Eko – Aləm İB – nin sədri 17 -19 sentyabr tarixində Amsterdamda keçirilən “ Ödədiyi açıqla” beynəlxalq koalisiyasının 1o illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edir

 Konfransda dünyanın 50-dən çox ölkəsindən  200-dək  vətəndaş  cəmiyyəti nümayəndələri və  şəffaflığı dəstəkləyən beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.

Konftans “Ödədiyi açıqla” beynəlxalq  koalisiyasının 2020-ci ilə qədər olan strategiyasını qəbul etdikdən sonra Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MSŞT) üzv olan ölkələrdə bu beynəlxalq təşəbbüsün tətbiqi vəziyyəti sahəsində son dəyişikləri və qiymətləndirmə məsələlərini müzakirə etmişdir.

Eyni zamanda konfransın müzakirə mövzularından biri də MSŞT hesabatlarının keyfiyyətinin artırılması və  bu sahədə informasiyalara  vətəndaşların çıxış imkanlarının genişləndirilməsi olmuşdur.  Konfransda bu mövzuda çıxış edən MSŞT beynəlxalq katibliyinin rəhbəri Yonas Moberq  hesabatların şirkətlər üzrə  fərqi qaydada açıqlanmasına dair  üzv ölkələrə tələbin qoulacağını bildirmişdir.

Konfrans  iştirakçıları Avropa Parlamentinin  bü günkü sesiyasında    qəbul olunan  “Təbii sərvətlərlə zəngin ölkələrdə  şəffaflığın artırılmasına dair”  qətnaməni alqişlamış və onun  gözlənilərn təsirləi barədə müzakirəlrə aparmışdılar. Avropa Parlamentinin bu gün qəbul etdiyi qətnaməyə  görə, dünyanın  təbii sərvətlərlə zəngin olan bütün ölkələri istisnasız olaraq şəffaflıq təşəbbüsünə qoşulmalı,  yerli hökümətlər şirkətlərlə imzaladığı  dəyəri 80 min avrodan yuxarı olan bütün ödənişlərə dair   açıqlama verməli,   layihələr üzrə  ayrıca hesabatlar verilməlidir.

Azərbaycan nümayəndə ölkə təcrübəsindən çıxış edərək,  müzakirə olunan istiqamətlər üzrə fikirləini konfrans iştirakçıları ilə bölüşmüşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *