Press reliz

1bEko Aləm ictimai birliyi, Aİ-nin Sıfır Çirklənmə Fəaliyyət Planı, 2021-ci ilin yazında planlaşdırılan Avropa
Yaşıl Müqaviləsinin əsasıda təşkil edilən “Yaşıl Həftə” siyasətini dəstəkləyir və bu tədbirlərə qoşulur.
Eko Aləm ictimai birliyi tədbirlər plannda nəzərdə tutulan ikinci tədbirini 5 iyun 2021-ci il tarixində
Abşeron Milli Parkında həyata keçirtmişdir. Tədbir zamanı “ekokönüllülük” təbliğ edilmiş, park
ərazisinə ekotur təşkil edilərək, gənc könüllülər ətraf mühit barədə məlumatlandırılmışlar. Könüllülər
həmçinin Sahilyanı ərazilərdə təmizlik aksiyası həyata keçirtmişlər. Xəzər dənizi sahilində küləyin
dənizdən gətirdiyi və parkın sahiyanı ərazisinə atdığı tullantıları toplayaraq, Qoruq ərazisinə xidmət
edən işçilərə yardım etmişlər.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində
keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali
arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi
vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 05 iyunun «Ümumdünya ətraf mühit günü» kimi qeyd
olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd
olunmağa başlandı.

AB Yaşıl Həftəsi 2021

İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası nəinki Avropa və eləcədə dünya üçün ciddi bir
təhlükədir.
Ətraf mühitin çirklənməsi hər kəsə – nəfəs aldığımız hava ilə, içdiyimiz su və ya yeməyimizi
becərdiyimiz torpaq vasitəsilə təsir edir.
Bu ən böyük səbəb hecab olunan ekoloji çirklənmələr, insanlar arasında xüsusi ilə həssas qrup hesab
edilən uşaqlar, sağlamlıq problemləri olanlar və qocalar arasında müxtəlif, çoxsaylı zehni və fiziki
xəstəliklərin yaranmasının və erkən ölüm hadisəsinin baş verməsinin ən böyük ekoloji səbəbi hesab
edilir.
Ancaq çirklənmələr hər kəsi eyni dərəcədə təsir etmir.
Bir sıra insanlar, daha əlverişsiz yerlərdə, çox vaxt çirkli ərazilərin yaxınlığında və ya nəqliyyat axını çox
yüksək olan ərazilərdə yaşayırlar və onlara bu ekoloji çirklənmələrə daha çox təsir edir.
Çirklənmələr həm də biomüxtəlifliyin itirilməsinin əsas səbəbidir.
Bu, ekosistemlərin özünübərpa sisteminin, karbon ayrılması və zərərsizləşdirilməsi kimi xidmətlər
göstərmək qabiliyyətini azaldır.
Ancaq bunun qarşısını almaq olar.
Aİ-nin Sıfır Çirklənmə Fəaliyyət Planı, 2021-ci ilin yazında planlaşdırılan Avropa Yaşıl Müqaviləsinin əsas
hadisəsidir. Monitorinqi və hesabatları yaxşılaşdıraraq, hava, su, torpaq və istehlakçı məhsullarından
çirklənmənin qarşısını almaq və aradan qaldırmaqla AB-də zəhərsiz bir mühit yaratmağa kömək
edəcəkdir.
Eyni zamanda COVID 19-dan qurtulmağı dəstəkləyəcək, daha davamlı AB iqtisadiyyatının bərpasına
kömək edəcək, iş imkanları yaradacaq və sosial bərabərsizlikləri azaldacaq. Avropa Yaşıl Həftəsi 2021
“sıfır çirklənmə ehtirası” na həsr ediləcək. İqlim təşəbbüsləri, yaxınlaşan Kimyəvi maddələr strategiyası
və enerji, sənaye, mobillik, kənd təsərrüfatı, balıqçılıq, sağlamlıq və biomüxtəliflik təşəbbüsləri kimi
digər Avropa Yaşıl Müqavilə təşəbbüslərini də nəzərdən keçirəcəkdir.
AB Yaşıl Həftəsi 2021, bütün maraqlı tərəflər və maraqlanan vətəndaşlarla sıfır çirklənmə və sıfır
toksiklik hədəfini reallığa çevirmək üçün necə birlikdə çalışa biləcəyimizi müzakirə etmək üçün bir
fürsət verəcəkdir.

3a 4a 6 7 10