“Uşaqlarla, sağlam həyat tərzi keçirtmələri üçün təşviqat kampaniyasının aparılması” layihəsi

DSC_0242Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Uşaqlarla, sağlam həyat tərzi keçirtmələri üçün təşviqat kampaniyasının aparılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. Layihəni həyata keçirilməsində əsas məqsəd uşaqların sağlam böyümələrinə və inkişaşına yardım etməkdir.

XXI əsrdə  bəşəriyyətə birmənalı olaraq, tam şəkildə aydın olduki insanların fəaliyyəti nəticəsində  planetimiz antropogen toksiki zəhərlənməyə məruz qalaraq, qlobal ekoloji böhrana sövq edilmişdir. İnsan öz fəaliyyəti nəticəsində icazə verilən ekoloji sərhəddi keçərək, ətraf mühiti çirkləndirmiş, ona ciddi surətdə təsir etmişdir ki, bu da, insan svilizasiyasını təhlükə altında qoymuşdur. Ətraf mühitin çirklənməsi, insanı xəstələndirir, onun həyatı və yaxud başqa cur desək, ümümiyyətlə insanlıq üçün təhlükə yaradır. Ətraf mühiti çirkləndirən əsasən çox təhlükəli qeyri-üzvi və üzvi maddələrdir ki, bunlara: radionuklidlər (civə, kadmium, qurğuşun, sink və s.), ağır metallar, radioaktiv metallar, polixlorinil bifenil, poliaromatik karbohidrogenlər və s aid edilir. Bu çirkləndiricilərin daimi təsirləri nəticəsində insan orqanizminin əsas həyati vacib  funksiyaları, ciddi pozuntulara məruz qalır. Havanın çirklənməsi yenilik deyil. Hələ keçmişdə XIII əsrdə, insanlar İngiltərədə London, üzərində havanın kömür tozu və his ilə çirklənməsi barədə şikayət etməyə başlamışdılar.

Sənaye inqilabların başladğı hesab edilən 1700 – ci illərin sonlarından başlayaraq, indiyə qədər  Yer atmosferi və onun kimyvi tərkibi dəyişib. Texniki inqilabların dünya ölkələrinə yayılması havanın çirklənməsinin də onunla bərabər yayılmasına səbəb olmuşdur. Hava çirkliliyinin insan sağlamlığına  bir çox təsirləri vardır. Hava çirkliliyi xəstəlik törədir və bu hətta ölümə də  gətirib, çıxara bilər. Çirkli hava tikililəri, binaları dağıdır, bitkiləri və heyvanlar aləmini də məhv edir.

Vəziyyətdən göründüyü kimi insanın ətraf mühitə olan münasibətində buraxdığı yeni daha bir səhv addım, insanlığı uçuruma aparacaq, bir düşünülməmiş hərəkət bəşəriyyəti məhv edəcəkdir. Bütün bunlara baxmayaraq, öz səhvlərimizi aradan qaldırmaq, ətraf mühiti mühafizə etmək hələ də, bizim üçün gec deyildir.

layihə işinə 1 mart 2014 –cü il tarixindən başlanılmışdır. Layihə işi 4 ay ərzində bir mərhələdə həyata keçiriləcək. Layihədə nəzərdə tutulan tədbirlər İsmayıllı, Yardımlı və Lerik şəhərlərində həyata keçiriləcəkdir.

Eko Aləm İctimai Birliyinin sədri: Sevil Yüzbaşeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *