Eko Aləm İctimai Birliyi “EkoKönüllülük” hərəkatının təbliği” layihəsinin icrasına başlayır

eko-alem-logoEko Aləm İctimai Birliyi 29 sentyabr 2020-cı il tarixindən “Gənclər arasında “EkoKönüllülük” hərəkatının təbliği” layihəsinin icrasına başlayır. 

Layihənin əsas məqsədi ölkə ərazisində EkoKönüllülük hərəkatına start vermək və ətraf mühitin ekoloji çirklənməsində ictimai nəzarəti gücləndirməkdir.

Ölkə prezidenti cənab İlham Əliyev 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir. Azərbaycanda könüllülüyün tarixi milli dəyərlərimizə söykənir. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülük, öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllülük fəaliyyəti altruistik fəaliyyət sayılır və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Könüllü olmaq ona görə seçilir ki,insanlarla əlaqədə olmaq, cəmiyyətlə insanla qarşılaşmaq, insan pisxologiyyasını bilmək, ilk iş təcrübənə işlədiyin müəssisədə könüllü fəaliyyətinlə başlamaq, öz kariyerana ilk addım atmaqdır.

Könüllülük siyasətində əsas məqsəd bütövlükdə həm paytaxtda, həm də regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdir. Könüllülük fəaliyyəti əsasən gənclər arasında geniş yayılmaqdadır.

Ətraf mühitin könüllülüyü “EkoKönüllülük” hazırda dünyada getdikcə populyarlıq qazanır. Bu könüllü fəaliyyəti flora və faunanı qorumaq, şəhərin təmizliyini və ekoloji vəziyyətini qorumaq, səyahətlərə getmək, milli parklara səyahət və turistlər üçün ekoloji yollar çəkmək və s. kimi fəaliyyətləri əhatə edir.

Gənclər arasında EkoKönüllülüyü təbliğ etmək, gənclərin diqqətini yaşadııqları bölgədə yaranan ekoloji çirklənmələrlə bağlı problemləri həllində fəal iştirakını təmin etmək olduqca vacibdir. Ölkəmizdə də “EkoKönüllülük” hərəkatının geniş vüsət alması üçün bütün səylərimizi gücləndirəcəyik.