Kənd məktəblərində ekoloji maarifləndirici tədbirlər keçirilmişdir

Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məktəblilərin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına başlamışdır. Təşkilatımız layihənin iş planına uyğun İmişli və Saatlı rayonlarında olmaqla iki tədbir həyata keçirtmişdir.

Eko Aləm İctimai Birliyi birinci tədbirini 3 may 2018-ci il tarixində Araz çayının sağ sahilində, Mil – Muğan su kanalı boyu yerləşən, hal hazırda İmişli rayonunun böyük yaşayış məntəqələrindən biri hesab edilən Məzrəli kəndi R.Əliyev adına tam orta məktəb şagirdləri və ikinci tədbirini isə 4 may 2018-ci il tarixində Araz və Kür çaylarının arasında, Mil düzündə, Saatlı və İmişli rayonlarının sərhəddində yerləşən eyniadlı Saatlı rayonu Məzrəli kənd tam orta məktəb şagirdləri ilə həyata keçirtmişdir. Layihə işinin icrası zamanı məktəblilərə məişət tullantılarının zərərli təsirləri barədə məlumatlar verilmiş, uşaqlarla “Monitorinq nədir?”,  monitorinq keçirtmək üçün “Metodologiya” hazırlanması barədə məlumatlar verilmişdir. Uşaqlara “Tullantılarsız çevrəmiz” adlı fotoalbom nümayiş etdirilmişdir. Tədbirin ikinci hissəsində isə uşaqların iştirakı ilə maarifləndirici təmizlik aksiyası həyata keçirilmiş, ətraf ərazilər tullantılardan təmizlənmişdir. Hər iki tədbir olduqca maraqlı keçmişdir.

Müasir dünyada ətraf mühitin ekoloji çirkənməsi bəşəriyyətin gələcək nəsillərə miras qoyacağı ciddi bir problemdir. Bu problemlər içərisində məişət tullantıları ilə ətraf mühitin çirklənməsi olduqca mühüm ter tutur. Ekoloji problemləri həll etmək üçün insanlar, ekoloji bilikli və ekoloji  mədəniyyətli olmalıdırlar. Bunun üçün isə təhsildə Ekologiya elmini tədris və təşfiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda məktəblərdə şagirdlərin ekologiya elminin öyrənilməsinə, ətraf mühitin qorunması sahəsində maarifləndirilməsinə çox az diqqət yetirilir. Uşaqlar, nəticə etibarı ilə ətraf mühitə, ekoloji problemlərə  biganə olaraq böyüyür, təbiətin mühafizəsi işində  öz məsuliyyətlərini dərk etmirlər.

Ətraf mühitin məişət tullantıları ilə çirklnməsinin, insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin azaldılmasına yönəlmiş tədbirlər görülməsi olduqca vacibdir. Ümumiyyətlə ekoloji problemlərin həlli yeni ekoloji mədəniyyətə malik gənc nəslin yetişdirilməsindən çox asılıdır. Ekoloji mədəniyyət, ekoloji şüur insanlarda kiçik yaşlarından başlayaraq formalaşdırılmalıdır. Təbiətə qarşı düzgün münasibət, ekoloji özünüdərketmə lap kiçik yaşlarından tərbiyə olunmalıdır.

DSC04301 DSC04325 DSC04391 DSC04409

 

 

Eko – Aləm İctimai Birliyinin sədri:                                                                      Yuzbaşeva Sevil İsmayıl qızı

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *