Category Archives: Uncategorized

PRES RELİZ

     1.  Layihənin adı: “Mədəni Turizmin Inkişafi Məqsədi Ilə Ekoloji Maarifləndirici Ustad
Dərslərinin Təşkili”.

 

Eko-Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyiTurizm ilinə həsr olunmuş ekoloji maarifləndirici “Mədəni Turizmin İnkişafi Məqsədi Ilə Ekoloji Maarifləndirici Ustad Dərslərinin Təşkili” layihəsinin ikinci mərhələsinin icrasına başlamışdır. Layihə çərçivəsində nəzərdə tutulan ekoloji maarifləndirici dərslər Azərbaycan Respublikasının İsmayıllı, Qəbələ və Şəki şəhərlərində həyata keçiriləcək.  Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü Azərbaycan Respublikasının ərazisində böyük vüsətlə qeyd olunduğundan tədbirləri həyata keçirtmək üçün bölgələrə ezamiyyətə 24 oktyabr tarixində səfərə ediləcəkdir.

 

    2.    Tədbirin forması: Ekoloji maarifləndirici dərslərin təşkil edilməsi və keçirilməsi

    3.    Tədbirin mövzusu:

  • “QHT, Vətəndaş Cəmiyyəti nədir, məqsəd və fəaliyyəti”  mövzusunda
    məlumatların verilməsi.
  • Ekoloji maaarifləndirici dərs: Müasir dünyada  ətraf mühitin vəziyyəti barədə məlumatların verilməsi;
  • İstirahətə gələn əhali qrupları ilə işləyərkən ekoloji maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi üçün ekoloji oyunları tədbiq etmək;
  •  Qruplara bölmək və ətraf mühit ünsürləri ilə bağlı tapşırıqların verilməsi və mövzu ilə bağlı ekoloji məlumatlandırıcı oyunların tədbiq edilməsi.

   4.   Məruzəçi, təlimçi və ya aparıcı:

  • “QHT, Vətəndaş Cəmiyyəti nədir, məqsəd və fəaliyyəti” mövzusunda  məlumatlar məruzəçi – Rafiq Təmrazov.
  • Ekoloji maaarifləndirici dərs: məruzəçi – “Eko – Aləm” İctimai Birliyinin sədri Sevil  Yüzbaşeva.

 

 

PRESS RELIZ

Eko – Aləm” İctimai Birliyi öz fəaliyyətini Azərbaycan Respublikasının ərazisində ətraf mühitin mühafizəsinə, ondan səmərəli istifadə edilməsinə və nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin Xəzər dənizi daxil olmaqla qorunub saxlanmasına, milli dəyərlərimizin, tariximizin, folklorumuzun, abidələrimizin, adət ənənələrimizin dayanıqlı inkişaf konsepsiyası çərçivəsində qorunub saxlanması istiqamətində fəaliyyət göstərməsini öz qarşısına məqsəd kimi qoymuşdur. Bütün bunları həyata keçirtmək, əhali arasında maarifləndirmə işinin təşkil edilməsi, xüsusi ilə də gənclərin ekoloji maarifləndirməsi və ekoloji mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində işin aparılmasını öz qarşısına əsas məqsəd kimi qoymuş və bu istiqamətdə də fəaliyyət göstərməkdədir

“Eko – Aləm” İctimai Birliyi 2011 – cu il iyul ayının 15-dən başlayaraq dörd ay müddətində olmaqla Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Mədəni Turizmin İnkişafi Məqsədi Ilə Ekoloji Maarifləndirici Ustad Dərslərinin təşkili”  layihəsini həyata keçirir. Layihə çərçivəsində iştirakçılara ekoloji maarifləndirici dərslərin təşkil edilməsi və keçirilməsi üzrə təlim keçirilmişdir. Layihənin birinci mərhələsində Quba, Qusar Turizm İstiqamətləri üzrə və birinci mərhələnin sonuncu tədbiri 26 avqust 2011-ci il tarixində Xaçmaz şəhərlərində Xaçmaz və Xudat Turizm İstiqaməti üzrə fəaliyyət göstərən turizm mərkəzlərində çalışan mütəxəssislərlə, Meşə Mühafizəsi və Bərpasi müəssisələri işçiləri, rayon mədəni-maarif işçiləri, təhsil müəssisələrində çalışan müəllimlərlə, kitabxana işçiləri, QHT nümayəndələri və gənclərlə Ekoloji Maarifləndirici Ustad Dərslərinin təşkil edilmişdir. Layihə   çərçivəsində “Meşədə  Davraniş Qaydalari” adlı plakat və “Ekoloji Mədəniyyət və Turizm” adlı ekoloji maarifləndirici məlumat kitabı nəşr edilmiş və tədbirlərdə iştirakçılara paylanmışdır. Tədbirlər barədə yerli mətbuatda, internet səhivələrində və Qubada fəaliyyət göstərən “Xəyal” TV-nin Xəbərlər proqramında geniş məlumat verilmiş və təşkilatın sədri Eko – Aləm” İctimai Birliyinin Sevil Yüzbaşevanın müsahibəsi efirə getmişdir

Tədbirlər yüksək səviyyədə həyata keçmişdir..

RESS RELIZ

“Eko – Aləm” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil  müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı  biliklərin verilməsinə yardım”  layihəsini həyata keçirir. Layihə çərçivəsində ilk tədbir 22 oktyabr 2010 – cu il tarixində Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində həyata keçirilmişdir. Tədbirdə gender məsələlərinə həsr olunmuş təlim həyata keçirilmişdir. Təlimin işində müəllimlər, kitabxana işçıləri və “Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları iştirak etmişlər. Təlim “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin sədri Ülviyyə Vaqif qızı Məmmədova tərəfindən aparılmışdır. Ülviyyə xanım tərəfindən hazırlanmış bir günlük təlim modulu gender və inkişafın nəzəri əsaslarını əhatə edirdi. Tədbirə qatılan Qafqaz Media Tədqiqat Mərkəzinin  və   Kanal 13 Internet TV – direktoru  Orucov Anar Qaraş oğlu təlimin işinini daha da maraqlı etmişdir. O, özünün gender sahəsində apardığı olduqca dəyərli araşdırmaları və tədqiqatları barədə tədbir iştirakçılarına qiymətli məlumatlar vermişdir. Tədbirdə ekoloji maarifləndirmə işi də aparılmışdır. Müasir dünyada ekoloji vəziyyətin gərginləşməsi insan-təbiət qarşılıqlı münasibətlərinə yeni baxışlar tələb edir. Elə bu səbəbdən ekoloji tərbiyənin – zəruri olması nəinki ekoloqlar, müəllimlər, sadə əhalinin əksər hissəsi tərəfindən vacib iş olması qəbul edilmişdir. Təbiətə qarşı düzgün münasibət, ekoloji özünüdərketmə lap kiçik yaşlarından tərbiyə olunmalıdır. Ekoloji tərbiyə metodikası müasir zamanda özünün aktiv fəaliyyətini, təlim tərbiyədə öz yerini tutaraq, mövqeyini  möhkəmlətmək dövrünü yaşayır. Uşaqlarla iş zamanı yeni metodların axtarıb tapılması imkan yaradır ki, onların tərbiyəsində ekoloji mədəniyyətin əsası qoyulsun. Bu metodlar sırasında ekoloji oyunların rolu çox böyükdür ki,   bunu da lap erkən yaşlarda, məktəbəqədər yaşda həyata keçirtmək lazımdır. Mütəxəssislərin qənaətincə, gender və ekoloji tərbiyə insanlara lap kiçik yaşlarından tərbiyə edilməlidir. Onlar hesab edirlər ki, tədris prosesindən kənarda, məsələn, valideyndən və ya kütləvi informasiya vasitələrindən, xüsusilə də televiziyadan alınan informasiyalar şagirdin şüurunda qalsa da qısa müddətdən sonra unudula bilər. Buna görə də şagirdlərə tədris prosesində gender və ekoloji tərbiyə mövzusuna dair nümunələrin təlimi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə layihə işi çərçivəsində “Gender və Ekoloji Təhsilə Yardım” adlı gender və ekoloji tərbiyəyə həsr olunmuş kitab nəşr olunmuşdur. Tədbirin işinə məktəblilər də qatılmışdır. Uşaqlar bu tədbirdə “Meşəyə insan gəlir” adlı ekoloji oyundan ibarət səgnəcik nümayiş etdirmişlər. Tamaşada iştirak edən uşaqlara “Eko – Aləm” İctimai Birliyi tərəfindən hədiyyə  olaraq kitablar təqdim olunmuşdur.

Tədbir haqqında məlumat yüz otuzdan artıq üzvü olan Mədən Sənayesində Şəffavlıq Koalisiyasının eiti-az-ngo-coalition@googlegroups.com     və  yüzə yaxın üzvü olan Ekoforum şəbəkəsi olan ecoforum@yahoogroups.com saytlarında şəkillər və keçirilən tədbir barədə məlumatlar yerləşdirilmişdir. Məlumatlar mətbuatda nəşr olunmaq üçün bir sıra agentliklərə göndərilmişdir. Həminnəşr olunan  məlumatlar hesabata əlavə ediləcəkdir.

Tədbir yüksək səviyyədə həyata keçirilmişdir.

“Eko- Aləm” İctimai Birliyinin idarə heyətinin 2008 – ci il

“Eko- Aləm” İctimai Birliyinin idarə heyətinin 2008 – ci ilin

yanvar ayında keçirilən iclasının

                                                 1 saylı protokolu

         İştirak edirdilər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

        3. Yüzbaşeva Könül Əhməd qızı

        4. Abbasova Ülkər Rovşən qızı

        5. Abdullayeva Kübra

        6. Təmrazov Rafiq Qafar oğlu

          İclasın keçirilməsi üçün beş nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Yüzbaşeva Sevild iclasa sədrlik etmək üçün Cəbrayılov Eldar Kamal oğlunun  namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu və yekdilliklə  Cəbrayılov Eldar Kamal oğlunu iclasın sədri seçildi. Cəbrayılov  Eldar Kamal oğlu Yüzbaşeva Könülü iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu və Yüzbaşeva Könül iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

Gündəlik məsələ:

        1. “Eko – Aləm” İctimai Birliyinin ötən 2008-ci ilin yekunlari barədə təşkilatın sədrinin hesabatı:

        2. Eko – Aləm İctimai Birliyinin  Açıq  Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 17. 09. 2008 – ci il tarixindən 17. 10. 2008 – ci il tarixinə elan olunmuş müsabiqədə “Gənclərin ekoloji tərbiyəsində  qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” qrant layihəsini müsabiqə qalib gəlməsi barədə məlumat.

        3. layihə icrası üçün tərəfdaş təşkilatın seçilməsi və müqavilə baglanması

        4. Cari məsələlər.

           İclasa sədrlik edən  Cəbrayılov Eldar Kamal oğlu iclası açıq elan etdi. Katibdən kompyuterin arxasına keçərək protokol üçün qeydlər etməsini xahiş etdi. Cəbrayılov Eldar birinci və ikinci məsələlər barədə danışmaq üçün təşkilata sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızına hesabat vermək üçün söz verdi.

           Birinci məsələ ilə bağlı təşkilatın sədri  Yüzbaşeva Sevil İsmayıl qızı geniş məlumat verdi. O, bildirdiki artıq təşkilatın 11 nefer üzvü var və  təşkilat aktiv fəaliyyət göstərməyə başlayaraq, bir neçə müsabiqələrə iştirak etmişdir. Açıq  Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən keçirilən müsabiqənin nəticələri Eko – Aləm İctimai Birliyi üçün uğurlu olmuşdur. O, bildirdiki Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 17. 09. 2008 – ci il tarixindən 17. 10. 2008 – ci il tarixinə elan olunmuş müsabiqədə “Eko – Aləm” İctimai Birliyi “Gənclərin ekoloji tərbiyəsində  qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsi ilə qalib gəlmişdir. İstinad : 15068 nömrəli qrant layihəsini müsabiqə nəticəsində udmuşdur. Bu yaxınlarda müqavilə imzalanmışdır. Sonra layihə icrası ilə baglı Sağlam həyata doğru İctimai Birliyi ilə və layihə eksperti kimi müstəqil ekspert İsayev Samir İsayevin müqvilə bağlanması barədə iclas iştirakçılarına məlumat verdi. İclas iştirakçıları qaldirilan mesələlərə açıq səsvermə yolu ilə münasibət bildirdilər.  Sonda isə o, təşkilatın normal fəaliyyət göstərdiyini söyləyərək təşkilata yeni müvəffəqiyyətlər arzuladı.

İclasın sonunda aşağıda verilən qərar təsdiq olunaraq qəbul edildi

“Eko- Aləm” İB-nin idarə heyyətinin 28 yanvar 2008 – ci il tarixli

iclasının qərarı:

1. Eko – Aləm İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 17. 09. 2008 – ci il tarixindən 17. 10. 2008 – ci il tarixinə elan olunmuş müsabiqədə “Gənclərin ekoloji tərbiyəsində  qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsini,  Sağlam həyata doğru İctimai Birliyi ilə birlikdə həyata keçirtsin.

2. Layihənin həyata keçirilməsi 10.01.2009 tarixindən 10.04.2009 tarixinə olan müddətinə icra olunsun.

3. Layihənin  müəllifi və rəhbəri layihədə nəzərdə tutulduğu kimi Yüzbaşeva Sevil İsmayıl qızı. təsdiq edilsin.

4. Layihənin mühasibi Abdullayeva Kübra təyin edilsin.

7. Layihənin məsləhətçisi layihədə nəzərdə tutulduğu kimi müstəqil ekspert İsayev Samir təsdiq edilsin.

8. Layihənin icrasına 10.01.2009 tarixindən başlanılsın.

             Yığıncağın sədri:                           Cəbrayılov  Eldar Kamal oğlu

             Yığıncağın katibi:                          Yüzbaşeva Könül Əhməd qızı

                                                     İştirak edənlər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

        3. Yüzbaşeva Könül Əhməd qızı

        4. Abbasova Ülkər Rovşən qızı

        5. Abdullayeva Kübra

        6. Təmrazov Rafiq Qafar oğlu

Eko – Aləm İctimai Birliyinin üzvünün şəxsi vərəqi

 Eko – Aləm İctimai Birliyinin üzvünün

Şəkili

 

 

 

 

 

Adı:_____________________________________________________________________________________

 

Soyadı__________________________________________________________________________________

 

Atasının adı ______________________________________________________________________________

 

Doğulduğu il, ay, gün: ______________________________________________________________________

 

Təhsili:__________________________________________________________________________________

( təhsil aldığı müəssisənin adı və ixtisası)

________________________________________________________________________________________

 

________________________________________________________________________________________

Yaşadığı ünvan: __________________________________________________________________________

 

_______________________________________________________________________________________

Qeydiyyatda olduğu ünvan: _________________________________________________________________

________________________________________________________________________________________

Telefon: _________________________________________________________________________________

 

Mobil:   __________________________________________________________________________________

 

E – mail: _________________________________________________________________________________

 

 

Daimi iş yeri: _____________________________________________________________________________

 

 

 

İmza:  ____________________                             Tarix: ________________________