“Eko- Aləm” İctimai Birliyi təsisçilərinin ümumi yığıncağın 2009-ci il

                   “Eko- Aləm” İctimai Birliyi təsisçilərinin ümumi yığıncağın

                                                 3 saylı protokolu

     Bakı şəhəri                                                                                  09 aprel 2009-ci il

     Təsis yığıncağında iştirak edirdilər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

      3 .Kərimova İradə İsmayıl qızı

       4. Yüzbaşeva Könül Əhməd qızı

       5. Abbasova Ülkər Rövşən qızı

          İclasın keçirilməsi üçün beş nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər.  Yüzbaşeva  Könül iclasa sədrlik etmək üçün Cəbrayılov Eldar Kamal oğlunun  namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu.  Lehinə 5 nəfər olmaqla Cəbrayılov Eldar Kamal oğlu iclasın sədri seçildi. Cəbrayılov  Eldar Kamal oğlu Yüzbaşeva Könülü iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Yüzbaşeva Könül 5 səs lehinə olmaqla iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

                                            Gündəlik məsələ:

        1. “Eko – Aləm” İctimai Birliyinin ötən iki il ərzindəki fəaliyyəti barədə təşkilatın sədrinin hesabatı:

        2. Təşkilatın 2009 – cu ilin əvvəlindən bu günə  gördüyü işlər.

        3. 2009-2010 illər üçün təşkilatın rəhbərliyinə Yeni sədrin seçilməsi.

        4. Cari məsələlər.

           İclasa sədrlik edən  Cəbrayılov Eldar Kamal oğlu iclası açıq elan etdi. Katibdən kompyuterin arxasına keçərək protokol üçün qeydlər etməsini xahiş etdi. Sonra o, təşkilat üzvlərinə şəxsi telefonlarına zəng vurub onları 9 aprel 2009 – cu il tarixində keçiriləcək Ümumi yığıncaq haqqında hamının məlumatlandırıldığını söylədi. Cəbrayılov Eldar birinci və ikinci məsələlər barədə danışmaq üçün təşkilata sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızına hesabat vermək üçün söz verdi.

           Birinci və ikinci məsələ ilə bağlı 2006- 2009 – cu illər ərzində təşkilata sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızı geniş məlumat verdi. O, çıxışı zamanı təşkilata ağır itki üz verdiyindən, təsisçimiz və həm də əzizimiz və yaxınımız olan İradə xanım Kərimovanın vaxtsız, qəflətən dünyasını dəyişdiyindən, təşkilat üzvlərinin şok keçirdiyindən və daxili fəaliyyətimizin iflic vəziyyətə düşdüyü barədə məlumat verdi. Sevil xanım təklif etdi ki, mərhum İradə xanımın təşkilatın yaranmasında böyük xidmətləri olduğu üçün onun əziz xatirəsinə ehtiram olaraq adın əbədi təşkilat üzvlərinin siyahısında qalacaqdır. O, bildirdiki, təşkilat öz fəaliyyətini bərpa etməyə və keçirdiyi daxili şok vəziyyətindən yalnız 2008-ci ilin axırında özünü toplayaraq işə başlamağa səy göstərdi. Bir təşkilat kimi aktiv fəaliyyət göstərməyə başlayaraq, bir neçə müsabiqələrə iştirak etdi. Bu müraciətlər uğurlu oldu və bizim ilin əvvəlindən artıq ikinci layihəmizə maliyyə dəstəyi göstəriləcəyi barədə hesabat verdi. Artıq birinci layihəmiz sona çatmaq üzrədir, ikincisi ilə müqavilə Dövlət Dəstəyi Şurası ilə bu yaxınlarda müqavilə imzalanası üçün tələb olunan sənədlərin hazırlanmasından sonra həyata keçəcəkdir. Sonda isə o, təşkilatın normal fəaliyyət göstərdiyini söylədi.

          Gündəliyin üçüncü məsələsi ilə əlaqədar  Cəbrayılov  Eldar Kamal oğlu çıxış edərək bildirdi ki, hazırda Nizamnamənin tələblərinə uyğun olaraq İdarə Heyətini və sonrakı iki il üçün yeni sədri seçmək lazımdır.  Söz alan Abbasova Ülkər Rövşən qızı     qeyd olunanlara əlavə olaraq , Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü və onun İB-nin sədri seçilməsini təklif etdi. Təklif səsə qoyuldu.

Lehinə -5 nəfər olmaqla Yüzbaşeva Sevil İsmayıl qızının “Eko- Aləm” İB-nin yenidən sədri seçilməsi barədə qərar qəbul edildi. Bundan sonra üç nəfərdən ibarət İdarə Heyəti aşağıdakı tərkibdə seçildi.

1. Yüzbaşeva Sevil İsmayıl qızı

2. Cəbrayılov  Eldar Kamal oğlu

4. Yüzbaşeva Könül Əhməd qızı

          Yığıncağa sədrlik edən Cəbrayılov  Eldar Kamal oğlu gündəliyin dördüncü məsələsi Cari məsələlər barədə təşkilat üzvü olan yığıncaq iştirakçılarına müraciət etdi. Təşkilat daxili məsələlər müzakirə edildi.

     “Eko- Aləm” İB-nin II ümumi yığıncağı Qərara aldı:

    1. . Yüzbaşeva Sevil İsmayıl qızı “Eko- Aləm” İB-nin 9.04.2009 –cu ildən 9.04.2011 –ci ilə qədər təşkilatın sədri seçilsin.

    2. Bu illər üçün üç nəfərdən Yüzbaşeva Sevil İsmayıl qızı,

    3. Yüzbaşeva Sevil İsmayıl qızı “Eko- Aləm” İB-nin sədri seçilsin, Cəbrayılov  Eldar Kamal oğlu

və Yüzbaşeva Könül Əhməd qızından ibarət İdarə heyəti seçilsin.

             Yığıncağın sədri:                           Cəbrayılov  Eldar Kamal oğlu

             Yığıncağın katibi:                          Yüzbaşeva Könül Əhməd qızı

                                                     İştirak edənlər:

1. Yüzbaşeva Sevil İsmayıl qızı

2. Cəbrayılov  Eldar Kamal oğlu

4. Yüzbaşeva Könül Əhməd qızı

5. Abbasova Ülkər Rövşən qız

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *