21 – 23.08.2012 Almatıda MHŞT üzrə regional konfrans keçirilib

Tədbirdə Azərbaycanın QHT Koalisiyasının təmsilçiləri də iştirak edib

Beynəlxalq “Ödədiyini Açıqla” Koalisiyasinin və Qazaxıstanın Soros Fondunun təşkilatçılığı ilə Almatıda Mədən Sənayesində Şəfaflıq Təşəbbüsü üsrə regional konfrans keçirilib.

Avqusutun 21-23 tarixlərini əhatə edən konfransda “Ödədiyini Açıqla” Koalisiyasının MHŞT-nin qaydaları və prinsipləri, eləcə də idarəçilik mexanizmlərinə dair yeni təklifləri ətrafında müzakirələr aparılıb, ölkələr üzrə MHŞT-nin tətbiqi və inkişafı kontekstində real vəziyyətlə bağlı təqdimatlar dinlənilib. Bundan başqa, bu ilin sentyabr ayında Amsterdamda keçiriləcək MHŞT üzrə beynlxalq konfransın gündəliyi, həmçinin qarşıdakı taktiki və strateji vəzifələrə dair fikir mübadiləsi də aparılıb. Qazaxıstan, Qırğızıstan, Monqolstan, Tacikstan və Ukraynanın vətəndaş cəmiyyətinin nümayəndələrinin qatıldığı konfransda Azərbaycandan MHŞT Koalisiyasının təmsilçiləri – Sabit Bağırov, Qubad İbadoğlu, Sevil Yüzbaşova və Nicat Dağlar iştirak edib. Azərbaycan təmsilçiləri ölkənin MHŞT realıqları, əldə olunan nailiyyyətlər, mövcud problemlər və QHT Koalisiyasının fəaliyyətindən danışıblar. Sabit Bağırov MHŞT-nin tətbiqinə dair beynəlxalq səviyyədə irəli sürülən təşəbbüslərdən söz açıb. Onun idarə etdiyi paneldə region ölkələrindəki çətinliklər ətrafında müzakirə aparılıb. Qubad İbadoğlunun təqdimatında isə MHŞT Koalisiyasının 4 sas çətinliyi vurğulanıb- – MHŞT-nin tətbiqilə bağlı hökumət komissiyasının səlahiyyətlərinin Çoxtrəfli Qrupa keçməsi, fərdi hesabatların tətbiqi, Memorandum və hesabat formalarının təkmilləşdirilməsi. Konfrans iştirakçıları və təşkilatçılar öz çıxışlarında Azərbaycan təcrübəsini müsbət nümunə kimi önə çəkiblər. Tədbirdə region ölkələrnin təmsilçilərinə Azərbaycanda MHŞT-nin gedişatı və Koalisiyanın faiyyətinin əks etdirən məlumatlandırıcı bukletlər də paylanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *