“Uşaqlarla sağlam həyat tərzi keçirtmələri üçün təşviqat kampaniyasinin aparilmasi” layihəsi davam edir

Ecoalem-logoEko – Aləm İctimai Birliyi  “Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının” maliyyə dəstəyi ilə Uşaqlarla sağlam həyat tərzi keçirtmələri üçün təşviqat kampaniyasinin aparilmasi” layihəsi çərçivəsində dünyada “22 aprel – Beynəlхalq Yer günü” kimi qeyd olunana gündə İsmayıllı şəhərində Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı “ Saylı Tam Orta Məktəbin”  şagirdləri ilə ekoloji aksiya keçirtmişdir.

Tədbiri keçirtmək üçün ilk dəfə olaraq açıq hava mühiti, məktəbyanı yaşılıq, ağaclar olan ərazi seçilmişdir. Tədbir uşaqlarla sağlam həyat tərzi keçirtmələri üçün ekoloji maarifləndirici aksiya təşkil edilmişdir. Aksiya Eko – Aləm İctimai Birliyinin üzvü olan ekspertlər tərəfindən həyata keçirilmişdir. Aksiyanın məqsədi çirkli havanın insan sağlamlığına olan təsirləri və havanın təmizlənməsin xidmət edən yaşılıqların mühafizə edilməsinə uşaqların diqqətinin artırılması olmuşdur.

Bu nəqsədlə tədbiri keçirtmək üçün xüsusi olaraq “22 aprel – Beynəlхalq Yer günü” seçilmişdir. Layihə çərçivəsində tədbir üçün “22 aprel – Beynəlхalq Yer günü” yazılan baner hazırlanmışdır.

Tədbir İsmayıllı şəhərində Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin 6-cı sinif şagirdlərinin və müəllimlərinin iştirakı ilə məktəbyanı  yaşılıqlar olan ərazisində həyata keçirilmişdir. Tədbirdə öncə uşaqlara Yer günün tarixi və əhəmiyyəti barədə məlumatlar verilmişdir. Uşaqlara ekologiya elmi və ekoloji problemlərlə bağlı suallar verilmiş onların məlumatlılıq səviyyəsi müəyyən edilmişdir. Uşaqlara Yer atmosferinin kimyəvi maddələrlə, bərk hissəciklərlə, bioloji tullantılar və zəhərli maddələrin atılması nəticəsində havanın çirklənməsi barədə onların başa düşə biləcəyi dildə məlumatlar da verilmişdir. Onlara havanın Yer səthinə yaxın hissəsinin tüstü və hiss qarışığı olan qatı duman və ya smoq ilə çirklənməsi barədə, Smoqu yaradan səbəblər və ona qarşı mübarizənin ən effektli metodu  kimi yaşıllıqların qorunmasının vacib olduğu izah edilmişdir. Uşaqların diqqətini ağacların mühafizəsinə yönəltmək istiqamətində təşviqat kampaniyası aparılmışdır. Bunun üçün uşaqlara Qarabağda məhv edilən, ekoloji terrora məruz qalan, nadir təbiət nümunələrinə həsr edilmiş Posterlər paylanmış və hər kəsin məlumatlanması üçün mətəbyanı ərazidə ağaclardan asmaq tapşırığı verilmişdir. Uşaqların diqqətini insanın nəfəs alması, sağlam həyat sürməsi üçün lazım olan və havanı təmizləyən  ağacların mühafizəsinə yönəltmək, məqədi ilə onlarla ekoloyi maarifləndirici oyundan istifadə edilmişdir. Beləki uşaqlar  ağac üçün rəmzi olaraq “Vəsiqə” hazırlamışlar. Keçirilən tədbir zamanı uşaqlar, mütəlif üsullarla ağacların, yaşını, hündürlüyünü, təyin etmiş və ağacların vəziyyətini araşdırmışlar. Uşaqlar ağacların insanlar üçün nə dərəcədə vacib olduğunu bir daha vurğulamaq üçün  ağaclara, Bizim üşün nəfəs alan”, “Yerin ağ ciyərləri”, “Bizim oksigen mənbəyimiz” , “Bizə nəfəs almaq üçün xidmət edən” və s. adlar verərək onlara rəmzi “Vəsiqə”  hazırlamışlar. Bundan sonra uçaqlara öncədən hazırlanaraq çap edilmiş Test  Sualları adlı blank paylanılmış və onlara opara verilən sualları cavablandırmaq tapşırığı verilmişdir. Bununla bir daha uşaqların diqqətini təbiətin mühafizəsinə yönəldilmişdir. Test suallari layihənin sonunda emal ediləcək və uşaqların ağaclar haqqında bilikləri araşdırılacaqdır. Tədbir bitdikdən sonra uşaqlara  Eko – Aləm İB-nin hazırladığı və hava çirkliliyindən bəhs edən “Smoq” adlə broşur paylanmışdır.

Tədbirin işində Eko – Aləm İctimai Birliyinin üzvləri və İsmayıllı şəhəri Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri və müəllimləri iştirak etmişlər.

 Tədbirin məqsədi uşaqların sağlam böyümələrinə və inkişafına yardım etməklə yanaşı, onların diqqətini müasir dünyada qlobal bir problen olan ətraf mühit çirklənmələri haqqında biliklər veməklə onların məlumatlılıq səviyyəsini artırmaqdır.

 Uşaqlar yaranmış ekoloji amillərin təsirinə xüsusilə həssasdırlar və onlar xüsusi risk qrupu hesab olunurlar.

 Hazırda aşkar edilmişdir ki, tədris-tərbiyə müəssisələrində müxtəlif yaş qruplarında olan uşaq və yeniyetmələrin sağlamlığına ətraf mühitin amillərinin təsirinin prioritetliyi mövcuddur. Yaranan ekoloji təhlükələr uşaqların fizioloji xüsusiyyətlərinə təsir edərək, kiçik yaş dövrlərində sürətli böyümə prosesinə, daha sonralar isə bir sıra xəstəlik risklərinin yaranması kimi nəticələrə gətirib çıxardır. Statistika göstərir ki, dünyada müasir məktəb yaşlı uşaqların 90 %-inin sağlamlığı ilə bağlı müəyyən problem vardır. Bu yaşda olan uşaqların təqribən 50% də funksional pozğunluqlar, 40% də xroniki xəstəliklər vardır. Məktəbə gələnlərin artıq 20%-ində xəstəlik aşkar edirilir və onlar məktəbi bitirəndə isə xəstələrin sayı ən azı 2 dəfə artır. Bunun əsas səbəbi kimi həkimlər, gündən-günə daha çox pisləşən xarici mühitin vəziyyətini göstərirlər.

Uşaq sağlamlığına ətraf mühitin təsir risklərinə savadsızlıq, məlumatsızlıq, təhlükəli iş, yoxsulluq, pis qidalanma kimi risklər də daxildir.

Tədbirdə İsmayıllı şəhərində Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin direktoru  Qalib Bəşirov çıxış edərək tədbir iştirakçılarına uğurlar dilədi. Məktəbin coğrafiya müəllimi Əşrəf Hüseynov tədbirin işində aktiv iştirak edərək öz bilik və bacarıqları ilə hər kəsə dəstək göstərirdi. Məktəbin müəllimləri Adıgğzəlova Zərif və Əliyev Elvin də tədbirin işinə uğurlar diləməklə yanaşı Eko-Aləm İB ekspertləri ilə birlikdə uşaqlara yardım edirdilər.

Tədbirin işində iştirak edən İsmayıllı İcra Hakimiyyətinin İctimai Siyasi şöbəsinin baş məsləhətçisi Gülnarə xanım Mirzəliyeva çıxış edərək bildirdiki o ilk dəfədir ki, belə bir tədbirdə iştirak edir. Gülnarə xanım tədbirin faydasından danışaraq dedi ki, uşaqlar bu tədbiri heç vaxt yaddan çıxartmayacaqlar.

Çirkli hava və pis ekologiyanın təsirləri uşaq orqanizmini böyüklərə nisbətən daha çoxdur. Uşaq orqanizmi toksiki maddələr və ağır metallar daha tez zəhərləyir.. Bir sıra hallarda bu hətda uşaq ölümü ilə də  nəticələnir. Mütəxəssislər buna səbəb kimi ətraf mühitin çirklənməsini göstərirlər. İnkişaf etməkdə olan ölkələrdə yaşayan və yaşı 5 yaşından yuxarı olan uşaqlar, daha həssas qrup hesab edilirlər.

Ümümdünya Səhiyyə Təşkilatı elan etmişdir ki, hava çirkliliyi dünyada hər il 2,4 milyon insanın ölümünə səbəb olur. Bu ölümlərin 1,5 milyonu  qapalı məkanlardakı hava çirkləməsi səbəbindən baş verir. Qapalı məkanlarda və açıq havada, havanın çirklənməsi nəticəsində dünyada hər il 3,3 milyon insan xəstəliklərə məruz qalır. Dünyada qapalı məkanlarda və şəhər mühitində olan  hava iki ən pis toksiki problemləri olan çirkli mühit elan edilmişdir. Havanın çirklənməsi nəticəsində insanlarda çətin nəfəs almaq, öskürək, astma və tənəffüs sistemi xəstəlikləri, ürək-damar xəstəliklərin yaranmasına şərait yaradır. Havanın çirklənməsi, əsasən canlı  orqanizmlər üçün zərərli təsirə malik olan kimyəvi elementlərin, bərk tullantıların və bioloji tulantıların atmosferə atılması nəticəsində baş verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *