Eko Aləm İctimai Birliyi “Məktəblilərdə ölkənin təbiətinə və təbii resurslarına qarşı sosial və ətraf mühitdə, ekoloji məqsədəuyğun davranışların formalaşdırılması” layihəsi çərçivəsində son tədbirini keçirmişdir

1Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məktəblilərdə ölkənin təbiətinə və təbii resurslarına qarşı sosial və ətraf mühitdə, ekoloji məqsədəuyğun  davranışların formalaşdırılması” layihəsi çərçivəsində son tədbirini 13 iyun 2017-ci il tarixində “Ümumdünya Ətraf Mühit Günü”nə həsr olunmuş turizm əhəmiyyyətli Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən  Eldəniz Mehdiyev adına 1 saylı Tam Orta Məktəb şagirdləri ilə maarifləndirici təmizlik aksiyası  həyata keçirtmişdir.

Təmizlik aksiyasını keçirtmək üçün qəsəbə və məktəbin müdiriyyətinə müraciət edilmişdir.    Qəbələ rayonu Vəndam qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəlliynin rəhbəri cənab İlham Bağırovun və 1 saylı Tam Orta Məktəbin direktoru Abbasova Qətibə xanımın məsləhəti ilə Birinci Qarabağ müharibəsi zamanı ön cəbhəyə düşmənlə döyüşən əsgərlərimiz üçün yanacaq daşıyan və 1994-cü ildə qəhrəmancasına həlak olan 1972-cü il təvəllüdlü qəsəbə sakini  Hikmət Sadiqov Naib oğlunun şərəfinə çəkilmiş bulağın ətrafındakı ərazi və Eldəniz Mehdiyev adına 1 saylı Tam Orta Məktəbin ətrafı seçilmişdir. Aksiyada məktəb şagirdləri ilə yanaşı məktəb müəllimləri və valideyinlər də iştirak etmişdilər. Uşaqlara, layihə işinə uyğun Eko Aləm İctimai Birliyi tərəfindən onlar üçün hazırlanan xüsusi formalar geyindirilərək, aksiya keçirilməsi nəzərdə tutulan əraziyə avtobusla gətirilmişlər.

Qəbələ rayon Vəndam qəsəbəsi turizm əhəmiyyətli bir bölgədir və ərazi gözəl təbiətə malikdir. Həmçinin qəsəbə ölkə əhalisinin istirahət üçün seçdiyi mühüm yerlərdən biri hesab edildiyindən ətraf mühitin məişət tullantıları ilə zibillənərək, çirklənməsi təhlükəli və ciddi hesab edilən mühüm problemdir. Bu səbəbdən burada yaşayan və gələcəyimiz hesab edilən uşaqlarımız təbiəti qorumaq üçün, tullantıların ətraf mühit çirklənməsində  nə qədər ziyanlı təsirə malik olduğu barədə məlumatlı olmalı və yüksək ekoloji mədəniyyətə sahib olmalıdırlar. Uşaqların təlim tərbiyəsində sosial mühitdə davranışları da olduqca vacibdir.  Təmizlik aksiyasından sonra uşaqların bölgədə yarləşən Gilan Holdinqin “Ətlik Südlük Aqrokompleksinə” səfəri təşkil edilmişdir. Xüsusi icazə alındıqdan sonra müəssisənin baş zootexniki uşaqları qarşılayaraq, “Ətlik Südlük Aqrokompleksin” fəaliyyəti və ərazisi ilə taniş etmişdir.

Tədbirin sonunda uşaqlar ərazidə yerləşən “Əlincə” istirahət mərkəzinə gətirilmiş və orada onların istirahəti və piknik təşkil edimişdir. Uşaqlar faydalı və maarifləndirici tədbirdən sonra orada olan atraksionlarda əylənmişlər. Tədbir zamanı foto – vidio çəkilişləri aparılmışdır. Tədbirdən sonra uşaqlar avtobusla yenidən məktəbə gətirilmiş və evlərinə buraxılmışlar.

Müasir dövrdə insan svilizasiyasının inkişafı bütövlükdə təbiətin qorunmasına və mühafizəsinə istiqamətlənməlidir. Bu layihə də gənc nəslin ölkəmizin mühafizə edilən  təbii sərvətlərinin qorunması işində aparılan fəaliyyətlərdə səylərinin artırılmasına həsr edilmişdir.

 

5 6 əlincə ət süt 1 məktəb 3 məktəb 4 piknik

 

Eko – Aləm İctimai Birliyinin
sədri:                                                                          Yuzbaşeva Sevil İsmayıl qızı

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *