Eko Aləm İB “Xəzər dənizi sahilinin məişət tullantılardan təmizlənməsi-sağlam mühit, sağlam uşaqlar mövzusunda təbliğat və təşviqatın aparılması” layihəsinin icrasına başlamışdır

eco-logoEko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xəzər dənizi sahilinin məişət tullantılardan təmizlənməsi-sağlam mühit, sağlam uşaqlar mövzusunda təbliğat və təşviqatın aparılması” layihəsinin icrasına başlamışdır. Layihədə nəzərdə tutulan ekoloji maarifləndirici tədbirlər Xəzər rayonu Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tagiyev adina 123 sayli orta məktəb  şagirdləri ilə həyata keçiriləcəkdir.

DSC03015Bu gün 7 aprel 2015  ci il “Ümumdünya Sağlamlıq Günü” kimi qeyd tədbiri olunan tarixində Eko Aləm İctimai Birliyi “Sağlam mühit, sağlam uşaqlar mövzusunda təbliğat və təşviqatın aparılması” mövzusunda ilk tədbirini Xəzər rayonu Mərdəkan qəsəbəsi Hacı Zeynalabdin Tagiyev adina 123 sayli orta məktəbdə  keçirtmişdir. Tədbirdə nəktəb direktoru və müəllimləri də iştirak etmişlər. Tədbir məktəblilərin aktiv iştirakı ilə keçmişdir.

 “Ümumdünya Sağlamlıq Günü” 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir və həmin gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)   yaradılması haqqında qərar qəbul edilmişdir. O vaxtdan 7 aprel tarixi Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.  Ümumdünya Səhiyyə Təşkilatı – Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Ümumdünya Səhiyyə Təşkilatına üzv dövlətlərin sayı 194-dür. Ümumdünya Səhiyyə Təşkilatı orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır.

DSC030002015-ci ildə Ümumdünya Sağlamlıq Günü “Ərzaq təhlükəsizliyinə – Qlobal baxış” başlığı altında qeyd olunur. Günün əsas məqsədi, dünyanın diqqətini qida təhlükəzsizliyinə yönəltmək, qeyri-sağlam qida nəticəsində baş veriən ölüm hallarının qarşısını almaq və ictimaiyyəti bu mövzuda məlumatlandırmaqdır.

Hər il 2milyon insan ölümü, xüsusən də uşaq ölümü məhz çirklənmiş su və ya qidanın nəticəsində baş verir. 200-dən çox xəstəliyin yaranma səbəbi, diareyadan xərçəngə qədər, məhz qeyri-sağlam; bakteriya, virus, parazitlərlə və kimyəvi cəhətdən çirklənmiş qidalardır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *