Eko Aləm İctimai Birliyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihəsinin icrasını davam etdirir

Selyan1Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihə işində nəzərdə tutulan və fəaliyyət planına uyğun olaraq 12 may 2016-cı il tarixində ilk tədbirini həyata keçirtmişdir. Bakı Türk Anadolu Lisesinin Orta Okulundan 6, 7, 8 – ci sinif öyrəncilərindən ibarət 26 nəfər uşaq, 2 nəfər öyrətmən, bir neçə QHT nümayəndəsi və Eko Aləm İctimai Birliyinin üzvlərindən ibarət “Təbiətin dostları” qrupu yaradılmış və Şirvan Milli Parkına səyahət təşkil edilmişdir.  Eko Aləm İctimai Birliyi Şirvan Milli Parkına bu səfəri təşkil etmək üçün Ekalogiya Təbii Sərvətlər Naziri  cənab H. Bağırova məktubla müraciət etmişdir. Tədbir onların razılığı və dəstəyi ilə həyata keçirilmişdir.

Parkın ərazisində Milli Parkın direktoru Elşən Məcidov uşaqları qarşılamış onları salamladıqdan sonra gərəkli məsləhətlərini vermişdir. Uşaqları Milli Parkın ərazisini gəzdirmək üçün onlara bələdçi təhkim etmişdir.

Bələdçi Hikmət Qəmbərov  “Təbiətin dostları” adlı öyrəncilərdən ibarət qrupu Şirvan Milli Parkın fauna və florası ilə etmiş və olduqca maraqlı məlumatlar  vermişdir. Uşaqlar Şirvan milli Parkında yaşayan ceyranları təbii yaşayış yerlərində müşayət etmək imkanı əldə etmiş, ətraf mühiti müşahidə edərək şəkillər çəkmişlər.

Uşaqlar  Şirvan Milli Parkında olduqca  zəngin biliklərlə dolu maraqlı bir gün keçirtmişlər.  Keçirilən bu tədbirin manitorinqini aparmaq üçün  Şura Katibliyin Məsləhətçisi xanım Gülsəba Ələsgərova da tədbirin işində iştirak etmişdir.

Bu səfərdə ümumilikdə 39 nəfər iştirak edib.

Eko Aləm İctimai Birliyinin sədri                                       Sevil xanım Yüzbaşeva

salyan3 salyan5 salyan6 salyan7 salyan8 salyan9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *