Eko Aləm İctimai Birliyi  “Məktəblilərdə ölkənin təbiətinə və təbii resurslarına qarşı sosial və ətraf mühitdə, ekoloji məqsədəuyğun  davranışların formalaşdırılması” layihəsi çərçivəsində ilk tədbirini keçirib

DSC_3781Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məktəblilərdə ölkənin təbiətinə və təbii resurslarına qarşı sosial və ətraf mühitdə, ekoloji məqsədəuyğun  davranışların formalaşdırılması” layihəsi çərçivəsində ilk tədbirini 1 iyun 2017-ci il “Beynəlxalq uşaqları müdafiə günü” tarixində Kəlbəcər rayon 18 saylı Tam Orta Məktəb  6 -7-ci sinif  şagirdlərindən ibarət   qrupun “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və Abşeron yarımadasının mərkəzində yerləşən “Böyük Şor” gölünə səfərə apararaq ekoloji maarifləndirici tədbir həyata keçirtmişdir. Layihənin əsas məqsədi məktəblilərin təlim tərbiyəsi zamanı ölkəmizin təbiətinə qayğı göstərmək, dövlət tərəfindən xüsusi qorunana ərazilər barədə məlumatlandırmaq, təbiətə qarşı  məsuliyyət hissi oyatmaq və onlarda ekoloji mədəniyyəti formalaşdırmaqdır. Məktəblilərdə həmçinin təbiətə məsuliyyətli yanaşma hissi tərbiyə etmək, onlarda müstəqil fəaliyyət göstərmək bacarığını formalaşdırmaqla yanaşı, təbiətdə olarkən ətraf mühitdə necə davranmalı, ondan zərər vurmadan istifadə etmək qaydalrına yiylənmək, uşaqlarda təbiətə və özünə kömək göstərmək qabiliyyəti formalaşdırmaqdır. Bu məqsədlə ilk olaraq məktəblilərin “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfəri təşkil edilmişdir. Bütün səfər zamanı 18 saylı Tam Orta Məktəbin iki nəfər müəlimələri  Fərhadova Ulduz və Firudinova Pərvin uşaqları müşaət edirdilətr.

Tədbirə bir neçə QHT nümayəndələri “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova, “Qarabag əlilləri və Vetaranları cəmiyyəti ” İctimai Birliyinin sədri Növrəstə Yusifova və Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək İctimaiyi Birliyinin sədri Məmmədhəsən Həsənov da qatılmışdılar. Onlar həm məktəbin ərazisində təşkil edilən toplantəda, həm də qoruq ərazisindəki yığıncaqda çıxış edərək uşaqları 1 iyun 2017-ci il “Beynəlxalq uşaqları müdafiə günü” münasibəti ilə təbrik etdilər və onlara təmiz ətraf mühitdə sağlam böyüyərək, xoşbaxt gələcək arzulayaraq növbəti tədbirləri Kəlbəcərdə keçirtməyi arzuladılar. “Qarabag əlilləri və Vetaranları cəmiyyəti” İctimai Birliyinin sədri Növrəstə Yusifova gələn qonaqlar adından  həm məktəb həyətində həm də qoruq ərazisində təşkil edilən toplantıda uşaqlara üç rəngli bayrağımız olan döş nişanları və dövlət atrebutumuz olan üç rəngli bayraqlar payladı. Novrəstə xanım həmçinin Eko Aləm İctimai Birliyinə də üç rəngli bayrağımızı hədiyyə etdi.

Qoruq ərazisində uşaqları qoruğun işçiləri direktor Fətullayev Malik Agababa oğlu, fondlarin bas muhafizi Rzayeva Zeynəb Cabir qızı, bas muhasib Eyyubov Azad Arif oglu, Elmi Tədqiqat işi üzrə şöbə mudiri Əhmədova Sahibə Qədim qızı, təsərrüfat işləri şöbə müdiri Eliverdiyev Bayraməli Fəttah  oglu və bələdçi Rzayeva Gunay Elxan qizi qarşıladılar. Onlar uşaqları olduqca xoş qarşılayaraq, lazım olan bütün şəraiti yaratdılar. Qoruğun ərazisinə daxil olmaq üçün giriş haqqı və bələdçi üçün ödəniş belə almadan uşaqları ərazidə gəzdirərək onları məlumatlandırdılar. Ərazi ilə tanışlıq bitdikdən sonra uşaqlar üçün “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olan köməkçi tikilidə piknik təşkil edildi.

Günün ikinci yarısında Eko Aləm İctimai Birliyinin üzvləri layihə işinə uyğun olaraq uşaqları Abşeron yarımadasının mərkəzində yerləşən “Böyük Şor” gölü haqqında məlumat vermək üçün onun ətrafında salınmış parka apardı. Ölkəmizdə olan su hövzələrinin o cümlədən də “Böyük Şor” gölü barədə uşaqları məlumatlandırdıqdan sonra ərazidəki parkda uşaqlar üçün qurulmuş atraksionlarda əylənərək gözəl istirahət etdilər.

DSC_3830 DSC_3884 DSC_3899 DSC_3970 DSC_3975

Eko – Aləm İctimai Birliyinin
sədri:                                                                         Yuzbaşeva Sevil İsmayıl qızı

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *