“Məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrası davam edir

DSC04487Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi
“Məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icra planına uyğun olaraq üçüncü tədbirini həyata keçirtmişdir. Qeyd etmək lazımdır ki, Suqovuşan kəndi Sabirabad şəhərinin inzibati ərazisinə daxildir. Tədbir 17 may 2018-ci il tarixində Sabirabad şəhəri Z. Hacıyev adına 7 ssaylı tam orta məktəbdə baş tutmuşdur. Tədbirdə Z. Hacıyev adına 7 ssaylı tam orta məktəbin direktoru Ramin müəllim Əliyev başda olmaqla 60 nəfərə yaxın müəllim və şagird kollektivi iştirak etmişdir.

Ölkəmizdə olan su hövzələrinin, çayların, Xəzər dənizi daxil olmaqla sahilyanı əraziləri yaxınlıqda məskunlaşan icmaların əhalisi, eləcədə bu unikal təbiət əraziləri  hesab edilən məkanlara istirahətə, dincəlməyə gələn insanlar tərəfindən məişət tullantıları ilə ciddi çirklənməyə məruz qalır. Çürüməyən tullantılardan yaranan zibil qalaqları su hövzələrini zibilləndirir və axar çaylar vasitəsi ilə bu çürüməyən tullantılar Xəzər dənizinə daşınaraq onun da məişət tullantıları ilə kirlənməsinə səbən olur ki, bu da ciddi ekoloji problem yaradır.

Respublikada mövcüd olan çayların 60-70%-i Kür-Araz çaylarına mənsubdur. Ölkəmizdə bu çayların suyundan içməli su mənbəyi kimi istifadə edilir. Azərbaycanda suyun çatışmamazlığı müşahidə olunur. Su hövzələrimizin mühafizəsinin və onun məişət tullantıları ilə zibillənməsinin qarşısının alınması istiqamətində aparılan maarifləndirici tədbirlər böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən layihədə maarifləndirici tədbirlərin keçirilməsi, Kür və Araz çayları sahilərində yerləşən icmaların kənd məktəblərində aparılması nəzərdə tutulmuşdur. Sabirabad şəhəri də unukal təbiət ərazisi hesab edilən Kür və Araz çayının qovuşduğu yerdə yerləşir.

Layihə işinin icrası zamanı məktəblilərə məişət tullantılarının zərərli təsirləri barədə məlumatlar verilmiş, Uşaqlara “Tullantılarsız çevrəmiz” adlı fotoalbom nümayiş etdirilmişdir. Tədbirin ikinci hissəsində təmizlik aksiyası keçirtmək üçün uşaqlara hazırlanmış xüsusi geyimlər paylanmışdır. Uşaqların iştirakı ilə ətraf ərazilər tullantılardan təmizlənmişdir. Tədbirdən sonra uşaqlara şirniyyatlar, meyvə şirəlri , su paylanmışdır. Tədbir olduqca maraqlı keçmişdir.

Ekoloji problemlərin həlli yeni ekoloji mədəniyyətə malik gənc nəslin yetişdirilməsindən çox asılıdır. Ekoloji mədəniyyət, ekoloji şüur insanlarda, kiçik yaşlarından başlayaraq formalaşdırılmalıdır. Təbiətə qarşı düzgün münasibət, ekoloji özünüdərketmə lap kiçik yaşlarından tərbiyə olunmalıdır.

DSC04434 DSC04435 DSC04480 DSC04482

 

 

 

Eko – Aləm İctimai Birliyinin
sədri:                                                                         Yuzbaşeva Sevil İsmayıl qızı

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *