“Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti”İctimai Birliyi yeni layihə icra edir

10814144_1594167380854162_793345108_nLayihə Biləcəri Dəmiryol Deposu ərazisində  yaşayan  məcburi köçkün    sahəsinin Yerli Bələdiyyə olan Biləcəri Bələdiyyəsi ilə birgə əməkdaşlıq sayəsində məişət tullantılarından təmizlənməsi və ekoloji mühitin idarəolunan vəziyyətə gətirilməsindən bəhz edir.

Məqsədə uyğun olaraq  İctimai Birlik  Biləcəri Dəmiryol Deposunun  2000 kavadrat metr ərazisində  yerləşən məcburi köçkün ərazisinin məişət tullantılarından təmizlənməsi və  ərazinin abadlaşdırlaraq zəruri tədbirlər görmək məqsədi ilə layihəni həyata keçirir.

Layihə çərçivəsində  haqqında danışılan ərazi bələdiyyə texnikası vasitəsi ilə məişət tullantılarından təmizlənərək daşınılır.Təmizlənmiş ərazi daş qırıntıları ilə örtülərək ərazinin müxtəlif yerlərinə zibil qabları yerləşdirilir.

Layihənin zəruriliyindən danışan Birliyin sədri Şəfəq Qədirli qeyd etdi ki,adı çəkilən ərazidə məcburi köçkünlərin həm yaşamaları həm də kiçikbuynuzlu heyvanlar saxlaması ərazidə olduqca acınacaqlı ekoloji vəziyyət yaradıb.Xüsusiylə yay aylarında  ərazi hədsiz dərəcədə pis qoxu verir,uşaqların küçəyə çıxmasına imkan vermir. Eyni zamanda sakinlər gündəlik məişət tullantılarını dəmiryol reslərinə ataraq qatarların normal hərəkətinə müəyyən çətinliklər yaradırlar.Belə bir problemin həllində iştirakdan qürur duyduğunu bildirən Birliyin sədri  Şəfəq Qədirli layihənin əsas faydalarını sadaladı:

_Bələdiyyələrlə işbirliyi sayəsində məcburi köçkün insanlarının yaşadıqları ərazilər tullantılardan təmizlənəcək

-Bələdiyyə və QHT münasibətləri yeni fəaliyyət siferasına keçəcək,ən azından Biləcəri ərazisində

_Dəmiryol reislərinin təmizlənməsi  nəticəsində qatarların normal  hərəkətinə  imkan yararadılacaq

_Ərazidə yaşayan insanların,xüsusiylə uşaqların  sağlam və rahat həyat şəraitinə səbəb olunacaq

_Bələdiyyələrlə birgə fəaliyyət nəticəsində ərazinin bələdiyyə təmizləmə sisteminə daxil olmasına səbəb olunacaq.

Sonda Birliyin sədri bundan sonrakı fəaliyyətlərində də vətəndaş cəmiyyətinin əsaslarından birini təşkil edən Bələdiyyələrlə birgə fəaliyyətə xüsusi səy və təşəbbüs göstərəcəklərini bildirdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *