Eko Aləm ictimai birliyi yeni layihənin icrasına başlayır

eko-alem-logo01.02.2022. Eko Aləm ictimai birliyi 1 fevral 2022-cı il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsinin icrasına başlayır. Alternativ energetika daha çox dayanıqlı inkişafa xidmət edən və gələcəyə xidmətə yönələn perspektiv bir sahədir. Ətraf mühit çirklənmədən (torpaq, su, hava) qorumaq üçün Alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğun hesab edilir. Hazırda “yaşıl enerji” texnologiyası dünyada çox sürətlə inkişaf edir və yəqin ki, gələcəkdə onlar ətraf mühit üçün zərərli təsirlərə malik atom elektrik stansiyaları kimi digər enerji mənbələrini də əvəz edə biləcəkdir.  Azərbaycan əlverişli təbii şəraitinə görə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Mövcud olan bir neçə bərpaedilən enerji çeşidlərindən, Azərbaycanda altısından istifadə edilir.  Layihə işi zamanı ABOEM növləri sahəsində həyata keçirilən işlər, icra olunan layihələr və bu sahədə yaranan problemlər araşdırılacaqdır. ABOEM sahəsində həyata keçirilən və hazırda icrada olan layihələrin aktual vəziyyətini araşdırmaq üçün vizual monitorinqlərin həyata keçiriləcək. Layihə çərçivəsində həmçinin işğaldan azad olan Qarabağ İqtisadi ərazisi üzrə BOEM sahəsində aparılan bərpa və quruculuq işlərinin vizual monitorinqlər, real vəziyyətlə bağlı çəkilişlər aparılacaq. Çəkilişlər əsasında vidio film hazırlanacaq və youtub kanalında yerləşdiriləcək. Araşdırma nəticəsi olaraq Yekun Siyasət Sənədi hazırlancaq və ictimaiyyətin diqqətinə çatdırılmaq üçün təşkilatın saytında yerləşdiriləcək.

 

Eko Aləm İctimai Birliyinin

sədri: Sevil xanım Yüzbaşeva