Category Archives: Heyət

Eko – Aləm İctimai Birliyinin üzvünün şəxsi vərəqi

 Eko – Aləm İctimai Birliyinin üzvünün

Şəkili

 

 

 

 

 

Adı:_____________________________________________________________________________________

 

Soyadı__________________________________________________________________________________

 

Atasının adı ______________________________________________________________________________

 

Doğulduğu il, ay, gün: ______________________________________________________________________

 

Təhsili:__________________________________________________________________________________

( təhsil aldığı müəssisənin adı və ixtisası)

________________________________________________________________________________________

 

________________________________________________________________________________________

Yaşadığı ünvan: __________________________________________________________________________

 

_______________________________________________________________________________________

Qeydiyyatda olduğu ünvan: _________________________________________________________________

________________________________________________________________________________________

Telefon: _________________________________________________________________________________

 

Mobil:   __________________________________________________________________________________

 

E – mail: _________________________________________________________________________________

 

 

Daimi iş yeri: _____________________________________________________________________________

 

 

 

İmza:  ____________________                             Tarix: ________________________

 

 

Ərizə forması

                                                                                  Eko – Aləm İctimai Birliyinin

                                                                                   İdarə Heyətinə

                                                                                   Eko – Aləm İctimai Birliyə üzv

                                                                                   olmaq üçün

                                                Ərizə

Mən     _______________________________________________     Eko –  Aləm İB- nin

                                                      (adı, soyadı atasının adı)

nizamnaməsi ilə tanış oldum. Xahiş edirəm məni   birliyin üzvlüyünə qəbul edəsiniz.

İmza:  ____________________                             Tarix: ____________________

“Eko- Aləm” İctimai Birliyi təsisçilərinin ümumi yığıncağın 2009-ci il

                   “Eko- Aləm” İctimai Birliyi təsisçilərinin ümumi yığıncağın

                                                 3 saylı protokolu

     Bakı şəhəri                                                                                  09 aprel 2009-ci il

     Təsis yığıncağında iştirak edirdilər:

        1. Yüzbaşeva Sevil İsmayıl qızı

        2. Cəbrayılov  Eldar Kamal oğlu

      3 .Kərimova İradə İsmayıl qızı

       4. Yüzbaşeva Könül Əhməd qızı

       5. Abbasova Ülkər Rövşən qızı

          İclasın keçirilməsi üçün beş nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər.  Yüzbaşeva  Könül iclasa sədrlik etmək üçün Cəbrayılov Eldar Kamal oğlunun  namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu.  Lehinə 5 nəfər olmaqla Cəbrayılov Eldar Kamal oğlu iclasın sədri seçildi. Cəbrayılov  Eldar Kamal oğlu Yüzbaşeva Könülü iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Yüzbaşeva Könül 5 səs lehinə olmaqla iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

                                            Gündəlik məsələ:

        1. “Eko – Aləm” İctimai Birliyinin ötən iki il ərzindəki fəaliyyəti barədə təşkilatın sədrinin hesabatı:

        2. Təşkilatın 2009 – cu ilin əvvəlindən bu günə  gördüyü işlər.

        3. 2009-2010 illər üçün təşkilatın rəhbərliyinə Yeni sədrin seçilməsi.

        4. Cari məsələlər.

           İclasa sədrlik edən  Cəbrayılov Eldar Kamal oğlu iclası açıq elan etdi. Katibdən kompyuterin arxasına keçərək protokol üçün qeydlər etməsini xahiş etdi. Sonra o, təşkilat üzvlərinə şəxsi telefonlarına zəng vurub onları 9 aprel 2009 – cu il tarixində keçiriləcək Ümumi yığıncaq haqqında hamının məlumatlandırıldığını söylədi. Cəbrayılov Eldar birinci və ikinci məsələlər barədə danışmaq üçün təşkilata sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızına hesabat vermək üçün söz verdi.

           Birinci və ikinci məsələ ilə bağlı 2006- 2009 – cu illər ərzində təşkilata sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızı geniş məlumat verdi. O, çıxışı zamanı təşkilata ağır itki üz verdiyindən, təsisçimiz və həm də əzizimiz və yaxınımız olan İradə xanım Kərimovanın vaxtsız, qəflətən dünyasını dəyişdiyindən, təşkilat üzvlərinin şok keçirdiyindən və daxili fəaliyyətimizin iflic vəziyyətə düşdüyü barədə məlumat verdi. Sevil xanım təklif etdi ki, mərhum İradə xanımın təşkilatın yaranmasında böyük xidmətləri olduğu üçün onun əziz xatirəsinə ehtiram olaraq adın əbədi təşkilat üzvlərinin siyahısında qalacaqdır. O, bildirdiki, təşkilat öz fəaliyyətini bərpa etməyə və keçirdiyi daxili şok vəziyyətindən yalnız 2008-ci ilin axırında özünü toplayaraq işə başlamağa səy göstərdi. Bir təşkilat kimi aktiv fəaliyyət göstərməyə başlayaraq, bir neçə müsabiqələrə iştirak etdi. Bu müraciətlər uğurlu oldu və bizim ilin əvvəlindən artıq ikinci layihəmizə maliyyə dəstəyi göstəriləcəyi barədə hesabat verdi. Artıq birinci layihəmiz sona çatmaq üzrədir, ikincisi ilə müqavilə Dövlət Dəstəyi Şurası ilə bu yaxınlarda müqavilə imzalanası üçün tələb olunan sənədlərin hazırlanmasından sonra həyata keçəcəkdir. Sonda isə o, təşkilatın normal fəaliyyət göstərdiyini söylədi.

          Gündəliyin üçüncü məsələsi ilə əlaqədar  Cəbrayılov  Eldar Kamal oğlu çıxış edərək bildirdi ki, hazırda Nizamnamənin tələblərinə uyğun olaraq İdarə Heyətini və sonrakı iki il üçün yeni sədri seçmək lazımdır.  Söz alan Abbasova Ülkər Rövşən qızı     qeyd olunanlara əlavə olaraq , Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü və onun İB-nin sədri seçilməsini təklif etdi. Təklif səsə qoyuldu.

Lehinə -5 nəfər olmaqla Yüzbaşeva Sevil İsmayıl qızının “Eko- Aləm” İB-nin yenidən sədri seçilməsi barədə qərar qəbul edildi. Bundan sonra üç nəfərdən ibarət İdarə Heyəti aşağıdakı tərkibdə seçildi.

1. Yüzbaşeva Sevil İsmayıl qızı

2. Cəbrayılov  Eldar Kamal oğlu

4. Yüzbaşeva Könül Əhməd qızı

          Yığıncağa sədrlik edən Cəbrayılov  Eldar Kamal oğlu gündəliyin dördüncü məsələsi Cari məsələlər barədə təşkilat üzvü olan yığıncaq iştirakçılarına müraciət etdi. Təşkilat daxili məsələlər müzakirə edildi.

     “Eko- Aləm” İB-nin II ümumi yığıncağı Qərara aldı:

    1. . Yüzbaşeva Sevil İsmayıl qızı “Eko- Aləm” İB-nin 9.04.2009 –cu ildən 9.04.2011 –ci ilə qədər təşkilatın sədri seçilsin.

    2. Bu illər üçün üç nəfərdən Yüzbaşeva Sevil İsmayıl qızı,

    3. Yüzbaşeva Sevil İsmayıl qızı “Eko- Aləm” İB-nin sədri seçilsin, Cəbrayılov  Eldar Kamal oğlu

və Yüzbaşeva Könül Əhməd qızından ibarət İdarə heyəti seçilsin.

             Yığıncağın sədri:                           Cəbrayılov  Eldar Kamal oğlu

             Yığıncağın katibi:                          Yüzbaşeva Könül Əhməd qızı

                                                     İştirak edənlər:

1. Yüzbaşeva Sevil İsmayıl qızı

2. Cəbrayılov  Eldar Kamal oğlu

4. Yüzbaşeva Könül Əhməd qızı

5. Abbasova Ülkər Rövşən qız

 

“Eko- Aləm” İctimai Birliyi təsisçilərinin yığıncağının 2006-ci il

                   “Eko- Aləm” İctimai Birliyi təsisçilərinin yığıncağın

                    2 saylı protokolu

     Bakı şəhəri                                                                                  01 iyun 2006-ci il

     Təsis yığıncağında iştirak edirdilər:

      1. Yüzbaşeva Sevil İsmayıl qızı

      2. Cəbrayılov  Eldar Kamal oğlu

      3 .Kərimova İradə İsmayıl qızı

           İclasın keçirilməsi üçün təsisçilər prosedura qaydalarına müvafiq olaraq üç nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Cəbrayılov Eldar Kamal oğlu iclasa sədrlik etmək üçün Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu.  Lehinə 3 olmaqla Yüzbaşeva Sevil İsmayıl qızı iclasın sədri seçildi. Yüzbaşeva Sevil İsmayıl qızı Cəbrayılov  Eldar Kamal oğlunun iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Cəbrayılov  Eldar Kamal oğlu 3 səs lehinə olmaqla iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

                                            Gündəlik məsələ:

        1. “Eko – Aləm” İctimai Birliyinin dövlət qeydiyyatına alınması haqqında məlumatın verilməsi.

        2. “Eko – Aləm” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı sədrin seçilməsi .

           Gündəliyin müzakirəsinə başlanıldı.

            Yüzbaşeva Sevil İsmayıl qızı gündəliyin  birinci məsələsi ilə əlaqədar çıxış etdi. O, “Eko- Aləm” İB-nin 26 may 2006 – cı  il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində  Dövlət qeydiyyatına alınması barədə məlumat verərək təsisçiləri bu şad xəbər münasibəti ilə təbrik edərək  gələcək işlərində onlara uğurlar arzuladı.

         Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar o, bildirdi ki, qeydiyyatdan keçdikdən sonra təşkilatın sədri məsələsinin təsisçilərin ümumi yığıncağı tərəfindən yenidən seçilməsi və yaxudda ki, seçilmiş sədrin səlahiyyətlərinin təsdiqlənməsi gündəlikdə durur. Bu məsələ barədə təsisçilərin təklifini öyrənmək vacibdir.

         Çıxış üçün Cəbrayılov  Eldar Kamal oğlu söz verildi. O, bildirdiki bundan əvvəlki iclasda  Yüzbaşeva Sevil İsmayıl qızı təşkilata sədr seçilmişdi və keçirilən iclasdan qısa bir zaman keçməsinə baxmayaraq, bu müddət ərzində Sevil xanım təşkilatın qeydiyyata alınması üçün  yaxşı çalışmış, sənədləri hazırlamış və qeydiyyata vermişdir ki,  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində tərəfindən  Dövlət qeydiyyatına alınmışdır.

           O, təklif etdi ki,  Yüzbaşeva Sevil İsmayıl qızı təşkilata sədr vəzifəsində qalsın.

           Təklif səsə qoyuldu.

           Lehinə-3 nəfər olmaqla “Eko- Aləm” İB-nin sədr vəzifəsində Yüzbaşeva Sevil İsmayıl qızı yenidən təsdiq olundu.

                        “Eko- Aləm” İB-nin təsisçilərinin 2 saylı yığıncağı Qərara alır:

    1. Yüzbaşeva Sevil İsmayıl qızı “Eko- Aləm” İB-nin sədri vəzifəsinə yenidən təsdiq edilsin.

    .

             Yığıncağın sədri:                           Yüzbaşeva Sevil İsmayıl qızı

             Yığıncağın katibi:                          Cəbrayılov  Eldar Kamal oğlu

                                                     İştirak edənlər:

    Yüzbaşeva Sevil İsmayıl qizi

    Cəbrayılov  Eldar Kamal oğlu

     Kərimova İradə İsmayıl qizi

“Eko- Aləm” İctimai Birliyi təsisçilərinin yığıncağının 2006-ci il

                                                 1 saylı protokolu

     Bakı şəhəri                                                                                  09 aprel 2006-ci il

     Təsis yığıncağında iştirak edirdilər:

      1. Yüzbaşeva Sevil İsmayıl qızı

      2. Cəbrayılov  Eldar Kamal oğlu

      3 .Kərimova İradə İsmayıl qızı

           İclasın keçirilməsi üçün təsisçilər prosedura qaydalarına müvafiq olaraq üç nəfər arasından  bir nəfərin iclasın sədri və bir nəfərin isə katib seçilməsini müzakirə etdilər. Cəbrayılov Eldar Kamal oğlu iclasa sədrlik etmək üçün Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu.  Lehinə 3 olmaqla Yüzbaşeva Sevil İsmayıl qızı iclasın sədri seçildi. Yüzbaşeva Sevil İsmayıl qızı Cəbrayılov  Eldar Kamal oğlunun iclasın katibi olması üçün namizədliyini irəli sürdü. Təklif səsə qoyuldu. Cəbrayılov  Eldar Kamal oğlu 3 səs lehinə olmaqla iclasın katibi seçildi. Sonra gündəlik məsələlər müzakirə olundu və gündəlik müəyyənləşdirildi.

                                            Gündəlik məsələ:

          1.  “Eko – Aləm” İctimai Birliyinin təsis edilməsi.

          2.  “Eko – Aləm” İctimai Birliyinin Nizamnamə layihəsinin müzakirəsi və təsdiqi.

     3. “Eko- Aləm” İctimai Birliyinin rəhbər orqanlarının seçilməsi (İdarə heyəti, Nəzarət təftiş komissiyası) və ya İB-nin ümumi yığıncağı çağırılanadək təşkilatın idarə olunması qaydaları haqqında.

          4. “Eko- Aləm” İctimai Birliyinin möhür, künc ştampı və embleminin eskizlərinin təsdiqi.

        5. “Eko- Aləm” İctimai Birliyinin İB-nin  dövlət qeydiyyatı ilə bağlı maraqlarını təmsil edən hüquqi təmsilçinin seçilməsi.

           Gündəliyin müzakirəsinə başlanıldı. Yüzbaşeva Sevil İsmayıl qızı gündəliyin  birinci məsələsi ilə əlaqədar çıxış etdi. Sonra söz Kərimova İradə İsmayıl qızına verildi. O, “Eko- Aləm” İB-nin məqsəd və vəzifələrindən danışdı, təşkilatın təsis edilməsinin məqsədəuyğun olduğunu təklif etdi. Təklif səsə qoyuldu.

Lehinə-3 nəfər olmaqla “Eko- Aləm” İB-nin təsis olunması yekdilliklə qərara alındı.

         Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar çıxış üçün söz Cəbrayılov  Eldar Kamal oğluna  verildi. O, İB-nin Nizamnamə layihəsini oxudu.

           Müzakirələrdən sonra sədr Nizamnaməyə əlavə və düzəlişlərin olub-olmadığını soruşdu. Başqa təklif olmadığından iştirakçılar  Nizamnamənin bəyənildiyini bildirərək səsə qoyulmasını  təklif etdilər. Təklif səsə qoyuldu. Lehinə-3 nəfər olmaqla “Eko- Aləm” İB-nin nizamnaməsi yekdilliklə qəbul edildi.

          Gündəliyin üçüncü məsələsi ilə əlaqədar  Cəbrayılov  Eldar Kamal oğlu çıxış edərək bildirdi ki, hazırda Nizamnamənin tələblərinə uyğun olaraq İdarə Heyəti və digər orqanları tam tərkibdə seçmək mümkün olmadığından İB-nin ümumi yığıncağı keçirilənədək idarəetmə bir nəfər səlahiyyətli şəxsə  etibar olunmalıdır. Söz alan Kərimova İradə İsmayıl qızı  qeyd olunanlara əlavə olaraq , Yüzbaşeva Sevil İsmayıl qızının namizədliyini irəli sürdü və onun İB-nin sədri seçilməsini təklif etdi. Təklif səsə qoyuldu.

Lehinə -3 nəfər olmaqla Yüzbaşeva Sevil İsmayıl qızının “Eko- Aləm” İB-nin sədri seçilməsi barədə qərar qəbul edildi.

          Yığıncağa sədrlik edən Yüzbaşeva Sevil İsmayıl qızı gündəliyin dördüncü məsələsi olaraq İB-nin emblemi, möhür və künc ştampının eskizlərini iştirakçılara təqdim etdi. O, emblemin forması və mənası barədə izahatlar verərək eskizlərin təsdiq olunmasını təklif etdi. Təklif səsə qoyuldu.

Lehinə -3 nəfər olmaqla “Eko- Aləm” İB-nin möhür, künc ştampı və embleminin eskizləri təsdiq olundu.

          Gündəlikdə duran sonuncu məsələnin mahiyyəti barədə Yüzbaşeva Sevil İsmayıl qızı çıxış etdi. İB-nin təsis sənədlərinin hazırlanması və qeydiyyat orqanına  təqdim olunması ilə bağlı üъzakirələr aparıldı. Cəbrayılov  Eldar Kamal oğlu İB-nin dövlət qeydiyyatı ilə  bağlı maraqlarını  təmsil edən hüquqi  təmsilçisi kimi Yüzbaşeva Sevil İsmayıl qızının  namizədliyini irəli sürdü. Səlahiyyətlərin verilməsi təklifi iştirakçılar tərəfindən səsə qoyuldu.

Lehinə-3 nəfər olmaqla  “Eko- Aləm” İB-nin dövlət qeydiyyatı ilə bağlı maraqlarını təmsil edən hüquqi təmsilçisi Yüzbaşeva Sevil İsmayıl qızı təyin edildi.

     “Eko- Aləm” İB-nin təsis yığıncağı Qərara alır:

       1. “Eko- Aləm” İB-nin təsis edilsin.

       2. “Eko- Aləm” İB-nin Nizamnaməsi təsdiq olunsun.

       3. Yüzbaşeva Sevil İsmayıl qızı “Eko- Aləm” İB-nin sədri seçilsin.

       4.  “Eko- Aləm” İB-nin İB-nin möhür, künc ştampı və embleminin eskizləri təsdiq    edilsin.

    5. “Eko- Aləm” İB-nin dövlət qeydiyyatı ilə bağlı maraqlarını tamsil edən hüquqi təmsilçisi  Yüzbaşeva Sevil İsmayıl qızı təyin edilsin.

             Yığıncağın sədri:                           Yüzbaşeva Sevil İsmayıl qızı

             Yığıncağın katibi:                          Cəbrayılov  Eldar Kamal oğlu

                                                     İştirak edənlər:

    Yüzbaşeva Sevil İsmayıl qizi

    Cəbrayılov  Eldar Kamal oğlu

     Kərimova İradə İsmayıl qizi