Ətraf mühitin çirklənməsi – Alternativ və Bərpa Olan Enerji Mənbələri səmərəliliyi araşdırılmışdır

Suraxani-2Eko Aləm ictimai birliyi 3 mart 2022-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri” səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsində iş cədvəlinə uyğun olaraq  ilk tədbirini həyata keçirtmişdir.

Layihənin əsas məqsədi Azərbaycanda ətraf mühitin çirklənməsinə ciddi təsir edən, enerji alınması məqsədi ilə istifadə edilən təbii yanacaq növlərinin azaldılmasına, təbiətin mühafizəsinə və qorunmasına xidmət edən Alternativ və Bərpa olunan enerji Mənbələrindən istifadə edilməsi sahəsində görülən işlərin araşdırılmasıdır.  Layihənin icrası, ölkə Prezidenti cənab İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətinə, ictimai nəzarəti həyata keçirilmək, ictimai iştirakçılığı gücləndirmək istiqamətindəki verdiyi tövsiyələrinə xidmət  edir.

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində və eləcədə ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, bio-kütlə enerjisi) geniş istifadə olunur. Sənayenin və kənd təsərrüfatının sürətli inkişafı, əhalinin sayının artması, gündəlik məişətdə istifadə edilən enerji işlədicilərinin sayının kəskin çoхalması, üzvi və qeyri-üzvi yanacaqlara olan tələbatı artırmışdır. Bu isə təbii ehtiyatların azalmasına, ətraf mühitin kəskin çirklənməsinə və iqlim dəyişmələrinə səbəb olmuşdur. Bu problemin həlli  alternativ enerji mənbələrinin aхtarılması və istifadəsi zərurətini meydana çıхartmışdır. Bərpa olunan enerji növlərinin tətbiq edilməsi, ətraf mühitin sağlamlaşmasına kömək edir.

Tədbirləri keçirtmək üçün aidiyyatı dövlət qurumlarına məktublarla müraciətlər edilmişdir. Məktublar Azərbaycan Respublikasının Energetika Naziri cənab Pərviz Oqtay oğlu Şahbazova və Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru cənab Əmmayev Təbriz Bilal  oğluna  dəstək vermələri üçün ünvanlanmışdır. Tədbirlərin işində Eko Aləm ictimai birliyinin monitorinq qrupunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Şirinov Cahid Hüseyin oğlu  müşaət etmiş, stansiyalar barədə geniş məlumat verərək, bizi maraqlandıran sualları cavablanmışdır.

Layihə işi üzrə vizual monitorinqlər işlək olan Pirallahı və Suraxanı (GES) günəş stansiyalarında həyata keçirilmişdir.

Pirallahı GES-sı  Pirallahı rayonunun şimal-şərq hissəsində iki hektar istifadəyə yararsız torpaq sahəsində tikilmişdir. Hazırda stansiya fəaliyyət göstərir. Burada hər birinin gücü 250Vt olan 4400 ədəd  “AZGÜNTEX” günəş paneli quraşdırılıb. Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi əsasən enerji təhlükəsizliyinin yüksəldilməsinə, təbii qaza qənaət olunmasına, atmosferə atılan zərərli tullantıların azalmasına, ekoloji tarazlığın təmin olunmasıma xidmət edir.

Açıq mənbələrdə apardığımız araşdırmalar zamanı Pirallahı adasında “Külək adası-1” Xəzər akvatoriyasında Pirallahı və Çilov adalarını birləşdirən unikal külək elektrik stansiyası barədə qəzetlərdə gedən məlumatlara da rastlanmışdı. Bizi maraqlandıran bu layihə barədə gedən məlumatların həqiqət olmadığı aydınlaşdı. Monitorinqlər zamanı bu layihənin həyata keçirilmədiyi məlum oldu.

Suraxanı Günəş Elektrik Stansiyası Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ekoloji vəziyyəti sağlamlaşdırılmiş və landşaft bərpa  işləri aparılmış ərazidə inşa edilmişdir.  Tikintisinə bərpa edilmiş altı hektar sahədə 2013-cü ildə başlanılmış və 22 may 2014-cü ilin iyulunda istifadəyə verilmişdir. Ərazidə salınmış Suraxanı GES-da  yerli istehsal olan gücü 250Vt olan 6235 ədəd “AZGÜNTEX” günəş panelləri quraşdırılmışdır.

Stansiyalarda mütəmadi olaraq panellərə texniki xidmət göstərilir və bu zaman ətraf mühitin mühafizəsinə də ciddi diqqət yetirilir.

suraxani-1 Suraxani-3

 

 

 

 

 

 

Eko Aləm İctimai Birliyinin

sədri:                                              Sevil xanım Yüzbaşeva