Eko Aləm ictimai birliyi İsmayıllı rayonu İvanovka kənd məktəbində son tədbirini həyata keçirtdi

DSC04917Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət tullantılarsız çevrəmiz” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin iş planına uyğun olaraq sonuncu tədbirini 12 iyun 2019-cu il tarixində İsmayıllı rayonu İvanovka kənd məktəbində həyata keçirtmişdir.

Tədbirdə İvanovka kənd məktəbin Azərbaycan və Rus bölmələrindən olan üçüncü, dördüncü və beşinci siniflərindən 25 şagird, məktəbin direktoru Radayeva Palina və  məktəbin müəllimləri iştirak edirdi.

Eko Aləm ictimai birliyinin sədri Sevil xanım Yüzbaşeva tədbir zamanı məktəblilərə ətraf mühitin məişət tullantıları ilə ekoloji çirklənmələri barədə həm azərbaycan həm də rus dillərində  məlumatlar verdi. O bildirdiki, məişət tullantıları probleminin tam həllini tapması, bizim hamımızdan yəni ölkə əhalisinin ətraf mühitə olan münasibətinin dəyişməsindən asılıdır. Gələcəyimiz olan uşaqlar təbiətimizin keşikçisi olmalı, onu qorumalı və müdafiə etməlidirlər. Ekoloji problemlərin həll olunması əhalinin ekoloji mədəniyyətinin, ekoloji şuurunun, ekoloji düşüncə tərzinin formalaşmasından asılıdır.

Sonra hazırlanan əyani vəsaitlərlə o, uşaqları tanış edərək, ekoloji posterlər barədə məlumatlar verdi. Uşaqlar posterləri müşahidə edərək, təsvir edilən ətraf mühitin vəziyyəti ilə bağlı sualları cavablandırdılar. Tədbirin ikinci hissəsində uşaqlara dəftərxana materialları paylandı. Onlara məişət tullantılarsız çevrəmiz mövzusunda, ətraf mühitin vəziyyətini özündə əks etdirən və təbiətdə olan zaman necə hərəkət etməli olduqları barədə öz beyinlərinin məhsulu olan “ekoloji poster” hazırlamaq tapşırığı verildi. Uşaqlar olduqca həvəslə çalışaraq maraqlı posterlər hazırladılar. Tədbirin sonda hazırladıqları posterləri  təqdim edərək, ideya və məqsədləri barədə izahatlar verdilər.

Tədbir yüksək səviyyədə keçirildi.

Tədbir zamanı uşaqlara su, şirə və şirniyyat paylandı.

Tədbirdə foto-vidio çəkilişlər aparıldı.

Tədbir barədə məlumatlar KİV nümayəndələrinə, sosial şəbəkələrə, saytlara göndərildi.

DSC04919 DSC04946 DSC04969

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eko Aləm ictimai birliyinin sədri                            Sevil Yüzbaşeva