ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə YEKUN HESABAT

                         Eko – Aləm  İctimai Birliyi

Layihənin icra müddəti 3 aydır

 Layihə üzrə fəaliyyətlərin  2 mərhələ üzrə reallaşdırılması nəzərdə tutulmuşdur.

Layihənin icrasına təşkilati dəstək  MSŞT QHT Koalisiyası tərəfindən həyata keçirilir.

 1-ci mərhələdə aşağıdakı fəaliyyətlərin icrası   planlaşdırılmış və həyata keşirilmişdir:

a) Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin həyata keçiriləcək təlimlərlə əlaqədar ehtiyaclarının öyrınilməsi.

  Bu məqsədlə ilk öncə MSŞT üzrə QHT koalisiyası Şurasının 3 iclasında xüsusi müzakirələr keçirilmişdir. Bu iclaslarda Şura üzvləri ilə yanaşı Monitorinq Qrupunun üzvləri, habelə, koalisya üzvü olan ekspertlər iştirak etmiş, MSŞT Kolalisiyasının professional imkanlarını, peşəkarlıq  səviyyəsini, eləcə də, üzvlərin məlumatlılıq dərəcəsini artirmaq üçün öz təklif və tövsiyyələrini vermişlər. Müzakirələrdə Koalisiyanın potensialını gücləndirmək məqsədilə zəruri hesab edilən təlim movzularının təqribi siyahısı müəyyənləşdirilmişdir. Daha sonra isə seçim üçün koalisiya üzvləri ilə həm fərdi, həm də qrup müzakirələrinin aparılması və onlar tərəfindən səsləndirilən təkliflərinin ümumiləşdirilməsi aparıldıqdan sonra ilk 3 təlimin mövzusunun dəqiqləşdirilməsi tövsiyyə olunmuşdur.

 Beləliklə, Koalisiya Şurası tərəfindən irəli sürülən ilk 3 təlim müvzularının  təqribi siyahısı əsasında 50-yə yaxın koalisiya üzvü ilə ayrı-ayrılıqda  fərdi olaraq,  hərəsində 10 nəfər olmaqla isə 2 dəfə qrup müzakirələri aprılmış, əlavə təkliflər də daxil olmaqla bütün təkliflər ümumiləşdirilmiş və təlimlərdə aşağıdakı mövzular üzrə dərslərin keçirilməsi qərarlaşdırılmışdır:

1-ci təlim-“MSŞT hesabatlığı: anlaşma səviyyəsi, təhlil və ictimailəşmə imkanları”

2-ci təlim-“MSŞT idarəetməsi:beynəlxalq təcrübə, yerli səviyyədə müxtəlif ölkələrin mütərəqqi təcrübələri və Azərbaycanda MSŞT idarəetmə təcrübəsi

3-cü təlim-

b) Koalisiya üzvlərinin ehtiyaclarına uyğun olaraq müəyyənləşdirilmiş mövzular üzrə təlimçilərin seçilməsi.

 Bu məqsədlə, ilk öncə, MSŞT prosesləri və MSŞT idarəetməsi  sahəsində bilik və məlumatlılıq səviyyəsi cox olan( 11 nəfərlik koalisiya şurası üzvləri də  daxil olmaqla) bütün Koalisiya    ekspertlərinin və bir necə koalisiya üzvü olmayan kənar ekspertin tam siyahısı  müəyyənləşdirilmışdir.    Sonra isə keciriləcək ilk 3 təlimin vaxtı  dəqiqləşdirilmiş və  mövzulara uyğun  seçim etmək üçün bütün ekspertlərə həm yazılı, həm də şifahi müraciətlər edilmış və seçim meyarlarına uyğun    olaraq onlarla fərdi müzakirələr həyata keçirilmişdir.  Təlimçi qismində çıxış emək istəyən hər bir ekspert əvvəlcə mövzulara uyğun olaraq özlərinin təlim modullarını və təqdimatlarının ilkin varianlarını hazırlayır və bu sənədlər üzərində xüsusi qiymətləndirmə apardıqdan sonra seçim edilir.   Ekspertlərin könüllü seçimini və qiymətləndirmələrin nəticələrini  də nəzərə almaqla hər bir mövzua  uyğun  aşağıdakı ardıcıllıqla  təlimçilərin siyahısı müəyyənləşdirilmişdir:

1-ci təlim- Qubad İbadoğlu, Azər Mehdiyev

2-ci təlim- Sabit Bağırov, İnqilab Əhmədov

3- cü təlim- Mehriban Vəzir, Oqtay Gülalıyev

v) Təlim iştirakçılarının  müəyyənləşdirilməsi

Təlimlərdə iştirak edəcək koalisiya üzvlərinin müəyyənləşdirilməsi onların istəyinə uygun olaraq könüllülük prinsipi əsasında həyata keçirilmşdir. Belə ki, öncədən koalisiyanın internet  şəbəkəsində üzvlərə təlimlərin vaxtı, yeri, mövzusu və təlimləri aparacaq ekspertlər barədə məlumatlar verilmiş və onların istəkləri,müraciətləri əsasında qeydiyyat aparılməş və hər bir təlim üçün iştirakçı siyahisi tərtib edilmişdir.

    Hər bir təlim üçün zəruri olan təlim materialları, iştirakçılar üçün isə lazım olan xüsusi sənədlər toplusu öncədən planlaşdırılaraq hazırlanmışdır.

 q) Təlimlərin keçirilməsi

 Layihə çərçivəsində planlaşdırılan 1-ci təlim sentyabrın 23-24-də Novxanıdakı AF Oteldə  keçirilmişdir. Koalisiya  Şurası  və Monitorinq Qrupu üzvləri üçün nəzərdə tutulan bu təlimin  movzusu “MSŞT hesabatlığı: anlaşma səviyyəsi, təhlil və ictimailəşmə imkanları” idi.

   Təlimi giriş sozü ilə   MSŞT Koalisiyasının Şura üzvü İlham Hüseynli(layihə əlaqələndiricisi) acaraq, layihənin əhəmiyyəti, mövzunun aktuallığı barədə danışdı və  layihəni dəstəklədiyinə görə ATƏT-in Bakı Ofisinə təşəkkürünü bildirdi.

Sonra isə  ATƏT-in Bakı Ofisinin iqtisadiyyat və ətraf mühit üzrə məsul işçisi Benyamin Mişel Viland çıxış etdi. O, MSŞT Koalisiyası ilə əməkdaşlıqdan məmnun olduğunu  və bu təlimlərin Koalisiya üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi.  Layihınin əhatə etdiyi mövzulara diqqət yönəldən ATƏT rəsmisi  təlimlərin Koalisiya təmsilçilərinə fayda verəcəyinə əminliyini  ifadə etdi.

Daha sonra MSŞT Koalisiyası Şurasının əlaqələndiricisi, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun gündəliyə uyğun olaraq “MSŞT hesabatlığı və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda təqdimatı dinlənildi. Təqdimatdan sonra təlim iştirakçıları bu təqdimatdan dolayı bir sıra suallarla çıxış etdilər.   Ümumi müzakirələrin ardınca növbəti təlimçi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev “MSŞT çərçivəsində şirkətlərin fərdi hesabatlığı: xarici təcrübə və Azərbaycan”  mövzusunda təqdimatla çıxış etdi. Koalisiya təmsilçiləri bu təqdimatdakı ayrı-ayrı məqamlar ətrafında da müzakirələr açaraq ekspertə onları düşündürən suallar ünvanladılar.Təlimlərin ikinci günü isə MSŞT Kolaisiyasının stateji planlaşdırmasına  həsr olunmuşdur. Müxtəlif qruplara bölünən təlim iştirakçıları strateji planlaşdırmanın aparılması qayda və meyarları, habelə, Koalisiyanın fəaliyyəti, hazırkı vəziyyət və perspektivləri barədə fikirmübadiləsi apararaq, koalisiyanın güclü, zəisf tərəflərini, imkan və risklırini müəyyənləşdirmişlər.  Təlimin sonunda isə iştirakçılar tərəfindən qiymətləndirmə həyata keçirilmiş, ekspertlərin təqdimatları və bütövlükdə, təlim prosesinin gedişi dəyərləndirilmişdir.

 Bu sıradan  2- ci təlim isə Sentyabrın 30-u və oktyabrın 1-də  MSŞT Koalisiyasının ofisində  baş tutdu. Bu təlimin mövzusu  isə  “MSŞT idarəetməsi: beynəlxalq təcrübə, yerli səviyyədə müxtəlif ölkələrin mütərəqqi təcrübələri və Azərbaycanda MSŞT idarəetmə təcrübəsi”  olub.

ATƏT-in Bakı Ofisinin iqtisadiyyat və ətraf mühit üzrə məsul işçisi Benyamin Mişel Viland əvvəlki təlimdə olduğu kimi bu dəfə də bütövlükdə layihınin əhəmiyyətindən, ATƏT-in  Koalisiyanın potensialının güclənməsində maraqlı olduğundan danışmış, təlim mövzuları, habelə, təşkilatçılıq məsələlərinə diqqət yönəldərək, bu  təlimlərin Koalisiya təmsilçilərinə fayda verəcəyinə bir daha əminliyini  ifadə etmişdir.

Daha sonra MSŞT Koalisiyası Şurasının üzvü, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov  MSŞT-nin yaranma tarrixindən, ilkin təşəbbüslərdən və  Azərbaycanın bu prosesdəki iştirakçılıq səviyyəsindən danışmış və  bunun ardınca da  “MSŞT-nin Azərbaycanda idarə edilməsi” mövzusunda öz  təqdimatını etmişdir.  Sonra ümumi müzakirələrin ardınca  S.Bağırov  “Digər ölkələrdə MSŞT-nin idarə edilməsi” və “MSŞT-nin maliyyələşməsi(beynəlxalq və milli səviyyələrdə). Çoxdonorlu Etibar Fondu(Multi-Donor Trust Fond)” adlı daha iki təqdimatla çıxış etdi.

 Təlimin ikinci günü isə İctimai Vəsaitin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov  “MSŞT-nin beynəlxalq səviyyədə idarə edilməsi. Beynəlxalq İdarə Heyəti”, “MSŞT-nin beynəlxalq katibliyi” və “Yeni qaydalar” kimi mövzuları əhatə edən təqdimatla çıxış etdi.

Təlimlərdə hər iki ekspert koalisiya üzvlərini maraqlandıran suallara  ətraflı cavab vermiş və edilmiş təqdimatlar ətrafında geniş  müzakirələr keçirilmişdir.

Təlimin sonunda layihə əlaqələndiricisi İlham Hüseynli  çıxış edərək təlimin gedişi, edilən təqdimatlar və  təlimçi-içtirakçı  komunikasiyası barədə oz fikirlərini bildirmiş və yekunda təlim iştirakçıları tərəfindən  ümumi qiymətləndirmə aparılmışdır.

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə planlaşdırılan novbəti-3-cü, ikigünluk təlim 0ktyabrın 14 və 15-də, Koalisiya ofisində keçirildi.Təlimin mövzusu “Vətəndaş Cəmiyyətinin MSŞT-də iştirakçılılığı və rolu, ÇQ və Anlaşma Memorandumu: VC-nin töhvələri”, təimçi- ekspertlər isə Koalisiya şurasının üzvləri  Mehriban Vəzir və Oqtay Gülalıyev idi.

 Təlimin 1-ci günü  ilk olaraq “Təbii sərvətlərin dünya ölkələrinin iqtisadi həyatında rolu və yaratdığı problemlər- ümumi baxış” adlı təqdimatla Mehriban Vəzir çıxış etdi. Müzakirələrdən sonra isə Oqtay Gülalıyev “Mədən sənayesi gəlirlərinin idarə olunmasında mövcud risk amilləri”,  M.Vəzir isə “Mədən sənayesi gəlirlərinin idarə olunmasında ictimai nəzarətin təşkili- ictimai iştirakçılıq problemi” adlı özünün ikinci təqdimatını etdi. Hər iki təqdimatçı müzakirələr zamanı onlara ünvanlanmış suallara geniş və əhatəli izahatlar verdilər. Təlimin ikinci gününün əsas mövzusu isə Mədən sənayesində şəffaflığın artırılmasında vətəndaş cəmiyyətinin rolu və qarşıda duran vəzifələrə həsr olunmuşdur. Daha çox ineraktiv qaydada keçirilən bu təlim iştirakçıların xüsusi fəallığı ilə fərqlənmişdir.  Sonda iştirakçılar tərəfindən onlara paylanmış qiymətləndirmə testləri cavablandırıldı.  Bu Təlimdə 18 nəfər koalisiya üzvü iştirak edirdi.

“ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə planlaşdırılan növbəti,  4-cü təlim  oktyabr ayının 28 və 29-da koalisiya ofisində keçirildi.  Bu təlimin baş mövzusu “MSŞT-də tətbiq edilən model və alətlər, Strateji şəbəkələşmə”,təlimçiləri isə   Koalisiyanın ekspertləri Əli Quliyev və Məhəmməd Talıblı idi. Təlimçilərin birlikdə apardığı iki günlük təlimin əsas təqdimatları “MSŞT-də tətbiq edilən model və alətlər”,MSŞT-da qeyri-şəffaflıq probleminə ünvanlanan yanaşmalar”,MŞST üzrə vətəndaş cəmiyyəti strategiyasının şəbəkələşməsi,MŞST-də strateji inkişafın mərhələləri”, “ MSŞT-nin inkişafında informasiya və kommunikasiyanın rolu və yeri” kimi vacib mövzulara həsr edilmişdir. Təlim iştirakçıları ilə birbaşa dialoq və interaktiv əsasda aparılan bu tədbirdə ekspertlər onlara ünvanlanmış sualları  əhatəli cavablandırdılar. Təlim iştirakçıların yekun qiymətləndirmə blanklarını doldurmaqla öz işini yekunlaşdırdı.

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə  sonuncu təlim 4-5 noyabr 2011-ci il tarixlərdə Koalisiya ofisində reallaşdırıldı.Təlimin gedişində ATƏT-in Bakı Ofisinin iqtisadiyyat və ətraf mühit üzrə məsul işçisi Benyamin Mişel Viland iştirak edərək bütövlükdə layihənin və keçirilən təlimlərin əhəmiyyətindən, ATƏT-inKoalisiya ilə əməkdaşlıqda maraqlı olduğundan danışdı və  təlim iştirakçılarına uğurlar arzuladı.

 Bu təlim MSŞT üçün olduqca vacib olan bir məsələyə, MSŞT-nin idarə edilməsinin qanunvericilik məsələlərinə  həsr edilmişdir. Bu təlimin əsas mövzusu “MHŞT və Neft Fondlarının idarəedilməsinin hüquqi aspektləri: beynəlxalq və yerli təcrübə”,  təlimçiləri isə Kolaisiyanın şura üzvləri, ictimaiyyətin cox tanıdığı ekspertlər Əliməmməd Nuriyev və Sahib Məmmədov idi. Təlimin ilk iş günündə ekspert qismində Ə.Nuriyev, ikinci günündə isə S.Məmmədov çıxış etdilər.

  Ə. Nuriyevin əsas təqdimatları “ Suveren fondların idarəedilməsi”, “ Dövlət Neft Fondunun idarə olunmasının hüquqi əsasları” və “Neft Fondu haqqında qanun və onun qəbulunun zəruriliyi” mövzularına, S.Məmmədovun təqdimatları isə “ MHŞT-nin Azərbaycanda fəaliyyətinin hüquqi əsasları MHŞT-nin tətbiqinin hüquqi tənzimlənməsində beynəlxalq praktika”, “ MHŞT-nin iarə olunması: Milli praktika və beynəlxalq təcrübə”, eləcə də,  “ Təbii sərvətlərin mənimsənilməsində ətraf sosial və ekoloji mühitə təsirlərin qiymətləndirilməsi” kimi Koalisiya həyatı üçün vacib olan mövzulara həsr edilmişdir. Hər iki ekspertin təqdimatları təlim iştirakçıları tərəfindən olduqca maraqla qarşılanmış, onlara ünvanlanmış coxsaylı suallar isə təlimin gedişi və sual-cavab üçün ayrılmış vaxtlarda cavablandırılmışdır. Təlimin hər iki gününün sonunda isə iştirakçılar tərəfindən yekun qiymətləndirmə həyata keçirildi.

       İştirakçılıq

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilən “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə reallaşdırılan təlimlərində Koalisiya üzvlərinin iştirakçılıq səviyyəsi aşağıdakı cədvəldə öz əksini tapmışdır.( Təlimlərin hər günü üçün iştirakçların qeydiyyat siyahısı hesabata əlavə edilir)

Sıra nömrəsi Təlimlərin keçirilmə tarixləri  Təlimdə iştirak edən koalisiya üzvlərinin sayı
Ümumi say Qadınların sayı Kişilərin sayı
1. 23 sentyabr 2011-ci il 17 7 10
2. 24 sentyabr 2011-ci il 15 6 9
3. 30 sentyabr 2011-ci il 19 8 11
4. 01 oktyabr 2011-ci il 16 7 9
5. 14 oktyabr 2011-ci il 22 8 14
6. 15 oktyabr 2011-ci il 18 10 8
7. 28 oktyabr 2011-ci il 20 9 11
8. 29 oktyabr 2011-ci il 19 7 12
9. 04 noyabr 2011-ci il 21 10 11
10. 05 noyabr 2011-ci il 18 10 8
  Yekun: 186 83 103

 Cədvəldən məlum olur ki, layihənin icrası dövründə həyata keçirilmiş 5 ( iki günlük) təlimdə üst-üstə 185 nəfər Koalisiya üzvü qeydiyyatdan keçmiş və onlardan da 103 nəfəri kişi, 83 nəfər isə qadın  olmuşdur.

Aparılmış təhlillər “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə reallaşdırılan bu təlimlərə marağın və təlabatın böyük oldugunu göstərmişdir.Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, bir cox hallarda bir kolalisiya üzvü bir yox, bir neçə təlimdə iştirak etmək üçün layihə təşkilatçılarına müraciət etmiş və bu istək təşkilatçılar tərəfindən nəzərə alınaraq onların iştirakı təmin edilmişdir. Kolalisiya iştirakçılarının ayrı-ayrı təlimlərdə iştirak intensivliyi aşagıdakı kimi olmuşdur:

  1. Təlimlərdə1 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –  36 nəfər
  2. 2 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –  28 nəfər
  3.  3 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –  11 nəfər
  4.  4 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –    7 nəfər
  5.  5 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –     2 nəfər
  6.  6 gün iştirak edən Koalisiya üzvlərinin  sayı –     2 nəfər
  7. 10gün iştirak edən Koalisiya üzvlərinin  sayı –      2 nəfər

                     ( bura layihə koordinatoru və asissenti aiddir)

Qiymətləndirmə

Keçirilmiş bütün təlimlərin sonunda iştirakçılara yekun qiymətləndirmə blankları paylanmış və onlar tərəfindən müstəqil şəkildə doldurulmuşdur. Qiymətləndirmə zamanı iştirakçılar  aşağıdakı sualları 5 ballıq(1-çox pis, 2-pis, 3-kafi, 4-yaxşı, 5-əla)sistem üzrə cavablandırmışdır. Ayrı-ayrılıqda keçirilmiş hər bir təlim kursu üzrə onların verdikləri qiymətlər İşçi qrupu (bura  layihə koordinatoru və asissenti, eləcə də, layihə nəticələrini dəyərləndirmək üçün cəlb edilmiş koalisiya üzvü olan ekspertlər  V.  Bayramov, İ. Hüseynli, R. Hüseynova aiddir) tərəfindən ümumiləşdirilərək suallara uyğun yekun orta qiymətlər hesablanmışdır. Suallar üzrə nəticələr aşağıdakı kimi olmuşdur:

1. Təlim kursunun məqsədləri aydın izah edilib.       4.5

2. Metodlar məqsədlərə uyğun  seçilib.         4.3

3. Təlim kursu mənə yeni biliklər verdi.        4.7

4. Biliklərimi möhkəmləndirmək üçün geniş

 imkanım oldu.        4.8

5. Mən daha çox öyrənmək üçün motivasiya aldım.                4.7

6. Kursun məzmunu məqsədlərə cavab veriridi.                       4.6

7. Praktik vasitələrdən istifadə edildi və öyrənməyimə

 yardım etdi.                3.9

8. Təqdimatların səviyyəsi yüksək idi.          4.4

9. Paylama materialları ilə təmin olundum.   4.9

10. Qrup halında işləmək üçün şərait  əlverişli idi.    3.8

11. Təqdim olunmuş tapşırıqlar münasib idi. 4.4

12. Mənim suallarım həmişə tam cavablandırılırdı. 4.7

13. Mənim təcrübəmi bölüşmək imkanım vardı.       4.7

14. Təşkilati məsələlər yaxşı həll edilmişdi    4.8

15. Təlimin keçirilmə şəraiti əla idi.   4.6

16. Öyrəndiklərimi fəaliyyətimdə tətbiq edə bilərəm      4.3

Qiymətləndirmə blankında təlim  iştirakçıların fikir və rəylərini, təklif və töfsiyyələrini öyrənmək üçün onlara aşağıdakı formatda daha 2 sual  ünvanlanmışdır:

17. Təlimin ən maraqlı hissələri aşağıdakılar idi:————————————————————————————————————————————————————————-

18. Gələcəkdə təlim prosesini təkmilləşdirmək üçün aşağıdakıları təklif edərdim:—————————————————————————————————————————————-

