RESS RELIZ

“Eko – Aləm” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil  müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı  biliklərin verilməsinə yardım”  layihəsini həyata keçirir. Layihə çərçivəsində ilk tədbir 22 oktyabr 2010 – cu il tarixində Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində həyata keçirilmişdir. Tədbirdə gender məsələlərinə həsr olunmuş təlim həyata keçirilmişdir. Təlimin işində müəllimlər, kitabxana işçıləri və “Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları iştirak etmişlər. Təlim “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova tərəfindən aparılmışdır. Ülviyyə xanım tərəfindən hazırlanmış bir günlük təlim modulu gender və inkişafın nəzəri əsaslarını əhatə edirdi. Tədbirə qatılan Qafqaz Media Tədqiqat Mərkəzinin  və   Kanal 13 Internet TV – direktoru  Orucov Anar Qaraş oğlu təlimin işinini daha da maraqlı etmişdir. O, özünün gender sahəsində apardığı olduqca dəyərli araşdırmaları və tədqiqatları barədə tədbir iştirakçılarına qiymətli məlumatlar vermişdir. Tədbirdə ekoloji maarifləndirmə işi də aparılmışdır. Müasir dünyada ekoloji vəziyyətin gərginləşməsi insan-təbiət qarşılıqlı münasibətlərinə yeni baxışlar tələb edir. Elə bu səbəbdən ekoloji tərbiyənin – zəruri olması nəinki ekoloqlar, müəllimlər, sadə əhalinin əksər hissəsi tərəfindən vacib iş olması qəbul edilmişdir. Təbiətə qarşı düzgün münasibət, ekoloji özünüdərketmə lap kiçik yaşlarından tərbiyə olunmalıdır. Ekoloji tərbiyə metodikası müasir zamanda özünün aktiv fəaliyyətini, təlim tərbiyədə öz yerini tutaraq, mövqeyini  möhkəmlətmək dövrünü yaşayır. Uşaqlarla iş zamanı yeni metodların axtarıb tapılması imkan yaradır ki, onların tərbiyəsində ekoloji mədəniyyətin əsası qoyulsun. Bu metodlar sırasında ekoloji oyunların rolu çox böyükdür ki,   bunu da lap erkən yaşlarda, məktəbəqədər yaşda həyata keçirtmək lazımdır. Mütəxəssislərin qənaətincə, gender və ekoloji tərbiyə insanlara lap kiçik yaşlarından tərbiyə edilməlidir. Onlar hesab edirlər ki, tədris prosesindən kənarda, məsələn, valideyndən və ya kütləvi informasiya vasitələrindən, xüsusilə də televiziyadan alınan informasiyalar şagirdin şüurunda qalsa da qısa müddətdən sonra unudula bilər. Buna görə də şagirdlərə tədris prosesində gender və ekoloji tərbiyə mövzusuna dair nümunələrin təlimi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə layihə işi çərçivəsində “Gender və Ekoloji Təhsilə Yardım” adlı gender və ekoloji tərbiyəyə həsr olunmuş kitab nəşr olunmuşdur. Tədbirin işinə məktəblilər də qatılmışdır. Uşaqlar bu tədbirdə “Meşəyə insan gəlir” adlı ekoloji oyundan ibarət səgnəcik nümayiş etdirmişlər. Tamaşada iştirak edən uşaqlara “Eko – Aləm” İctimai Birliyi tərəfindən hədiyyə  olaraq kitablar təqdim olunmuşdur.

Tədbir haqqında məlumat yüz otuzdan artıq üzvü olan Mədən Sənayesində Şəffavlıq Koalisiyasının eiti-az-ngo-coalition@googlegroups.com     və  yüzə yaxın üzvü olan Ekoforum şəbəkəsi olan ecoforum@yahoogroups.com saytlarında şəkillər və keçirilən tədbir barədə məlumatlar yerləşdirilmişdir. Məlumatlar mətbuatda nəşr olunmaq üçün bir sıra agentliklərə göndərilmişdir. Həminnəşr olunan  məlumatlar hesabata əlavə ediləcəkdir.

Tədbir yüksək səviyyədə həyata keçirilmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *