Oğuz şəhəri 3 saylı tam orta məktəbində məktəblilər “məişət tullantılarsız çevrəmiz” mıvzusunda ekoloji poster hazırladılar

DSC04911Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımı ilə həyata keçirdiyi “Məişət tullantılarsız çevrəmiz” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin iş planına uyğun olaraq dördüncü tədbirini 11 iyun 2019-cu il tarixində Oğuz şəhəri 3 saylı tam orta məktəbində həyata keçirtmişdir.

Tədbirdə məktəbin üçüncü, dördüncü və beşinci siniflərindən 24 şagird, məktəbin müəllimləri, Oğuz rayon Təhsil Şöbəsinin nümayəndəsi Etiram müəllim də iştirak edirdi.

Tədbirin işi Şura tərəfindən monitorinq etdilirdi. Monitorinqi Milli QHT Forumunun Qəbələ Regional QHT Resurs və Təlim Mərkəzinin nümayəndəsi aparırdı.

Eko Aləm ictimai birliyinin sədri Sevil xanım Yüzbaşeva tədbir zamanı məktəblilərə ətraf mühitin məişət tullantıları ilə ekoloji çirklənmələri barədə məlumatlar verdi. O bildirdiki, məişət tullantıları probleminin tam həllini tapması, bizim hamımızdan yəni ölkə əhalisinin ətraf mühitə olan münasibətinin dəyişməsindən asılıdır. Gələcəyimiz olan uşaqlar təbiətimizin keşikçisi olmalı, onu qorumalı və müdafiə etməlidirlər. Ekoloji problemlərin həll olunması əhalinin ekoloji mədəniyyətinin, ekoloji şuurunun, ekoloji düşüncə tərzinin formalaşmasından asılıdır.

Sonra hazırlanan əyani vəsaitlərlə o, uşaqları tanış edərək, ekoloji posterlər barədə məlumatlar verdi. Uşaqlar posterləri müşahidə edərək, təsvir edilən ətraf mühitin vəziyyəti ilə bağlı sualları cavablandırdılar. Tədbirin ikinci hissəsində uşaqlara dəftərxana materialları paylandı. Onlara məişət tullantılarsız çevrəmiz mövzusunda, ətraf mühitin vəziyyətini özündə əks etdirən və təbiətdə olan zaman necə hərəkət etməli olduqları barədə öz beyinlərinin məhsulu olan “ekoloji poster” hazırlamaq tapşırığı verildi. Uşaqlar olduqca həvəslə çalışaraq maraqlı posterlər hazırladılar. Tədbirin sonda hazırladıqları posterləri  təqdim edərək, ideya və məqsədləri barədə izahatlar verdilər.

Tədbir yüksək səviyyədə keçirildi.

Tədbir zamanı uşaqlara su, şirə və şirniyyat paylandı.

Tədbirdə foto-vidio çəkilişlər aparıldı.

Tədbir barədə məlumatlar KİV nümayəndələrinə, sosial şəbəkələrə, saytlara göndərildi.

DSC04849 DSC04850

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eko Aləm ictimai birliyinin sədri                            Sevil Yüzbaşeva