Altıağac məktəblilər ətraf mühitin zibillənərək çirklənməsinə etiraz edərək “məişət tullantılarsız çevrəmiz” mıvzusunda ekoloji poster hazırladılar

DSC04775Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət tullantılarsız çevrəmiz” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin iş planına uyğun olaraq 4 iyun 2019-cu il tarixində üçüncü tədbirini Xızı rayonu Altıağac kənd tam orta məktəbində həyata keçirtdi. Tədbirdə məktəbin üçüncü, dördüncü və beşinci siniflərindən 24 şagird ilə yanaşı məktəbin müəllimləri ilə yanaşı Xızı rayon İcra Hakimiyyəti nümayəndəsi Əliyev Fətulla Həmdulla oğlu Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlıarının müdafiəsi üzrə Komissiyanın məsul katibi də iştirak edirdi.

Tədbirin işi Şura tərəfindən monitorinq edilirdi. Monitorinqi Milli QHT Forumunun Quba Regional QHT Resurs və Təlim Mərkəzinin sədri Eynulla Xeyrullayev tərəfindən aparıldı.

 

Eko Aləm ictimai birliyinin sədri Sevil xanım Yüzbaşeva tədbir zamanı məktəblilərə ətraf mühitin məişət tullantıları ilə ekoloji çirklənmələri barədə məlumatlar verdi. O bildirdiki bu problemin tam həllini tapması, bizim hamımızdan yəni ölkə əhalisinin ətraf mühitə olan münasibətinin dəyişməsindən asılıdır. Ekoloji problemlərin həll olunması əhalinin ekoloji mədəniyyətinin, ekoloji şuurunun, ekoloji düşüncə tərzinin formalaşmasından asılıdır.

Sonra Sevil Yüzbaşeva layihə çərçivəsində hazırlanan əyani vəsaitlərlə uşaqları tanış edərək, ekoloji posterlər barədə məlumatlar verdi. Uşaqlar posterləri müşahidə edərək, posrerlərlərdə təsvir edilən ətraf mühitin vəziyyəti ilə bağlı verilən sualları müşahidə apararaq, öz fikirlərini söyləyirdilər.

Tədbirin ikinci hissəsində uşaqlara dəftərxana materialları paylandı. Onlara məişət tullantılarsız çevrəmiz mövzusunda, ətraf mühitin vəziyyətini özündə əks etdirən, təbiət ərazisində olan zaman necə hərəkət etməli olduqları barədə öz beyinlərinin məhsulu olan “ekoloji poster” hazırlamaq tapşırığı verildi. Uşaqlar olduqca həvəslə çalışaraq maraqlı posterlər hazırladılar. Uşaqlar sonda hazırladıqları posterlərin ideya və məqsədi barədə izahatlar verərək, itirakçılara təqdim etdilər.

.Tədbirin işi nəinki uşaların, həmçinin böyüklərin ciddi marağına səbəb oldu. Bütün iştirakçılar böyük maraq və həvəslə tədbirdə iştirak etdilər. Xızı rayon İcra Hakimiyyəti nümayəndəsi Əliyev Fətulla Həmdulla oğlu çıxış edərək tədbiri çox bəyəndiyini söyləyərək bildirdi ki, belə tədbirlərin faydası və təsiri olduqca böyükdür və belə tədbirləri tez-tez keçirtmək lazımdır. Xızı rayonu A.Abdullayev adına Altıağac qəsəbə tam orta məktəbin direktoru Nağıyev Arif Qazi oğlu da çıxış edərək, Eko Aləm ictimai birliyinin üzvlərinə bu faydalı tədbirə görə təşəkkür edərək, belə tədbirlərin davamlı olmasını arzuladı.

Tədbir yüksək səviyyədə keçirildi. Tədbir zamanı uşaqlara su, şirə və şirniyyat paylandı.

.Tədbirdə foto-vidio çəkilişlər aparıldı.

DSC04770 DSC04802