tanışlıq” adlı ekoloji oyunlardan ibarət kitab nəşr olunmuşdur.

Bildiyimiz kimi ölkəmizin prezidenti cənab  İLHAM ƏLİYEV 2009 – cu ili uşaq ili elan etmişdir. Biz də bir ictimai təşkilat kimi hər iki kitabı uşaq ilinə öz tövhəmiz kimi həsr etmişik.

Layihələr çərçivəsində Respublikamızın bir sıra bölgələrində o, cümlədən Quba, Xaçmaz, Masallı və Bakı şəhərində kitabın təbliğatına və ekoloji maarifləndirməyə həsr olunmuş tədbirlər həyata keçirmişik. Tədbirlərdə təlim təhsil müəssisələrində çalışan müəllimlər, tərbiyəçilər, kitabxana işçiləri, dövlət orqanlarının və icra hakimiyyətinin nümayəndələri və vətəndaş cəmiyyətinin üzvləri iştirak etmişlər. Bakı şəhərində isə təşkilat  Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzidə, 46 № li Məktəbdənkənar Təhsil İşi Mərkəzində ekoloji maarifləndirməyə və oyunlardan istifadəyə həsr olunmuş tədbirlər keçirmiş, kitablar paylanmışdır. İyun ayında 134 saylı məktəbin resurs mərkəzində isə müəllimlərə təlim tərbiyə prosesində ekoloji oyunlardan istifadənin tətbiqinə həsr olunmuş treninq keçirilmişdir.

Tədbirlərin sonunda iştirakçılar layihələrin işini yüksək qiymətləndirmiş və bu maarifləndirmə işini ardıcıl alaraq aparmağı tövsiyə etmişlər. Bütün təlim tərbiyə ailədə və təlim tərbiyə müəssisələrində uşaqlara didaktiv üsulla yəni öyüd nəsihət verməklə aparıldığı kimi ekoloji tərbiyə də uşaqlara lap erkən yaşlardan başlayaraq təbliğ olunmalıdır. Bu səbəbdən tədbir iştirakçıları kitabları daha böyük tirajla çap olunmasını və hər kəsə paylanmasını arzu etdiklərini söyləmişlər. “ Ağacın ürək döyüntüləri ” adlı kitabın tirajı 30 ədəd olduğundan müəllimləri onunla təmin edə bilmədiyimizdən və kitabdakı ətraf mühit haqqında çox qiymətli biliklər olduğu üçün təhsil müəssisələrinin işçiləri onu əldə etmək arzusundadırlar.

Ekoloji tərbiyə metodikası müasir zamanda özünün aktiv fəaliyyətini, təlim tərbiyədə öz yerini tutaraq mövqeyini  möhkəmlətmək dövrünü yaşayır. Uşaqlarla iş zamanı yeni metodların axtarıb tapılması imkan yaradır ki, onların tərbiyəsində ekoloji mədəniyyətin əsası qoyulsun. Bu metodlar sırasına psixoloqlar ekoloji oyunlarla fəaliyyəti aid edirlər ki, bunu da lap erkən yaşlarda, məktəbəqədər yaşda həyata keçirtməyi məsləhət görürlər. Məktəbəqədər yaşda olan uşaqların ekoloji mədəniyyətin formalaşması didaktik oyunlardan istifadə olunması hesabına uşaqlarda ekoloji mədəniyyətin formalaşmasına nail olmaq olar. Ekoloji oyunlardan istifadə zamanı uşaqlara, təbiət obyektlərinin rolunu oynayırlar və onlarda bitkilər, heyvanlar haqqında ekoloji biliklər formalaşır.

 

 

Qlobal istiləşmə

Qlobal istiləşmə — XX və XXI  bu Yer Kürəsi atmosferinin və Dünya okeanının orta illik temperaturunun yüksəlməsidir. BMT- nin üzvü olan böyük 8-lik dovlətlərinin Elmlər Akademiyası belə qərara gəliblər ki, XVIII –in ikinci yarısından başlayaraq Yer Kürəsində orta illik temperaturunun 0,7 °C yüksəlmişdir. Ən çox istiləşmə son 50 ildə nəzərə çarpmışdır. İnsan fəaliyyəti nəticəsində parnik qazları, CO2) и меtаn (CH4).

Qlobal istiləşmə nəticəsində dünya okeanının səviyyəsi dəyişməklə yanaşı atmosfer yağıntılarının paylanması və miqdarı da dəyişəcəkdir. Kataklizmalar artacaq—  quraqlıqlar, subasmalar, tufanlar, kənd təsərrüfatı məhsuldarlığı aşağı düşəcək.  XXI əsrdə orta illik temperatur 1,1 – 6,4 °C yüksələcəkdir.

Urmiya gölü

Urmiya gölü

İran İslam Respublikası rəhbərliyi Güney Azərbaycanın təbiətinə qarşı laqeyd siyasəti davam edir. Bu siyasət ucbatından Urmiya gölü qurumaqdadır. Mütəxəssislərin bildirdiyinə görə, hazırda gölün səviyyəsi 1272 sm-dir, halbuki bu rəqəm 1284 sm-dən az olmamalıdır.
Bu münasibətin ucbatından Urmiya gölü 8 milyard tonluq “duz anbarı”na çevrilə, bu azmış kimi, su hövzəsinin quruması həm də bölgənin iqliminə mənfi təsir göstərə bilər. Ekspertlər bildirib ki, gölün məhv olmasının qarşısını almaq üçün onun səviyyəsi indikindən ən az 0,5 metr yüksəlməlidir. Yay mövsümü ilə əlaqədar gölə tökülən çayların çoxu suvarma üçün kanallarla başqa istiqamətə axıdılacaq. Bu isə göldəki suyun səviyyəsinin artırılmasını əngəlləyir. Belə bir hal göldə duzun həcminin artmasına səbəb ola bilər. Hazırda gölün bir litr suyunda 300 qramdan artıq duz olduğu bildirilir. Xatırladaq ki, ötən ay Güney Azərbaycan futbolsevərlərinin qüruruna çevrilmiş Təbrizin “Traktorquraşdırma” futbol klubunun oyunçularının qatıldığı, Urmiya gölünün ekoloji vəziyyətinə bu su hövzəsinin yaxınlığında etiraz aksiyası keçirilmişdilər. Aksiyaçılar “Urmiya gölünün qurudulması cinayətdir!” kimi şüarlar səsləndiriblər. Bu su hövzəsinin quruması Güney Azərbaycan üçün ciddi fəsadlar yaradacaq. Gölə axan 20-yə yaxın çayın qarşısı alınaraq, bənd salınıb. Həmişə olduğu kimi, İran İslam Respublikası rəsmiləri məsələyə aydınlıq gətirməkdənsə, etiraz aksiyası iştirakçılarını gülləbaran edib, tədbirə qatılanları həbs edib. Bütün baş verənlərlə bağlı fotoşəkillər və görüntülər çeşidli informasiya vasitələrində yayılıb.

Şorabil taleyi

Urmiya gölünün taleyini Ərdəbildəki Şorabil gölü də yaşamaqdadır.

Bir müddət öncə mühacir hüquqçu Baybək Təbrizli Şorabilin vəziyyətinə toxunaraq, yazıb: “Azərbaycan ən əski mədəniyyətlərin düşərgəsidir. Bu ərazi abidələrin, daş kitabələrin, urqanların sahibidir. Ölkəmizin həm də zəngin təbiəti var. Belə yerlərdən biri də Şorabil gölüdür. Bu su hövzəsi qışın ən soyuq çağlarında belə buz bağlamır. Donmamalıdır da, çünki suyu adından göründüyü kimi şordur. Belə su isə donmaz”. Müəllif ürək ağrısı ilə bildirir ki, fars şovinistlərinin istəyinə uyğun olaraq, nəinki şor su, duz belə buz bağlayacaq. “Ərdəbil şəhərindəki min illərlə yaşı olan Şorabil gölü dünyanın tanınmış şor göllərindəndir. Bu göl Azərbaycanın Urmiya gölü kimi artemiyanın yaşadığı suya sahibdir. Bu heyvanlar yalnız şor sularda yaşayır, eyni zamanda köçəri quşlar üçün yem sayılır. Amma Tehranın göstərişi ilə bu gölün tərkibi dəyişdirilir. Hakimiyyət bu su hövzəsində balıq yetişdirməyə başlayıb. Balıqları isə adətən şirin sularda yetişdirirlər. Belə bir vəziyyətdə Şorabilin tərkibinin də dəyişərək, “Dadlıbil” olacağı gözlənilir” – deyə, yazan B.Təbrizlinin məlumatına görə, illər uzunudur bu gölün təbiiliyini dəyişmək üçün çeşidli fəaliyyət göstərilib. “Bu gölə çirkab suları axıdılaraq, kanalizasiya quyusu kimi istifadə olundu. Azərbaycanın susuz qalan başqa yerlərinə su verməyi çox görən İran hakimiyyəti başlanğıcını Savalan dağından götürən Balıqlı çayının şirin suyunu kanal çəkərək, Şorabilə axıdır. Azərbaycan ziyalılarının, yerli əhalinin çoxsaylı etirazına məhəl qoymayan hakimiyyət təmsilçiləri bu istiqamətdə gördükləri işdən əl çəkmir. Ərdəbilin 50 dərəcə şaxtasında buz bağlamayan bu duzlu gölü üstündə indi -15 dərəcədə belə xizək və konki sürmək mümkündür.

Urmiya gölü bir əsrə yaxındır Tehrandakı hakimiyyətlərin zülmünə dözür. Amma bu müqavimət bir gün tükənəcək. Şorabilin aqibətini bir gün Urmiya gölü təkrarlayacaq. Bu hadisədən sonra göldəki artemiyalar yoxa çıxıb. Şorabil ətrafındakı müalicəvi palçıq da tapılmır. Artemiya yemək üçün gölə gələn köçəri quşlar da artıq buralardan uçmurlar.

Hakimiyyət Azərbaycanın təbiətindən qəribəliyi və zənginliyi ilə seçilən göllərdən birini –Şorabili xəritəmizdən silməkdədir.

İbtidai haqqı, ana dilində təhsil almaq hüququ təmin olunmayan Azərbaycan türkü dədə-baba torpaqlarının da tam hüquqlu yiyəsi deyil. Əks halda, onun milli-tarixi abidələri dağıdılmaz, təbii sərvətləri talan olunmazdı…

Azərbaycan təbiətinin bu gözəllik simvolu, Urmiya gölü məhv olmaq təhlükəsi ilə üz-üzədir. Mütəxəssislərin fikrincə, vaxtında tədbir görülməzsə, yaxın gələcəkdə bu su hövzəsindən əsər-əlamət qalmayacaq. Belə bir şəraitdə isə bütünlükdə məntəqə səhraya çevriləcək. Bu, həm də gölün ətrafında minlərlə kənd, qəsəbə və şəhərlərin əhalisi üçün əsl fəlakət deməkdir. Hazırda gölün 150 hektarı səhraya çevrilib. Bunun nəticəsində ətraf kəndlərin torpaqları duzlaşaraq, yararsız hala düşüb. Yeri gəlmişkən, 1980-ci illərdə Orta Asiyadakı Aral gölünün quruyacağı ilə bağlı çeşidli xəbərlər yayılırdı. O zaman keçmiş SSRİ-dəki bütün məsələlərə Moskva nəzarət etdiyindən bu su hövzəsinin qurumasına Kreml barmaqarası yanaşdı. Sovet İttifaqı dağılan ərəfədə bu göl də qurdu. Əslində Aralın quruması Moskvanın müttəfiq, özəlliklə türk respublikalarının təbiətinə etinasız baxmasının nəticəsi idi. Statistik məlumatlara əsasən, son 50 ildə göl quruyaraq, suyu 90 faiz azalıb. Bu günlərdə BMT-nin baş katibi Pan Gi Mun bunu “Aralın quruması dünyanın ən böyük fəlakətlərindəndir” – kimi dəyərləndirib. O, dünya liderlərini bu gölün qurumasının qarşısını almağa çağırıb. Xatırladaq ki, bir vaxtlar Aral gölü dünyada 4-cü idi. Hakimiyyətdən cavab İran hökumətinin iclaslarından birində Mahmud Əhmədinijatın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradılıb. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhiminin dediyinə görə, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır: “Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün əlimizdən gələni edəcəyik”. GünAzTv-nin yaydığı məlumata görə, Şərqi Azərbaycandakı kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani gölün qurumasına istehza ilə yanaşıb: “Urmiya gölü qurusaydı, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir”.

Bu azmış kimi, Tehran hakimiyyətinin yerli rəsmisi əlavə edib: “Dəvə çətin şəraitə, aclığa dözümlü heyvandır. Urmiya gölü quruyandan sonra orada çıxacaq tikanlarla çoxlu sayda dəvə yetişdirmək olar”. Yerli müşahidəçilərin fikrincə, Mənuçehr Bağbani bu istehzanı azərbaycanlıların Urmiya gölünün qurudulmasına qarşı keçirdiyi toplantıdan iki həftə sonra söyləməsi hakimiyyətin bu məsələyə münasibətinin açıq-aşkar örnəyidir. Bu isə gölün qurudulması ilə bağlı hakimiyyətin planından əl çəkmədiyini göstərir.

Çoxsaylı etirazlara baxmayaraq, bu günə qədər Urmiyanın qurumasının qarşısının alınması istiqamətində heç bir əməli tədbir görülməyib. Urmiya gölü haqda qısa məlumat Ş.Tağıyeva, Ə. Rəhimli, S.Bayramzadənin birgə hazırladığı “Güney Azərbaycan” (sorğu kitabı) kitabında yazılıb ki, bu su hövzəsi həcminə görə, İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqribən 5000-6000 kv.km-dir. Göldəki suyun həcmi isə 20-24 milyard kub metr idi. Gölün eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşir. Qədim türk dilində bu gölün adının mənası “suda yaşayış yeri” anlamını verir. Başqa sözlə türklər bu gölün ətrafındakı həmişə yaşadığından Urmiya şəhərinin adına uyğun olaraq, ona bu sayaq ad veriblər. Azərbaycanını başqa coğrafi adlarının başına açılan oyunlar Urmiya gölündən də yan ötməyib. Rza şahın dövründə, 1937-ci ildə gölün adı onun şərəfinə “Rzaiyyə” adlandırılıb. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də oğlu Məhəmmərza Pəhləvinin dövründə bu gölə “Rzaiyyə”, “Rzaiyyə gölü”, “Kəbudan”, “Çiçsit” və sair qondarma adlar verilib. İndikilər hakimiyyətə gələndən sonra şahla bağlı adları dəyişdirdiklərindən Urmiyanın da adını əvvəlki kimi adlandırdılar. Bu gölə Azərbaycanın çeşidli bölgələrindən çaylar axır. Onlardan Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay və b. adlarını çəkmək olar.
Qışın ən sərt vaxtlarında belə buranın suyu donmur. Çünki su şordur. Bu cəhətinə görə, Urmiya gölü müalicəvi əhəmiyyətə malikdir. Orada boğulmaq təhlükəsi də yox dərəcəsindədir. Urmiya gölündə irili-xırdalı 102 ada var. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahi, Qoyundağı, Əşkdağı, Arzu qismən böyük quru sahələr sayılır. Şahının sahəsi 3525 ha-dır. Əvvəllər burada Saray, Gəmiçi, Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri olub. Şahiyə aid məlumatlarda bildirilir Ki, 1979-cu il inqilabına qədər burada 1170 ailə yaşayıb. Hazırda adada yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlərlə məşğul olurlar. Şərfəxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahidən oduğu haqda məlumat verilir. Bu adada iki dağ və Keçiçay adlı çay, şirin sulu 54 bulaq var. Çoxsaylı köçəri quş növləri bu adanın bəzəyi sayılır. İkinci böyük ada Qoyundağdır. Onun uzunluğu 9 km, eni isə 4 km-dir. Sahəsi 3175 kv km-dir. Burada daimi axarı olan iki bulaq var. Şirin su, bol otlaq, münasib hava şəraiti burada heyvandarlığın inkişafı üçün əlverişlidir. Bununla yanaşı, həmin adalarda turizm üçün də şərait mövcuddur. Göldə çeşidil köçəri quşlarla yanaşı, ördək, kəklik, yaşılbaş sona, qaz, ağbaş ördək, habelə dağ keçisi, maral da var. Yadellilərin özbaşına ovçuluğu adanın faunasına çox ciddi zərbə vurub. Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin dərmanı sayılır. Buranın suyu və palçığı da nəzarətsizlik ucbatından talan edilir. Azərbaycanın bu bənzərsiz su hövzəsi təbii gözəlliyi, şəfalı suyu, saf iqlimi və müalicəvi palçığı ilə yanaşı, başqa təbii sərvətlərlə də zəngindir. 1967-ci ildə Urmiya gölü qoruq elan olunub.

Bundan başqa, YUNESKO bu gölü qorunan təbii ərazilər sırasına daxil edib.

Amma təəssüf ki, Tehran hakimiyyəti kimi, BMT-nin bu qurumu da vədinə əməl etmir…

Sədrəddin Soltan Urmiye, Urmiya), город в Северо-западном Южном Азербайджане (иранский Азербайджан) и капитал Западной Области Азербайджана.

 Город находится на высоте на 1 330 м. выше уровня моря на реке Шахара Чея (Городская Река). Урмия – 10-ый населенный город в Иране и 2-ой из областей турок Azerbaijanian после Тебриза. Урмия – торговый центр для плодородного сельскохозяйственного района, где фрукты (Особенно Apple и Виноград) и Табак выращены. Важный город 9-ым центом. Урмия была захвачена турками Oghuz (11-ый цент.) Уволенный турками Seljuk (1184), и позже занятый неоднократно Оттоманскими турками. Название Урмия или Urmu, как думают, произошло от шумерского языка, самой ранней известной цивилизации в мире, расположенном в южной Месопотамии. Ур был принципиальным шумерским городом. Некоторые полагают, что имя получено из сирийского языка. Ур, означая “колыбель”, и mia, означая “воду”. Следовательно, Урмия, расположенная озером и окруженный реками, была бы колыбелью воды. Население Урмии – преобладающе турки Azerbaijanian (более чем 90 %), но с курдскими, ассирийскими и армянскими меньшинствами.

Urmiyə gölü qurusa, nələr olar? On milyardlarla ton duz bölgənin əkinçiliyini təhdid edər. Qısa müddətdən sonra külək duzu bölgənin verimli və əkinçiliyə uyğun olan torpaqlarına daşıyıb bu torpaqları da duzlağa döndərər. Gölün 500 km. çevrəsində bütün verimli torpaqlar təhdid altına düşər. Bölgə bütünlüklə duzlaqlaşar. Təbriz özü də yaşanmaz duruma gələr. Azərbaycanın bütün verimli torpaqları duzlaşma ilə qarşılaşar. Bölgədən başqa yerlərə köçlər başlar. Bölgə əhalidən boşalar. Zəhərləyici yağışlar yağmağa başlar. Bölgədə sözün tam anlamı ilə ekoloji fəlakət yaşanar.

Bu baxımdan Urmiyə gölü məsələsi sadəcə, Güney Azərbaycanın problemi kimi görünməməlidir. Bu, fars zehniyyəti xaricində bütün insanlığın ortaq ekoloji problemidir. Bu baxımdan Güney Azərbaycanın milli mübarizəsi bir yönü ilə dünyanın ekoloji problemlərini çözmək üçündür. Indiki durumda bu mübarizənin ön cəbhəsində Urmiyə şəhəri getməkdədir. Urmiyə gölünün qurumasının qarşısını almaq bütün insanlığın borcudur. Insanlıq Urmiyə başda olmaq üzrə Güney Azərbaycanın bu haqlı savaşına səssiz qalmamalıdır.