“Eko- Aləm” İctimai Birliyinin idarə heyətinin 2008 – ci il

“Eko- Aləm” İctimai Birliyinin idarə heyətinin 2008 – ci ilin

yanvar ayında keçirilən iclasının

                                                 1 saylı protokolu

         İştirak edirdilər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

        3. Yüzbaşeva Könül Əhməd qızı

        4. Abbasova Ülkər Rovşən qızı

        5. Abdullayeva Kübra

        6. Təmrazov Rafiq Qafar oğlu

          İclasın keçirilməsi üçün beş nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Yüzbaşeva Sevild iclasa sədrlik etmək üçün Cəbrayılov Eldar Kamal oğlunun  namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu və yekdilliklə  Cəbrayılov Eldar Kamal oğlunu iclasın sədri seçildi. Cəbrayılov  Eldar Kamal oğlu Yüzbaşeva Könülü iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu və Yüzbaşeva Könül iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

Gündəlik məsələ:

        1. “Eko – Aləm” İctimai Birliyinin ötən 2008-ci ilin yekunlari barədə təşkilatın sədrinin hesabatı:

        2. Eko – Aləm İctimai Birliyinin  Açıq  Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 17. 09. 2008 – ci il tarixindən 17. 10. 2008 – ci il tarixinə elan olunmuş müsabiqədə “Gənclərin ekoloji tərbiyəsində  qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” qrant layihəsini müsabiqə qalib gəlməsi barədə məlumat.

        3. layihə icrası üçün tərəfdaş təşkilatın seçilməsi və müqavilə baglanması

        4. Cari məsələlər.

           İclasa sədrlik edən  Cəbrayılov Eldar Kamal oğlu iclası açıq elan etdi. Katibdən kompyuterin arxasına keçərək protokol üçün qeydlər etməsini xahiş etdi. Cəbrayılov Eldar birinci və ikinci məsələlər barədə danışmaq üçün təşkilata sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızına hesabat vermək üçün söz verdi.

           Birinci məsələ ilə bağlı təşkilatın sədri  Yüzbaşeva Sevil İsmayıl qızı geniş məlumat verdi. O, bildirdiki artıq təşkilatın 11 nefer üzvü var və  təşkilat aktiv fəaliyyət göstərməyə başlayaraq, bir neçə müsabiqələrə iştirak etmişdir. Açıq  Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən keçirilən müsabiqənin nəticələri Eko – Aləm İctimai Birliyi üçün uğurlu olmuşdur. O, bildirdiki Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 17. 09. 2008 – ci il tarixindən 17. 10. 2008 – ci il tarixinə elan olunmuş müsabiqədə “Eko – Aləm” İctimai Birliyi “Gənclərin ekoloji tərbiyəsində  qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsi ilə qalib gəlmişdir. İstinad : 15068 nömrəli qrant layihəsini müsabiqə nəticəsində udmuşdur. Bu yaxınlarda müqavilə imzalanmışdır. Sonra layihə icrası ilə baglı Sağlam həyata doğru İctimai Birliyi ilə və layihə eksperti kimi müstəqil ekspert İsayev Samir İsayevin müqvilə bağlanması barədə iclas iştirakçılarına məlumat verdi. İclas iştirakçıları qaldirilan mesələlərə açıq səsvermə yolu ilə münasibət bildirdilər.  Sonda isə o, təşkilatın normal fəaliyyət göstərdiyini söyləyərək təşkilata yeni müvəffəqiyyətlər arzuladı.

İclasın sonunda aşağıda verilən qərar təsdiq olunaraq qəbul edildi

“Eko- Aləm” İB-nin idarə heyyətinin 28 yanvar 2008 – ci il tarixli

iclasının qərarı:

1. Eko – Aləm İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 17. 09. 2008 – ci il tarixindən 17. 10. 2008 – ci il tarixinə elan olunmuş müsabiqədə “Gənclərin ekoloji tərbiyəsində  qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsini,  Sağlam həyata doğru İctimai Birliyi ilə birlikdə həyata keçirtsin.

2. Layihənin həyata keçirilməsi 10.01.2009 tarixindən 10.04.2009 tarixinə olan müddətinə icra olunsun.

3. Layihənin  müəllifi və rəhbəri layihədə nəzərdə tutulduğu kimi Yüzbaşeva Sevil İsmayıl qızı. təsdiq edilsin.

4. Layihənin mühasibi Abdullayeva Kübra təyin edilsin.

7. Layihənin məsləhətçisi layihədə nəzərdə tutulduğu kimi müstəqil ekspert İsayev Samir təsdiq edilsin.

8. Layihənin icrasına 10.01.2009 tarixindən başlanılsın.

             Yığıncağın sədri:                           Cəbrayılov  Eldar Kamal oğlu

             Yığıncağın katibi:                          Yüzbaşeva Könül Əhməd qızı

                                                     İştirak edənlər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

        3. Yüzbaşeva Könül Əhməd qızı

        4. Abbasova Ülkər Rovşən qızı

        5. Abdullayeva Kübra

        6. Təmrazov Rafiq Qafar oğlu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *