“Eko- Aləm” İctimai Birliyinin təsisçilərinin ümumi yığıncağın 5 saylı protokolu

     Bakı şəhəri                                                                                  25 aprel 2011-ci il

     İştirak edirdilər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

        3. Təmrazov Rafiq

        4. Yüzbaşeva Könül Əhməd qızı

        5. Yüzbaşev Fuad Rafiq oğlu

        6. Abbasova Ülkər Rövşən qızı

        7. Abdullayeva Kubra

        8. Kərimova Çinarə

          İclasın keçirilməsi üçün yeddi nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Abdullayeva Kubra iclasa sədrlik etmək üçün Yüzbaşeva Könül Əhməd qızının namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu.  Lehinə 8 nəfər olmaqla Yüzbaşeva Könül Əhməd qızı iclasın sədri seçildi. Cəbrayılov  Eldar Kamal oğlu Abbasova Ülkər iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Abbasova Ülkər 7 səs lehinə olmaqla iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

                                                             Gündəlik məsələ:

        1.“Eko – Aləm” İctimai Birliyinin ötən 2010-cu il ərzindəki fəaliyyəti barədə təşkilatın
sədrinin  hesabatı:

        2. Təşkilatın 2009 – cu ilin əvvəlindən bu günə  gördüyü işlər.

        3. Cari məsələlər.

           İclasa sədrlik edən  Yüzbaşeva Könül iclası açıq elan etdi. Katibdən kompyuterin arxasına keçərək protokol üçün qeydlər etməsini xahiş etdi. Sonra o, təşkilat üzvlərinə şəxsi telefonlarına zəng vurub onları 9 aprel 2009 – cu il tarixində keçiriləcək Ümumi yığıncaq haqqında hamının məlumatlandırıldığını söylədi. Yüzbaşeva Könül İdarə Heyətinin sədri Cəbrayılov Eldar birinci və ikinci məsələlər barədə danışmaq hesabat vermək üçün söz verdi.    O, təşkilatın maliyyə problemi oldugunu söylədi  və bildirdiki ilin əvvəlindən iştirak etdiyimiz müsabiqələr uğursuz olub və may ayından başlayan və elan olunan müsabiqələrdə də iştirak etmək lazımdır.

           Birinci və ikinci məsələ ilə bağlı təşkilata sədrlik edən Cəbrayılov Eldar Kamal oğlu geniş məlumat verdi. O, çıxışı zamanı təşkilatın ötən il ərzindəki fəaliyyətində danışdı. Sonda isə o, təşkilatın normal fəaliyyət göstərdiyini söylədi.

          Yığıncağa sədrlik edən Yüzbaşeva Könül gündəliyin üçüncü məsələsi Cari məsələlər barədə təşkilat üzvü olan yığıncaq iştirakçılarına müraciət etdi. Təşkilat daxili məsələlər müzakirə edildi.

“Eko- Aləm” İB-nin II ümumi yığıncağı Qərara aldı:

    1.  Turizm ili ilə baglı Dövlət Dəstəyi Şurasınnın elan etdiyi müsabiqədə iştirak etsi.

    2. ATƏT –in Bakı ofisinin nümayəndəliyi ilə görüşmək üçün müraciətlər edilsin.

             Yığıncağın sədri:                           Yüzbaşeva Könül Əhməd qızı

             Yığıncağın katibi:                          Abbasova Ülkər Rövşən qızı

                                                     İştirak edənlər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

        3. Təmrazov Rafiq Qafar oğlu

        4. Yüzbaşeva Könül Əhməd qızı

        5. Yüzbaşev Fuad Rafiq oğlu

        6. Abbasova Ülkər Rövşən qızı

        7. Abdullayeva Kubra

        8. Kərimova Çinarə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *