Abşeron Milli Parkına səfər təşkil edildi

DSC04661Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımı ilə həyata keçirdiyi ““Məişət tullantılarsız çevrəmiz” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin iş planına uyğun olaraq 18 may 2019-cu il tarixində ilk tədbirini həyata keçirtdi.

Eko Aləm ictimai birliyi “Sabunçu rayonu Bakıxanıv qəsəbəsi Nazim İsmaylov adına 80 nömrəli tam orta məktəbin” şagirdlərinin Abşeron Milli Parkı ərazisinə səyahətini təşkil etmişdir. Həmin tədbirdə məktəbin 26 nəfər şagirdi, 5 nəfər müəllimi və 1 nəfər valideyni məktəbəqədər yaşında olan kiçik qızı ilə iştirak etmişdir.

Tədbirin işi donor təşkilat tərəfindən monitorinqi də həyata keçirildi.

Şura tərəfindən 1 nəfər müxbir və çəkilişlər aparmaq üçün 1 nəfər operator da tədbirdə iştirak edirdi.

Uşaqları Abşeron Milli Parkın qarşısında müdir Etibar İbrahimov və parkın bütün əməkdaşları qarşıladılar.

Abşeron Milli Parkı vəhşi təbiət ərazisi olduğundan Etibar müəllim uşaqlara təhlükəsizlik qaydaları haqqında məlumatlandıraraq, onları qaydalara riayət etmək tapşırığı verdi.

Etibar İbrahimov uşaqları Abşeron Milli Parkının xəritə sxemi ilə tanış etdikdən sonra parkın fauna və florasından bəhs edən lövhələrin qarşısına dəvət etdi. O, parkın təbii sakinləri olan heyvanlar və bitki örtüyü barədə olduqca maraqlı məlumatlar verdi. Etibar müəllim əraziyə Şirvan Milli Parkından köçürülən və əraziyə uyğunlaşmaları üçün xüsusi olaraq nəzarət və mühafizə edilən ceyranlar barədə də məktəblilərə ekoloji biliklər verdi. Parkın ərazisində avtobus gəzintisi zamanı uşaqlar, tülkünü təbii nühitdə gəzdiyini də müşahidə etdilər.

Etibar İbrahimov, uşaqları təbii mühitdə balıqları, tısbağa və su ilanlarını müşühidə etmələri üçün su hövzələri olan əraziyə gətirdi.

Uşaqlar maraqla müşahidələr apararaq şəkillər çəkdilər.

Eko Aləm ictimai birliyinin sədri Sevil Yüzbaşeva bildirdiki, marşurutun axırıncı məntəqəsi Şah dili ərazisinədir. Şah dili ərazisində təmizlik işi aparmaq lazımdır. Ərazi qorunduğundan elə də zibillənmir. Amma  dənizi və sahilyanı ərazilərdən insanlar tərəfindən atılan və dənizin sahilə çıxartdığı tullantıları toplayaraq təmizlik işi aparacayıq. Uşaqlara zibilləri toplamaq üçün kisələr və əlcəklər paylandı.

Uşaqlar və tədbir iştirakçıları parkın əməkdaşlarının nəzarəti altında Şah dili ərazisində təmizlik işləri apardılar.

Məktəblilər ərazidə təmizlik işi apararaq, olduqca maraqlı bir gün keçirdilər.

Tədbir zamanı uşaqlar ekoloji biliklərə yiyələnərək, ekoloji maarifləndilər.

Sonda uşaqlar üçün pik-nik təşkil edildi.

DSC04575 DSC04613 DSC04653 DSC04659

Eko Aləm ictimai birliyinin sədri                            Sevil Yüzbaşeva