Xəzərin çirklənməsi

 

Xəzər dənizinin çirklənməsi əsasən XIX əsrdə dəniz və Volqa çayında gəmiçiliyin inkişafı, əsrin axırlarından başlayaraq sənayenin inkişafı ilə əlaqədar başlamışdır. Keçmiş sovet dövründə sənayenin durmadan inkişafı bu çirklənməni daha da intensivləşdirmişdir. Hazırda ildə orta hesabla Xəzərsahili dövlətlər tərəfindən dənizinə 39 mlrd. m3 təmizlənməmiş çirkab suları axıdılır ki, bu sularla dənizə 1000 adda zərərli kimyəvi maddələr daxil olur.

Mnemiopsis Leidyi daraqlı haqqında məlumat

Alimlər tərəfindən Mnemiopsis leidyi-nin daxili cənub dənizlərinə (Qara, Azov, sonra da Xəzərə) köçməsinin (invaziyasının) qeyd alınması onun bu dənizlərin ekosistemlərinə real daxil olma tarixindən xeyli sonra olmuşdur. Mnemiopsis daraqlısının birinci dəfə Qara dənizdə aşkar olunması 1982-ci ilə təsadüf edir (Pereladov, 1988), bir növ kimi isə o, 1986-cı ildə qeydə alınmışdır (Zaitsev et al., 1988).

Xəzər dənizində daraqlılar haqqında ilk məlumatı 1996-cı ildə balıqçılar vermişlər ki, bu da onların toruna düşməsi ilə əlaqədar olmuşdur. Lakin bu növ ancaq 1999-cu ildə Xəzər ETBTİ-nin mütəxəssisləri tərəfindən Türkmənistan sahillərində aparılan ekspedisiya zamanı qeydə alınmışdır (Zaitsev, 2001). Nəticə etibarilə Qara dəniz və Azov dənizinin ekosistemi 20 ildən artıq, Xəzər dənizi isə 10 ildən artıqdır ki, Mnemiopsis leidyi-nin təsiri altındadır.

Qara və Azov dənizində aparılan çoxillik tədqiqatlar nəticəsində Mnemiopsis leidyi-nin bu dənizlərin bütün ekosisteminə, ilk növbədə pelaqial və bentosa təsiri aşkar edilmişdir (Volovik, 2004).

Aparılmış tədqiqatlar göstərmişdir ki, Qara dənizdə Mnemiopsis leidyi-nin zooplanktonla intensiv qidalanması ilə əlaqədar olaraq zooplanktonun biokütləsi 23-30 dəfə azalmışdır.

Mnemiopsis dənizin dibindəki onurğasız heyvanların faunasına xeyli dərəcədə təsir edərək, onların pelaqial sürfələrini yeyir. Hesablanmışdır ki, mnemiopsis bentos orqanizmlərin pelaqial sürfələrini yeməsi nəticəsində, bentos orqanizmlərin biokütləsi 30% azalır (Volovik et al., 1993). Beləliklə, mnemiopsis Xəzər dənizində vətəgə əhəmiyyətli balıq sayılan nərəkimilərin, kilkələrin, kütümün və başqa balıqlarının qidalanma şəraitinə, onların ehtiyatının formalaşmasına, həmçinin sayına mənfi təsir göstərir.

Bununla əlaqədar olaraq, 2000-ci ildən başlayaraq Azər ETBTİ-nin əməkdaşları Xəzərin Azərbaycan sektorunda Mnemiopsis leidyi-nin sayının, biokütləsinin və yayılmasının öyrənilməsinə dair monitorinq çərçivəsində tədqiqat işləri aparırlar.

Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfat İnstitutu, habelə Rusiya Federasiyası, Qazaxıstan Respublikası və İran İslam Respublikasının müvafiq qurumları tərəfindən yabancı növ olan Mnemiopsis (Mnemiopsis Leydi)  ilə mübarizə aparmaq üçün Beroye (Beroe Ovata) daraqlısının introduksiya imkanlarının tədqiqi üzrə tədbirlər proqramı hazırlanmışdır. Proqrama əsasən Xəzəryanı ölkələr tərəfindən Mnemiopsislə əlaqədar dəniz tədqiqatları keçirilir. Beroye daraqlısının mümkün olan introduksiyası şəraitində ekosistem proseslərinin modelləşdirilməsi, gəmi tankerlərinin ballast sularında daraqlı orqanizmlər üzrə monitorinqin keçirilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.

Xəzər dənizinin texniki göstəriciləri

Sahəsinə görə – Xəzər dənizi bütövlükdə Böyük Britaniyanın ərazisinə və yaxud ABŞ-dakı 5 böyük gölün ərazisinə bərabərdir.

Sahilyanı zolaq – 7000 km.

Ortalıqda eni    — 320 km.

Uzunluğu  – 1200 km.

Səthi dünya okeanından 28 m aşağı səviyyədədir.

Duzluluğu –  dəyişgəndir şimal hissəsində içməli ,  Qara –Boğaz  Göl  boğazında çox duzludur.

Dərinliyi dəyişgəndir.

Şimalda  – 2 m-dən   10 m-ə  qədər , ən dərin yeri   –  25 m –ə qədər.

Orta hissəsində  10 m –dən  300 m -ə qədər.

Cənub hissəsində  300 m – dən  1000 – ə qədər.

Sahəsi  –  378 , 400 kv km – dir.

Ən dərin yeri –  Lənkəran şəhəri yaxınlığında  –  1025 m – dir.

        Xəzərin sahilyanı zolağı periodik olaraq dəyişir.  Gah  su sahili basır, gah da geri  çəkilir.  Bu  hadisənin  sirri  hələ  də  aydınlaşmayıb .  Son  illərdəki  bu  dəyişiklik  cox  aydın şəkildə gözə  çarpır. 1982 və 1977- ci  illərdə dəniz  çox  geri çəkilmiş  və  insanlar   bu sahələrdə  məskunlaşmağa  başlamışlar.  Ancaq  1977 – ci  il-dən  dənizin  səviyyəsi  qalxmağa başlamışdır.  Sahilyanı  tikililər,  elektrik  xətlərini daşıyan  dirəklər ,  elektrik  ötürücüləri,  təmizləyici  quröular,  kommunikasiya  xəttləri,  qazma  vışkaları  suyun  altında  qalmış  və Xəzər  dənizinin  çirklənməsinə  səbəb  olmuşdur.  Uzun  illər  ərzində  insanlar  tərəfindən  tikilmiş  bu  tikililər  atılmış  və  xəzərin  sularının  altında qalmışdır  ki,  bu  da bizə  Xəzərin nə  qədər  gözlənilməz  olduğunu, onun  ekosisteminin  nə qədər mürəkkəb  olduğunu  sübut edir.  Bu  da  onu  göstərir  ki,  insanlar  öz  hərəkətlərinə  nəzarət etməyərək,  məsuliyyətsizlik  işlə-ri  ilə  onun  ekosisteminə  ciddi  ziyan  vuraraq,  tarazlığını  pozurlar. Xəzər  çox  böyükdür.  Xəzər  dənizinə  Volqa,   Kür, Terek  və  Ural  kimi  iri  çayların  suyu  tökülür .  Ona  görə də ,  Xəzər  müxtəlif  çirkləndiriciləri  qəbul  edən  bir  məkana  çevrilib. Atmasferə  atılan  tullantılar, yağış suları, müxtəlif  sənaye  tullantıları  nəinki  sahilyanı zolağı,  həmçinin  bütövlükdə  su  hövzəsini  çirkləndirir . Xəzər  onun  sahilində  yaşayan  bir çox   xalqlara   həyat  verməsinə   baxmayaraq, onların Xəzərə vurduqları  ekoloji   ziyan   bu ,xalqların  gələcəyini  təhlükə  altına  qoyur .

                                                            Dalğalar

             Külək  əsərkən  dənizin  səthində  dalğalar  əmələ  gətirir.  Dalğaların  ölçüsü  küləyin sürətindən  və  onun  əsmə  müddətindən  asılıdır.  Ən  amansız  fırtınalar   zamanı  dalğaların   hündürlüyü  10 -11  m – ə  catır.  Dalğalar  sahilə  yaxınlaşan  zaman  dəniz  dibinnə  toxunma nəticəsində  onların  aşağı  hissəsində  hərəkət  zəifləyir. Dalğaların  yuxarı  hissəsi  irəli  aşır,  sahilə  çırpılaraq  parçalanır,  güclü   ləpə  əmələ  gətirir  və  bu  ləpədöyən  adlanır.

           Bütün sahil  boyu  dalğalar  daşlı  sahilə  hücum  cəkərək , sahili  aşındırır  ki , bu  da  erroziya adlanır. Erroziya   nəticəsində  çaylar, burunlar, cimərliklər  əmələ  gəlir.  İnsanlar  dəniz  dalğalarının  nəhəng  gücündən  tam  istifadə  etməyi  hələ  tam öyrənməmişlər.  lakin   artıq  ilk  addımlar  atmaqdadırlar.  Qabarma  – çəkilmə  hadisəsindən istehsalatda istifadə edilir. Elektrik  stansiyalarında   dəniz  qabarmalarının  enerjisi  elektrik  enerjisinə  çevrilir.

                                                       Dənizdə  işıq

             Ağ  işıq   dalğa  uzunluğu   müxtəlif  olan  şuaların  toplusundan   ibarətdir .  Bu şuaların hər  biri  səthdə  əks  olunaraq  öz rəngini  verir . Adi  göz  7  əsas  rəngi  görür . Dəniz səthinə düşən  işıq  da  müəyyən qədər  əks  olunur.  Buna  görə  də , günəşli  gündə  dəniz  mavi görünür , çünki  bu  vaxt  günəş  şualarından  mavi  rəngli  əks  olunur.   Dənizin  dərinliyi  artıqca  suyun  rəngi  tündləşir . Günəş  işığı  əsasən  10 – 30  m  dərinliyiə  keçir, 1000  m  dərinliyə  işıq  ümumiyyətlə  daxil olmur  və  burada  tam qaranlıq  hökm   sürür.  Dərinlik  artdıqca  su  daha  soyuq  olur.  Günəş  işığı  suya düşəndə  onun  üst   qatını Qızdırır . Suya  düşən  işığın  bir  hissəsi  əks  olunur,  bir  hissəsi  isə  suyun  daxilinə   keçir.

Yerin   səthi  ilə  müqayisədə  suyun  altında  gündüz  qısa,  gecə  isə  uzun  olur . Yayda   atmasferdən  su  qatına  93  %,  qışda  isə  32 %  işıq  düşür.  Suyun  yuxarı  10 – 30  m  qatında  külək  və  dalğalar  su  kütlələrinin  yerini  dəyişir,  bu  qat  suyun  aşağılarına  nisbətən  isti  olur.  İsti  su  soyuq  suya  niabətən  yüngül  olduğundan,  üst  qatda  olur . İsti  su  qatı  ilə  aşağı soyuq  su  qatı  arasındakı  su  qatını  alimlər  termoklin  adlandırırlar.  Yay  fəslində  günəş gündən – günə  daha  çox  işıq  saçdığından  suyun  səthi  qızmağa  başlayır . Bunun  nəticəsində  termoklin  yaranır  və  bu  payıza  qədər  saxlanılır . Payızda  suyun  səthi  soyumağa  başlayır.  Külək  və  dalğalar  vasitəailə  su  qatları  yerini  dəyoşir  nəticədə  termoklin  pozulur.

             Su  bitkilərinin  həyatında  işıq  mühiti  rol  oynayır , heyvanat  aləmində  isə  onun   elə   bir  əhəmiyyəti  yoxdur. Bbununla  belə  suda,  işığın  olması  heyvanların  rəngində, onların  görmə  orqanlarına  yayılmasında  və  s.  özünü  büruzə  verir .

            Xəzərin   səviyyəsinin  dəyişməsi  təbii  uzun  müddətli  çikl  xarakterinə  malikdir.  Coğrafi  keçmişində  bu  çikl   30 – m   ampletudaya  qədər  dəyişib.  Xəzərin   səviyyəsi  ona  tökülən   çayların  suyundan  sıx  surətdə  asılıdır.  Burada  əsas  rol  Volqa,  Kür, Terek,  Ural  və  Sefudrud  çaylarına  aiddir .

           Eramızdan    200 – 300  min  il  əvvəl  Xəzərin  səviyyəsi  + 115  m  qalxmış  bütün  müasir   Xəzəryanı  sahəni ,  Kürün,  Qərbi  Türkmənstan   ovalığını  su  basmışdı.  Dənizin sahili  şimaldan   Samara, qərbdə Gəncə,  Stavrapol   şərqdə  isə   Aşxabada  catmışdı.  Dənizin  səviyyəsi  12 – 20  min  il  əvvəl  +  50  m  olmuşdur.  Ən  yüksək   səviyyə  – 22  m  qeydə  alınıb.

Xəzər Dənizi

       Xəzər-su səthi 400 min kv/km-dən artıq olan və yeri kürəsinin ən böyük axarsız nadir göllərindədir. Avropa və Asiya qitələrinin qovuşduğu meridian istiqamətində Xəzər 1200 km uzunluğuunda və orta hesabla 310 km enində bir çökəklikdə yerləşmişdir. Göl kənarı xəttin uzunluğu səviyyənin dəyişməsi ilə əlaqədar olaraq dəyişir və təxminən 7405 km-dir. Onun 2320 km Qazaxstanın, 1930 km RF, 1200 km Türkmənistanın ,1000 km 11R və 955 km Azərbaycanın payına düşür. Öz xüsusi yerinə görə, beynəlxalq əhəmiyyətlidir və dünya incilərindəndir. Gölün həcmi 80 min kub/km olub, yer kürəsi göl su ehtiyatlarının 44%-dən artığını təşkil edir. Xəzər gölü Azərbaycanın, Rusiya federasiyasının, Qazaxıstanın, Türkmənistanın və İnar İslam Respublikasının sahillərini əhatə edir. Avropa qitəsinin ən sıx əhalisi olan və istehsal potensialı inkişaf etmiş bölgəsi hesab olunur.
Xəzərdə ən nadir fauna və flora növləri bizim dövrümüzə qədər saxlanılmışdır. Dünya nərə balığı ehtiyatlarının 90%-i Xəzərdə cəmlənmişdir. Ekoloji vəziyyətin gərginləşməsi, ilk növbədə Xəzərin qədim faunasına öz təsirini göstərmişdir. Nərə və siyənək sənaye balıq növləri olduqca azalmış, şip və qayabalıq növləri isə tamamilə yox olmuş, bir neçə balıq növü “Qırmızı Kitab”a düşmüşdür. Xəzərin üç qeyri-bərabər hissəyə bölünür: Şimali cənubi və Orta Xəzər.Şimali Xəzərin cənub sərhəddi Çeçen adasından Tüb-Karatan bunruna qədər uzanır.Orta Xəzər bu sərhədlə Pərqudaş adasından (Abşeron yarımadasında) şərq sahildə olan Kuulin burnuna qədər sahəni əhatə edir. cənubi Xəzər, bu sərhəddən cənuba doğru ərazidə yerləşmişdir. Şimali Xəzərin dərinliyi 5-6 m, Orta Xəzərin dərinliyi 190 m-dir. Suyun ən dərin olan hissəsində bu rəqəm 1025 m-dir. Kür çayının dənizə töküldüyü sahədən şərqə doöru isə olan dərinlik 100 m-lə məhdudlaşır. Xəzər akvatoriyasının hüquqi statusu və onun uzunluğunun müəyyənləşdirilməsi barədə qərarın olmaması ilə əlaqədar, Respublikanın su sərhədləri hələ də müəyyənləşdirilməyib. Bununla belə, Azərbaycanın payına 820 km-dən artıq sahil sərhəd xətti düşür.
Orta Xəzərin sahil xətti, Samur çayından başlayaraq Abşeron yarımadasına qədər nisbətən düz xətt boyunca davam edir.Burada göl daxilində yarımada, ada və körfəzlər yoxdur. Abşerondan Astaraçay çayına kimi olan mahil xətti isə olduqca girintili-çıxıntılıdır.Bir sıra çıxıntılar və burunlar Qızılağac körfəzi və adalarla birlikdə bu rayona təkrar olunmaz gözəlliklər bəxş etmişdir. Xəzərin cənub sahillərindəki adalar (Çilov, Urunos, Qum adası və s.) Abşeron, (Xərə-Zirə, Səngi-Muğan, Duvvannı, Gil və s.) Bakı arxipelağını əmələ gətirirlər.cənubi Xəzərin üçün palçıq vulkanlarının əmələ gəlməsi səciyyəvidir. Təpəlik və hündürlüklər əsasən Bakı arxipelağına daha çox xasdır. Ümumiyyətlə bütün adalar vaxaşırı fəaliyyətdə olan palçıq vulkanlarıdır. Otra və cənubi Xəzərin sahilyanı hissələrdə gil-qum (təpə, hündür və tirəli qum gərgələri) mənzələri və qum çimərlikləri üstünlük təşkil edir. Bitki növlərinin qruplaşdırılması əsasən-göl sahələrinin su və şoranlıq recimlərinin bölgədə dəyişməsinə tabe edilmişdir. Adi quruya doğru sahil xəttinə paralel olaraq, bitkilərin qruplaşdırılması ən sadədən murəkkəbə doğru ardıcıl olaraq aşağıdakı şəkildə dəyişir:
– sakit və yarı hərəkətdə olan duzlaşmış yaş qumsallıqların bitkilərinin əsas tərkib hissələri,-Sibir şalğamı, qamış, Xəzər süpürgəsi, tatar kahısı və s. ibarətdir. Qamışlıq əsasən aşağı eniş hissələrdə müşahidə edilir. Bəzən alağotu və yulğun bitkisinə rast gəlmək olur.
– azacıq sovrulmuş quru qumsallıqlarda çoxillik otlar, yarı kolluqlar, efemer bitkilər və s. müşahidə olunur.
Abşeronun sahilyanı hissələrində bitkilərin qruplaşdırılması pozulmuşdur və bu yerlərdə sıx bitki örtüyü yaranmır. Bitki tərkibi quru yarımçöl və adi bitki növlərindən ibarətdir.
Cənubi Xəzərin sahilyanı hissələrində sahil bitkiləri bir qədər fərqlənirlər. Burada əsas bitki növləri şoranlıqda yetişən sasazan, solyanokolosnik və soleros farmasiyalarına aiddir.
Sarsazan bitkiləri ərazinin əasa hissəsini əhatə edir. Bu növün əsasını fırlı sarsazan təşkil edir. Sarsazan kolları əsasən duz təbəqəsi ilə örtülmüş təpəciklərdə bitir. Sarsazanla bir yerdə həmçinin sveda və Xəzər solyanokolos qalofil kolları bitir. Təpəciklər arasında müxtəlif efemer dənli bitki otları da geniş yayılmışdır. Ərazinin təxminən 50%-i ot bitkiləri ilə örtülürmüşdür.
Şoranlıq və ya duzlaq çayır bitkiləri sarsazanlardan daha mürəkkəb quruluşu olub, daha zəngin görnüşə malikdir.
Xəzərin ən qiymətli sənaye balıq növləri yetişən, xüsusi əhəmiyyətli təbii balıq yetişdirmə hövzəsidir. Dünya nərə balıq ovunun 85%-i və qara kürü istehsalının 90%-i Xəzərin payına düşür. 1930-1935-ci illərə qədər Xəzərdə 6 mln sentnerə qədər qiymətli balıq növləri tutulurdu ki, ondan 1,75 mln mentneri nərə, qızıl balıq və iri sıx tor balıqlarının, 265 mln. sentneri çapaq və 0,34 mln sentneri kilkə balıqlarının payına düşürdü. Volqa çayının tənzimlənməsinə qədər (1951-1955) balıq Volqa çayının tənzimlənməsinə qədər (1951-1955) balıq ovu hesabla 2,9 mln sentner, çapaq-0,79 mln sentener, siyənək-0,54 mln sentner, nərə-0,12 mln. sentner olurdu. Nərə balıq ovu 1980-1990-ci illər ərzində 0,25 mln sentnerdən 0,13 mln senterə qədər aşağı düşmüşdür. 1991-ci ildə Xəzərdə 4,05 mln sentner balıq tutulmuşdur. Onun 10,08 min tonu nərə, 0,02 min tonu qızıl balıq, 1,51 min tonu siənək, 365,16 min tonu kilkə və 11,3 min tonu xırda torla tutulan iri balıqlardan ibarət olmuşdur. Sonrakı illər qiymətli balıq növlərinin tutulma miqdarı kəskin surətdə dəyişmişdir: kilkə tutulması olduqca artmış və əksinə, qiymətli balıq nğvlərinin ovlanması 9-10 dəfə azalmışdır. Hazırda əhalinin olduqca yüksək tələbatı olaq qiymətli balıq növləri miqdarının xüsusi çəkisinin durmadan azalması müşahidə olunur.
Bütün Xəzər regionun sosial-iqtisadi inkişafı, bütövlükdə Xəzər ekosisteminin vəziyyətindən və onun təbii ehtiyatlarından çox asılıdır. Xəzər hövzəsi ekoloji sisteminin axarının olmaması və bütün çirkləndicilərin tədricən Xəzərin dibinə çökərərək toplanması səbəblərindən, ekoloji cəhətdən onun öz-özlüyündə təmizlənməsi imkanları demək olar ki, sıfıra endirilmişdir. Xəzər ekoloji zonası bütün regionun iqliminin tənzimlənilməsi, su hövzəsinin vəziyyəti isə respublika ətraf mühiti üçün olduqca mühüm və istiqamətləndirici rol oynayır.
Xəzər hövzəsi akvatoiyasının müxtəlif nöqtələrindən vaxtaşırı götürülən su nümunələrinin təhlili onun fenollar, neft məhsulları, səthi aktiv (SAM) və s. maddələrlə çirkləndirildiyini göstərir. Xəzər gölünə ildə 12,0 mlyard kub/m çirkləndirilmiş sular axıdılır ki, onun da 95%-i Volqa çayının payına düşür.
Azərbaycan, ətraf mühitin çirkləndirilməsinin azaldılmasına həmişə çalışmış və hazırda da çalışmaqdadır. Yalnız axırıncı on illikdə 59 su mühafizə tədbiri həyata keçirilmiş və 170-dən yuxarı su mühafizə obyekti tikilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada layihə gücü 1,28 mln kub m/gün çirkləndirilmiş suların gündən-günə artması amillərini nəzərə almamış və ona görə də bu tədbirlər bir o qədər də təsirli olmamışdır. Bu gün Azərbaycan Xəzərə 0,3 milyard kub/m hədsiz çirkləndirilmiş su tullantısı və 300 mln kub/m təmizlənmiş su atır.Bu sularla birlikdə Xəzərə 4 min/ton neft məhsulları, 28 min/ton asılı hissəciklər, 500-550 min/ton quru qalıq, 74 min/ton sulfatlar, 155 min/t xloridlər, 300 ton səthi aktiv maddələr, 5 ton fenol və ekologiya üçün zərərli olan digər maddələr atılır.
Xəzərin Azərbaycan akvtoriyasında bü gün 6 neft-qaz çıxarma idarəsi, balansında 2000 neft-qaz quyusu olan 7 mədənlər idarəsi, 400-dən yuxarı stasionar özüllər, 180 km uzunluqda estakada, 255 min km. Yeraltı və 1,5 min km estakada altı neft-qaz kəməri, 600 müxtəlif təyinatlı tankerlər (300-dən artıq hidrotexniki qurğu və 78 tanker batırılmış və ya da yarıbatırılmış vəziyyətdə) ikinci çirklənmə mənbələri kimi xüsusi həycan doğrur.
Xəzər səviyyəsinin dəyişməsi böyük bir problem olaraq qalır. 17 il ərzində suyun səviyyəsi mənfi 28,8 m-dən, mənfi 26,5 m-ə qədər (2,3 m) qalxmışdır. Bu problem bütün xəzəryanı dövlətlərin təbiəti mühafizə təşkilatlarının həycanına səbəb olmuşdur. 1977-ci ildən etibarən Xəzərdə başlayan səviyyə qalxması sahilyanı ərazilərin hədsiz dərəcədə yuyulmasına, tikinti və mühəndis qurğularının dağıdılmasına və geniş ərazilərin su altında qalmasına səbəb olmuşdur. Azərbaycanda Lənkəran-Astara zonasında kənd təsərrüfat iqtisadi zonalar suyun altında qalmış, avtomobil və dəmir yolu dağılmaq təhlükəsi qarşısındadır.

Dünyanın ən iri qapalı su hövzəsi – Xəzər Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.

Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır.

Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17′ şimal enliyi və 36°33′ cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həcmi isə 78648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.

Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur.

Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur.

Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır.

Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir – 42 növ; xulkimilər – 31, siyənəkkimilər – 17, qızıl balıqkimilər – 2, nərəkimilər – 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb.

Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, respublikanın “Qırmızı kitabı”na salınanlar: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu. Son illərdə nərə balıqlarının bütün növlərini (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşmüşlər. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalmışdır. 1993-cü ildə Xəzər suiti Qırmızı Siyahıya daxil edilmişdir.

Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.

Azərbaycan Respublikasının heyvanlar aləmi

        Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən – İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir.

Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.

Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.

Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən – bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan – müxtəlif növ qurbağalara, quşlardan – qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir.

Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.

Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.