    “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası üzvlərinin bilik bacarıqlarının artırılması ” layihəsi üzrə həyata keçirilən təlimlərin gedişi zamanı  Koalisiya üzvləri tərəfindən irəli sürülmüş həm şifahi, həm də yazılı (qiymətləndirmə blanklarının yuxarıda qeyd edilmiş 17 və 18-ci suallarına verilmiş cavablar)  fikir və mülahizələr, eləcə də, ayrı-ayrı koalisiya üzvləri ilə aparılmış müsahibələr, keçirilmiş sorğularİşçi Qrupu tərəfindən təhlil olunaraq ümumiləşdirilmiş və bunun əsasında hesabatın “Rəy və Təkliflər” bölümü hazırlanmışdır.

 Rəy və  Təkliflər

– ATƏT-in Bakı ofisinin  “ Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT  Koalisiyası ilə  Koalisiya üzvlərinin bilik bacarıqlarının artırılması istiqamətindəki əməkdaşlığı yüksək qiymətləndirilsin.

-ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə  Koalisiya üzvlərinin bilik bacarıqlarının artırılması məqsədilə həyata keçirilən təlimlərin effektliyi və təsirliliyi nəzərə alınsın və bu səbəbdən mövcud əməkdaşlığın və həyata keçirilən layihənin davamlılığının təmin edilməsi məqsədəuyğun hesab edilsin.

– “ Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası  üzvlərinin bilik bacarıqlarının artırılması” layihəsi üzrə fəaliyyətlərin( təlimlərin)icrası zamanı Koalisiya üzvlərinin göstərdikləri  istək və maraqlar nəzərə alınsın və bu təlimlərin digər Koalisiya üzvləri, ocümlədən, koalisiya üzvü olan  Region QHT-ləri(  Bakı, Gəncə, Şirvan, İmişli, Yevlax,Göyçay, Şəki, Mingəçevir və Quba) üçün də  keçirilməsi  zəruri hesab edilsin.

-Həm Bakıda, həm də regionlarda koalisiya üzvləri üçün  keçiriləcək təlimlərdə vacibliyi baxımdan sıralanmış aşağıdakı mövzuların seçilməsi məqsədəuyğun bilinsin:

1. “MSŞT nədir: prinsiplər, meyarlar, tələblər”;

2.“MSŞT idarəetməsi: beynəlxalq təcrübə, yerli səviyyədə müxtəlif ölkələrin mütərəqqi təcrübələri və Azərbaycanda MSŞT idarəetmə təcrübəsi”

3.  “Vətəndaş Cəmiyyətinin MSŞT-də iştirakçılılığı və rolu, ÇQ və Anlaşma Memorandumu: VC-nin töhvələri”

 4. “MSŞT və Neft Fondlarının idarəedilməsinin hüquqi aspektləri: beynəlxalq və yerli təcrübə”

– Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün dünyada və Azərbaycanda daha da populyarlaşmasını, inkişaf etmiş ölkələrin( ABŞ, Kanada və s.)bu təşəbbüsü dəstəkləməsi və təşəbbüsə qoşulma ilə bağlı niyyətlərini ifadə etmələrini, eləcə də, ölkədə neft və qaz satışından əldə edilən gəlrlər üzərində ictimai nəzarətin yaradılmasının vacibliyini nəzərə alaraq Region mərkəzlərində(  Bakı, Gəncə, Şirvan, İmişli, Yevlax,Göyçay, Şəki, Mingəçevir və Quba)MSŞT prosesləri barədə əhalinin( bələdiyyə və icma üzvləri, məktəb müəllimləri icma və digər təbəqələr) məlumatlandırılması məqsədi ilə aşağıdakı mövzularda seminar və dəyirmi masaların keçirilməsi məqsədəuyğun bilinsin:

  1. “ MSŞT nədir: prinsiplər, meyarlar, tələblər”

  2. “Neft gəlirlərinin idarə edilməsində  Dövlət Neft Fondunun yeri və rolu”

3. “MSŞT idarəetməsində  beynəlxalq və yerli təcrübələr”

4. “Vətəndaş Cəmiyyətinin MSŞT-də iştirakçılılığı”

   İlham Hüseynli

 “Mədən Sənayesində Şəffaflığın Artırılması QHT  Koalisiyası  üzvlərinin bilik bacarıqlarının artırılması” layihəsinin koordinatoru

Leave a Reply

Your email address will not be published. Required fields are marked *