Məktəblilər “məişət tullantılarsız çevrəmiz” mövzusunda ekoloji poster hazırladılar

DSC04732Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımı ilə həyata keçirdiyi ““Məişət tullantılarsız çevrəmiz” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin iş planına uyğun olaraq 23 may 2019-cu il tarixində ikinci tədbirini Saatlı rayonu Məzrəli kənd tam orta məktəbində həyata keçirtdi. Tədbirdə məktəbin beşinci sinif şagirdləri ilə yanaçı müəllim və valideyinlərdə iştirak edirdi.

Eko Aləm ictimai birliyinin sədri məktəblilərə ətraf mühitin məişət tullantıları ilə zibillənərək, çirklənməsi haqqında geniş məlumat verdi. O, bildirdiki məişət tullantıların idarə olunması yolları ümumiyyətlə çox azdır. Müasir dövrdə kimya sənayesinin inkişaf etməsi nəticəsində istehsal edilən və təbiətə atılan, çürüməyən plastik tullantıların ətraf mühitə və insan sağlamlığına olan zərərli təsirləri barədə uşaqlara misallar çəkərək, faydalı məlumatlar verdi. Eko Aləm ictimai birliyinin sədri Sevil Yüzbaşeva məişət tullantılarının idarə olunması sahəsində inkişaf etmiş ölkələrin təcrübəsindən də danışdı. O ölkəmizdə məişət tullantılar ilə olan problem barədə də uşaqlara məlumatlar verdi. Sevil xanım bildirdiki bu problemin tam həllini tapması, bizim hamımızdan yəni ölkə əhalisinin ətraf mühitə olan münasibətinin dəyişməsindən asılıdır. Ekoloji problemlərin həll olunması əhalinin ekoloji mədəniyyətinin, ekoloji şuurunun, ekoloji düşüncə tərzinin formalaşmasından asılıdır.

Sonra Sevil Yüzbaşeva layihə çərçivəsində hazırlanan əyani vəsaitlərlə uşaqları tanış edərək, ekoloji posterlər barədə məlumatlar verdi. Uşaqlar posterləri müşahidə edərək, posrerlərlərdə təsvir edilən ətraf mühitin vəziyyəti ilə bağlı verilən sualları müşahidə apararaq, öz fikirlərini söyləyirdilər. Bu isə məktəblilərdə  müşahidə etmək qabiliyyətinin, ekoloji düşüncə və ekoloji şüur kimi bacarıqların formalaşmasına şərait yaradırdı.

Tədbirin ikinci hissəsində uşaqlara dəftərxana materialları paylandı. Onlara məişət tullantılarsız çevrəmiz mövzusunda, ətraf mühitin vəziyyətini özündə əks etdirən, təbiət ərazisində olan zaman necə hərəkət etməli olduqları barədə öz beyinlərinin məhsulu olan “ekoloji poster” hazırlamaq tapşırığı verildi. Uşaqlar olduqca həvəslə çalışaraq maraqlı posterlər hazırladılar. Uşaqlar sonda hazırladıqları posterlərin ideya və məqsədi barədə izahatlar verərək, itirakçılara təqdim etdilər. Tədbirin işi nəinki uşaların, həmçinin böyüklərin ciddi marağına səbəb oldu. Bütün iştirakçılar böyük maraq və həvəslə tədbirdə iştirak etdilər. Məktəbin direktoru Günel Imanəliyeva və müəllimləri Eko Aləm ictimai birliyinin üzvlərinə faydalı fəaliyyətlərinə görə təşəkkür edərək, onlara ildə bir dəfə deyil bir neçə dəfə gəlmələrini və belə tədbirlərin tez-tez keçirtmələri barədə xahişlər etdilər. Tədbir zamanı uşaqlara su, şirə və şirniyyat paylandı.

.Tədbirdə foto-vidio çəkilişlər aparıldı.

Tədbir barədə məlumatlar KİV nümayəndələrinə, sosial şəbəkələrə, saytlara göndərildi.

DSC04688 DSC04700 DSC04731

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eko Aləm ictimai birliyinin sədri                            Sevil Yüzbaşeva