“Eko- Aləm” İctimai Birliyi təsisçilərinin yığıncağının 2006-ci il

                                                 1 saylı protokolu

     Bakı şəhəri                                                                                  09 aprel 2006-ci il

     Təsis yığıncağında iştirak edirdilər:

      1. Yüzbaşeva Sevil İsmayıl qızı

      2. Cəbrayılov  Eldar Kamal oğlu

      3 .Kərimova İradə İsmayıl qızı

           İclasın keçirilməsi üçün təsisçilər prosedura qaydalarına müvafiq olaraq üç nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Cəbrayılov Eldar Kamal oğlu iclasa sədrlik etmək üçün Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu.  Lehinə 3 olmaqla Yüzbaşeva Sevil İsmayıl qızı iclasın sədri seçildi. Yüzbaşeva Sevil İsmayıl qızı Cəbrayılov  Eldar Kamal oğlunun iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Cəbrayılov  Eldar Kamal oğlu 3 səs lehinə olmaqla iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

                                            Gündəlik məsələ:

          1.  “Eko – Aləm” İctimai Birliyinin təsis edilməsi.

          2.  “Eko – Aləm” İctimai Birliyinin Nizamnamə layihəsinin müzakirəsi və təsdiqi.

     3. “Eko- Aləm” İctimai Birliyinin rəhbər orqanlarının seçilməsi (İdarə heyəti, Nəzarət təftiş komissiyası) və ya İB-nin ümumi yığıncağı çağırılanadək təşkilatın idarə olunması qaydaları haqqında.

          4. “Eko- Aləm” İctimai Birliyinin möhür, künc ştampı və embleminin eskizlərinin təsdiqi.

        5. “Eko- Aləm” İctimai Birliyinin İB-nin  dövlət qeydiyyatı ilə bağlı maraqlarını təmsil edən hüquqi təmsilçinin seçilməsi.

           Gündəliyin müzakirəsinə başlanıldı. Yüzbaşeva Sevil İsmayıl qızı gündəliyin  birinci məsələsi ilə əlaqədar çıxış etdi. Sonra söz Kərimova İradə İsmayıl qızına verildi. O, “Eko- Aləm” İB-nin məqsəd və vəzifələrindən danışdı, təşkilatın təsis edilməsinin məqsədəuyğun olduğunu təklif etdi. Təklif səsə qoyuldu.

Lehinə-3 nəfər olmaqla “Eko- Aləm” İB-nin təsis olunması yekdilliklə qərara alındı.

         Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar çıxış üçün söz Cəbrayılov  Eldar Kamal oğluna  verildi. O, İB-nin Nizamnamə layihəsini oxudu.

           Müzakirələrdən sonra sədr Nizamnaməyə əlavə və düzəlişlərin olub-olmadığını soruşdu. Başqa təklif olmadığından iştirakçılar  Nizamnamənin bəyənildiyini bildirərək səsə qoyulmasını  təklif etdilər. Təklif səsə qoyuldu. Lehinə-3 nəfər olmaqla “Eko- Aləm” İB-nin nizamnaməsi yekdilliklə qəbul edildi.

          Gündəliyin üçüncü məsələsi ilə əlaqədar  Cəbrayılov  Eldar Kamal oğlu çıxış edərək bildirdi ki, hazırda Nizamnamənin tələblərinə uyğun olaraq İdarə Heyəti və digər orqanları tam tərkibdə seçmək mümkün olmadığından İB-nin ümumi yığıncağı keçirilənədək idarəetmə bir nəfər səlahiyyətli şəxsə  etibar olunmalıdır. Söz alan Kərimova İradə İsmayıl qızı  qeyd olunanlara əlavə olaraq , Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü və onun İB-nin sədri seçilməsini təklif etdi. Təklif səsə qoyuldu.

Lehinə -3 nəfər olmaqla Yüzbaşeva Sevil İsmayıl qızının “Eko- Aləm” İB-nin sədri seçilməsi barədə qərar qəbul edildi.

          Yığıncağa sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızı gündəliyin dördüncü məsələsi olaraq İB-nin emblemi, möhür və künc ştampının eskizlərini iştirakçılara təqdim etdi. O, emblemin forması və mənası barədə izahatlar verərək eskizlərin təsdiq olunmasını təklif etdi. Təklif səsə qoyuldu.

Lehinə -3 nəfər olmaqla “Eko- Aləm” İB-nin möhür, künc ştampı və embleminin eskizləri təsdiq olundu.

          Gündəlikdə duran sonuncu məsələnin mahiyyəti barədə Yüzbaşeva Sevil İsmayıl qızı çıxış etdi. İB-nin təsis sənədlərinin hazırlanması və qeydiyyat orqanına  təqdim olunması ilə bağlı üъzakirələr aparıldı. Cəbrayılov  Eldar Kamal oğlu İB-nin dövlət qeydiyyatı ilə  bağlı maraqlarını  təmsil edən hüquqi  təmsilçisi kimi Yüzbaşeva Sevil İsmayıl qızının  namizədliyini irəli sürdü. Səlahiyyətlərin verilməsi təklifi iştirakçılar tərəfindən səsə qoyuldu.

Lehinə-3 nəfər olmaqla  “Eko- Aləm” İB-nin dövlət qeydiyyatı ilə bağlı maraqlarını təmsil edən hüquqi təmsilçisi Yüzbaşeva Sevil İsmayıl qızı təyin edildi.

     “Eko- Aləm” İB-nin təsis yığıncağı Qərara alır:

       1. “Eko- Aləm” İB-nin təsis edilsin.

       2. “Eko- Aləm” İB-nin Nizamnaməsi təsdiq olunsun.

       3. Yüzbaşeva Sevil İsmayıl qızı “Eko- Aləm” İB-nin sədri seçilsin.

       4.  “Eko- Aləm” İB-nin İB-nin möhür, künc ştampı və embleminin eskizləri təsdiq    edilsin.

    5. “Eko- Aləm” İB-nin dövlət qeydiyyatı ilə bağlı maraqlarını tamsil edən hüquqi təmsilçisi  Yüzbaşeva Sevil İsmayıl qızı təyin edilsin.

             Yığıncağın sədri:                           Yüzbaşeva Sevil İsmayıl qızı

             Yığıncağın katibi:                          Cəbrayılov  Eldar Kamal oğlu

                                                     İştirak edənlər:

    Yüzbaşeva Sevil İsmayıl qizi

    Cəbrayılov  Eldar Kamal oğlu

     Kərimova İradə İsmayıl qizi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *