“EkoKönüllülük” hərəkatının təbliği” layihəsinin icrası davam edir

1Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclər arasında “EkoKönüllülük” hərəkatının təbliği” layihəsinin iş planına uyğun olaraq keçirtməyi planlaşdırdığı ikinci “Təmizlik Aksiyasını” 7 noyabr 2020-ci il tarixində həyata keçirtmişdir. Tədbir Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində Xəzər dənizi sahilində çimərlik ərazisində keçirtmişdir.

Aksiyada Asan və Xəzər könüllüləri ilə yanaşı, Xəzər rayon Mərdəkan qəsəbəsinin Bələdiyyə üzvləri ilə birlikdə 58 nəfər iştirak etmişdir.

Aksiya pandemiya qaydalarına uyğun olaraq təşkil edilmişdir.

Təmizlik Aksiyasında 1 saylı Asan, 2 saylı Asan, 4 saylı Asan, 5 saylı Asan Xidməti Mərkəzinin könüllüləri ilə yanaşı həm də Xəzər rayon gənc könüllüləri iştirak etmişlər. Hər bir iştirakçıya Şuranın və Eko Aləm ictimai birliyinin loqoları olan xüsusi geyimlər paylanmışdır.

Bundan başqa tədbirdə covid-19 qarşı lazımi təhlükəsizlik tədbirləri də görülmüşdür. Tədbirdə həmçinin Xəzər rayonu Mərdəkan qəsəbə Bələdiyyəsinin nümayəndələri də iştirak etmişdilər.

“Təmizlik Aksiyası”nda gənc könüllülərlə yanaşı Xəzər rayon İcra Hakimiyyətinin Ərazi  Idarəetmə və Yerli Özünüidarəetmə Orqanlari ilə iş Şöbəsinin şöbə müdiri Mehtiyev Babək Rasim oğlu da qatılmışdı.

Eko-könüllülüyü, müharibə qurbanlarına könüllü tibbi yardım göstərənlərin fəaliyyətindən sonra ən qədim könüllülük növlərindən biri adlandırmaq olar. Eko-könüllülüyün sürətlə böyüməsi 20-ci əsrin ikinci yarısından başlayaraq inkişaf etmişdir. Həmin vaxtlarda bir sıra ölkələrdə ətraf mühitin qorunması, milli parkların təchiz edilməsi və ekoloji fəlakətlərlə mübarizə üçün birgə fəaliyyətlərə könüllüləri cəlb edən ətraf mühit təşkilatları meydana çıxmağa başlamışdı. Ətraf mühitin könüllülüyü “EkoKönüllülük” hazırda dünyada getdikcə populyarlıq qazanmaqdadır. Bu könüllü fəaliyyəti flora və faunanı, yaşayış məkanlarının, şəhərlərin təmizliyini və ekoloji vəziyyətini qorumaq, səyahətlərə getmək, milli parklara səyahət və turistlər üçün ekoloji yollar çəkmək və s. kimi fəaliyyətləri əhatə edir.

Ölkəmizdə də “EkoKönüllülük” hərəkatının geniş vüsət alması üçün bütün səylərimizi gücləndirəcəyik.

Tədbirin sonunda aksiya iştirakçılar üçün dəniz kənarında açıq havada pik-nik təşkil edildi.

Tədbirdə foto-vidio çəkilişlər aparıldı.

3 4 8 11