Eko Aləm ictimai birliyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihəsi ilə qalib oldu

eko-alem-logoEko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-6-cı il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Niyə dövlət təbiət qoruqlarında  və milli parklarda uşaqları maarifləndirmək lazımdır? Müasir təhsil sistemində uşaqlara verilən biliklər öz quruluq və yayındırıcı xüsusiyyəti ilə səciyyələnir. Təbiətlə ünsiyyətdə olmadan onu başa düşmək olmaz –  başa düşmədən ona qarşı sevgi yaranmaz –  sevgi olmadan isə onunla vəhdət təşkil etmək olmaz. İnsan həyatı boyu ətraf mühiti tədricən dərk edərək, ona sahib çıxmağa onu mənimsəməyə başlayır.  Ətraf mühit haqqında ilkin məlumatları qəbul etməyə insan təfəkkürü yalnız uşaq vaxtı maksimum açıq olur. Təbiəti dərk edərək, onun haqqında ilkin şərhi də elə bu yaşdan başlayaraq verir. Yaş həddi artdıqca ətraf mühitə qarşı həssaslıq kəskin azalmağa başlayır. Hər bir uşaqda təbiətə maraq genetik olaraq mövcuddur. Təsadüfi deyildir ki, uşaqlar məsələn qarışqaları saatlarla müşahidə edə bilərlər. Bunda təəcüblü heç nə yoxdur, ona görə ki, biz təbiətin övladlarıyıq. İnsan və təbiət arasındakı təbii seçim – sülhün keşiyində dayanan bəşəriyyətin birliyindən keçir. Təbiətlə kifayət qədər maraqlanmayanların  yaşamaq üçün heç bir şansı olmur. Böyük bir informasiya mühitinə malik olmalarına baxmayaraq, indiki zamanda özləri üçün süni yaşam mühiti yaradan insanlar, təbiəti hiss edərək, başa düşmək iqtidarına malik deyildirlər. Bu əhəmiyyətli dərəcədə təhsil-təlim prosesində uşaqların təbiət ilə birbaşa əlaqələrinin olmaması ilə bağlıdır. Bütün bunlardan məhrum olan hər hansı bir insan, ayaqlarının altındakı torpağı hiss etmir, onun dəyərini və qiymətini bilmir, vətən, torpaq və onun qarşısında “borc”un nə demək olduğunu belə başa düşmür. Təhsil təlim prosesində şagirdlərin, qorunan təbiət ərazilərinə səyahəti  təbiət ilə əlaqəyə daxil olmağa, onu sevməyə, qorumağa başlamaq üçün bir əsas ola bilər.

Eko Aləm İctimai Birliyi 2 may 2016-cı il tarixindən layihə işinin icrasına başlayır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *