“Məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi davam edir

Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icra planına uyğun olaraq sonuncu, dördüncü tədbirini həyata keçirtmişdir. Tədbir 5 iyun 2018-ci il tarixində Səlyan rayonu inzibati ərazi dairəsinə daxil olan Şorsulu  kənd Ümumi Orta Məktəbdə baş tutmuşdur. “5 iyun Ümumdünya Ətraf Mühit Günü”nün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib və hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü kimi qeyd edilir.        Tədbirin işində məktəbin direktoru Quliyev Emin müəllim başda olmaqla 15 nəfər müəllim heyəti və III-IX sinif şagirdlərindən ibarət 70 nəfərdən çox şagird iştirak etmişdir. Bundan başqa tədbirin işində Səlyan Rayon Təhsil Şöbəsinin metodisti Həsənova Tinatin müəllimə və Səlyan Rayon Təhsil Şöbəsi sədrinin müavini Quliyeva Kubra müəllimə də iştirak edirdilər.

Eko Aləm İctimai Birliyinin sədri tədbir zamanı məktəblilərə ətraf mühitin məişət tullantıları ilə çirklənməsi, onların zərərli təsirləri barədə geniş məlumatlar verdi.  Uşaqlara “Tullantılarsız çevrəmiz” adlı fotoalbom nümayiş etdirdi. Tədbir zamanı o, uşaqlara ətraf mühitin məişət tullantıları ilə çirklənməsi və tullantıların idarə olunması, onlarla mübarizə üsulları barədə uşaqlara geniş məlumatlar verdi.

Sonra söz uşaqlara verildi. Məktəblilər “5 iyun Ümumdünya Ətraf Mühit Günü”nü qeyd etmək üçün ciddi hazırlaşmşdılar. Uşaqlar təbiət haqqında müxtəlif şerlər, hekayələr söylədilər. Ekologiya mövzusunda çəkdikləri şəkilləri əllərində tutaraq nümayiş etdirdilər. Sonra onlar Kür çayının ekolji çirklənməsinə həsr edilmiş ekoloji oyunlar da nümayiş etdirdilər. Tədbirin belə yüksək səviyyədə keçməsi  bu kənd məktəbində təhsilin yüksək səviyyədə təşkil olunduğunu və təlim tərbiyədə ekoloji biliklərə ciddi diqqət yetirdiklərinin və bununla da uşaqlara ekoloji tərbiyə verməklə onlarda ekoloji mədəniyyətin formalaşdırılmasının nümunəsi idi.

Tədbirin ikinci hissəsində təmizlik aksiyası keçirtmək üçün VII-VIII sinif şagirdlərindən 20 nəfərdən ibarət qrup yaradıldı. Təmizlik aksiyası keçirtmək üçün uşaqlara hazırlanmış xüsusi geyimlər paylandı. Məktəblilər təşkilat üzvlərinin və məktəb müəllimlərinin nəzarəti altında  ətraf əraziləri plastik tullantılardan təmizlədilər.

Tmizlik aksiyasının sonunda uşaqlara şirniyyatlar, meyvə şirələri, su paylandı.

Tədbir olduqca maraqlı və faydalı keçmişdir.

DSC04503 DSC04534 DSC04536 DSC04539 DSC04546 DSC04547

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eko – Aləm İctimai Birliyinin
sədri:                                                                         Yuzbaşeva Sevil İsmayıl qızı