Təmizlik aksiyası

ham_Eko Aləm İB Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Xəzər dənizi sahilinin məişət tullantılardan təmizlənməsi-sağlam mühit, sağlam uşaqlar mövzusunda təbliğat və təşviqatın aparılması” layihə çərçivəsində 1may 2015-ci il tarixində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Hacı sevilZeynalabdin Tagiyev adina 123 sayli Tam Orta məktəb şagirdləri və müəllimləri ilə Xəzər rayonu Şüvəlan qəsəbəsində Xəzər dənizi sahilində yerləşən çimərlik ərazisində “Təmizlik Aksiyası” həyata keçirmişdir.Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələri,  Xəzər Rayon YAP şöbəsindən nümayəndələr, Xəzər Rayon MKTB -dan Novruzov Yaşar, Bakı Şəhər Təhsil İdarəsindən Əliyev Rövşən, 43 № – li Ekoloji Mərkəzin direktoru Calalov Salam,  43 № – li ŞET və TM – dən Yaqubova Tamilla xanım, VC üzvləri QHT nümayəndələri   iştirak etmişlər.

zibilLayuhə çərçivəsində hazırlanmış   “Dünyanın tullantı problemi” adlı broşur uşaqlara paylanmış,  ” ƏTRAF MÜHİTİ QORU! TOPLA, TƏMİZLƏ, TULLANTILARI AZALT! adlı poster uşaqlar tərəfindən çimərlikdəki obyektlərin divarlarından insanların ekoloji maariflənməsi üçün uşaqlar tərəfindən asılmışdır. Tədbirin işi Az TV-nin Mədəniyyət Şöbəsi və 13 İnternet TV Kanalı tərəfindən çəkilişlər aparılmışdır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *