Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadəsinin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi Yekun Hesbat


“Eko – Aləm” İctimai Birliyi ilə “Sağlam həyata doğru” ekoloji ictimai birliyinin Acıq Cəmiyyət İnstitutunun maliyyə yardımı ilə “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadəsinin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsini həyata keçirirlər.

Ekoloji mədəniyyət – yeni formalaşan şəxsiyyətin ümumi mədəniyyətinin
ayrılmaz bir hissəsidir 

Ətraf mühitin ekoloji vəziyyətinin gərginləşməsi, insan – təbiət münasibətlərinə yeni baxışlar tələb edir. Təbiətə qarşı düzgün münasibət lap kiçik yaşlarından insanlara tərbiyə edilməlidir.

İndiki zamanda ekoloji tərbiyə metodikası özünün  aktiv fəaliyyətini, təlim tərbiyədə öz yerini tutaraq mövqeyini  möhkəmlətmək dövrünü yaşayır. Uşaqlarla iş zamanı yeni metodların axtarıb tapılması və  tətbiq edilməsi onlarda ekoloji mədəniyyətin bünövrəsinin qoyulmasına gətirib çıxarır. Bu metodlara ekoloji oyunlarla fəaliyyəti aid etmək olar ki, bunu psixoloqlar məktəbə qədər yaşlarda həyata keçirməyi məsləhət görürlər. Ekoloji məzmunlu oyunlar məktəbə qədər və ibtidai sinif şagirdlərinin ekoloji tərbiyəsinin formalaşmasına kömək edir. Pedaqogikanın təlim üsullarından olan  didaktik, yəni nəsihət verməklə aparılan ekoloji təlim tərbiyə işinin erkən yaşlarda həyata keçirilməsi, uşaqların ekoloji mədəniyyətinin  formalaşmasında önəmli əhəmiyyət daşıyır. Burada əsas diqqət bitkilər haqqında biliklərə yönəldilməlidir.

Son illərdə bir cıra məktəb və əlavə təhsil müəssisələrinin müəllimləri və həmçinin ekoloji maarifləndirmə işi ilə məşğul olan ictimai təşkilatların nümayəndələri təhsildə qeyri ənənəvi üsullardan istifadə etməklə məktəblərdə tədris olunan təbiət elmlərinin tədrisində, təbiət aləminin dərk edilməsində yüksək nəaliyyətlər əldə edilməsinə inanırlar.  Belə tədris elementlərindən biri kimi ekoloji oyunları göstərmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, belə tip vəsaitlərə respublikamızda çox az təsadüf olunur. Buna baxmayaraq,  bir sıra təhsil müəssisələrinin müəllimləri öz şəxsi oyunlarını fikirləşib tapır və yaxud köhnə oyunlardan istifadə edirlər.

Maarifləndirmə işində əsas məsələlərdən biri də təbiətin bizə verdiyi qiyməti ölçüyə gəlməyən sərvətlərə qarşı  qayğı ilə yanaşmaq, ona mədəni münasibət göstərmək bacarığını inkişaf etdirməkdir. Ekoloji oyunların tədris zamanı təbiət qoynuna ekskursiyalar təşkil edilməsinin  tətbiq olunması, gənclərdə, uşaqlarda, şagirdlərdə güclü təəssürat yaratmaqla ətraf mühitin dərk edilməsində gənc nəslin tərbiyəsi işində yaxşı effekt yaradır.

“ Oyun” sözü altında şərti situasiyalarda ictimai təcrübənin mənimsənilməsinə yönəldilmiş fəaliyyət forması başa düşülür. Oyunlarda insanın normaya salınmış həyat fəaliyyətinin yenidən göz qabağına gətirilərək, canlandırılması hadisəsi baş verir. Oyunların xarakterik xüsusiyyəti onların iki planlı olmasıdır. Bir tərəfdən oyunçular çox vaxt qeyri standart məsələlərin həllində həyata keçirilməsi vacib olan real fəaliyyəti icra edirlər, o biri tərəfdən isə bəzi hallarda bu fəaliyyətin şərti xarakter daşımasıdır.

Bu tip Ekoloji oyunları 7 şərti bölümə ayırmaq olar.

   –    kommunikativ ekoloji oyunlar,

–          maarifləndirici ekoloji oyunlar,

–          hissiyyatlı ekoloji oyunlar,

–          emosional mühiti inkişaf etdirən oyunlar,

–          əyani vəsaitlərdən istifadə etməklə keçirilən ekoloji oyunlar,

–          psixoloji mətnlərdən istifadə etməklə keçirilən,

–          senarili oyunlardan istifadə etməklə, nümunəvi məşğələlərdən ibarət olan oyunlar olacaqdır.

Bu kitabda bizim təklif etdiyimiz oyunları başqa oyunlardan fərqləndirən əsas xüsusiyyət oyunları təbiət guşəsində, təbiət ünsürlərini təsvir etməklə , onlarla sıx təmasda olmaqla oynamaqdır ki, bu da uşaqlarda təbiətə qarşı maraqlarının artmasına, onun bir canlı orqanizm olmasını yaxından və öz həyati təcrübələrindən keçirtməklə dərk etmələrinə səbəb olur.       

Şagirdlərin ekoloji mədəniyyətinin formalaşdırılması sistemi

Ekoloji maarifləndirmədə əsas məqsəd təbiətlə ünsiyyət zamanı ona münasibətdə olan hərəkətlərində ekoloji mədəniyyət və ekoloji məqsədəuyğunluğun göstərilməsidir. Məktəbdə və təhsil müəssisələrində ekoloji maarifləndirmənin təşkilinin təlim təhsildə və sinifdənkənar tədrisdə aparılan iş zamanı qarşıya qoyulan vəzifəs aşağıda göstərilən məqsədlərə cavab verməlidir:

–          müəllim və şagirdlərin üçün optimal şəraitin yaradılması,

–          tədqiqat işlərinə marağın formalaşdırılması,

–          əhalinin ekoloji maarifləndirilməsi işini təmin etmək,

–          müstəqil fəaliyyət göstərmək bacarığını formalaşdırmaq,

–          həyatda ətraf mühitə və özünə kömək göstərmək qabiliyyətinə yiyələnmək.

Əhalinin və məktəblilərin ekoloji maarifləndirməsi işinin əsas istiqamətləri aşağıda göstərilənləri əhatə etməlidir:

–          tədrisdə tədqiqat işlərinin aparılması;

–          yerlərdə və məktəb proqramı çərçivəsində ətraf mühitin ekoloji durumu barədə məlumatın toplanması və analizi “Məktəblilərin ekoloji monitorinqi”;

–          təşviqat və təbliğat işlərinin aparılması;

–          təbiətin mühafizəsi;

–          təcrübədə  yerli ekoloji problemlərin həllində iştirak.

Maarifləndirmə işində əsas məsələlərdən biri də təbiətin bizə verdiyi sərvətlərə qarşı  qayğı ilə yanaşmaq, ona mədəni münasibət göstərmək bacarığını inkişaf etdirməkdir.  Beləki meşələr ekosistemin əsas elementi olmaqla yanaşı, təbiətin bizə bəxş etdiyi ən vacib sərvətidir.  Bu işdə bütün şagirdlərin fəal iştirakı vacibdir.  Bu məqsədlə uşaqlar bütün dərs ili boyu  müxtəlif oyunlarda iştirak etməli və layihələr həyata keçirtməlidirlər. İbtidai siniflərdə onların yaşına uyğun tədbirlərdə , yuxarı siniflər isə  başqa senarili layihələrdə iştirak etməlidirlər. Təbiət qoynuna səyahətlərin təşkil olunması və bu ekskursiyalar zamanı təbiətdə topladıqları dərman bitkilərindən, güllərdən herbarilər düzəltmək, heyvanları və quşları müşahidə etmək sonra uşaqların təbiət ünsürlərinə həsr etdikləri yaradıcılıq işinə həsr olunmuş sərgilərin təşkil olunması onların ətraf mühit elementləri haqqında müxtəlif biliklər formalaşmasına səbəb olacaqdır.

Ekoloji oyunların tədrisi zamanı müəllimlərin qarşısında duran əsas vəzifələr aşağıda verilənləri əhatə etməlidir:

–          şagirdlərdə təbiət haqqındakı bilikləri formalaşdırmalı;

–          təbiət elmləri haqqında bilikləri genişləndirmək, təbiətə qarşı anlayışlı fəaliyyətləri aktivləşdirmək, bu fəaliyyətləri başqa fənlərə  tətbiq etmək bacarığına yiyələnməli;

–          oyunlarda qaydalara, logikaya əsaslanaraq, düşünmək, dərk etmək, yadda saxlamaq, diqqət, maraq göstərmək,  düzgün konstruktiv çıxışa riayət etmək bacarıqlarını formalaşdırmalı;

–          uşaqlarda ekoloji mədəniyyəti, doğma təbiəti sevmək, mühafizə etmək, qorumaq kimi hissləri tərbiyə etmək;

–          onlarda təbiətlə qarşılıqlı kömək və yardım etmək kimi hissləri tərbiyə etmək;

–          tələbatların və vərdişlərin ekoloji əsaslarının formalaşmasına çalışmaq

–          təbiətə qarşı məqsədyönlü hərəkətlər etmək

–          kommunikativ bilik və bacarıqların formalaşdırılması

Ətraf mühitin ekoloji vəziyyətinin gərginləşməsi, insan – təbiət münasibətlərinə yeni baxışlar tələb edir. Bununla əlaqədar olaraq belə bir məsələ ortaya çıxır: bu həlli vacib olan  bir işdir, bunun həyata keçirilməsi nəinki ekoloqlar tərəfindən həyata keçirilməli həmçinin müəllimlər, ümumiyyətlə ictimaiyyətin böyük bir kütləsi, xüsusən də sadə adamlar tərəfindən  həyata keçirilməlidir. Ən əsası isə odur ki, təbiətə qarşı düzgün münasibət lap kiçik yaşlarından insanlara tərbiyə edilməlidir.

              Ağıl – düşüncə – bilik və fəaliyyət

Kiçik yaşlı  məktəblilərdə oxumaq, öyrənmək arzusunun və bununla yanaşı uşağın fərdi xüsusiyyətlərinin qorunub saxlanılması – ibtidai təhsil sistemin moderniləşdirilməsinin strategiyasıdır. Şagirdlərin bilik səviyyələrinin keyfiyyətini yüksəltmək üçün, onlara elə şərait yaratmaq lazımdır ki, uşaqlar  dərsdə verilən materialı mənimsəsinlər –  yəni işə yaradıcılıqla yanaşma tələb olunur!

Pedaqogika təsdiq edir ki, istedadsıs insan yoxdur. İstedadı isə yarımçıq qoymaq, inkişaf etdirmək və yaxud söndürmək olar.

Yaradıcılıq öyrətmək nə deməkdir?

Yaradıcılıq fəaliyyətinin istiqamətləri  öz mahiyyətinə uyğun, sözün tam mənasında elə fəaliyyət istiqaməti adlanır ki, o, böyük ictimai dəyərləri olan yeni bir orijinal məhsul versin. Əlbəttə, ibtidai sinif şagirdləri üçün  bu istiqamətlər qəbul edilə bilməz, beləki, onların fəaliyyəti ictimai yeniliklər gətirmir. Kiçik yaşlı məktəblinin yaradıcılığı – bu onun tərəfindən müstəqil iş gördüyü  zamanı, yəni dərslərini hazırladığı zaman, məsələlərin həllində, yazdığı inşalar və s,  nəticəsində yaranan  orijinal məhsul olan, yəni onun   müstəqil əldə etdiyi bilik və  bacarığın mənimsənilməsi və yaxud məlum fəaliyyət növlərinin kombinə edilməsi, məsələnin həllinə yeni tərzdə yanaşmadan və s. ibarətdir.

Yaradıcılıq fəaliyyəti öyrətmək nə ilə qiymətlidir?

Müxtəlif fənlərdə yaradıcılıq fəaliyyəti öyrətmək keyfiyyətə necə təsir edir?

Hər şeydən əvvəl, yaradıcılıq fəaliyyətinə elə fəaliyyət növü  kimi baxılır ki, o, kompleks şəkildə yaradıcı şəxsiyyətlərin inkişafına şərait yaratsın:

–          biliklərin fəallığı;

–          tez öyrənmək;

–          məntiq və tez dərketmə;

–          konkret təcrübi  işin həlli zamanı çalışıb, yeni biliklər əldə etmək;

–          məsələlərin seçilməsi və  həllində müstəqillik;

–          zəhməti sevmək;

Təbiətşünaslıq  və ekologiya fakultətiv dərslərində müstəqil olaraq, yaranan məhsul, model, maket, şer, oyuncaq, tapmaca, inşa və s. geniş şəkildə kompleks keyfiyyətin  nəticəsidir. Ekoloji təlim  tərbiyəni o, biri fənlər kimi qiymət verməklə qiymətləndirmək olmaz. Uşağın ətraf mühit obyektlərinə marağını, onun vəziyyətinin yaxşı – pis olması ilə qiymətləndirməli. Bitkilərin və heyvanların köməyə ehtiyaclarının  olmasını görüb, onlara yardıma hazır olmalarıdır. Bu fəaliyyəti göstərən böyüklərə yardım etmələridir. Müasir ekoloji təhsil özündə iki komponenti birləşdirir bu fənn üzrə peşəkarlıq və dünyəvilik. Burada birinci halda fənn üzrə peşəkarlıq məlumdursa, dünyəvilik komponenti isə gələcək naminə ardıcıl iş görməyi tələb edir.

            Ekoloji oyunların keçirtməsi texnologiyası isə aşağıdakılardan ibarətdir:

–          Müəllim, proqram bölümündən hansı mövzu ilə bağlı ekoloji oyunların keçirtmək üçün seçim edir.

–          Ekoloji mədəniyyətin tərbiyə və təliminə dair seçilmiş mövzu ilə bağlı əsas ideyanı, qarşılıqlı münasibətlərin formalaşdırılması üçün yerin  seçilməsi.

–          Ekoloji oyunun strukturunu və gedişini tərtib edir.

–          Pedaqoji sistemin şərtlərinin, seçilmiş mövzu üzrə ekoloji biliklərin effektiv formalaşmasının oyun metoduna əsaslanaraq müəyyən edilməsi.

–          Tapşırıqların başlama səviyyəsinin yoxlanması üçün bilik və münasibətlərin formalaşması
sisteminin diaqnostikası.

–          Kiçik yaşlı məktəblilərin tərbiyəsində ekoloji mədəniyyət  oyun metodlarından istifadə etməklə effektivliyinin yoxlanması üçün  kompleks tapşırıqlarının tərtib edilməsi.

–          Oyunların strukturunun pedaqoji – psixoloji əhəmiyyətini ayırd etmək üçün aşağıdakı sxemdən istifadə etmək olar.

Bu kitabda 16 adda oyun və bir də təhlükəli ağaclar haqqında məlumatlar  toplanıb.       Kitabda 3-16 yaşlı uşaqlar üçün maraqlı oyunlar təsvir edilmişdir.

Hər bir oyunun əvvəlində onun məqsədi, uşaqlara nə verdiyi, oynanılan məkan, əyani vəsaitlərdən istifadə etməklə keçirilən ekoloji oyunlarda lazım olan əşyalar, oyundan əvvəl isə aparıcı və müəllimlər tərəfindən uşaqlara oyuna aid təbiət ünsürləri haqqında sadə dillə məlumatlar və biliklər verilməsi əsas şərt kimi göstərilmişdir.

1. “BIR YERDƏ BÖYÜYƏK” ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan ekoloji oyunu 13 adda silsilə oyunlardan ibarətdir. 2. Mən və Ağac, 3. Ağaclar müxtəlifdirlər, 4. Ağaclarla tanışlıq, 5. Mən ağac olsaydım, 6. Ağaclar mənə kömək edir, 7. Sənin yarpaqlar haqqında bildiklərin, 8. Toxumlar, irəli!  9. Təbiəti yamsılayaq, 10. Bizim üçün nəfəs alan.

11. Bizim ağacımız var, 12. Nə üçün meşələr məhv olur, 13. Meşə qatları

Bu oyunda məqsəd: şagirdlər dərs ili boyu seçdikləri ağaclar üzərində mütəmadi olaraq, həm yazılı, həm də şəkillər çəkməklə müşahidələr, tədqiqatların apa­rmasıdır, onlara ağacların əhəmiyyətini başa salmaq, ağacın quruluşu haqqında biliklərin verilməsi, şagirdlər ağacların yaşaması və inkişafı üçün hansı amillərin vacib olduğunu və hansıların onun inkişafına mane olduğunu aydınlaşdırmalı, şagirdlərə yarpaqların müxtəlif olması barədə biliklərin verilməsi, uşaqlar bitki toxumunun təbiətdə təbii yolla  yayılmasını aydınlaşdıracaqlar. Nə üçün meşələr məhv olur, turşulu yağışlar, atmosfer tullantıları, çirklənmiş torpaq, torpaqdan faydalı maddələrin yuyulması haqqında biliklər əldə edirlər. Apardıqları müşahidə on­la­rın dərs ili boyu öz ağıl­larının fiziki inkişaflarının nəticəsinin göstəricisi ola­caqdır. Ən önəmlisi isə bu oyunlarda uşaqların təbiəti müşahidə etmək qabiliyyətlərinin inkişafına kömək edəcək, gələcəkdə uşaqlarda – ətraf mühitin qorunması kimi böyük məsuliyyət tələb edən hisslərin yaranmasına səbəb olacaqdır.

2. YARPAQLARDAN SUYUN SÜZÜLMƏSİ ekoloji oyunu 15 adda silsilə oyunlardan ibarət olmaqla ibtidai siniflər üçün nəzərdə tutulmuşdur.  2. Böyük yaşıl maşın, 3. Bitkilərin izi, 4. Yarpaq trafaretlər, 5. Təbii tozlandırıcı, 6. Ağac şəkili, 7. Ağac qabığının izi, 8. Ayaqqabı mazı ilə çəkilən yarpaqlar, 9. Otlar üzərində naxışlar, 10. Köklər hara gedir, 11. Az və çox, 12. Köklərin ehtiyatları, 13. Meşə – mühafizəçi və loğmandır, 14. Bitkilər köklərsiz yaşaya bilərlərmi, 15. Ağacın hündürlüyünü necə təyin etməli.

 Bitkilərə yaşamaq üçün su lazımdır. Amma yarpaqlar, onların üzərinə göydən düşən suyun ağırlığından xarab olmamalıdırlar. Bu layihədə uşaqlar görəcəklər ki, yarpaqlar elə formaya malikdirlər ki, onların üzərindən su rahatlıqla süzülüb axır. Bu oyunlarda bitkilərin günəşdən , havadan sudan istifadə edərək qidalanması barədə biliklər verilir.

Meşənin təbii – klimatik meşəlik zonalarda mühafizəçi rolunun uşaqlara başa salmaq məqsədini daşıyır. Ağacların hündürlüyünü necə təyin etməyi təcrübə keçməklə öyrədir.

3. AĞACIN ÜRƏK DÖYÜNTÜLƏRİ ekoloji oyunu 5 adda silsilə oyunlardan ibarətdir. Məktəbəqədər və ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. 2. Ağacla tanış olaq, 3. Meşə üçün qaydalar (reseptlər), 4. Ağac siluetləri, 5. Ağac təsvir etmək.

Bu oyunlarda məqsəd ağaclara toxunaraq, təmasda olmaq, ağacın fiziologiyasını öyrənmək.

Ağac – canlı orqanizmdir. O qidalanır, nəfəs alır, onda bizim kimi “qan” dövranı baş verir. Ağacın ürək döyüntüləri – bu xırçıldayaraq, özünə məxsus səs çıxardan gözəl həyat axını olmasını təcrübə aparmaqla uşaqlara sübut edir.

4. GƏLİN TƏBİƏTLƏ DOSTLUQ  EDƏK ekoloji oyunu 7 müsabiqədən ibarətdir. V-VIII siniflər üçün ekoloji oyundur. Şagirdlərin təbiət haqqında biliklərini artırmaq, onları düşündürmək, yaddaşlarını inkişaf etdirmək və ekoloji mədəniyyəti tərbiyə etmək məqsədini daşıyır.

Bu oyunda Yer kürəsi haqqında danışılır, onun ekoloji durumu, bir canlı fərd olmasından , insanların onunla nələr etdiyi barədə məlumatlar verilir. Beynəlxalq Təbiəti Mühafizə təşkilatı tərəfindən nəsli kəsilməkdə olan heyvan və itən bitki növlərinin adlarını qeyd etmək üçün xüsusi kitab tərtib edilməsinə qərar vermişdir. Bu kitabı “QIRMIZI KİTAB” adlandırmışlar.

Nə üçün qırmızı? Qırmızı rəng — həyəcan siqnalıdır, xəbərdarlıq və yaxud yaxınlaşan təhlükədən xəbər verir. Beynəlxalq Qırmızı kitab qeyri adidir. Onun vərəqlərini götürüb, bir yerdən başqa yerə qoymaq olar. Vərəqlər müxtəlif rəngli qırmızı, ağ, yaşıl, sarı. Bu nadir və ya itməkdə olan növlərdən asılıdır. Qorunmağa ehtiyacı olan heyvanların adlarının siyahısından başqa, Qırmızı kitabda onların hər biri haqqında qısa, lakin dəqiq məlumatlar vardır. Bu kitabın ilk tomu 1971- ci ildə çapdan çıxmışdır. Meşədə özünü  necə aparmaq qaydalar haqqında məlumatlarda yerləşdirilmişdir.

 5. 1. KÖLGƏ CIĞIR ekoloji oyunu 12 adda silsilə oyunlardan ibarətdir. Məktəbəqədər və ibtidai siniflər üçün nəzərdə tutulmuşdur.   2. Meşəni təşkil edən qatların tərkibi, 3. Özündən böyük üç cisim tapmaq, 4. Sakitliyi dinlə (Təbiətlə təklikdə),  5. Öz ağacını tap, 6. Üç yaşıl çaları tapmaq, 7. Beş təbiət cismini iyinə və ya toxunmaqla tapmaq, 8. Şəkilçəkən, 9. Kim daha uzağa gedəcək, 10. Quş, balıq, heyvan, 11. Mal – qara və canavarlar, 12. Gecə meşədə.

Bu oyunlar da şagirdlərdə güclü maraq doğurur, təbiəti hiss etmək, onu müşahidə etmək, onun bütün komponentlərinin yaxından mənimsəmək mümkündür. Oyunları meşədə, bağlarda, parklarda və məktəbyanı yaşıl ərazilərdə oynamaq olar.

6. MEŞƏ CIĞIRINDA OYUNLAR. ekoloji oyunu 5 adda silsilə oyunlardan ibarətdir.  1. Gecə xəyalı, 2. Şam ilə oyun, 3. Meşə ilə təklikdə (əyləş dinlə), 4. Yarasa və ağcaqanad, 5. Hindu oyunu  “Odu qoruyan”. Məktəbəqədər və ibtidai siniflər üçün nəzərdə tutulmuşdur.

Bu oyunların əksəriyyətini uşaqlar gözü bağlı oynamalıdırlar.

 7. MEŞƏYƏ GƏZINTI ZAMANI OYUNLAR1. ekoloji oyunu 3 adda silsilə oyunlardan ibarətdir.  1. Tülkü Ovu oyunu, 2. Yamsılayan, 3. Meşədəki cəhətlər. Məktəbəqədər və ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. İlin bütün fəsillərində meşə insanı cəlb edir.

8. TƏHLÜKƏLİ AĞACLAR. Hamı ağacların ətraf mühitə ver­diyi xeyiri, onun gözəlliyini görür və faydasını bilir, öz hə­yət­yanı sahə­lərində onu becərirlər. Amma xəstə ağacların necə böyük təhlükə yaratdığı barədə çoxlarının məlumatı yoxdur. Ətraf mühit üçün ciddi təhlükə yaradan ağacları müəyyənləşdirən əlamətlər haqqında məlumatlar verilib.

   9. MÖCÜZƏLİ TƏBİƏT SİRLİ TAPMACALARLA DOLUDUR ekoloji oyunu V-VIII  sinif şagirdləri üçün nəzərdə tutulmaqla 2 turdan və 8  adda silsilə oyunlardan ibarətdir.  I tur. Heyvanların adlarını tapmaq. II tur “ Yanıltmaclar ” 3. Tutuquşu haqqında zarafat, 4. Hörümçək toru, 5. Tapmaca düzəlt, 6. Sözlə verilən təsvirə görə söylə, bu nədir?, 8. Dünyanın səkkizinci möcüzəsi, 10. Rəssamların müsabiqəsi.

    10. NEPTUNUN SƏLTƏNƏTİNDƏ. ekoloji oyunu 1 turdan ibarət olmaqla 8  adda silsilə oyunlardan ibarətdir. V-VIII  sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Oyunun məqsədi: dənizdə yaşayan canlılara qarşı marağın artırılmasıdır. 2. Rekordçu heyvanlar, 3. Dənizdə yaşayan eyni soylu heyvanlar, 4. Təbiətin pıçıltısı, İxtira! 5. Səkkizayaqlı ilbizlərlə tanış olaq, 6. Sürətli tur, 7. Aktyorluq turu, 8. Rəssamların müsabiqəsi

11. İBTİDAİ SİNİFLƏRDƏ MÜRƏKKƏB DƏRS. İbtidai siniflərdə keçirilən bu dərslərin mürəkkəbliyi, həmin dərslərdə Ekologiya elminin əsasları haqqında məsələnin qoyulmasındadır. Uşaqlar bu dərslərdə canlı orqanizmlərlə ətraf mühit arasındakı əlaqəni öyrənməklə yanaşı müqayisə, analiz etmək və nəticə çıxartmaq kimi bacarıqlara da yiyələnirlər. Oyun adından bəlli olduğu kimi ibtidai sinif şagirdləri üçündür.

12. KRASVORDLAR. V-X   sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.

13. GÜLLƏR YERİN GÖZƏLLİYİDİR. bu oyun təbiətin möcüzələrindən biri olan çiçəklərə həsr olunmuşdur. Oyun VIII –X sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Yerin gözəlliyinin daha da çiçəklənməsi üçün, təkcə çiçəkləri sevmək, onların adlarını bilmək, qorumaq kifayət deyil. Həm də onları becərmək , onlara qulluq etməyi bacarmaq lazımdır. Oyun            yerin bu ilahi gözəlliyini artırmağa, qorumağa kömək edəcək. Bu oyunun özəl xüsusiyyəti ondan ibarətdir ki, onu Bakı şəhəri Səbayel Rayonunun  49 saylı intellekt məktəbinin biologiya müəllimi Tamilla Araz qızı tərəfindən senarisi hazırlanaraq həyata keçirilmişdir.

Bu oyundan sonra kitabda xalq yaradıcılığı nümunələri antologiyasından bir necə təbiət ünsürləri ilə bağlı oyunlar toplanmışdır.

14. XORUZ DÖYÜŞÜ bu ekoloji oyunu 6 – 10 yaş arasında olan uşaqlar üçün nəzərdə tutulmuşdur. Əsasən oğlan uşaqları üçün nəzərdə tutulmuşdur. Onlarda xoruzlar kimi igidlik, döyüşgənlik, qəhrəmanlıq ruhunun formalaşmasına kömək edəcəkdir.

15. OYUN TAPMACA bu ekoloji oyunu 8-10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur. Aparıcı bir quşu müəyyən edib, əl hərəkəti ilə onu təsvir edir və uşaqlara müraciət edərək şer nəzm şəklidə hansı heyvanı təsvir etdiyini sual cavab şəklində tapmaca kimi soruşur. Bu emosional oyundur. Bu oyunun özəl xüsusiyyəti onun həm heyvanlara və həm də quşları təsvir etməklə oynanıla bilməsindədir.

16. SİÇAN VƏ PİŞİK bu ekoloji oyunu 3 yaş və ondan böyük uşaqlar üçün nəzərdə tutulmuşdur. Siçan və pişik arasındakı antaqonist münasibətləri kiçik yaşlı uşaqlara izah etməklə təcrübədə başa salmaqdır.

17. HEYVANLARIN BƏHSİ bu ekoloji oyunu 7 yaş və ondan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur. Ev heyvanlarının faydası onların insanların həyatındakı danılmaz xeyrindən uşaqlara biliklər verir.

Tədbir iştirakçıları çıxış edərək layihənin əhəmiyyətindən geniş danışaraq müzakirələr də etdərək, layihə iştirakçılarına işlərində uğurlar dilədilər. Qərara alındı ki, həmin kitabın məhdud tirajı nəzərə alınmaqla elektron versiyası  İnternetdə yerləşdirilsin. Tədbir iştirakçılar olan Fikrət Cəfərov və Samir İsayev bu işi öz boyunlarına götürdülər. Artıq bu Samir İsayev tərəfindən həyata keçirilmişdir. Kitabla aşağıdakı linkdə tanış olmaq olar.

Tədbirdən sonra onun keçirilməsi barədə geniş məlumat 68 QHT – nin üzv olduğu  Ekoforumun  arasında yayımlanan elektron şəbəkə vasitəsi ilə üzvlərə informasiya yayılmışdır. Bundan başqa bu məlumat 130 – dan artıq QHT – ni öz ətrafında birləşdirən “MƏDƏN SƏNАYЕSİNDƏ ŞƏFFАFLIĞIN АRTIRILMАSI” koalisiyasının elektron şəbəkəsi vasitəsi ilə üzvləri arasında informasiya yayılmışdır.

Keçirilən tədbirdə gənclərin ətraf mühitin qorunmasında iştirakının artırılmasına nail olmaq üçün onların lap kiçik yaşlarından bu ekoloji oyunlardan istifadə edərək tərbiyə olunmalarının nəticəsində yüksək ekoloji şüura, ekoloji mədəniyyətə malik yeni gənc nəslin yetişməsinə nail olunması barədə seminar iştirakçıları ilə maraqlı iş aparılmışdır.

Yer planetini gələcək nəsillərə saxlamaq üçün biz bu gün böyüməkdə olan gənc nəsli özülü dünya mədəniyyətinin əsasları ilə qoyulan , bir-birinə münasibətdə həm cəmiyyət və həm də təbiətlə qarşılıqlı hörmət və tarixi ekoloji əhəmiyyət kəsb edən həqiqi tərbiyəsi və savadlanması ilə məşğul olmalıyıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *