Elan

“Eko – Aləm” İ B, “Sağlam həyata doğru” İ B  ilə birlikdə gənclərin ətraf mühitin qorunmasında iştirakının artırılmasına həsr olunmuş, “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsini Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirir. Layihə çərçivəsində “Ağacın ürək Döyüntüləri” adlı ekoloji oyunlardan ibarət kitab çap olunmuşdur. Bakı şəhəri 46 № li Məktəbdənkənar Təhsil İşi Mərkəzində 22 aprel 2009 – cu il tarixində 1300 – da Yer Gününə həsr olunmuş birgə keçirəcəyimiz tədbirdə kitabın təqdimat mərasimi həyata keçiriləcəkdir. Tədbirdə kitabda təsvir olunan ekoloji oyunlardan istifadə edərək, şagirdlərlə  ekoloji tərbiyə  işi də aparılacaqdır.

Ünvan:  Bakı ş. S. Vurğun küçəsi 94

( Türkiyə səfirliyinin və 21 – ci Polis bölməsinin yanı)

“Eko – Aləm” İctimai Birliyi                Yüzbaşeva Sevil

Leave a Reply

Your email address will not be published. Required fields are marked *